Axtarış
The search found 105716 results in 0.043 seconds.
Search results
“Mənim "ujas" filmlərindəki kimi amansız, sümük qıran, qana susamış obrazımı yaratmağa çalışırlar” – FUAD QƏHRƏMANLI
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən istefa verən Fuad Qəhrəmanlını növbəti dəfə ailəsində baş verənlərə münasibət bildirib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə şəxsi Feysbuk hesabında yazıb.
Qəhrəmanlı son dəfə bəzi məsələlərə aydınlıq gətirərək, bu mövzunu bağladığını bildirib:
Muxalifet4 - 22-09-2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar - FAKTLAR
Bu yaxınlarda ABŞ-ın nüfuzlu “foreingpolicynews.org” saytında erməni xanımları tərəfindən ələ alınmış avropalı deputatların fəaliyyəti barədə yazı dərc olunub. Anyus.az amerikalı jurnalist Peter Tasein müəllifi olduğu məqaləni təqdim edib: Avropa Parlamentində Almaniyanı təmsil edən millət vəkili Martin Sonneborn bu yaxınlarda Almaniya Federativ Respublikası (AFR) tərəfindən tanınmayan və erməni separat rejimi tərəfindən idarə olunan Dağlıq Qarabağ Respublikasına səfər edib.
Muxalifet4 - 22-09-2019
Azərbaycanda 3 min illik kurqan tapıldı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası Tunc-İlk Dəmir dövrü abidələrində arxeoloji qazıntılar aparıblar. AMEA-dan verilən məlumata görə, qazıntı işləri Yardımlı rayonunun Kürəkçi, Alar və Arvana kəndləri ərazisindəki yaylaqlarda mövcud olan kurqanlarda davam etdirilib. Kürəkçi kəndi yaxınlığında Komanı yaylaqlarında aparılan arxeoloji qazıntılar zamanı İlk Tunc dövrünə aid qəbir abidələri üzə çıxarılıb.
Muxalifet4 - 22-09-2019
“Mənzil şəraitimiz son dərəcə dözülməzdir, heç olmasa bizə də 1 otaqlı ev verin” – ŞƏHİD OĞLU, MƏCBURİ KÖÇKÜN ELYAR TAĞIYEV PREZİDENTƏ MÜRACİƏT ETDİ
Xocavənd rayonunun Qaradağlı kəndindən məcburi köçkün olan, Şəhid ailəsi, hazırda Abşeron rayonunun Saray qəsəbəsində qeydiyyatda olan və yaşayan Tağıyev Elyar Bakir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və H.Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya müraciət edən şəhid oğlu yazır:
Muxalifet4 - 22-09-2019
Prezidentin tapşırığına Şəkidə 4 ildir əməl olunmur
Düz 6 ay əvvəl Bakının Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzindəki yanğın bir daha binaların tezalışan üzlüklərlə üzlənməsi məsələsini gündəmə gətirib. 2015-ci ilin mayında Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsində böyük itkilərin olması da məhz hündürmərtəbəli binanın tezalışan - poliuretan adlı materialla üzlənməsi ilə əlaqələndirilmişdi.
Muxalifet4 - 22-09-2019
Səhiyyə Nazirliyinə müraciət edən təcili yardım sürücüsü İŞDƏN ÇIXARILIR - 20 min nəfərə xidmət edən maşının yararsız olduğunu demişdi...
Şəki rayonu Baş Göynük kənd sakini, kənd Həkim Məntəqəsinin təcili yardım sürücüsü, müharibə veteranı Vəliyev Faiq Hüseynbala oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub.
Muxalifet4 - 22-09-2019
İsmətli kənd sakinlərinin bəlalı günləri... – Və ya Biləsuvarda nə baş verir?
Azərbaycanın analoqu olmayan inkişafdan danışan əlahəzrətlərindən fərqli olaraq, sadə vətəndaşların iqtisadi durumu hər gün pisləşməkdə davam edir. Reallığın nədən ibarət olduğunu düşündükdən sonra istər- istəməz insanların sifətində ya həqiqət ya da nifrət, qəzəb ifadələri yaranır. Belə bir zamanda milləti kor hesab edir, öz qəzetlərində iyrənc doğuran əməlləri inkişaf kimi millətə sırımağa calışırlar. “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı” yalnız və yalnız icra başcıların işinə yarayır, iş yerləri barədə verilən hesabatlar alladıcı rəqəmlərdən ibarətdir.
Muxalifet4 - 22-09-2019
Gürcüstanın dövlət sərhədini pozan 4 azərbaycanlı saxlanıldı
Cari ilin iyun-avqust aylarında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən 96 xarici ölkə vətəndaşı saxlanılıb.
