Axtarış
The search found 105716 results in 0.043 seconds.
Search results
Dağıstanda məhbuslar qiyam etdilər – VİDEO
Dağıstanın Tübe qəsəbəsində yerləşən islah-əmək koloniyasında məhbuslar kütləvi iğtişaş törədiblər.
“Life” xəbər verir ki, etirazların səbəbi hələ aydın olmayıb.
Rəsmi orqanlardan verilən məlumata görə, sentyabrın 20-də kriminal aləmə aid olan şəxslər həbsxanada digər məhbusları saxlanılma rejimini pozmağa vadar edib.
Bildirilir ki, kütləvi etizamsızlığı dinc yolla, güc tətbiq etmədən həll etmək mümkün olub.Muxalifet - 21-09-2019
Azərbaycan nefti: lənət, yoxsa nemət?
Leyla Əliyeva,
Oxford Universitetinin təhlilçisiAzərbaycan hökuməti 20 sentyabr 1994-cü ildə altı ölkənin 10 neft şirkəti ilə dənizdə yerləşən Azəri-Çıraq-Günəşli neft yataqlarının işlənməsi haqqında müqavilə - hasilatın pay bölgüsü sazişi imzaladı.
Muxalifet4 - 21-09-2019
“Çöpçülər uşağın boğazına üfürərkən özündə olan infeksion xəstəlikləri ona keçirir...” - Rəşid Mahmudov
Xalq arasında çöpçü, nəzərçi, çıldaqçı fəaliyyətləri ilə məşğul olan insanları hamınız tanıyırsınız. Bir faktı da hamı təsdiq edir ki, adını sadaladığımız bu peşə sahiblərinin işini elm də hələ öyrənə bilməyib. Bir neçə gün öncə bir yaşlı oğlunu çöpçüyə aparan vətəndaş uşağının boğazından çıxan qidaların inandırıcı olmadığını deyib. Çöpçü isə iddia edib ki, guya bütün bunları azyaşlının boğazından çıxarıb. İkinci bir məsələ isə odur ki, çöpçü deyib ki, 200 AZN ver uşağın boğazını bağlayacam və bir də onun boğazında heç bir qida qalmayacaq.
Muxalifet - 21-09-2019
“İranı müharibə ilə təhdid etmə, çünki o səni məhv edər” – “Hizbulla”dan Səudiyyəyə mesaj
Livanın “Hizbulla” təşkilatı cümə günü Səudiyyə Ərəbistanına müharibə fikrinə düşməməyə çağırıb və İranın onu məhv edə biləcəyi barədə xəbərdarlıq edib.
APA “voice america”ya istinadla xəbər verir ki, “Hizbulla” lideri Seyid Həsən Nəsralla televiziya ilə çıxışında Riyadı və Birləşmiş Ərəb Əmirliklərini havadan müdafiə sisteminə pul xərcləməkdənsə, Yəməndəki müharibəyə son qoymağa çağırıb.
Muxalifet - 21-09-2019
"Dözmədi, ürəyi partladı" - Bacısı azərbaycanlı müğənninin qucağında can verdi — VİDEO
Müğənni Namiq Qasımov ötən il vəfat edən 36 yaşlı bacısının ölümündən danışıb.
Muxalifet.az xəbər verir ki, ARB-nin "Elgizlə izlə" proqramının qonağı olan ifaçı bacısı Xəyalənin ölümünü belə xatırlayıb:Muxalifet - 21-09-2019
Azərbaycanda güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ!
Ekologiya və Təbii Sərvətlər Nazirliyi güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, sentyabr ayının 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq:
Muxalifet - 21-09-2019
“İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı
Səbayel Rayon Məhkəməsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, hazırda “İnterpol” xətti ilə axtarışda olan “Akula Akif” ləqəbli Akif Mustafayevin “Mars-M” şirkətinə qarşı iddiasını təmin edib.
Muxalifet - 21-09-2019
S-400, yoxsa “Patriot”?
