Axtarış

The search found 105716 results in 0.043 seconds.

Search results

  1. Allah adı çəkilmədən öldürülən heyvanlar niyə leş adlanır?

    Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilib. Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

    Muxalifet - 19-09-2019

  2. Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması - VƏ MÜƏMMALI “MAYBACH”I..., SENSASİON TƏFƏRRÜATLAR

    Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib,-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi, 2015-ci il I Avropa Oyunları zamanı “Atletlər kəndi” ərazisində baş vermiş qəzaya görə həbs edilmiş Hüseyn Salamov boşandığı keçmiş arvadını və iki azyaşlı uşağını “küçələrə atmaqla” hədələyir. Virtualaz.org xəbər verir ki, Hüseyn Salamov Avropa Oyunları zamanı avtobus sürücüsünün törətdiyi, avstriyalı sinxron üzgüçü Vanessa Sahinoviçin ağır xəsarət alıb şikəst olması ilə nəticələnmiş qəzaya görə 2015-ci ilin payızında həbs olunub.

    Muxalifet - 19-09-2019

  3. Генералы песчаных островов

    https://pressklub.az

    Не хотел бы я быть почтольоном на этой улице: где-то номера домов перепутаны, какого-то номера, сбейся с ног, не найдешь. И вообще, странностей здесь немало: аренда помещения, например, по правой стороне стоит дороже, чем по левой, по той самой, где многие подвалы пустуют, хотя до всегда бойкой "Торговой" рукой подать...

    ***

    Muxalifet4 - 19-09-2019

  4. Azərbaycanda QORXUNC HADİSƏ - Sığorta şirkətinin işçiləri diri-diri yanaraq öldü

    Sumqayıtda "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb. İki avtomobil - "Hyundai-İX35" və "Mercedes" toqquşub. Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərdən birinin adı məlum olub.

    Muxalifet - 19-09-2019

  5. Metroda problemlə üzləşmək istəmirsinizsə, bunları etməyin – Sərnişinlərin nəzərinə

    Səhər saatlarında yenicə açılışı edilmiş Bakı Metropoliteninin "Xətai" stansiyasında eskalatorun dayanması hadisəsi baş vermişdi. Hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşan sərnişinlər bir neçə gün öncə də eyni eyni problemlə üzləşdiklərini bildirmişdilər. 

    Bəs sərnişinlər birdə belə hadisələrin yaşanmaması üçün nələr etməlidir?

    Mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Yeni Sabah”a danışıb. O bildirib ki, bu kimi hallarda daha ehtiyyatlı olmaq lazımdır:

    Muxalifet - 19-09-2019

  6. Rusiyada ermənilərlə yezidi kürdlər arasında kütləvi dava düşüb

    Rusiyanın Yekaterinburq şəhərində “Taqanskiy ryad” bazarında yezidi kürdlərlə ermənilər arasında atışma və kütləvi dava olub.

    “Report” xəbər verir ki, bu barədə “Arqumentı i faktı.Ural” qəzeti məlumat yayıb.

    Bildirilib ki, bazarda ermənilər və yezidi kürdlərin sahibkarlıqla məşğul olan nümayəndələri arasında baş verən mübahisə kütləvi dava-dalaş çevrilib.

    Muxalifet - 19-09-2019

  7. İrəvanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin müzakirə olunduğu bilindi...

    “Biz bu məsələdən xəbərdarıq və müzakirə edirik ".
    Ermənistan mediasının yaydığı məlumata görə, bunu işğalçı ölkə baş nazirinin mətbuat katibi Vladimir Karapetyan  söyləyib. O, rəsmi Bakının Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim tərəfindən qanunsuz olaraq məhkum olunmuş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə  Azərbaycanda qanuni şəkildə saxlanılan iki Ermənistan vətəndaşının mübadiləsi təklifindən danışıb.

