Axtarış
The search found 105716 results in 0.027 seconds.
Search results
Ukrayna prezidentinin müşaviri: "Qarabağdakı “seçkilər”i tanımırıq"
Ermənistanın Xarici İşləri Nazirliyi işğal altındakı Qarabağda “yerli idarəetmə orqanları”na keçirilən “seçkiləri” tanımadıqlarını bəyan edən Ukrayna və Gürcüstan XİN-lərinin bəyanatına mənfi reaksiya verib.
Oxu.az-ın xəbərinə görə, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu yaxınlarda keçirilən brifinqdə bəyan edib ki, işğal altındakı separatçı rejim “demokratik seçkilər”in keçirilməsində ciddi təcrübəyə malikdir.
Muxalifet - 16-09-2019
SON DƏQİQƏ: İrandan ərəb ölkəsinə qarşı müharibə xəbərdarlığı sayılacaq addım
İran Birləşmiş Ərəb Əmirliklərinin neft daşıyan tankerini girov götürüb.
Muxalifet.az İSNA-ya istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu BƏƏ-nin neft tankerini ələ keçirib.
“Röyters” xəbər agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinə aid neft tankeri qeyri-leqal neft daşıdığı iddiası ilə saxlanılıb. Tankerin 11 nəfərlik ekipajı girov götürülüb.
Tanker Hörmüzqana aparılıb.Muxalifet - 16-09-2019
Paşinyan növbəti dəfə “Qarabağ Ermənistandır, nöqtə” şüarını təkrarladı və Brayzaya cavab verdi - “O NƏ İŞLƏ MƏŞĞUL OLUR BELƏ?...
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın Bakıdakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayzanın onun Qarabağı Ermənistanın “tərkib hissəsi” elan edən bəyanatını tənqid etməsinə cavab verib.
Muxalifet - 16-09-2019
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
Elm və təhsilin inkişafına xüsusi önəm verən “Nar” “Bilik günü” münasibətilə daha bir uğurlu sosial layihəsini həyata keçirib. Bu dəfə mobil operator kənd məktəblilərini sevindirib. “Nar” Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbin 1-ci sinif şagirdlərini bütün lazımi məktəb ləvazimatları ilə təmin edib. Bura məktəblilərin tədris ili dövründə istifadə edəcəkləri məktəbli çantası, dəftər, rəngli karandaşlar və digər dəftərxana ləvazimatları daxildir. Bununla da mobil operator məktəbə yeni qədəm qoyan uşaqlarda oxumağa həvəs yaratmağa çalışıb.
Muxalifet4 - 16-09-2019
NİYƏ 55 DOLLAR? – “Qara qızıl”ın yeni büdcədəki qiyməti və narahatlıq doğuran perspektivi
Azərbaycan iqtisadiyyatının və dövlət büdcəsinin uzun illərdir narkotik kimi böyük asılılıq yaşadığı neft, ölkəmiz üçün ən başlıca “çörək yeri” statusunu saxlamaqdadır. Hər il bu asılılığın azaldılacağı, qeyri-neft sektorunun inkişaf etdiriləcəyi barədə çoxsaylı vədlər, rəylər, izahlar verilsə də, nəticədə yenə hər növbəti ilin büdcəsi müzakirə olunarkən neftin iqtisadiyyatımızdakı hegemonluğu özünü göstərir.
Muxalifet - 16-09-2019
“Leş Tofiq” tutulan kimi restoranlarda qiymət qalxıb - Sensasion AÇIQLAMA
“Bəzi restoranlarda ət yeməklərində qiymət artımının baş verməsi ilə bir neçə gün əvvəl “leş mafiyası”nın zərərsizləşdirilməsi ararsında əlaqə ola bilər”. Muxalifet.az xəbər verir ki, bu sensasion açıqlamanı “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov verib. Onun sözlərinə görə, restoranlar, şadlıq sarayları “leş mafiyası”nın əsas müştərilərdəndir. “Bəzən deyirlər ki, “leş mafiyası” kolbasa sexləri ilə işləyir. Xeyr. Təkcə kolbasa sexləri deyil. Onlar restoranlar, şadlıq sarayları, kafelərlər də işləyir.
