Axtarış
The search found 105716 results in 0.104 seconds.
Search results
Mbappenin transferi üçün rekord məbləğ
İspaniyanın “Real Madrid” futbol klubu Fransanın PSJ komandasının hücumçusu Kilian Mbappenin transferi üçün rekord məbləğ ödəmək niyyətindədir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” “El Chiringuito TV” telekanalına istinadən yazıb. İspanlar 20 yaşlı Fransa forvardını 275 milyon avroya almaq istəyir. İlkin məlumatlara görə, Mbappe yeni komandanın tərkibində ilə 35 milyon avro qazanacaq. Mükafat ödənişlərinin məbləği isə 5 milyon avro təşkil edəcək. Qeyd edək ki, bundan əvvəlki transfer rekordunun məbləği 222 milyon avro təşkil edib.
Muxalifet - 19-09-2019
“Kasıb və bədbəxt Ermənistan əhalisi...” - QƏRB NƏŞRİNDƏN ŞOK YAZI
Britaniya nəşrinə görə, Paşinyan öz vədlərinin girovuna çevrilir; işğalçı ölkə yeni təlatümlər astanasında; Ermənistanın polis naziri də istefaya göndərildi... Ermənistanda daxili ictimai-siyasi durum 8 may 2018-ci il “məxməri inqilab”ından sonra bunca gərgin olmamışdı. Bu fonda “xalq baş naziri” Nikol Paşinyanın reytinqi davamlı şəkildə enməkdədir.
Muxalifet - 19-09-2019
SON DƏDİQƏ: Ölkə şokdadır - 20 ölü, 95 yaralı
Əfqanıstanın cənubunda terror aktı baş verib.
Publika.az xəbər verir ki, partlayıcı quraşdırılmış avtomobilin məhv edilməsi nəticəsində 20 nəfər ölüb, 95 yaralı var.
AP xəbər agentliyinin məlumatına görə, hücumun məsuliyyətini Taliban qruplaşması öz üzərinə götürüb.Muxalifet - 19-09-2019
Dövlət qurumlarının sıxışdırdığı, əhalinin isə sevdiyi “1 manatlıq taksilər”...
Onların fəaliyyətini ləğv etmək əvəzinə tənzimləmək daha optimal variantdır Bakının bir çox ərazilərində Bakıətrafı qəsəbələrə sərnişindaşıma ilə məşğul olan “1 manatlıq taksi”lərin fəaliyyətinə məhdudiyyət qoyulub. Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi tərəfindən müvafiq tədbirlər görülür.
Muxalifet - 19-09-2019
David Şahnazaryan: “Paşinyan Bakıya çox əsaslar verib”
Ermənistan Milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri David Şahnazaryan son günlər Ermənistan güc strukturları rəhbərlərinin istefaları ilə əlaqədar, ümumiyyətlə ölkədə yaranmış vəziyyəti kəskin tənqid edib və Paşinyan hakimiyyətinin Azərbaycanla bağlı siyasətinin səhv olduğunu qeyd edib.
Keçmiş xüsusi xidmət rəhbəri “Qolos Armenii” saytına verdiyi müsahibədə indiki müdafiə naziri David Tonoyanın fəaliyyətinə qiymət verərkən deyib:Muxalifet - 19-09-2019
Yusif həyatının ŞOKUNU yaşadı - İNTERNETDƏ TANIŞ OLDUĞU QIZ TOY GÜNÜ NƏNƏ ÇIXDI - FOTO
İnternetdə iki illik ünsiyyətdən sonra evlənmə qəradı verən cütlüyün istəyi reallaşmayıb. Toy günü bəy fikrini dəyişib. Buna səbəb isə sosial şəbəkədə tanış olduğu xanımın əslində profil şəklindəi ilə eyni olmamasıdır. Gənc qızla danışdığını düşünən Şimali Koreyalı Yusif adlı oğlan toyda gəlinin əslində yaşlı olduğunu görüb. O, nikahdan əvvəl dəfələrlə sevdiyi xanımla görüntülü danışmaq istəsə də, həmin vaxt xanım çadraya bürünüb və yalnız gözlərini görə bilib.//News24
Muxalifet - 19-09-2019
Dünya çempionatında Hacı Əliyevlə hakimlər arasında qalmaqal olub – FOTOLAR
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan yığmasının güləşçisi xoşagəlməz hadisə ilə üzləşib.
APA-nın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev ilk görüşündə rusiyalı Hacımurad Rəşidovla görüşdən sonra hakimlərin qərarı ilə razılaşmayıb.
