Axtarış

The search found 105716 results in 0.05 seconds.

Search results

  1. Netanyahu seçkilərdə uduzur - İSRAİLDƏ YENİ DÖNƏM BAŞLAYIR

    İsrail Knessetinə (parlament) seçkilərin ilkin nəticələrinə görə, heç bir partiya həlledici qələbəyə nail olmayıb. Buna görə də tərəflərdən biri irəli çıxıb hökumət qurana qədər ölkə siyasi qeyri-sabitliklə üzləşəcək.

    Muxalifet4 - 18-09-2019

  2. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"

    Cənubi Azərbaycan mili hərəkatının liderlərindən biri olan Abbas Lisani Ərdəbil şəhərində keçirilən apelyasiya məhkəməsində İrandakı milli ayrı-seçkilik siyasətinin 100 ildən bəri davam etdiyini gündəmə gətirərək prokurora və məhkəmə sədrinə ağır ittihamlar yönəldib. Muxalifet.az-ın məlumatına görə, Ərdəbil inqilab məhkəməsinin 1-ci şöbəsində Abbas Lisaninin vəkillərininin verdiyi şikayət ərizəsinə baxılarkən şəhərin yeni prokuroru Lisaniyə daha əvvəl verilən 8 illik həbs cəzasının artırılmasını tələb edib.

    Muxalifet4 - 18-09-2019

  3. "Uğurlu nəticə qazana bilərik" - QURBAN QURBANOV

    "Sevilya" kimi komandanın Bakıya gəlməsi hamı üçün sevindiricidir. Bir ilə yaxın idi ki, azarkeşlərimiz belə rəqibə qarşı canlı oyun izləmirdilər.
    Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah Bakıda "Sevilya" ilə keçiriləcək oyunla əlaqədar mətbuat konfransında deyib.

    Muxalifet4 - 18-09-2019

  4. 18 yaşlı gənc məşhur həkimi bıçaqladı - dişi keyləşmədiyi üçün - FOTO

    Bursada 18 yaşlı Mert.D dişini çəktirmək üçün getdiyi xəstəxanada Hamdi Gören adlı həkimi sinəsindən bıçaqlayıb. 

    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, 18 yaşlı gənc saxlanılıb. Yaralı həkim isə xəstəxanaya aparılıb. Hazırda onun durumunun normal olduğu bildirilib.  

    Bildirilir ki, gəncin dişini çəkmək üçün həkim ona keyləşdirici iynə vurub. 
    İynənin təsir etmədiyini görən həkim ona ikinci dəfə iynə vurub. 
    Növbəti iynədən sonra da dişinin keyləşmədiyini görən Mert.D həkjmlə mübahisə edib.

    Muxalifet4 - 18-09-2019

  5. Mehdiyev, Usubov və Ələsgərov KTMT-nin gələcək Baş katibi ilə danışıqlarda - YENİLƏNİB

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşüb.

    Muxalifet4 - 18-09-2019

  6. FES-dən KRİTİK QƏRAR: dollara necə təsir edəcək?

    ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabrın 17-18-də keçirilən iclasın nəticəsinə əsasən baza faiz dərəcəsini 2-2,25 faizdən 1,75-2 faizə qədər azaldıb. "RİA-Novosti" agentliyi xəbər verir ki, bu haqda qurumun press-relizində deyilir. Qərar analitiklərin əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb./publika

    Muxalifet4 - 18-09-2019

  7. Deputat çayxanaları mədəniyyətdən kənar elan etdi – Özünün 5 mərtəbəli çayxanası üzə çıxdı / FOTOLAR

    Çayxana Şərq mədəniyyətinin ayrılmaz hissəsidir. Bunu isbatlamaq üçün deputat olmağa da gərək yoxdur. Di gəl ki, Elmira Axundova çayxanalardan narazıdır. Bu həmin Elmira Axundovadır ki, özünün çayxanası var, özü də 5 mərtəbəli!

