Axtarış
The search found 105716 results in 0.025 seconds.
Search results
Nazir idarə rəisini vəzifəsindən azad etdi - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov vəzifəsindən azad edilib.
Unikal.org-un əldə etdiyi məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər naziri müvafiq əmr imzalayıb.
M.Babayevin digər əmri ilə, Dövlət Ekspertiza İdarəsinin rəisi vəzifəsi, nazirliyin ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin rəhbəri Mirsalam Qəmbərova həvalə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a xəbəri təsdiqləyiblər.
Muxalifet - 17-09-2019
SON DƏQİQƏ: Şimali Koreya Rusiya ordusuna hücum etdi - YARALILAR VAR
Şimali Koreyaya aid bir gəmi Yapon dənizində Rusiya Sərhəd Xidmətinin əsgərlərinə atəş açıb.
Muxalifet.az xəbər verir ki, nəticədə 3 rus əsgəri yaralanıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) buna cavab olaraq Şimali Koreyaya aid iki gəmini girov götürüb və 21 ekipaj üzvünü həbs edib.
FSB-dən verilən açıqlamada rus əsgərlərinin qeyri-leqal balıq ovu ilə məşğul olanların qarşısını almağa çalışdığı, bu zaman hücuma məruz qaldıqları bildirilib.Muxalifet - 17-09-2019
Koçaryandan ŞOK SÖZLƏR: “İndi azərbaycanlılar Xankəndidə çay içirdi”
Həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan girov qarşılığında azad olunmaq xahişi ilə çıxış edib.
Publika.az xəbər verir ki, məhkəmə zalında çıxış edən Koçaryan istintaqdan boyun qaçırmadığını bildirib.
“Yəqin ki, prokurorlar bunu anlamağa çətinlik çəkirlər. Mən gizlənən insan deyiləm. Əgər belə olsaydı, indi azərbaycanlılar Xankəndidə çay içirdilər”, - deyə o bildirib.Muxalifet - 17-09-2019
“DƏQİQ BİLİRƏM Kİ, ONUN DEDİKLƏRİNİN MƏNƏ DƏXLİ YOXDUR…” – “Parlamentdə belələri var, Eldar müəllim onları deyib”
“Mən mülkiyyət bölgüsündə iştirakçılıq istəyindən başqa bir şey görmürəm…”
Ali Məhkəmənin sabiq sədri, Milli Məclisin deputatı və Vəhdət Partiyasının sədri Tahir Kərimlinin “AzPolitika.info”-ya müsahibəsi:
- Tahir bəy, son aylarda ölkə siyasətində aktivləşmə müşahidə edilir. Sizcə buna səbəb nədir?
Muxalifet - 17-09-2019
Gültəkin Hacıbəylinin "Lexus" və "Toyota Avalon" maşınlarına, mənzilinə həbs qoyuldu - MƏHKƏMƏ HÖKMÜ
Nəsimi Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəyli ilə keçmiş qaynanası Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı qərar verib. Virtualaz.org xəbər verir ki, hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə Nəhayət Məmmədovanın iddiası təmin olunub. Qərara əsasən, Gültəkin Hacıbəyli keçmiş qaynanasına 85 min manat ödəməlidir.
Muxalifet - 17-09-2019
Prezident fəxri adlar verdi – Sərəncam
Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Xalq artisti”
Allahverdiyev Vasif Kərim oğlu
Fərəcov Sərdar Fərəculla oğlu
“Əməkdar incəsənət xadimi”
Xalıqzadə Fəttah Xalıq oğlu
Rəcəbov Oqtay Məmmədağa oğlu
“Əməkdar artist”
Muxalifet - 17-09-2019
"Azərenerji"nin rəhbəri kabinetinə cadu etdirdi - ŞOK VİDEO
"Azərenerji” rəhbəri Baba Rzayevin falçı və ekstrasenslərin fəaliyyətindən bəhrələnməsi ilə bağlı video yayılıb.
Muxalifet.az "Yeniavaz.com" saytına istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda dini qiyafədə olan bir şəxsin şam yandıraraq, Baba Rzayevin qəbul otağı olduğu iddia edilən kabinetin qarşısında dualar oxuyur.
Otağın qapısın yanındakı lövhədə isə "B. H. Rzayev" yazılıb.
