Axtarış
The search found 105716 results in 0.025 seconds.
Search results
Belarus TŞ katibi Putin “NATO”suna görə gəlmişdi? - Reaksiya...
Ekspertlərə görə, KTMT-yə qoşulmaq Azərbaycanın planlarına daxil deyil və onlar prezidentin bu barədə mövqeyinə istinad edirlər...
Sentyabrın 18-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Muxalifet - 20-09-2019
ABŞ-ın erməni əsilli generalı Rusiyaya hədə qorxu gəldi - FOTO
ABŞ-ın Rusiyanın Kalininqrad vilayətindəki hava hücumundan müdafiə sistemini dəf etməyə imkan verəcək planı mövcuddur.
“Breaking Defence” xəbər verir ki, bunu ABŞ-ın Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin komandanı Ceffri Li Harriqyan deyib.
Onun sözlərinə görə, Pentaqon Avropada mümkün “Rusiya təcavüzünə” cavab verməyə hazırdır. Belə olan təqdirdə havadan, qurudan, dənizdan, kosmosdan – yəni hərtərəfli hücumlar təşkil olunacaq.Muxalifet - 20-09-2019
NATO-nun RUSİYA ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ «İTİRİLİB» – Bəs, sonra?
Dalaşqan Rusiya və getikcə daha güclü olan Çin dünya liderlərini nəhəng güclərlə rəqabət aparmağa məcbur edir. Gürcüstanda, Ukraynada və Suriyada özünün strateji maraqlarını qorumaq üçün Moskva hərbi gücdən istifadəyə hazır olduğunu nümayiş etdirdi. Bu maraqlar Amerika Birləşmiş Ştatları (ABŞ) və NATO-nun məqsədləri ilə daban-dabana ziddiyyət əşkil edir.
Muxalifet - 20-09-2019
Eldar Mahmudovun “sağ əli” danışdı: “Sərbəst hərəkət edirəm”
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi barədə xəbər yayılıb. Bu xəbərin nə dərəcədə doğru olması təsdiqlənməsə də ölkənin Milli Təhlükəsizlik Nazirliyini cinayət yuvasına çevirən, bu nazirlikdə mütəşəkkil cinayətkar dəstə yaradan və ən əsası istintaq altında olan bir adamın ölkədən çıxışına məhdudiyyətin götürülməsi xəbəri sosial şəbəkələrdə narazılıqla qarşılanıb.
Muxalifet - 20-09-2019
Qarabağ danışıqlarına yeganə alternativ - müharibə qapıda
Azərbaycan hərbi gücü və döyüş təcrübəsini artırır, Ermənistan isə yeni siyasi silkələnmələrə doğru gedir; sabiq amerikalı həmsədr: “Paşinyan çətin dilemma qarşısında qalıb...”
Muxalifet - 20-09-2019
ABŞ Konqresinin üç üzvü Qarabağa soxulmağa hazırlaşır - İŞĞALÇILARA 4 MİLYON DOLLARLIQ XÜSUSİ AVADANLIQ?
ABŞ Konqresinin Nümayəndələr palatasının ermənilərə qulluq edən üç üzvü-Ceki Spir-Kançelyan, Cudi Çu və Frenk Pallone Ermənistana oktyabrın 1-də nəzərdə tutulmuş bir həftəlik səfərləri çərçivəsində o cümlədən işğal altındakı Dağlıq Qarabağa baş çəkməyə hazırlaşır. Bu haqda konqresmen Cudi Çi Konqresdə Amerika Erməni Assambleyası tərəfindən təşkil edilmiş tədbir zamanı deyib.
Muxalifet - 20-09-2019
Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? - ARAŞDIRMA
Bir neçə ildir ki, internetdə və sosial şəbəkələrdə “İran şahının hərəmləri” başlıqlı fotolar və məqalələr paylaşılır. Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, fotolara və məqaləyə əsasən, guya İran şahı Nasirəddin şah Qacarın zövqü belə olub və ümumiyyətlə, Şərqdə gözəllik məfhumu, sarayda hərəmlər, əsasən, belə qadınlarla dolu imiş. Amma az-maz tarix oxuyan, xüsusən Qacarlar dövrünü araşdıranlar bilir ki, İran öz gözəl qızları ilə Şərqdə və dünyada məşhur olub.
Muxalifet - 20-09-2019
Fazil Məmmədovun qudasını Nur-Sultanda “yıxdılar” - QALMAQAL
Məlum olduğu kimi, Qazaxıstanın paytaxtı Nur-Sultanda sərbəst güləş üzrə dünya çempionatında Azərbaycan idmançıları ilə bağlı qalmaqal yaşanıb. Bunlar barədə bir qədər sonra... Əvvəla, onu qeyd edək ki, çempionatdan bir gün əvvəl məlum olub ki, Azərbaycanın sərbəst güləş üzrə milli komandası Qazaxıstana baş məşqçisiz gəlib. Bildirilib ki, dağıstanlı baş məşqçi Saypulla Absaidov mundial öncəsi komandanın sükanını tərk edib. Onun üçün çempionata bilet alınsa da, özü kollektivlə birgə olmaq istəməyib. Absaidovun bu addımının səbəbi açıqlanmayıb.