    Muxalifet4 - 18-09-2019

  8. Şagirdlər üçün avtobus pulsuz olmalıdır – Tələb

    Milli Məclisin üzvü Fazil Mustafa ictimai nəqliyyatda məktəblilərdən gedişhaqqı tələb olunması ilə bağlı hadisəyə sərt reaksiya verib. “Yeni Sabah” xəbər verir ki, deputat məsələ ilə bağlı bunları yazıb: “Bu gün acınacaqlı, ağır və bəlkə də bağışlanması çətin olan bir hadisə baş verib. “BakuBus” sürücüsü ana və onunla birlikdə olan 3 övladından gedişhaqqı tələb edib, əks halda, avtobusu sürməyəcəyini deyib. Doğrudur, hüquq baxımından sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib.

    Muxalifet - 18-09-2019

  9. Alman deputat: Ermənistan ilkin mərhələdə 5 rayonu qaytarmalıdır - VİDEO

    Almaniya parlamentinin deputatı Helin Evrim Sommer Paşinyanla bağlı sosial şəbəkədə paylaşım edib. 
    “Paşinyanın Qarabağ - Ermənistandır bəyanatı sülh prosesinə əngəl törədir. Madrid prinsiplərinə əsasən Qarabağın statusu sonuncu mərhələdə müəyyənləşməlidir”.
    Almaniyalı deputat rəsmi Bakının dediyini deyir. Bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında da danışıqlar masasında Madrid prinsiplərinin olduğu açıq şəkildə qeyd olunurdu.

    Muxalifet - 19-09-2019

  10. DƏHŞƏT: Metroda polis güllələndi

    Rusiyanın paytaxtı Moskvada əməliyyat zamanı bir polis nəfəri güllələnib, digəri isə ağır yaralanıb.

    Unikal.org xəbər verir ki, hadisə “Ryazan prospekti” metrostansiyasında baş verib.

    Muxalifet - 19-09-2019

  11. Özünü Talıb Talenin keçmiş sevgilisi kimi təqdim edən xanım: "Məni aldatdı, almadı"

    Özünü müğənni Talıb Talenin keçmiş sevgilisi kimi qələmə verən xanım"Ay Zaur" verilişinə açıqlama verib.

    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, sözügedən video aylar əvvəl lentə alınsa da, sosial şəbəkədə indi yayılıb. Xanım Talıbın onu aldatdığını, ailə qurmadığını vurğulayıb:

    Muxalifet - 19-09-2019

  12. "40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."

    "40 yaşım var, vecimə də deyil. Heç vaxt da yaşımı gizlətmirəm, hər zaman deyirəm. Enerjim var, ruhum cavan, gözlərim də parıldayır".
    Bunu aparıcı Rövşanə Ağasəfqızı "Üç əlli" verilişində deyib. Aparıcı efirdə ağlayan həmkarlarını tənqid edib:
    "Elgizlə mən bəzi aparıcılar kimi efirdə tamaşaçıya qoşulub ağlamamışıq. Biz artistlik etməyi bacarmırıq. Bəzən canlı yayımda kövrəldiyim anlar olub, amma heç vaxt ağlamamışam. Tamaşaçı dərdini sənə söyləməyə gəlirsə, sən niyə ona qoşulub ağlamalısan? Bu, yaxşı hal deyil".

    Muxalifet - 19-09-2019

  13. 13 yaşlı oğlan anasına mesaj yazanı bıçaqladı - AZƏRBAYCANDA

    Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, rayonun Azadlıq prospektində ticarət mərkəzinin qarşısında 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu 13 yaşlı Murad adlı şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ona 7 bıçaq zərbəsi vurulub və vəziyyəti ağırdır. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Yeniyetmə saxlanılıb. O, polisə ilkin izahatında bildirib ki, R.Məmmədov anasına mesajlar yazıb.

