Axtarış

The search found 105716 results in 0.048 seconds.

Search results

  1. Sərnişinin Bakı metrosunda çəkilən bu videosu izlənmə rekordları qırır - VİDEO

    Bakı metrosunda maraqlı görüntü çəkilib. BAKU.WS xəbər verir ki, sərnişin qatara mindikdən sonra mahnı ifa etməyə başlayıb. Karaoke mikrafonu ilə mahnı ifa edən qadın sərnişinləri təəccübləndirib. Bu vəziyyət çoxlarının marağına səbəb olub. Sözügedən anlar qatardakı sərnişinlərdən biri tərəfindən kameraya çəkilib. Sosial şəbəkələrdə yayılan video minlərlə baxış toplayıb.

    Muxalifet - 18-09-2019

  2. Arvadım başqa kişilərlə... - Azərbaycanda ərin bu hərəkəti HƏR KƏSİ DƏHŞƏTƏ GƏTİRDİ

    Ağsu rayonunda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirli bilinən Paşa Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Paşa Məmmədov Ağsu rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə arvadı Səbinə ilə olan nikahlarına xitam verilib.

    Arvadının kişilərlə intim hərəkətini yaydı

    Muxalifet - 18-09-2019

  3. “Əgər belə olsaydı indi azərbaycanlılar Stepanakertdə (Xankəndi) çay içirdi...”

    Ötən gün sentyabrın 17-də Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Yerevan məhkəməsində çıxışı zamanı “azərbaycanlıların Stepanakertdə (Xankəndi) çay içməsi” təhlükəsi haqda danışıb. Virtualaz.org xəbər verir ki, vəkillər Köçəryanın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda növbəti vəsadət qaldırıblar. Prokuror isə Köçəryanın qaçıb məhkəmədən yayına biləcəyini əsas gətirərək bu vəsadəti təmin etməyib.

    Muxalifet - 18-09-2019

  4. Dərman bazarında rüsvayçı “Vitamin D müəmması” - 5 manatlıq həblər niyə 25 manata satılır?

    Son illər ölkədə istər uşaq, istər böyüklərdə D vitamin çatışmazlığı diaqnozu çox qoyulur. Xüsusən yenidoğulmuş dövrdən müəyyən yaşa kimi körpələrə mütləq bu vitamin təyin edilir.

    D vitamini apteklərdə ən çox tələb olunan preparatdır və qiymətləri də kifayət qədər yüksəkdir. Bu gün dərman bazarında 3.60 manatdan  başlayaraq,78 manata qədər qiyməti olan D vitaminləri görmək olar. Bir çox xəstələr vitaminlərin baha olmasından şikayətlənirlər. Uşaqlar üçün vacib olan bu preparatlar daha bahalıdır.

    Muxalifet - 18-09-2019

  5. Vəliəhd şahzadə Səudiyyə Ərəbistanına hücumun SƏBƏBİNİ AÇIQLADI - İLK DƏFƏ

    Səudiyyə Ərəbistanının ən böyük neft platformalarından biri olan “Saudi Aramco”ya raketlər və Silahlı Pilotsuz Uçuş Aparatları ilə edilən hücumla bağlı vəliəhd şahzadə Məhəmməd ibn Salmandan ilk açıqlama gəlib.
    “Əl-Ərəbiə” telekanalına danışan şahzadə hücumun beynəlxalq sabitliyin sınanması üçün təşkil edildiyini deyib.

    Muxalifet - 18-09-2019

  6. Bu ölkədə dizel BAHALAŞDI

    Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiyməti artıb. Muxalifet.az xəbər verir ki, dizelin qiyməti 2-6 tetri arasında bahalaşıb. Benzinin qiymətində isə dəyişiklik qeydə alınmayıb. Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi dizelin bahalaşmasını son günlər beynəlxalq bazarda yanacağın qiymətinin artması ilə əlaqələndirib.

    Muxalifet - 18-09-2019

  7. Arif Hacılı üçün çətin sınaq – İsa Qəmbər qayıdır?

    Müsavat Partiyası qurultayın vaxtını elan etdikdən sonra başqanlıq uğrunda mübarizəyə start verilib. 
    “Yeni Sabah” xatırladır ki, Müsavatın qurultayı oktyabrın12-nə təyin edilib. Başqanlığa iddialılar isə hələ ki, 3 nəfərdir: İndiki başqan Arif Hacılı və Müsavatın tanınmış simaları, keçmiş siyasi məhbuslar Tofiq Yaqublu ilə Yadigar Sadıqlı. Həm Tofiq Yaqublu, həm də Yadigar Sadıqlı Arif Hacılı üçün kifayət qədər  güclü rəqibdirlər. Ona görə də başqanlıq uğrunda mübarizənin gərgin keçəcəyi gözlənilir.

