Axtarış
The search found 105716 results in 0.039 seconds.
Search results
“Azərbaycanda ictimai rəy radikallaşıb, inqilab tərəfdarları günbəgün artır”
“Bu səbəbdən də kütlə bizim ölkəni real təhdid edən problemlərlə bağlı heç bir ideyamızı qəbul etmir”
Muxalifet4 - 19-09-2019
SON DƏQİQƏ: dəhşətli hadisə baş verdi, 30 ölü, onlarla yaralı var
Əfqanıstanın şərqində yerləşən Nəngərhar vilayətinə avia-zərbələr endirilib.
Hadisə nəticəsində 30 mülki şəxs ölüb, onlarla yaralı var.
Hücumun məsuliyyətini hələ ki, heç kim öz üzərinə götürməyib.
Qeyd edək ki, ABŞ-la Taliban arasında başlayan danışıqlar ötən həftə dayandırılmışdı. Bunun ardınca prezident Əşrəf Qaninin seçki mitinqində bomba partladılmış, nəticədə 24 nəfər ölmüş, 31 nəfər yaralanmışdı.
Muxalifet - 19-09-2019
Azərbaycanlı müğənni efirdə sponsorunun adını AÇIQLADI - 92 yaşlı "baş sponsor" kimdir? - VİDEO
Tanınmış müğənni Lətifə Soyuöz efirdə sponsorunun kimliyini açıqlayıb. O, ARB TV-nin "Faydalı saat" verilişində qonaq olub. Lətifə Soyuöz bildirib ki, ona sponsorluq edən şəxsin 92 yaşı var. Həmin şəxs bakılıdır. Daha ətraflı videoda:
Muxalifet - 19-09-2019
"Ermənistan" Aleksey Navalnını məhkəməyə VERDİ
Moskvanın Tverskaya küçəsində fəaliyyət göstərən "Ermənistan" ("Армения") adlı mağaza və restoranın sahibi Rusiya müxalifətinin lideri Aleksey Navalnı və daha 5 nəfər müxalifət nümayəndəsini məhkəməyə verib. İddia ərizəsi qəbul edilib və ilk məhkəmə oktyabr ayının 2-də olacaq.
"Ermənistan" restoranının sahibi iddia edir ki, müxalifətin 27 iyul tarixində keçirdiyi mitinq zamanı obyektinə maddi ziyan vurulub və dəymiş ziyana görə müxalifət təmsilçilərindən 551 min 847 rubl və 5 qəpik (kopeyk) istəyir.Muxalifet - 19-09-2019
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Ana 10 aylıq körpə qızını boğub öldürdü
Ağdam rayonunun Qərvənd kəndində 10 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Günel İsmayılovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nural Əliyevin icraatına verilib. Məhkəmə hazırlıq iclası oktyabr ayının 1-nə təyin edilib. Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Hadisə ailə münaqişəsi zəminində baş verib.
Muxalifet - 19-09-2019
Prokuror Hüseyn Abdullayevə cəza istədi
Sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, onlarla birlikdə mühakimə olunan Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Nazim Əliyev, Zaur Quliyevin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. O, Hüseyn Abdullayevin 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Muxalifet - 19-09-2019
Hacı Əliyevlə bağlı qərar verildi
Azərbaycanın üçqat dünya və Avropa çempionu Hacı Əliyevin Qazaxıstanın paytaxtı Nur-Sultandakı mundialda rusiyalı Hacımurad Rəşidova uduzduğu görüşdə aldığı qırmızı vərəqə ləğv edilib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, Dünya Güləş Birliyinin Hakimlər Komitəsi qırmızı vərəqəni ləğv etdiyi üçün 65 kq çəkidə yarışan pəhləvan təsəlliverici görüşə qatılamaq imkanını saxlayıb.
Muxalifet - 19-09-2019
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə
İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İsmayıllının Talıstan kəndində keçirilən “Kartof Festivalı”nda qeydə alınıb.
Muxalifet - 19-09-2019
GİZLİ TOPLANTI: Türkiyədəki bələdiyyələri onlar idarə edirmiş… - FAKTLAR
HDP-nin rəhbətlik etdiyi bələdiyyələri sədrləri deyil, Qəndilin təyin etdiyi terrorçular idarə edir. Sədrlər simvolik olaraq vəzifədə görünsə də, bələdiyyənin bütün fəaliyyətini dağdan göndərilən bu “tam səlahiyyətli” terrorçular yönəldir.
Türkiyə mediası xəbər verir ki, HDP bələdiyyələrinin PKK tərəfindən idarə olunmasıyla bağlı bu məlumatlar gizli kəşfiyyat hesabatları və gizli şahid ifadələrindən sonar üzə çıxıb.Muxalifet - 19-09-2019
“28 il ordunun yanında dayanmağımdan peşmanam” VİDEO - Erməni əsgərin anası
“Təxminən 1 saatdır hökumət binasının qarşısındayıq və onlara məhəl qoymuruq. Onların hökumətdə oturmaq hüququ yoxdur”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölmüş erməni hərbi qulluqçunun anası Marqarita Xaçatryan bildirib.
Hazırda Ermənistanın hökumət binası qarşısında ölmüş hərbi qulluqçuların xanımları və anaları etiraz aksiyası həyata keçirirlər.Muxalifet - 19-09-2019
Sabiq DYP rəisinin VƏZİFƏSİ KİÇİLDİLDİ
Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Cəmşid Hənifəyev yeni vəzifəyə təyin edilib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, C.Hənifəyev Nərimanov Rayon Polis İdarəsinin Təşkilati-İnspektor qrupunun inspektoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, C.Hənifəyev bu ilin fevralında Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifədən azad edilərək sərəncama götürülüb.
