Axtarış
The search found 105716 results in 0.036 seconds.
Search results
Bakıda polisi vurub qaçan sürücü saxlanıldı
Piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, 4 gün bundan öncə Tofiq Bəhrəmov adına stadionun yaxınlığında xidmət aparan Əlahiddə Çevik Polis Alayanın əməkdaşı, 1987-ci il təvəllüdlü serjant Vüsal Ağayevi “Hyundai” markalı avtomobil vuraraq qaçıb.
Keçirilən axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü, 1968-ci il təvəllüdlü Məhəmməd Seyidov saxlanılıb.
Qeyd edək ki, V.Ağayevin vəziyyəti ağırdır. O, Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilib.
Muxalifet - 23-09-2019
Vurğun Əyyubun səhhəti ilə bağlı son durum - YENİLƏNDİ
Tanınmış alim, Xəzər Universitetinin department rəhbəri Vurğun Əyyub dünyasını dəyişib. Bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə məlumat yayıb. Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləyib. 1988-ci ildən filologiya elmləri namizədidir.
Muxalifet - 23-09-2019
Xızıda OLAY: Keçmiş məhkum polisləri tapança ilə hədələdi
Sentyabrın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində “VAZ-2109” markalı avtomobil şübhə doğurduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, bu zaman qəflətən avtomobildən düşən sərnişin üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşlarını hədələyərək aradan çıxmağa müvəffəq olub.
Polis əməkdaşları tərəfindən həmin şəxsin Ağagül adlı Giləzi qəsəbə sakini olması müəyyən edilib.
Muxalifet - 23-09-2019
Rasim Balayev qalmaqallı sözlərini təkzib etdi
Xalq artisti Rasim Balayev komediya aktyorları Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev və Elməddin Cəfərov haqda dediyi fikirləri təkzib etməsi ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, kino ulduzu E. Cəfərovun qonaq olduğu “Şən bazar” proqramına telefonla bağlanaraq gənc aktyorları təhqir etmədiyini bildirib:Muxalifet - 23-09-2019
Dağlıq Qarabağda Ermənistan hərbçisi yaralanıb
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi Hayk Xaçatryan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Dağlıq Qarabağın şimal-şərqində baş verib.
Hərbçinin hansı şəraitdə yaralandığı məlum deyil.
Hospitala yerləşdirilən hərbçinin vəziyyətinin ağır olduğu bildirilib. Məlumata görə, H.Xaçatryanın görməsində problem var.
Muxalifet - 23-09-2019
Yeni "iPhone"lar Azərbaycanda satışa çıxarıldı - QİYMƏTLƏR
"Apple" şirkəti "iPhone"nun yeni 11 və 11 "Max Pro" modellərini təqdim etdikdən sonra ölkələr üzrə bazar qiyməti də müəyyənləşməyə başlayıb. Yeni modellərin artıq Azərbaycan bazarında sifarişi və satışı həyata keçirilir. Elan saytlarında alıcılara "iPhone"nun yeni 11 və 11 "Max Pro" modellərinin qiyməti kifayət qədər yüksək təklif olunur. ABŞ-da "iPhone" 11 və 11 "Max Pro" modelinin qiyməti müvafiq olar 1700-1875 AZN olaraq müəyyən edilib. Ancaq sözügedən telefonları ölkəmizdə elan saytlarında 2 dəfəyə yaxın baha qiymətə satışa çıxarıblar.
Muxalifet - 23-09-2019
İranla müharibə üçün 120 min ABŞ əsgəri, B-52 bombardmançıları və... - QORXUNC SSENARİ REALLAŞIR
ABŞ İrandan gələ biləcək hücum bəhanəsilə Yaxın Şərqdə Körfəz bölgəsini, sanki hərbi qarnizona çevirib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) xidmət edtiyi bölgədə Əfqanıstan xaric, 40 minə yaxın ABŞ əsgəri var. Küveyt, Qətər, Bəhreyn və BƏƏ-dəki amerikalı əsgərlər bu ölkələrdəki hərbi bazalardan istifadə edərək əməliyyatlar təşkil edir. Əgər İran ABŞ-ın buradakı qüvvələrinə hücum edərsə, bölgədəki əsgər sayı 120 minə çıxarılacaq.
Muxalifet - 23-09-2019
Məşhur müğənni ailəsini dağıtdığı deyilən iş adamından ayrıldı?