    Muxalifet - 18-09-2019

  8. ​Dağlıq Qarabağ separatçılarının rəhbəri Yerevana istintaqa çağırıldı

    Ermənistanın Xüsusi İstintaq Xidməti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağda qurulan qondarma rejimin rəhbəri Bako Saakyanı 1 mart 2008-ci il hadisələrinə görə dindirilməyə çağırıb.
    Bu barədə Ermənistanın “Joxovurd” qəzeti xəbər yayıb.
    Bildirilir ki, general-mayor Samvel Karapetyana (Oqanovski) da çağırış göndərilib.
    Nəşrin yaydığı xəbərdə o da bildirilib ki, dindirilmə zamanı 1 mart hadisələrində Qarabağdan Yerevana göndərilən silahlılar və buna görə ödənilən pullarla bağlı suallar veriləcək.

    Muxalifet - 18-09-2019

  9. "Azərişıq"a məxsus maşın aşıb, 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

    Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın şimal bürosunun verdiyi görə, rayonun Söhüb kəndində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu "UAZ" markalı, 10 JF 130 dövlət nömrə nişanlı avtomobil aşıb. Nəticədə 2 nəfər - Zahid Qurbanov və Namiq Rüstəmov ölüb, 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Muxalifet - 18-09-2019

  10. “Onkoloji xəstəliklərin müalicəsi ilə bağlı maliyyə problemləri var” – Deputat

    “Onkoloji xəstəliklərin müalicəsi ilə bağlı maliyyə problemləri var. Onkoloji xidmətlə bağlı məsələyə yenidən baxılmalıdır, maliyyə vəsaiti artırılmalıdır”. “Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Musa Quliyev deyib. O bildirib ki, bu xəstəliklərin müalicəsi üçün dərman vasitələri çox bahadır, bu da əlavə vəsait tələb edir. “Spesifik onkoloji dərmanların müalicəsi üçün lazım olan dərman vasitələrinin apteklərdə satışı qadağan edilib.

    Muxalifet - 18-09-2019

  11. “REKET JURNALİSTLƏR”: Azərbaycanda KİV vasitəsilə şantaj sxemi necə işləyir?

    Korrupsiya səviyyəsinin yüksək, mətbuat azadlığının çox məhdud olduğu Azərbaycanda bəzi şəxslər özlərini jurnalist adlandıraraq şantaj yoluyla pul qazanırlar. Amma dövlət strurkturlarının fəaliyyətsizliyi fonunda sadə insanlara məişət problemlərinin həllində kömək edən imkansız nəşrlər də bəzən “reket” KİV siyahısına daxil edilir.

    Muxalifet - 18-09-2019

  12. Görünən və görünməyən tərəflər - Dünya Universitetlərinin reytinqi

    Bu yaxınlarda Times Higher Education həftəlik jurnalının nəşr etdirdiyi dünya universitetlərinin reytinqi (tədris mühiti, elmi-tədqiqat mühiti, istinadlar əmsalı, sənaye ilə əlaqə, beynəlxalq əlaqələr göstəricilərinə görə) bizə müəyyən məsələləri təhlil etmək imkanı verir.

    Mualifet.az Unikal.org-a istinadən xəbər ki, builki reytinq 1400-dən çox universiteti əhatə etmişdir və ilk dəfə olaraq Maltadan, Brüneydən, Vyetnamdan, Kubadan, Monteneqrodan da universitetlər reytinqdə özlərinə yer alıblar.

    Muxalifet - 18-09-2019

  13. CƏFƏR CƏFƏROV MUXALİFET.AZ-I KİMİN HESABINA “UDDU”? – Və yaxud rektor bu iş üçün hakimiyyətdə kimlərə müraciət edib? / ŞOK DETALLAR

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovun Muxalifet.az informasiya portalına qarşı məhkəmə iddiası qaldırdığı haqda məlumat vermişdik. Qeyd etmişdik ki, C.Cəfərov Muxalifet.az saytında dərc olunan “Cəfər Cəfərovun qaranlıq dini əlaqələri və yaxud rektorun “nurçulara” sevgisi hardan qaynaqlanır”, “Təcrübəli kadrlar ADPU-nu niyə tərk edir?

