DƏHŞƏT: Metroda polis güllələndi
19-09-2019 00:09
Baxış sayı:
8443

Rusiyanın paytaxtı Moskvada əməliyyat zamanı bir polis nəfəri güllələnib, digəri isə ağır yaralanıb.
Unikal.org xəbər verir ki, hadisə “Ryazan prospekti” metrostansiyasında baş verib.
Rüşvət almaqda şübhəli bilinən şəxs saxlanılan zaman hüquq-mühafizə orqanı əməkdaşlarına odlu silahdan atəş açıb.
Yaralı polis xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.