Bu barədə Gürcüstanın Sərhəd Polisi məlumat yayıb.
Saxlanılan şəxslərin 15-i Türkiyə, 4-ü Azərbaycan, 8-i Hindistan, 4-ü Ermənistan, 5-i Mərakeş, 5-i İran vətəndaşı olub.
Hesabat dövründə 1 İraq, 1 Əfqanıstan və 1 Misir vətəndaşı və vətəndaşlığı olmayan 8 şəxs qonşu ölkənin sərhədlərini qeyri-qanuni keçməyə cəhd edərkən saxlanılıb. (report)
Muxalifet4 - 22-09-2019
Azərbaycan ordusunun həlak olan hərbçisi dəfn edildi - FOTO
Sentyabrın 20-də həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu bu gün dəfn edilib. E. Məmmədov Samux rayonu Sarıqaya kəndində dəfn edilib. Qeyd edək ki, sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər E. Məmmədov həlak olub. Hadisə ilə bağlı istintaq prosedurları başlanıb. Allah rəhmət etsin!(APA)
Muxalifet4 - 22-09-2019
"Barselona" böhran içində - Son 25 ilin ən bərbad startı
La Liqanın 5-ci turunda “Barselona” səfərdə “Qranada”ya uduzub (0:2). Ernesto Valverdenin komandası 5 turda 7 xal toplayıb. Bu, son 25 ildə Kataloniya təmsilçisinin ən uğursuz startıdır. Son dəfə 1994/95 mövsümündə onlar 5 oyuna 7 xal yığmışdılar. Qeyd edək ki, hazırda "Barselona" turnir cədvəlində 7-ci yerdədir. Daha bir acınacaqlı statistika odur ki, "Qranada" ilə görüşdə "Barselona"nın qapıya vurulan səkkiz zərbəsindən cəmi biri çərçivəyə gedib. Bundan başqa, komanda bütün turnirlərdə artıq 7 səfər matçında qalib gələ bilmir.
Muxalifet4 - 22-09-2019
ŞOK STATİSTİKA: Gürcüstanda Azərbaycandilli 80, ermənidilli 117 məktəb fəaliyyət göstərir
Gürcüstanda 290-a yaxın məktəbdə tədris qeyri-gürcü - Azərbaycan, erməni və rus dillərində aparılır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan ombudsmanını 2018-ci il üzrə insan haqları ilə bağlı parlament hesabatında bildirilib.
Sənədə əsasən, 208 məktəb tam qeyri-gürcü dilində fəaliyyət göstərir, 76 məktəbdə isə etnik azlıqların dilində bölmələr var.
Muxalifet4 - 22-09-2019
Metroda arvadını bıçaqlayan şəxsdən ŞOK SÖZLƏR: "Onun işləməsini istəmirdim..."
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan Türkmənistan vətəndaşı 47 yaşlı Vahid Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hadisə ötən il sentyabrın 4-də Bakı Metropoliteninin “Nəsimi” stansiyasında baş verib. Stansiyanın platformasında 47 yaşlı Elnarə Quliyevanı bıçaqlayan V.Abdullayev hadisə yerindən qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayətə aparıb çıxaran səbəblər isə belə görünür ki, həm də yoxsulluq, işsizlik və evsizlik kimi sosial problemlər olub.
Muxalifet4 - 22-09-2019
Özbəkistan və Əfqanıstan arasında 10 İLLİK MÜQAVİLƏ imzalandı
Daşkənddə keçirilən Mərkəzi Asiya Energetika Forumu çərçivəsində Özbəkistanın Əfqanıstana elektrik enerjisi satmasına dair on illik müqavilə imzalanıb.
Elektrik enerjisi qonşu ölkəyə tikilməkdə olan Surxan-Puli Xunri elektrik xətti ilə veriləcək. Özbəkistan bu layihəni cari ilin dekabrında başa çatdırmağı planlaşdırır. İlkin mərhələdə Əfqanıstana 4,2 milyard kilovat-saat elektrik enerjisi veriləcək. Sonra isə bu rəqəmin 6 milyard kilovat-saata çatdırılması nəzərdə tutulur.(Azərtac)
Muxalifet4 - 22-09-2019
"Azərbaycandilli məktəblər üçün ana dilində dərsliklər Gürcüstanda nəşr olunmalıdır" - OMBUDSMAN
Gürcüstanda Azərbaycandilli məktəblər üçün ana dili və ədəbiyyatı dərsliklərinin ölkədə nəşr olunması tövsiyə olunur.