Muxalifet - 16-09-2019
“Ərim mənim kimi qadını itirdiyinə görə başına döyür” - Qız qaçırmanın qurbanı olan qadın...
Son zamanlar qız qaçırma, erkən nigah, boşanma hallarının çoxalması kimi problemləri nəzərə alaraq Moderator.az “Qadın taleyi” rubrikasına uzun bir fasilədən sonra yenidən davam edir. Qeyd edək ki, müsahiblərimizin adlarını bəzi səbəblərdən şərti olaraq təqdim edəcəyik. Bu dəfə sizə qız qaçırmanın qurbanı olan Həmidənin (adı şərtidir) həyatını təqdim edəcəyik. Həmidə hələ 23 il öncə qonşu kəndlərindən onu sevən bir oğlan tərəfindən işə gedərkən qaçırılıb, amma geriyə dönüşü olmadığı üçün taleyi ilə barışmalı olub.
Muxalifet - 16-09-2019
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə - VİDEO
"Qəm-qüssə mənim vəzir-vəkilimdir. Hərəsi bir tərəfimdə əyləşib. Sevinə, gülə bilmirəm. Qəh-qəhəm, sevincim onla getdi. dünya gözümdə bir qarışqadır. Nəfəs alıram, yaşamıram".
Bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva ATV-də yayımlanan "Bizimləsən" verilişində deyib. Oğlunu itirəndən sonra ilk dəfə efirə çıxan müğənni kədərli günlərindən danışıb:Muxalifet - 16-09-2019
Ekspetdən manatla bağlı VACİB PROQNOZ: 2020-ci ildə...
“Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsinin xülasəsini ictimaiyyətə təqdim edib. Sənədə əsasən, dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Bu, 2019-cu il ilə müqayisədə hər bareldə 5 dollar az olsa da, neft bazarındakı volatilliyi nəzərə alsaq, qiymətin daha aşağı götürülməsi məqsədəuyğun idi”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov qeyd edib.Muxalifet - 16-09-2019
Azərbaycanlı müğənniyə 2 avtomobil, 1 ev hədiyyə etdilər - Atası nələr danışdı, nələr... / VİDEO
Tanınmış müğənni Vüqar Muradovun atası maraqlı açıqlama verib.
Muxalifet.az xəbər verir ki, "Xəzər" TV-də yayımlanan "Evdəkilərə Salam" verilişi müğənninin Qaxdakı evində çəkiliş aparıb.
Onun atası Qüdrət Muradov bildirib ki, uzun illərdir oğlunu evləndirə bilmir. O, oğlunu ailə qurmağa razı salmaq üçün maraqlı addım atıb:
"İki avtomobilim var, hədiyyə verirəm, evimi də sənə bağışlayıram, yetər ki evlən. Balaca "Qüdüşü" görmək istəyirəm".//redaktor.az
Daha ətraflı videodan izləyin:Muxalifet - 16-09-2019
“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi”
“15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və bütövlüyünü təcəssüm edən bir tarixi gündür”.
Bu sözləri “SinerjiPro”-nın rəhbəri, tanınmış iqtisadi analitik Ufuk Aydın bildirib.
“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən çətin vaxtında Qafqaz İslam Ordusunun köməyi və dəstəyi daşnak-bolşevik qüvvələrinin planlarını puça çıxartdı. Komandan Nuru Paşa və onun əsgərləri qəhrəmanlıqla döyüşərək düşmənin məğlub edilməsindən böyük rol oynadılar. Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi.Muxalifet - 16-09-2019
Şəhərin mərkəzində ŞOK GÖRÜNTÜLƏR: bədənlərini "qana" boyayıb çılpaq şəkildə... - FOTO
Çilinin Valparaiso şəhərində ətdən istifadənin azaldılmasını istəyən veqan topluluq və heyvan haqları müdafiəçiləri heyvanların öldürülməsinə diqqət çəkmək üçün aksiya keçirib.
Publika.az xəbər verir ki, aksiyaçılar özlərini saxta qana boyayıb və küçədə yer uzanaraq şüarlar səsləndirib.