Muxalifet - 19-09-2019
7 gün əvvəl istifadəyə verilən eskalatorda PROBLEM: Sərnişinlər təlaşa düşdü - VİDEO
Bu gün Bakı metrosundakı eskalatorda nasazlıq yaşanıb.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, yeni təmir olunan Xətai stansiyasında hərəkətdə olan eskalator anidən dayanıb. Hələlik səbəbi müəyyən olunmayan hadisə zamanı eskalatorda olan sərnişinlər arasında ciddi təlaş yaranıb. Sərnişinlər pilləkənləri piyada qalxmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) "Şah İsmayıl Xətai" stansiyası 12 sentyabrda təmirdən sonra istifadəyə verilib.Muxalifet - 19-09-2019
“Qarabağ” “Sevilya”ya qarşı
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək. Öllkəmizin bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” da oyuna çıxacaq.“Köhlən atlar” Avroliqanın beşqat qalibi “Sevilya”nı qəbul edəcək. İspaniya nəhəngi ilə ilk dəfə üz-üzə gələcək Qurban Qurbanovun komandasının bu matçda necə oyun göstərəcəyi maraqla gözlənilir. Qeyd edək ki, A qrupunun digər oyununda APOEL öz meydanında “Düdelanj”la qarşılaşacaq. Avropa Liqası, A qrupu 19 sentyabr 20:55. “Qarabağ” – “Sevilya” Hakimlər: Yeven Aranovski, Semen Şlonçak, İqor Alokin, Yaroslav Kozuk (hamısı Ukrayna). Bakı.
Muxalifet - 19-09-2019
ABŞ-ın İrana qarşı HƏRBİ PLANI ortaya çıxdı: Yer yerindən OYNAYACAQ
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı hərbi variantları Ağ Evə təqdim edib.
Bu barədə NBC və “New York Times” kimi media nəhəngləri məlumat yayıb.
Xəbərə görə, ABŞ Müdafiə naziri Mark Esper və Baş qərargah rəisi Yosef Danford prezident Donald Trampa İranın raket depolama sahələrinin vurulması və neft infrastrukturuna hərbi və ya kiberhücum əməliyyatlarını ehtiva edən variantlar təqdim edib.
Muxalifet - 19-09-2019
Ermənilərin qara bəlası - şəhid “Qarabala” - FOTOLAR
Modern.az saytı şəhid Nazim Qənbərovun döyüş salnaməsini təqddim edir... Rəfiqə xala nə üçün gəldiyimi biləndə gözlərindən sanki iki çeşmə qaynadı... susdu amma yanağı aşağı axan “acı çeşmə”nin qarşısını almağa bir müddət gücü yetmədi. Böyütdüyü altı övladından biri olan şəhid oğlunun itkisini 26 il keçməsinə baxmayaraq hələ də, azacıq da olsa unutmadı, heç vaxt... elə indi də “balam” kəlməsini dilindən düşürmədi. Sızıltıyla dediyi bayatı onun başına yığılanları, yaxınlarını da kövrəltdi: Ağlayan başdan ağlar, Kirpikdən, qaşdan ağlar. Belə oğul itirən Durar obaşdan ağlar!
Muxalifet - 19-09-2019
BU DA SON: Ermənilər Kəlbəcərdə “bal festivalı” da keçirirlər - VİDEO
Ermənilər işğal altında saxladıqları Kəlbəcər rayonunda daha bir tədbir keçirməklə səbrimizə növbəti dəfə dağ basıblar.
Sentybarın 14-də Kəlbəcər rayonunda “bal festivalı” keçirən ermənilər bunu bütün dünyaya nümayiş etdiriblər.
“Festivalda” Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyan da iştirak edib.
“Festivalda” Qarabağın işğal altında olan rayonlarından toplanmış məhsullar sərgilənib. Hətta Ermənistan da da tədbirə qatılanların olduğu bildirilir.
Qeyd edək ki, ermənilər Kəlbəcər rayonun adını Karvaçar adlandırırlar.//ModernMuxalifet - 19-09-2019
Nazilə Səfərlidən SƏRT SÖZLƏR: “Ondan elə tər iyi gəlirdi ki...”
Tanınmış şairə Nazilə Səfərli kişilərin qadınlara xəyanət etməsinin səbəbini həmcinslərində görüb.