Həmin şəxs daha sonra isə tərkibi bəlli olmayan mayeni onun otağına səpir.Muxalifet - 17-09-2019
Azərbaycanda bu məşhurların gizli və intim VİDEOLARI YAYILIB
Zaman-zaman intim görüntüləri mediaya sızdırılan məşhurlar, ölkə gündəmini zəbt etməyi bacarıblar. Kiminin görüntüsünün təsadüfən, kimininin isə bilərəkdən yayılması barədə də az söz- söhbət gəzməyib. "Ölkə.Az" adı seks qalmaqalında hallanan, məşhurlarla bağlı araşdırma aparıb. Daha ətarlı videodan izləyin:
Muxalifet - 17-09-2019
Bu da oldu: Hindistanda "qaz çıxarma" yarışması keçiriləcək...
Hindistanda musiqiçi və aktyor olan Yatin Sanqoi sentyabrın 22-sində "qaz çıxarma" yarışması təşkil edəcək. Yarışmanın qalibini təyin edəcək xüsusiyyətlər isə qazın şiddəti, uzunluğu və səsin yüksəkliyi olacaq.
Moderator.az xəbər verir ki, 48 yaşlı Sanqoi sosial media hesabında Hindistanın Qucarat əyalətindəki Surat şəhərində "qaz çıxarma" yarışması təşkil edəcəyini xəbər verib.Muxalifet - 17-09-2019
Azərbaycan holdinqi Rusiyada çoxmilyardlıq aktivi aldı
Azərbaycanın “AF Holding” Moskvada əvvəllər rusiyalı milyarder Mixail Qutseriyevin “Safmar” qrupuna mənsub olan “Rusinkom” Səhmdar Cəmiyyətinin sahibi olub. “Vedemosti” həftəliyi xəbər verir ki, “Rosinkom”-un səhmləri dövlətə məxsus “Trast” bankının aktivlərinə daxil idi. “Rosinkom” Moskvanın Yujnıy Çertanovo rayonunda, Varşava şossesində 21.7 hektarlıq torpaq sahəsinin və 111 min kvadratmetrlik ofis-anbar kompleksinin mülkiyyətçisi idi. Məlumata görə bank əvvəlcə “Rosnikom”-u 2.6 milyard rubla satmağı planlaşdırıb. Amma yekun sövdələşmənin məbləği gözləniləndən xeyli çox olub.
Muxalifet4 - 17-09-2019
“ON DƏQİQƏ OTUZ SƏKKİZ SANİYƏ” - Türk yazıçının eyniadlı kitabının satışına qadağa qoyuldu
Türkiyənin tanınmış yazıcısı Əlif Şəfəqin “On dəqiqə otuz səkkiz saniyə” adlı romanının İranda satışı qadağan edilib.
İranın Yayımçılar və Kitabsevərlər Birliyinin açıqlamasında deyilir ki, kitab fars dilinə tərcümə edilsə də, onun satışına icazə verilməyib. Bildirilir ki, kitabda insanların İslam əxlaqına zidd olan davranışları təsvir edilir.
Muxalifet4 - 17-09-2019
Hindistandan ƏZƏLƏ NÜMAYİŞİ: yeni raketin...
Hindistan Silahlı Qüvvələri Odişa ştatında “Astra” sinfinə məxsus yeni “hava-hava” tipli raketi sınaqdan keçirib.
Publika.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi sınağın uğurla başa çatdığını bildirib.
Qeyd olunur ki, raket Su30-MKİ qırıcısından buraxılıb və yüksək dəqiqliklə havada hərəkət edən hədəfi vurub.Muxalifet - 17-09-2019
Hacıbala Abutalıbovun gizli görəvi üzə çıxdı – 31 ildir ki...
Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vəzifəli qocaları ilə bağlı yazı dərc etmişdik. Həmin yazını çapa hazırlayarkən apardığımız araşdırma zamanı məlum olmuşdu ki, baş nazirin müavini, 75 yaşlı Hacıbala Abutalıbov da vəzifə sahiblərindən biridir. Özü də nə az, nə çox, düz 31 ildir!
Qeyd edək ki, o, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.
1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (indiki Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub.
Muxalifet - 17-09-2019
Kriminal avtoritet həbs EDİLDİ
Moskvanın Tver rayon məhkəməsi özünümüdafiə məqsədilə adam öldürməkdə şübhəli bilinən kriminal avtoritet İrali Cabuanı həbs edib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Cabua kriminal aləmdə İrakli Rostovski kimi tanınır. O, 2016-cı ildə narkotik maddələrin qanunsuz dövriyyəsi, dələduzluq və oğurluq maddələri üzrə də cinayət məsuliyyətinə cəlb olunub.