"Mən aşiq olmaq üçün əlimdən gələni etdim. O isə mənə baxıb güldü".
Bu sözləri adı iş adamı Elçin Nəcəfovun ailəsini dağıtmaqdan ittiham olunan və onun həyat yoldaşı ilə ciddi qalmaqallar yaşayan müğənni Aysel Əlizadə instaqramda yazıb. Son günlərdə kədərli statusları ilə diqqət çəkən sənətçi ürək sözlərini izləyiciləri ilə bölüşüb.Muxalifet - 23-09-2019
Tələbə dünyanın ən iri dodaqlı qızı olmaq istəyir - ŞOK FOTOLAR
22 yaşlı bolqar tələbə Andrea İvanova dünyada ən iri dodaqlara malik olmaq niyyətindədir. “Mirror” xəbər verir ki, o, artıq 15 cərrahiyyə əməliyyatı keçirib və buna külli miqdarda vəsait xərcləyib. “İndi dodaqlarım əvvəkindən daha çox xoşuma gəlir və mən xoşbəxtəm. Həm də Bolqarıstanda bu, dəbdir”, - gənc qız şərh edib. “Instagram”da onun 15 mindən artıq izləyicisi var. O, hətta internet vasitəsi ilə ərə getmək təklifi alıb. Lakin qadınlar onun vücudu barədə daha çox neqativ şərhlər yazırlar.
Muxalifet - 23-09-2019
Bakıda qan töküldü: Psixi xəstədən DƏHŞƏTLİ ƏMƏL
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Muxalifet.az trend-ə istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Belə ki, rayonun Bilgəh qəsəbəsi, 28 may küçəsində, küçənin ortasında Abbasov Zakir Akif oğlunun bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb.
Hadisə yerindən 10 metr aralıda yerləşən elektrik transformatorunun kabinəsindən isə daha bir meyit aşkar edilib.
Muxalifet - 23-09-2019
“Kişi və qadın bərabər deyil, qeyri-bərabərdir” – Pənah Hüseyn
“Kişi və qadın eyni deyil, bərabər deyil, qeyri-bərabərdir. Kişi kişidir. Qadın qadındır. Kişi kişi olmalıdır. Qadın qadın olmalıdır”.
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn deyib. Sosial şəbəkədə paylaşım edən P. Hüseyn bildirib ki, bərabərlik məsələsi bir ayrı şeydir:
“Kişi və qadın bəndə kimi Allah nəzərində bərabərdirlər. Kişi və qadının vətəndaş hüquq və azadlıqları bərabərdir, bərabər olmalıdır. Daha artıq, mən qadınlara münasibətdə hüquqlarda pozitiv ayrımçılıq tərəfdarlarındanam.
Muxalifet - 23-09-2019
Paşinyanın Los-Ancelesə səfəri zamanı İLGİNC OLAY - havaya "Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!" şüarını daşıyan təyyarələr qaldırılıb
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də Los Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb.
Muxalifet - 23-09-2019
Rəşad Dağlı: "Bu barədə ilk və son açıqlamamdır" - FOTO
Son günlər tanınmış meyxanaçı Rəşad Dağlının boşanması xəbəri şou-biznes aləmini zəbt etməkdədir. Meyxanaçı özü bu barədə ilk olaraq Moderator.az-a danışdı:
“Hər kəsin ailəsində problem olur. Heç kim ideal deyil. Gərək qarışqadan fil düzəltməyəsən. Hər şey əladır. Mən iki uşaq atasıyam. Ailəmi də çox sevirəm. Bu barədə ilk və son açıqlamamdır”.Muxalifet - 23-09-2019
SON DƏQİQƏ: Yolu azan əsgərimizi ermənilər vurdu, nəşi isə... - RƏSMİ
Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub. Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.
Muxalifet - 23-09-2019
Lider TV-nin efirində BİABIRÇILIQ - VİDEO
Lider TV-nın efirində biabırçı səhv buraxılıb. BAKU.WS xəbər verir ki, "Gecənin sehrində" adlı verilişin br hissəsi bu il 650 illik yubileyi qeyd edilən dahi İmadəddin Nəsimiyə həsr olunub. Verilişin qonaqlarından biri - Rəşad Sultan adlı həkim Nəsiminin məşhur "Ağrımaz" qəzəlindən bir parça söyləyib. Bunun ardınca isə Həsən Seyidbəylinin rejissoru olduğu "Nəsimi" filmindən kadrlar yayımlanıb. Aparıcı Dilşad Əhmədova dalbadal iki böyük səhvə yol verir. Əvvəlcə filmdən verilən kadrları verilişin rejissorunun hazırladığı süjet kimi təqdim edir.