Toğrul İsmayıl: “S-400 sistemləri həm də maddi baxımdan Türkiyə üçün sərfəli variant oldu”
Səudiyyə Ərəbistanının “Abqaiq” neft terminalına edilən hücum həm də silah müzakirələrinə səbəb olub. Söhbət terminala edilən hücumun qarşısının alınmamasından, daha doğrusu alına bilməməsindən gedir.
Muxalifet - 21-09-2019
“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı” - Əməkdar artist
“Nə bankda, nə də bankada pulum yoxdur. Gözütox duruş ailədən gəlir, genetik olan bir şeydir. Gözümü açmışam, bu cür insalar görmüşəm. Atam həbs olunanda çətin günlər yaşadıq”.
Bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə Murad Arifin “Popumuz var” layihəsinin qonağı olub.
Muxalifet - 21-09-2019
Namiq Qaraçuxurlu yarıçılpaq FOTOsundan danışdı: Camaat gözləmirdi...
Namiq Qaraçuxurlu 6 ay fasilədən sonra efirə çıxıb. Sənətçi qonağı olduğu "5/5"də sınan ayağından yenidən xəsarət alma ehtimalının yüksək olduğu üçün ehtiyyatla hərəkət etdiyini qeyd edib. Namiq Qaraçuxurlu yarıçılpaq FOTOsundan danışdı: Camaat gözləmirdi... Namiq Qaraçuxurlu təxminən bir ay əvvəl istirahət zamanı hovuzda çəkdirib paylaşdığı fotosuna görə təqibçiləri tərəfindən qınandığını etiraf edib: Namiq Qaraçuxurlu yarıçılpaq FOTOsundan danışdı: Camaat gözləmirdi... "Tamaşaçıların o şəkilə görə qınaması normaldır. Qeyri-adi qəbul etmirəm onu. Adam var səni belə görmək istəyir.
Muxalifet - 21-09-2019
Özbəkistanda toylara ŞOK QADAĞALAR: 250-dək qonaq, 3 avtomobil, 2 müğənni...
Özbəkistan parlamenti ölkədə toy və digər tədbirlərin keçirilməsi qaydalarını təsdiqləyib.
Bu məlumatı “Azadlıq radiosu” yayıb.
Yeni qaydaya əsasən, bu cür mərasimlər yalnız 06:00-dan 23:00-a qədər baş tuta bilər. Bununla belə, özbək hökuməti tədbirlərin bir neçə gün müddətə uzadılmasını da qadağan edib.Muxalifet - 21-09-2019
Zaur efir zamanı Şəbnəmi öpmək istədi, müğənni görün nə etdi - Video
Teleaparıcı Zaur Kamal evir zamanı müğənni Şəbnəm Tovuzlunu öpmək istəyib. Muxalifet.az xəbər verir ki, “5/5” verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub. Efirdə imkansız ailənin övladının illik təhsil haqqını ödəyib ödəməyəcəyini soruşan Zaura ifaçı 4 illik təhsil haqqını da ödəyəcəyini deyib. Bu zaman aparıcı onu öpmək istəsə də, Şəbnəm buna icazə verməyərək “Məni öldürtdürmə, Zaur” – deyə bildirib.
Muxalifet - 21-09-2019
Gənclər arasında yayılan xaç trendi - müasirlik, yoxsa missiya?
Son vaxtlar ictimaiyyətdə tez-tez qulağına xaç şəklində sırğa, sinəsinə boyunbağı taxan yeniyetmə və gənclərlə rastlaşırıq. Xristanlığın simvoli sayılan xaç şəklində aksessuarldan istifadə yeni nəsil arasında sanki bir trendə çevrilib. Bəzən tanınmışların da bu cür aksessuarlardan istifadə etdiyinin şahidi oluruq. Onların bəziləri buna sadəcə aksessuar kimi yanaşdığını, görünüş xətrinə istifadə etdiyini bildirir və yaxud müasirliyi əsas gətirir. Bəs müsəlmanın xaç formasında sırğa, boyunbağı taxması nə dərəcədə doğrudur? Məsələnin kökündə hansısa gizlin missiya izi axtarmaq olarmı?