Muxalifet - 17-09-2019
Pasportun ilginc tarixi haqda maraqlı faktlar
Pasportun yaranma tarixi barədə çoxları məlumatsızdır.
Beləliklə məlumata görə pasport haqqında ilkin məlumat Nehemyanın kitabında qeyd edilib. Bir fars zabiti Kral 1-ci Artaserhasa məktub yazıb, Fələstinin güneyi boyunca güvənli şəkildə getmək üçün sənəd istəyir.
Kimlik göstəricisi olan modern ilk pasportu isə 15-ci yüzillikdə İngiltərədə verilib. Belə ki, 5-ci Kral Henri xalqının Britaniya xaricində kimliyinin bəlli olması üçün pasport yaradır.
Muxalifet - 17-09-2019
«Səudiyyə Ərəbistanı nəticələri aradan qaldırmaq gücündədir» – Kral Salman
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının kralı Saman ben Əbdül Əziz Əl Səud bəyan edib ki, ölkəsi «Səudi Aramco» neft şirkətinin infrastrukturuna olan hücumların nəticələrini aradan qaldırmaq gücündədir.
Hökumətin iclasında kral bəyan edib ki, pilotsuz uçaqların hücumu və bunun ardınca neft emalı zavodlarında baş vermiş yanğın dünya iqtisadiyyatını və neft bazarını təhlükə altında qoyub.
Muxalifet - 17-09-2019
ABŞ ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi
ABŞ ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib.
“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib. Onun sözlərinə görə, Amerika tərəfi bu addımı Səudiyyə Ərəbistanının neft obyektlərinin dronlar vasitəsilə vurulmasından sonra atmaq qərarına gəlib. Pens dövlət katibi Mayk Pompeonun da Səudiyyə Ərəbistanına getdiyini açıqlayıb. Bu müddət ərzində Tramp atılacaq addımların gələcək təsirləri barədə fikirləşəcək.Muxalifet - 17-09-2019
Sevgilisi xəyanət etdiyi üçün özünü qatarın altına atdı - FOTO
İngiltərədə gənc futbolçu Cakob Standbridcenin intihar səbəbi ortaya çıxıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ötən il baş verən intihar hadisəsi ilə bağlı yeni faktlar ortaya çıxıb. Belə ki, gənc sevgilisinin telefonuna gələn mesajı gördükdən bir neçə saat sonra canına qəsd edib.
Muxalifet - 17-09-2019
Gülnarə Kərimova yoxa çıxıb - İSVEÇRƏLİ VƏKİLDƏN İLGİNC AÇIQLAMA
Özbəkistanın ilk prezidentinin böyük qızı Gülnarə Kərimovanın İsveçrədən olan vəkili Qrequar Manja “Twitter” səhifəsində yazıb ki, sentyabrın 16-da onun müvəkkili naməlum istiqamətdə aparılıb və harada olduğu bilinmir.
Virtualaz.org Fergananews-a istinadən bildirir ki, Manjanın dediyinə görə, həmin gün G.Kərimova işinin dinlənildiyi Yaşnabad Rayon Məhkəməsinə aparılıb. Nəşr yazır ki, G.Kərimovanın qızı İman iclas zalına buraxılmayıb.
Muxalifet - 17-09-2019
SON DƏQİQƏ: İran ordusuna DƏHŞƏTLİ HÜCUM: 10 əsgər öldürüldü
Suriyanın şərqində İran Hərbi Qüvvələrinə hücum edilib.
Publika.az xəbər verir ki, nəticədə 10 İran əsgəri ölüb.
Bu barədə mərkəzi İngiltərədə yerləşən Suriya İnsan Hüquqları Müşahidə Şurası (SOHR) məlumat yayıb.
Məlumatda hücumun Suriyanın şərqində İraq sərhədinə yaxın Əbu Kamal bölgəsində gerçəkləşdirildiyi qeyd olunub.
Hücumun kim tərəfindən təşkil olunduğu məlum deyil.
Qeyd edək ki, daha əvvəl eyni yerdə F-35 qırıcıları ilə aviazərbələr endirilmiş, nəticədə 18 İran əsgəri həlak olmuşdu.Muxalifet - 17-09-2019