Əllərində “Sevgi cinayət deyil, veqan olun”, “Məni satın alaraq ölməyimə səbəb olursan”, “Ət vəhşilikdir” kimi şüarlar tutan etirazçılar “ölmək istəmirik” şüarlarını hayqırıblar.Muxalifet - 16-09-2019
“Paşinyanın dediklərini təəccüblə izlədik” – Türkiyənin vitse-prezidenti
“Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl Dağlıq Qarabağın Ermənistana aid olması haqqında dediklərini təəccüblə izlədik”.
“Report”un xəbərinə görə, bunu Bakıda səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
“Düşünürəm ki, bu tip populist fikirlər danışıqlara mənfi təsir edir. Dünya ictimaiyyəti də bu məsələyə səssiz qalmamalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. 1 milyondan artıq məcburi köçkünün tezliklə torpaqlarına qayıtmasını arzu edirik”, – deyə, F.Oktay vurğulayıb.
Muxalifet - 16-09-2019
Limandakı dəhşətli ölümlə bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun mətbuat xidmətləri Lənkəranda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Unikal.org-a daxil olan birgə məlumatda bildirilir ki, Lənkəran rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.
Muxalifet - 16-09-2019
Bu da Pərviz Bülbülənin özündən hündür qızı - FOTO
Tanınmış meyxanaçı Pərviz Bülbülə 12 yaşlı qızı ilə fotosunu paylaşıb. Fotoda atasından fərqli olaraq qızının hündür olmağı maraqla qarşılanıb. Pərvizin qızı ilə 10 il əvvəl və yeni fotosunun kollajını təqdim edirik:
Muxalifet - 16-09-2019
Ermənistan kəşfiyyat şefi niyə istefa verdi? - Sensasion DETALLAR ORTAYA ÇIXDI
Bu, Nikol Paşinyan hakimiyyətdə olduğu dövrdə ən ciddi və rezonans doğuran istefadır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyan istefasıyla bağlı nə deyibsə, həmin sözlər baş nazir Nikol Paşinyana aiddir.
Publika.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin Artur Vanesyanın istefası ilə bağlı materialında yer alıb.Muxalifet - 16-09-2019
Vilayət Eyvazov rəislərə tapşırıq VERDİ
Bu gün Daxili İşlər Nazirliyində “Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılması”nın, həmçinin “Polis sahə rəisləri və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
Muxalifet - 16-09-2019
Berdıməhəmmədov çoban itləri haqda kitab yazır, iclasda şeir oxuyur və naziri qandallayır... - VİDEO
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ötən həftə Orta Asiya çoban iti cinsi sayılan alabay haqqında yazdığı kitabı tamamladığını bəyan edib. O, yeni kitabı hökumətin iclasında nümayiş etdirib. Daha sonra itləri tərifləyən şerini oxuyub. Virtualaz.org xəbər verir ki, Türkmənistan televiziyasının sentyabrın 13-də yaydığı kadrlara görə iclas iştirakçıları rəhbərin alabay itləri haqda şeirini gurultulu alqışlarla qarsalayıblar. Berdıməhəmmədov bu ilin mayında Axaltəkə atçılıq təsərrüfatına baş çəkəndə itlər haqqında kitab yazmağa başladığını bildirmişdi.
Muxalifet - 16-09-2019
Tofiq Yaqublu Müsavat başqanlığına namizəd oldu
Tofiq Yaqublu Müsavat Partiyasının sədrliyinə namizəd olub.
Bu barədə Yaqublunun özü şəxsi Facebook hesabında yazıb.
"Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!", - deyə, o, qeyd edib.Muxalifet - 16-09-2019
“İmamoğlu İstanbulu qazanmadı, biz hədiyyə etdik…” – AKP-li vəkildən maraqlı açıqlamalar
Türkiyənin iqtidar partiyası AKP-nin parlamentdəki deputat qrupunun rəhbərlərindən olan Bülənt Turan növbəti qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
“AzPolitika.info” xəbər verir ki, “Haberturk”ə açıqlama verən AKP-li millət vəkili, Əhməd Davudoğlu ilə birgə partiyadan ayrılan şəxslərin yaradacağı partiyanın perspektivinin olmadığını söyləyib.
Muxalifet - 16-09-2019