Qalmaqallı açıqlamaları ilə tez-tez gündəm yaradan məşhur özünə dəyər verməyən qadınlara irad bildirib. O, bu barədə instaqramda paylaşım edərək xanımları baxımlı olmağa səsləyib:Muxalifet - 19-09-2019
"Cəmiyyət hələ sülhə hazır deyil" – Novella Cəfəroğlu
Ermənistanla Azərbaycan arasında yaradılan Sülh Platformasının (SP) son aylarda demək olar ki, fəaliyyəti müşahidə olunmur. Üç ilə yaxındır ki, fəaliyyət göstərən SP-nın hansı işlə məşğul olduğu, üzvlər arasında görüşlərin keçirilib-keçirilmədiyi müəmmalı olaraq qalır.
Muxalifet - 19-09-2019
Çimnazın sinəsi açıq fotosu BƏYƏNİLDİ
Akrisa Çimnaz Sultanova yenə paylaşımı ilə maraq doğurub. “Ölkə.Az” xəbər verir ki, o, dənizdə çəkilən fotosunu “İnstagram” səhifəsində paylaşıb. Aktrisanın sinəsi açıq görünüşü minlərlə izləyici tərəfindən bəyənilib. Onlar Sultanovanın gözəlliyinə təriflər yağdırıblar. Sözügedən fotonu təqdim edirik:
Muxalifet - 19-09-2019
İş adamı bir görüş üçün mənə 150 min təklif etdi - Aparıcıdan ŞOK ETİRAF
Televiziya proqramlarından birində qonaq olan aparıcı Seda Akgül qalmaqallı açıqlama verib.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, populyar olduğu illərdə bir iş adamından ilginc təklif aldığını etiraf edib.
Aparıcının sözlərinə görə, iş adamı ona axşam yeməyi dəvətinə razılıq verməsi qarşılığında 150 min lirə (44 min manat) pul təklif edib. S.Akgül bu hadisənin 2-3 il əvvəl baş verdiyini, həmin iş adamının məqsədinin onunla birgə görüntülənmək olduğunu bildirib.
48 yaşlı aparıcı təklifi qəbul etmədiyini deyib:Muxalifet - 19-09-2019
Osman Gündüz: “Bu rüsum 3000 faizədək qaldırılıb”
“Dünən yeni telefon alan dostumuzla söhbət edirəm. Evdəki interneti pis gündədir. NRYTN-nin (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) arxasınca asıb-kəsir. Telefona nəzər salıb, dedim ki, elə indicə 25 manat pulu da verdin NRYTN-ə. Az qaldı telefonu qaytara…”
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib. Tanınmış ekspert mobil telefonların qeydiyyatı üçün ödənilən məbləğin hansı qurumlar arasında bölünməsini də izah edib:Muxalifet - 19-09-2019
Nazirlik qaziyə problemli maşın verdi - O İSƏ İMTİNA ETDİ - SƏS YAZISI
Qarabağ Müharibəsi əlili, Berkut Asif ləqəbli Biləsuvar sakini Həşimov Asif Gülverdi oğlunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona verilən problemli avtomobildən imtina edib.
Muxalifet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Həşimov Asif Gülverdi oğlunun özü məlumat verib:Muxalifet - 19-09-2019
SON DƏQİQƏ: Ramil Usubovdan YENİ TƏYİNAT - Prokuroru yanına apardı
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik şurasında yeni təyinat olub. Publika.az-ın əldə etdiyi məlumata görə, İldırım Vəliyev Təhlükəsizlik şurasında baş məsləhətçi vəzifəsinə təyin edilib. Qeyd edək ki, İ.Vəliyev bu təyinatadək Baş Prokurorluğun Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində rəis müavini vəzifəsini tutub.
Muxalifet - 19-09-2019
Bakıda 70 yaşlı qadın amansızlıqla qətlə yetirildi - Oğlu şübhəli bilinir
Bakının Xətai rayonunda dəhşətli cinayət faktı qeydə alınıb.
Bu barədə Oxu.Az-a Xətai Rayon Prokurorluğundan məlumat verilib.
Qəddar cinayətin qurbanı 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovna olub.
Telnova küçəsindəki mənzildə qadının üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Qəsdən adam öldürmə faktı ilə Azərbaycan CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
İlkin ehtimala görə, qadının qətlində oğlunun əli var. Cinayəti törədən şəxs gizlənib. Hazırda 34-cü Polis Bölməsinin əməliyyatçıları şübhəli şəxsin axtarışına başlayıblar.Muxalifet - 19-09-2019