“Report”un yerli bürosu xəbər verir ki, tövsiyəni Gürcüstan ombudsmanı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təqdim edib.
Bildirilib ki, Gürcüstanda Azərbaycan, erməni və rus dillərində ana dili və ədəbiyyatı dərsliklərinin hazırlanması və nəşr olunması üzrə iş davam etdirilməlidir.
Muxalifet4 - 22-09-2019
"iPhone 11" Bakıda 2 dəfə baha qiymətə satışa çıxarıldı - FOTO
Sentyabrın 10-da ABŞ-da təqdim edilmiş yeni iPhone 11 telefonları artıq Azərbaycana gətirilib. Muxalifet.az bakupost.az-a istinadən xəbər verir ki, satış şəbəkələrinin paylaşdığı məlumata görə, iPhone 11 telefonunun 128 GB versiyası 2899 manata, iPhone 11 Pro Max telefonunun 256 GB versiyası isə 3799 manata satılır. Bu qiymətlər Apple-ın satış qiymətlərindən 2 dəfə yüksəkdir. Belə ki, Apple-ın satış qiymətləri 128 GB iPhone 11 üçün 749 dollar (1273 manat), 256 GB iPhone 11 Pro Max üçün 1249 dollardır (2123 manat).
Muxalifet4 - 22-09-2019
Cəbrayıl Həsənov finalda məğlub oldu
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, 79 kq. çəkidə yarışan sərbəst güləşçimiz Cəbrayıl Həsənov həlledici görüşdə ABŞ idmançısı, 2018-ci ildə dünya çempionu olan Kayl Deyklə üz-üzə gəlib.
Görüş amerikalı idmançının 4:2 hesablı qələbəsi ilə başa çatıb. Gümüş medalla kifayətlənməli olan Cəbrayıl Həsənov növbəti dəfə dünya çempionatının "qızıl"ına həsrət qalıb.
Muxalifet4 - 22-09-2019
Məcburi köçkünü 10 ildir yaşadığı mənzildən zorla çıxardırlar - FOTOLAR, VİDEO
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, ev 6 ünvanında yaşayan, Ağdam rayonundan məcburi köçkün düşən Səlimovlar ailəsinin küçədə qalmaq təhlükəsi yaranıb. Son ümid kimi redaksiyamıza müraciət edən Səlimov Vidadi Şixəli oğlu düşdüyü acınacaqlı vəziyyəti bizə danışıb. O, bildirib ki, yaşadığı bina qəzalı vəziyyətdə olduğundan Fövqaladə Hallar Nazirliyinin (FHN) qərarı ilə bu bina sökülməyə başlayıb. Qəzalı binanın yan hissəsində ona aid 20 kv.metr bir otaqlı mənzili var.
Muxalifet4 - 22-09-2019
NATO-nun ilk azərbaycanlı qadın pilotu: Ləman Bozqurd - FOTOLAR
NATO-da reaktiv təyyarə sürən ilk azərbaycanlı (Türk) qadın olaraq tarixə düşən Ləman Bozqurdun əzmi və mübarizəsi bir çox insanlara da örnəkdir.
Ləman Bozqurd 1932-ci ildə Qarsın Sarıqamış rayonunda dünyaya göz açıb. Kiçik yaşlarından pilot olmağa həvəsli olan bu qız xəyalına qovuşmaq üçün böyük addımlar atıb. O, “Türkkuşu İnönü Təsisləri”ndə təlimlərdən keçib. Leman Bozkurt bu təlimlərlə yetinməyib daha da irəli getməyə qərar vermişdi.
Muxalifet4 - 22-09-2019
Меган Маркл раскритиковали за платье стоимостью $11 тысяч
Принц Гарри и герцогиня Сассекская Меган Маркл прилетели в Рим на свадьбу близкой подруги Меган, сообщает Daily Mail.
Muxalifet4 - 22-09-2019
“Niyə biz pul xərcləyirik, amma AB ölkələri bunu etmir?” – TRAMP AVROPANI UKRAYNAYA DƏSTƏK VERMƏYƏ ÇAĞIRDI
“Almaniya, Fransa və Avropa Birliyinin digər ölkələri Ukraynaya daha çox pul ayırmalıdırlar”.
TASS xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp söyləyib.
Onun sözlərinə görə, hazırda Ukraynada bir çox problem var. "Niyə biz pul xərcləyirik, amma AB ölkələri etmir? Bizimlə müqayisədə az xərcləyirlər və mən bundan məmnun deyiləm”, Tramp deyib.
Muxalifet4 - 22-09-2019