Muxalifet - 19-09-2019
"Ağadadaş Ağayev məni gecə 2-də evə..." - Afət Fərmanqızı
Müğənni Afət Fərmanqızı ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişində maraqlı açıqlamalar edib. "Ölkə.Az" xəbər verir ki, sənətçi anasının son illərə qədər onu döydüyünü etiraf edib. "Uzun illər Ağadadaş Ağayevlə birlikdə məclislərə getmişəm. Hamı bilir ki, onun apardığı məclislər gecə 1-2-də bitir. Bir dəfə toydan evə gələndə anam soruşdu ki, niyə başqa müğənnilərlə gedəndə evə tez gəlirsən, amma Ağadadaş Ağayevlə məclislərdən gecə ikidə qayıdırsan? Bunu deyəndən sonra məni nar çubuğuyla döyməyə başladı.
Muxalifet - 19-09-2019
İsmayıllıdakı “Kartof festivalı”nda zəhərlənmə - 7 NƏFƏR XƏSTƏXANAYA APARILDI
İsmayıllı rayonunda kütləvi zəhərlənmə baş verib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 3 kişi, 4 qadın gətirilib.
Xəstəxananın baş həkimi Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaq. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.
Muxalifet - 19-09-2019
Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - SENSASİON İDDİALAR
Selcan Yağmur: "Fuad Qəhrəmanlının da evində qızının dizini, arvadının barmaqlarını sındıran, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur" “Bu yazını AXCP sədr müavini Fuad Qəhrəmanlının qızı kimi yox, bir insan kimi yazıram. İçində böyüdüyüm qorxulu bir ailədə böyümək, insanın içinə tarif olunmaz duyğular yükləyir. Bir də onu bilirəm ki, bu yazıya görə hətta, proqressiv insanlar tərəfindən də qınanacam, “çünki o sənin atandır”, çünki, atam olan adamı, anamın barmaqlarını sındırdığı xatirələri bağışlamalıyam.
Muxalifet - 19-09-2019
Putini qovmağa gedən şaman… – “Yaradanın əmrini” icra edirmiş
Rusiyanın Buryatiya Respublikasının ərazisindəki “Baykal” avtomagistralının 202-ci kilometrində, İrkutsk Vilayətilə sərhəddə Aleksandr Qabışev adlı şaman və onun tərəfdarları həbs ediliblər.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, A.Qabışevin Moskvaya üz tutduğu və məqsədinin ölkə prezidenti Vladimir Putini qovmaq olduğu məlum olub.
Muxalifet - 19-09-2019
Azərbaycanda “BMW” aşdı – Qadın öldü
Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb.
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 18-də saat 18 radələrində Goranboy rayonunun Balakürd kəndi ərazisində Tərtər rayon sakini T.Allahverdiyev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin - Abşeron rayon sakini Günel Manafova hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.Muxalifet - 19-09-2019
Meyxanaçı Samirənin də “Həci”si varmış - VİDEO
Meyxanaçı Samirə Yusifqızının Elgizlə səmimi söhbətində ortaya maraqlı məqamlar çıxıb.
Aparıcı Elgiz Əkbər ifaçının evində çəkiliş aparan zaman, onun gələcək həyat yoldaşı onlara zəng vurub.
Elgiz yarızarafat, yarıciddi: “Həci zəng vurub, bu da həcidir”- deyə qeyd edib.
Samirə isə hər bir işində sevgilisindən icazə aldığını, onun izni olmadan bir addım belə atmadığını söyləyib.
Ətraflı videoda izləyə bilərsiniz:Muxalifet - 19-09-2019
“Nə, oliqarx? Mənim milyardım yoxdur” – Misir Mərdanov
”Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər”.
Muxalifet - 19-09-2019
"Orxan ailəsini küçə pozğununa dəyişib" - Meyxanaçının həyat yoldaşı danışdı
Tanınmış meyxanaçı Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə eşq yaşayır. Bu gün meyxanaçının həyat yoldaşı Kəmalə xanım minval.info ilə əlaqə saxlayaraq meyxanaçı ilə bağlı şok açıqlama verib. O bildirib ki, meyxanaçıdan boşanmaq üçün məhkəməyə müraciət edib: “Orxanın daha öncə də bir qadınla münasibəti vardı. Həmin qadın mənə yazdı. Mən də ayrılmaq istədim, sonra oğluma görə barışdım. Oğlumun 5 yaşı var. 1 aydır ki, atasının ailəsindən xəbəri yoxdur. Oğlu nə yedi, nə içdi, dərsə getdi, ya getmədi, xəbərsizdir. Öz övladına belə münasibət bəsləyən insan mənə lazım deyil.
Muxalifet - 19-09-2019
GÜCLÜ ZƏLZƏLƏ: ölkə iki dəfə silkələndi
İndoneziyanın Yava adasında 6 və 6,2 bal gücündə zəlzələ meydana gəlib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi informasiya yayıb.
Bildirilib ki, zəlzələnin episentri Tuban şəhərinin 99 və 83 km şimalında, yerin 626 və 613 km dərinliyində yerləşib.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Tələfatla bağlı məlumat yoxdur.
Muxalifet - 19-09-2019