Muxalifet - 23-09-2019
Sorğu: ABŞ və Ermənistan Türkiyənin ən böyük düşmənləridir
Türkiyə əhalisinin 94,5 faizi ABŞ-ı ölkənin ən böyük düşməni hesab edir. Trend-in məlumatına görə, bu “Araştırma Değerlendirme Analiz” mərkəzinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub. Rəyi soruşulanların 2,9 faizi ABŞ-ı dost olaraq görür. Bundan başqa, respondentlərin 95,4 faizi Ermənistanı Türkiyənin ikinci ən böyük düşməni hesab edir. 0,2 faiz respondent Ermənistanı dost olaraq qəbul edir. Eyni zamanda, sorğuda iştirak edənlərin 83 faizi Azərbaycanı Türkiyənin ən yaxın dostu və etibarlı tərəfdaşı hesab edir. Digər 17 faiz isə cavab verməyib.
Muxalifet - 23-09-2019
Salyanda gənc qız polisi qayçı ilə yaraladı
Gənc qız polis əməkdaşının qanını axıdıb. Muxalifet.az Criminal.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Salyan rayonunda baş verib. Rayon sakini 21 yaşlı Aytən Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi, polis kapitanı Həmzə Əzizovu qayçı ilə yaralayıb. İddialara görə, onlar arasında gizli münasibət olub. Lakin H.Əzizov qızla evlənməyib və ailəsi onu öz qohuna ərə verib. Bir müddət sonra Aytən ailəsindən ayrılıb və H.Əzizova zəng edərək ona sahib çıxmasını tələb edib. Rədd cavabı aldıqda isə ona xəsarət yetirib.
Muxalifet - 23-09-2019
“Atam yaxın vaxtlarda girovluqdan azad ediləcək” - Dilqəmin oğlu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, eyni zamanda Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi və digər aidiyyatı qurumların birgə həyata keçirdikləri işlərin bəhrəsi olaraq yaxın vaxtlarda atam Dilqəm Əsgərov erməni girovluğundan azad ediləcək. Muxalifet.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O, atasının tezliklə Azərbaycana qayıdacağına inandığını bildirib.
Muxalifet - 23-09-2019
Pakistan prezidentindən nüvə XƏBƏRDARLIĞI: "Ümid edirəm ki..."
“Pakistan müharibəni başladan tərəf olmayacaq. Lakin Hindistan tərəfi müharibəni başlatsa, Pakistan mübarizəyə girməkdən çəkinməyəcək”. Pakistan prezidenti Arif Alvi Kəşmir gərginliyi ilə bağlı danışarkən belə deyib. O bildirib: “Müharibə başlasa hər şey nəzarətdən çıxar. Dünya bilməlidir ki, müdaxilə olarsa, buna görə biz məsuliyyət daşımarıq. Pakistan özünü tamamilə müdafiə edə bilər. Hindistanın əsgər sayısı daha çox ola bilər. Lakin müsəlmanlar müharibədə ölməkdən çəkinmirlər, daha yaxşı mübarizə aparırlar. Bu məsələdə ən təhlükəli ünsür Hindistanın nüvə silahına sahib olmasıdır.
Muxalifet - 23-09-2019
“MÜHARİBƏ DÜNYANIN DAŞINI YERİNDƏN OYNADAR…” – “Ən böyük ziyan İrana dəyər”
Səudiyyə Ərəbistanının neft müəssisələrinin vurulmasından sonra İran ətrafında növbəti dəfə gərgin situasiya yaranıb. ABŞ kəşfiyyatı və mətbuatı açıq bəyan edir ki, neft obyektləri İran tərəfindən və ya İran istehsalı olan silahlarla vurulub. Beynəlxalq səviyyəli mütəxəssislər İranın ABŞ, Səudiyyə və digər müttəfiqləri tərəfinən vurulacağını real hesab edirlər. “AzPolitika.info” bu mövzunu İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ilə müzakirə edib: - Əfşar bəy, sizcə İranın Səudiyyənin neft müəssisələrinə zərbələr endirməsi üçün hansı əsasları və hədəfləri ola bilərdi?
Muxalifet - 23-09-2019