Muxalifet4 - 20-09-2019
Bakıda 400 manata toyuq satılır - FOTO
İnsanların gündəlik qida rasionunda ən tələbatlı məhsullardan biri şübhəsiz ki, toyuq ətidir. Həm əti, həm də yumurtası üçün Azərbaycanda da toyuq bəslənməsinə xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan digər məhsullarla müqayisədə quş ətinə və yumurtaya olan tələbatını tam şəkildə ödəyir. Azərbaycanda çoxlarının bilmədiyi dekorativ toyuq növləri də var ki, bunlara daha böyük maraq müşahidə olunur. Dekorativ toyuq növlərinin ən çox satıldığı məkanlardan biri isə Sabunçu rayonu ərazisində yerləşən və “rus bazarı” adı ilə tanınan ticarət məkanıdır.
Muxalifet - 20-09-2019
Bakıda 32 yaşlı polisi maşın vurdu
Bakının Nərimanov rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az apa-ya istinadən verir ki, minik avtomobili metronun "Gənclik" stansiyasının yaxınlığında, Tofiq Bəhramov adına stadionun qarşısında xidmət aparan və Çevik Polis Alayının əməkdaşı, 1987-ci il təvəllüdlü Ağayev Vüsal Elsevər oğlunu vuraraq qaçıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır
Muxalifet - 20-09-2019
Azərbaycanda bu şəxslərlə bağlı məlumatlar vahid mərkəzdə toplanacaq
Baş Nazir Novruz Məmmədov “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nı təsdiq edib.
Muxalifet.az xəbər verir ki, qaydalar “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Muxalifet - 20-09-2019
Tramp 7,5 saniyəyə dünyanın sonunu gətirəcək - ŞOK İDDİA
“Donald Tramp 7,5 saniyədə dünyanın sonunu gətirə bilər”.
Bunu Kaliforniya Universiteti İctimai Siyasət Fakültəsinin professoru və 80 ildir yayımlanan “Newsweek” dərgisinin köşə yazarı Robert Reyx iddia edib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp artıq rasional davranmır və təhlükəli səviyyədə balanssız biri olmağa başlayıb. Yazar Trampın Qrelandiya adasını satmadığı üçün Danimarkaya səfərini və Taliban qruplaşması ilə Kamp Daviddə keçiriləcək gizli sülh görüşü ləğv etdiyini tvitterdən elan verməsinə diqqət çəkib.Muxalifet - 20-09-2019
Bakıda erməni istehsalı olan peçenye satılır - FOTO
Bakıda erməni istehsalı olan peçenye satılır. Bu barədə jurnalist Xalid Kazımlı Feysbukda məlumat yayıb. "Choco Pie" adlanan peçenyenin "Bazarstor"dan alındığı qeyd olunub. Məhsulun bir tərəfində ermənicə, digər tərəfində isə Azərbaycan dilində yazı var.
Muxalifet - 20-09-2019
Azərbaycanlı aparıcı qəzaya düşdü - FOTO
Azərbaycanlı aparıcı-prodüser Sayqa Cahid qəzaya düşüb. Muxalifet.az azxeber.com-a istinadən xəbər verir ki, S.Cahid qəza nəticəsində ağır xəsarət alıb. Avtomobil isə yararsız vəziyyətə düşüb. Qeyd edək ki, Sayqa Cahid ARB TV-də aparıcılıq edir.
Muxalifet - 20-09-2019
Azərbaycanda gənc qızı toyda belə qaçırdılar - VİDEO
Azərbaycanda toyda qəribə hadisə baş verib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, toyun keçirildiyi çadırın yaxınlığında gənc qızı qaçırıblar. Yayılan görüntülərdə bir neçə oğlan qızın qışqırıqlarına məhəl qoymadan zorla "VAZ 2107" markalı avtomobilə mindirərək ərazidən uzaqlaşırlar.
Muxalifet - 20-09-2019
ABŞ kosmosa silah yerləşdirir - Nazirdən ŞOK AÇIQLAMA
“ABŞ kosmosa silah yerləşdirmə planlarını icra etməyə başlayıb”.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Serqey Lavrov deyib.
Rusiya Xarici İşlər Nazirliyi Lavrovun “Rusiya qlobal siyasətdə” jurnalında dərc edilən məqaləsini yayımlayıb. Həmin ifadələr də bu məqalədə yer alıb.Muxalifet - 20-09-2019
Hacı Əliyev dünənki davanın heyfini misirli rəqibdən çıxdı
Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb.
İdmançımızın rəqibi misirli Amr Reda Ramadan Husseni olub. H.Əliyev 10:1 hesabı ilə qalib gəlib. Lakin görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin aldığı zədədəyə görə yarışı dayandırması olub.
Muxalifet - 20-09-2019
Gəncə hadisələrində qətlə yetirilən polisin həyat yoldaşı: “Bu ağır cinayətin üstünü ört-basdır etmək bu qədərmi asandır?”
2018-ci ildə Gəncə iğtişaşları zamanı qətlə yetirilən polis zabiti Səməd Abbasovun həyat yoldaşı Leyli Abbasova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq məktub ünvanlayıb.
Məktubda deyilir: “Hörmətli cənab Prezident!
Muxalifet - 20-09-2019
Sumqayıtda və 2 rayonda qaz olmayacaq
“Azəriqaz” İstehsalat Birliyində 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.
Birlikdən verilən məlumata görə, Sumqayıt şəhərinin bir hissəsini təbii qazla təmin edən diametri 530 mm-lik “Şəhər-4” orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinin aparılması məqsədilə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Bu zaman saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərində bir qrup abonentin qaz təchizatında fasilə olacaq.Muxalifet - 20-09-2019
Azərbaycan və Ermənistan XİN başçıları sentyabrın 23-də Nyu-Yorkda görüşəcək
Sentyabrın 22-də Nyu-York şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindla məlumat verilib.
Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.
Muxalifet - 20-09-2019