Muxalifet - 21-09-2019
Ermənilər Putinin qarşısında Azərbaycan yallısı oynadı: Polad mahnımızı oxudu - VİDEO
Rusiyanın paytaxtı Moskva şəhərinin ad günü tədbirində Rusiya prezidenti Vladimir Putin, hökumət başçısı Dmitri Medvedev, Moskva şəhərinin meri Sergey Sobyanin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər fəxri qonaq qismində iştirak ediblər. Muxalifet.az xəbər verir ki, bayram tədbirində Polad Bülbüloğlu “Şən Azərbaycan” mahnısını Azərbyacan dilində ifa edib. Tədbirdə ermənilər yenə də təxribata əl atıblar.
Muxalifet - 21-09-2019
“Yüksək səviyyədə görüşləri alqışlayırıq” – Dövlət katibi Qarabağ münaqişəsi haqqında
“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədlərindən biri olaraq Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsində nailiyyət əldə etmək üçün yüksək səviyyədə görüşlərin keçirilməsini, eləcə də xalqların sülhə hazırlanması və məhsuldar müzakirələrin aparılmasına şərait yaradılması üçün səyləri alqışlayır”. “Report” xəbər verir ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo Ermənistanın müstəqillyinin 28-ci ildönümü ilə bağlı ölkə əhalisinə ünvanladığı müraciətdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə toxunaraq bildirib.
Muxalifet - 21-09-2019
Düşmən Qazaxda təxribat törətdi: ekskovator vuruldu - FOTO
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.
DSX-nin Mətbuat Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, sentyabrın 20-si saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatoru düşmən tərəfindən atəşə tutulub.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.
Muxalifet - 21-09-2019
Borca görə vəsiqəsini girov qoyan Deputatın milyonluq villası üzə çıxdı – FOTOLAR
600 min ABŞ dolları borca görə III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsini girov qoyan Rafael Cəbrayılovun dəbdəbəli villası üzə çıxıb. Yenisabah.az xəbər verir ki, dəyəri milyonlarla manat olan villa keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsində “milyonçular məhəlləsi” kimi tanınan ərazidə yerləşir. Villanın fotoları da redaksiyamıza göndərilib. Rafael Cəbrayılovla bağlı başqa maraqlı fakt da var. O deputat olsa da, adı seçici siyahısında yoxdur.
Muxalifet - 21-09-2019
İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu - FOTO
Sentyabrın 19-da Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzasında ölənlərdən biri – Fuad Musazadə İctimai Televiziyanın sabiq əməkdaşı olub. Bu barədə modern.az saytına mərhumun keçmiş iş yoldaşları məlumat veriblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Anar Nəsir oğlu Rzayev idarə etdiyi "Hyundai” və Fuad Şahin oğlu Musazadənin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticədəsində iki nəfər ölüb.
Muxalifet - 21-09-2019
Avropa İttifaqından təklif: "Plastik torbalar ödənişli olsun"
Biz istərdik ki, plastik torbalar ödənişli olsun. Bəlkə o zaman insanlar onu almaq istəməzlər.
Bunu Avropa Ittifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib. O hesab edir ki, bununla ətraf mühitin çirklənməsinin qarşısı alınar:Muxalifet - 21-09-2019
Bu ölkədə 10 şəhər AYAĞA QALXDI - Prezidentin istefası tələb olunur
Misirdə vəzifəsindən sui-istifadə etməkdə ittiham olunan prezident Əbdül Fəttah əs-Sisiyə qarşı etiraz aksiyaları başlayıb. Misir əhalisi ötən gün axşam saatlarında Qahirədəki Təhrir Meydanına toplaşıb. Təhlükəsizlik qüvvələri ölkənin böyük meydanlarında onlarla aksiyaçını həbs edib, İttihadiyyə Sarayına gedən yolları və körpüləri bağlayıb. Lakin bütün tədbirlərə rəğmən, xalq Təhrir meydanına toplaşaraq Sisi əleyhinə şüarlar səsləndirib. Siyasi analitiklər hərəkatın böyüyəcəyini proqnozlaşdırır.
Muxalifet - 21-09-2019