    Muxalifet4 - 18-09-2019

  14. Ərdoğan ABŞ-a iki həftə vaxt verdi

    “Suriyada təhlükəsizlik bölgəsinin qurulması üçün ABŞ-la apardığımız danışıqlar iki həftə ərzində nəticə verməsə, öz hərəkət planlarımız işə düşəcək”.
    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    Muxalifet - 18-09-2019

  15. Yol polisini təhqir edən şəxs: “Qoy ona dediyim söyüşlər özümə qayıtsın” - VİDEO

    Yol polisini təhqir edən şəxs Fəxrəddin Nəsirov əməlindən peşman olub və bütün polislərdən üzr istəyib.

    Virtualaz.org bildirir ki, taksi sürücüsünün üzr istəməsinin videosu sosial şəbəkələrdə yayılıb.

    “Sənədimi polis əməkdaşına təqdim edəndən sonra məndən taksi faəliyyəti ilə məşğul olmaq üçün lisenziyamın olub-olmadığımı soruşdu. Mən də ona “yox” cavabı verdim. Polis əməkdaşı da mənə protokol yazdı. Mən şəkər xəstəsiyəm və polisin bu hərəkətinə əsəbləşib, onu təhqir etdim”, - deyə F.Nəsirov bildirib.

    Muxalifet - 18-09-2019

  16. Bələdiyyə sədri “leş mafiyası”ndan nələr danışdı... - “AQTA-nın bundan məlumatı var idi” - SENSASİON AÇIQLAMA

    “Leş Tofiq” ləqəbi ilə tanınan Alıbəy Rzaxanovun həbsindən sonra müzakirə olunan məsələlərdən biri də onun yaşadığı kəndin dövlət qurumlarının onun bu fəaliyyətindən məlumatlı olub-olmamalarıdır. 
    “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında “leş mafiya”sından Sabirabad rayonu, Xəlfəli kənd bələdiyyəsinin də xəbərdar olduğunu deyib:

    Muxalifet - 18-09-2019

  17. Kimlər 1 manata sərnişin daşıya biləcək? - Açıqlama

    Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə 1 manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır. Xəbər verdiyimiz kimi, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, “bir manatlıq taksi” adı altında sərnişin daşıyanlar şəhər sakinlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və məsələ ilə bağlı tədbirlər görüləcək.

    Muxalifet - 18-09-2019

  18. "Niyə verilişində çılpaq qızları oynadırdın?" sualına Adnan Oktardan qəribə cavab - FOTOLAR

    Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edərək dini gözdən salmağa çalışan Adnan Oktar ötən gün hakim qarşısına çıxıb.

    Milli.Az haberler-ə istinadla xəbər verir ki, məhkəmədə ifadə verən Adnan Oktar peyğəmbər nəslindən olduğunu dilə gətirib.

    O, "Mehdisiniz?" sualına: "yox, Mehdi olsaydım, sarı cübbə geyinərdim", - deyə cavab verib. Adnan Oktar A9 kanalındakı erotik rəqs videoları ilə bağlı suallara cavab verərkən "Dekolteli, mini ətəkli qadınların da müsəlman olduğunu göstərmək istədim, müsəlman yoldaşlarım məni səhv başa düşdülər" söyləyib.

    Muxalifet - 18-09-2019

  19. ​"Yeznələrim qabağımda "çest" verir” - Təranə Qumral

    Mən dəlisov adamam. Acı və şirin olsa da, sözün düzünü deyirəm. Mən Musanın dəliliyinə vuruldum. Onun vəhşiliyini, dəliliyini sevmişəm. 
    Muxalifet.az
    qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral "5-də 5" proqramına qonaq olarkən deyib. O, həyat yoldaşı Musa Musayevi sevmə səbəbindən danışıb: "Mən "ay canım" filan deyən kişiləri xoşlamıram. Kişinin əlləri əyri-üyrü olmalıdı. Qoy, vurub dağıtsın".

    Muxalifet - 18-09-2019

  20. Kimyəvi maddələr fabrikində DƏHŞƏTLİ YANĞIN: 48 yanğınsöndürən göndərildi

    Türkiyənin İstanbul şəhərinin Tuzla bölgəsində fəaliyyət göstərən kimyəvi maddələrin istehsalı zavodunda yanğın çıxıb. Muxalifet.az xəbər verir ki, Orxanlı Dəniz Sənaye Bölgəsi Dəri Yan Sənaye Şəhərində fəaliyyət göstərən Ema Kimya Sistemləri – Huntsmana aid fabrikdə baş verən yanğını söndürmək üçün 48 yanğınsöndürən briqada cəlb olunub. Yanğından sonra ard-arda partlayışlar meydana gəlib. Güclü külək alovu ətraf bölgələrə yayılıb və avtomobillərə zərər vurub.

    Muxalifet - 18-09-2019

Pages