    Muxalifet4 - 19-09-2019

  14. Əlillərə zərgərlik işinin pulsuz öyrədiləcəyi sex açılacaq-İbrətamiz…

    Dağıstan paytaxtı Mahaçqalada "Xeyirxahlıq çarxı" adlı xeyriyyə vəqfi əlil arabası istifadəçilərinin zərgərlik sənətini öyrənə biləcəyi kiçik sex açmaq niyyətindədir. Moderator.az bu haqda yerli mediaya istinadla xəbər verir. “Fond əlil arabası ilə gəzən əlillərə yardım göstərir. Artıq üçüncü ildir ki, mən onlara zərgərlik bacarıqlarını öyrədirəm. Bir müddət sonra kiçik bir özəl istehsal müəssisəsi açılması planlaşdırılır. Əvvəllər mən yalnız uşaqlar evinə gedirdim, indi iş üçün öz məkanımız olacaq. Bir otaq icarəyə götürdük. Artıq avadanlıq, dəzgah almışıq.

    Muxalifet - 19-09-2019

  15. Ermənistanda ŞOK SƏNƏD YAYILDI: Nikol Paşinyan dəlixanada yatıb - FOTOFAKT

    Ermənistan mətbuatında Nikol Paşinyanın Psixiatriya Xəstəxanasında müalicə olunması ilə bağlı sənəd yayılıb.
    Muxalifet.az
    "Yeniavaz.com" saytına istinadla xəbər verir ki, yayılan sənədin 1 noyabr 2001-ci ildə Krasnodar Şəhər Psixiatriya Xəstəxanasından Krasnodar Prokurorluğuna göndərildiyi qeyd olunub.
    Məsələ ilə bağlı Ermənistan hökumətindən verilən açıqlamada isə deyilir ki, yayılan sənəd saxtadır və Baş nazir Nikol Paşinyanla heç bir əlaqəsi yoxdur.

    Muxalifet - 19-09-2019

  16. ​Bakının mərkəzində KÜTLƏVİ DAVA - Qan töküldü

    Nəsimi rayonunda kütləvi dava baş verib. Hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib. Bayramov Tural Fərhad oğlu idarə etdiyi “BMW X5” markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı “Daewoo Centra” markalı avtomobilə yol verməyib. Bu zaman sürücülər arasında mübahisə yaranıb. Nəticədə kütləvi dava baş verib. Dava zamanı “Daewoo”-nun sürücüsü 17 yaşlı Məmmədov Vəli Saleh oğlu və avtomobildə olan bir neçə nəfər bıçaqla T.Bayramova və “BMW”dəki sərnişinlərə hücum edib. Hadisə zamanı yaralanan T.Bayramov dərhal xəstəxanaya çatdırılıb.

    Muxalifet - 19-09-2019

  17. Xəstələrdən “bıçaq pulu” alan cərrah Elnarə Məmmədova həbs edildi

    Türkiyənin kürdlər yaşayan Hakkari şəhərindəki Dövlət Xəstəxanasında işləyən plastik cərrah, Azərbaycan vətəndaşı Elnarə Məmmədova xəstələrindən “bıçaq pulu” adı ilə rüşvət aldığı üçün həbs edilib.

    Muxalifet - 19-09-2019

  18. “Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb”-İDDİALAR və ŞOK sirlər

    Sabiq nazirin ölkədən xüsusi razılıq əsasında, vaxtilə xaricə daşıdığı pulları gizli hesablardan çıxararaq geri qaytarmaq məqsədilə buraxıldığı deyilir və daha nələr...

    Muxalifet - 19-09-2019

  19. ​Azərbaycanda xanım müğənni yol qəzasında öldü

    Goranboy rayonunda sürücü idarə etdiyi "BMW X-5" markalı avtomobili aşırıb.
    BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə hadisə Qızılhacılı kəndində qeydə alınıb.
    İlkin məlumatlara görə qəzada Günel adlı qadın həyatını itirib. Qadının müğənni olduğu deylir. Daha bir nəfər Tural Abdullayev adlı şəxs isə ağır bədən xəsarətləri alıb.

    Muxalifet - 19-09-2019

  20. SOSİAL EVLƏR LAYİHƏSİNİN İFLASI VƏ… – “Ev kolleksiyası” yaradanlar

    “Evsiz vətəndaş mənzil sahibi olmaqda çətinlik çəkir, sosial evlər isə kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir”

    Muxalifet - 19-09-2019

Pages