    Muxalifet - 19-09-2019

  8. Falçı Yeganə: “Nazirlər, deputatlar da falçılara, baxıcılara müraciət edirlər”

    Azərbaycanda bəzi vəzifəli şəxslərin falçılara, cadugərlərə inanması, onların “köməyi”indən” yararlanması barədə mətbuatda, sosial şəbəkələrdə vaxtaşırı xəbərlər yayımlanır. Elə dünən sosial şəbəkədə məmurlardan birinin cadugərin fəaliyyətindən bəhrələndiyini əks etdirən videonun trendə çevrilməsi də bu qəbildən olan məlumatlardandır. Muxalifet.az bildirir ki, mövzu barədə Modern.az-a açıqlama verən falçı Yeganə Zeynalova bu məsələdə bəzilərinin ağ və qara magiyanı qarışdırdığını, çox şeyi doğru-dürüst anlamadığını vurğulayıb: “Bizim avam camaatımız magiya ilə masonları qarışdırır.

    Muxalifet - 19-09-2019

  9. FHN: 168 binanın istismarına icazə üçün müvafiq rəy verilib

    Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli fərmanının icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) iclas keçirilib.

    Muxalifet - 19-09-2019

  10. Bakıda “kölgə” adamların “kölə” biznesi: 3 min gətir, 3 yüz apar

    “Bir gün üçün planımız 100 manatdır, əgər bu məbləği verməsək, kəsirimiz maaşımızdan çıxılır”

    Muxalifet - 19-09-2019

  11. Türkiyədə 6 PKK-lı polisə təslim olub

    PKK terror təşkilatının 6 üzvü polisə təslim olub

    Muxalifet.az türk mətbuatına istinadən bildirir ki, PKK üzvləri İraqın şimalındakı düşərgələrindən qaçaraq Şırnak vilayətinin Silopi rayonu yaxınlığında yerləşən Habur Sərhəd Məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olublar.

    Məlumata görə, saxlanılan terrorçulardan 4-ü qadındır.

    Daha ətraflı məlumat verilmir.

    Muxalifet - 19-09-2019

  12. Nanə Üzeyirə qoşulub Azərbaycandan getdi - FOTOLAR

    Teleaparıcı Nanə Ağamalıyeva müğənni Üzeyir Mehdizadə ilə fotosunu yayımlayıb. “Ölkə.Az” xəbər verir ki, aparıcı təyyarədə Mehdizadə ilə çəkilən fotosunu “İnstagram” səhifəsində paylaşıb. O, fotonu belə şərh edib: “Maraqlı həmsöhbət uzaq məsafələri bir ana çevirir...” Nanə hər zaman ki, kimi paylaşımının şərh bölümünü bağlayıb.

    Muxalifet - 19-09-2019

  13. Mən asudə adamam, sərbəst hərəkət edirəm - General Mövlam Şıxəliyev danışır

    Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi barədə xəbər yayılıb.
    Bu xəbərin nə dərəcədə doğru olması təsdiqlənməsə də ölkənin Milli Təhlükəsizlik Nazirliyini cinayət yuvasına çevirən, bu nazirlikdə mütəşəkkil cinayətkar dəstə yaradan  və ən əsası istintaq altında olan bir adamın ölkədən çıxışına məhdudiyyətin götürülməsi xəbəri sosial şəbəkələrdə narazılıqla qarşılanıb.

    Muxalifet - 19-09-2019

  14. Azərbaycan mediası Köçəryana niyə LOYAL YANAŞIR? - Bu "sevda"nın ŞOK SƏBƏBLƏRİ...

    Azərbaycan mediasında qəribə bir mənzərə yaranıb. Bu mənzərədə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçmiş prezident Robert Köçəryan arasında qızğın mübarizə gedir və bu mübarizədə sanki tərəf tutulur. Daha dəqiqi, Paşinyan sərsəm, erməni xalqını fəlakətə sürükləyən, Qarabağ danışıqlarını dalana dirəyən bir kimi, Köçəryansa haqqı tapdanan biri kimi qələmə verilir.

    Muxalifet - 19-09-2019

  15. Xarici işlər nazirinə yeni müavin təyin edildi - Rusiyada

    Rusiya Xarici İşlər nazirinə yeni müavin təyin olunub. 

    Unikal.org TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putinin müvafiq qərarı ilə Andrey Rudenko Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub. 

    Qeyd edək ki, A. Rudenko Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri 2-ci Departamentinin direktoru olub.

    Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər nazirinin müavini - stats-katib Qriqori Karasin vəzifəsindən azad edilib. Rusiya Prezidentinin sərəncamı ilə onun vəzifəsinə Yevgeni İvanov təyin olunub.

    Muxalifet - 19-09-2019

  16. Tural Yusifov: DYP "Çermet" körpüsünün altında özləri üçün "mini London" yaradıb - VİDEO

    Sürücülər Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində yerləşən körpünün yanında asfalt yola boya ilə çəkilmiş dairəvi yoldan narazı olduqlarını bildiriblər.
    Xüsusilə gecə vaxtı və ya yağışlı hava şəraitində tamamilə gözdən itən dairəvi yol sürücülər üçün qəza şəraiti yaradır.
    YPX əməkdaşlarının belə məhəl qoymadığı həmin dairəvi yolun nə üçün adəti şəkildə quraşdırılmadığı bilinmir. Ancaq bilinən bir məsələ var ki, körpünün o biri tərəfində dayanan YPX əməkdaşları gün ərzində bir çox avtomobilə həmin yerdə cərimə tətbiq edirlər.

    Muxalifet - 19-09-2019

  17. Putin Paşinyanla görüşdən imtina etdi

    Görünür, Rusiya Prezidenti Vladimir Putin bir neçə saatlıq Ermənistana gedəcək. O, Yerevanda qalmaq niyyətində deyil və yalnız Avrasiya İqtisadi İttifaqının toplantısına qatılacaq. Bundan sonra isə Ermənistanı tərk edəcək. 
    Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın "168 jam" nəşri məlumat verib. 
    Qeyd edilib ki, hətta rusiyalı lider rəsmi ziyafətdə iştirak etməyəcək. 
    "Ermənistan tərəfi ikitərəfli görüşlə bağlı xahiş etsələr də, Rusiya tərəfi Baş nazir Nikol Paşinyanın bu istəyini rədd edib", - məlumatda qeyd olunub. 

    Muxalifet - 19-09-2019

  18. Diriliş Ertoğrul ekranlara Orhan Atmaca kimi qayıdır

    “Diriliş Ertoğrul” filmindən tanıdığımız aktyor Engin Altan Düzyatan bu dəfə filmdə prokuror rolunu canlandıracaq.
    Engin Altan Düzyatan  İstanbulda “Kurşun” filmində çəkilişlərə başlayıb. 
    Artıq filmin çəkilişlərindən ilk fotolar da  paylaşılıb. Ertoğrul bu dəfə çəkildiyi “Kurşun” filmində 1970-ci  illərdə ədalət axtarışında olan prokuror Orhan Atmaca rolunu ifa edəcək. Onun filmdəki əsas tərəfmüqabili Leyla Devrim rolunu ifa edəcək Burcin Terzioğlu olacaq.

    Muxalifet - 19-09-2019

  19. Sumqayıt bulvarında yarım hektar ərazi kimə satılıb?- İzlər Cavid Qurbanova aparır

    Sumqayıt şəhərində yerləşən “Nəsimi” adına mədəniyyət və istrahət parkının (Sumqayıt Bulvarı) ərazisində 2 mərtəbəli, zirzəmili “Xəzər” İdman və Sağlamlıq Mərkəzi tikiləcək. Yenisabah.az Tikintilərin Dövlət Reyestrinə istinadən xəbər verir ki, tikintinin sifarişçisi “Spartak1980” MMC-dir. Şirkətə bulvar ərazisində 61 sot ərazi ayrılıb. Mərkəzin layihələndirmə işini isə “Genetechs” MMC həyata keçirəcək.

    Muxalifet - 19-09-2019

  20. Məktəblilərin nəqliyyatda pulsuz gediş müzakirələri– ekspertlərdən çıxış yolu

    “Şagird və tələbələrin ictimai nəqliyyatdan pulsuz və yaxud güzəştli istifadəsi üçün kartlar tətbiq edilə bilər”

    Ötən gün sosial şəbəkələrdə ana və onunla olan 3 məktəbli övladının imkanı olmadığı üçün “BakuBus” avtobusundan düşürüldüyü, bununla da uşaqların məktəbə gedə bilmədiyi barədə məlumat yayıldı.

    Məsələyə anındaca sərt reaksiyalar gəlməyə başladı.

    Muxalifet - 19-09-2019

Pages