Axtarış

The search found 105716 results in 0.028 seconds.

Search results

  1. İstanbulda zavoddakı partlayışın şok görüntüləri - VİDEO

    İstanbulda 3 gün öncə kimyəvi maddələrin hazılandığı zavodda baş vermiş partlayışın yeni görüntüləri yayılıb.

    Partlayış nəticəsində böyük bir metal parçası havaya sıçrayaraq yanğınsöndürənlərin üzərinə düşüb.

    Musavat.com "milliyet"ə istiadən xəbər verir ki, yayılan görüntülər yerli və xarici KİV-lərdə böyük ajiotaja səbəb olub.

    Qeyd edək ki, hadisə zamanı 3 yanğınsöndürən ağır bədən xəsarətləri alıb.

    Yanğının söndürülməsi üçün əraziə azı 50 yanğınsöndürən maşın cəlb olunub.

    Muxalifet4 - 22-09-2019

  2. Həci dəli kimi aşiq olduğu müğənniyə “Porsche” aldı – FOTOLAR

    Azərbaycanlı müğənniyə sevgilisi tərəfindən bahalı hədiyyə olunub. Muxalifet.az xəbər verir ki, Azmedia.az-ın əldə etdiyi məlumata görə, gənc və cazibədar müğənni Türkan Heydərovaya “həci” sevgilisi tərəfindən bahalı hədiyyə olunub. Belə ki, müğənniyə aşiq olan həci ona “Porshe” markalı avtomobil alıb. Türkana yaxın olan rəfiqəsinin bildirdiyinə görə, avtomobil qırmızı rəngdədir. Məlumatı dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxlamağa çalışsaq da o, zənglərimizə cavab vermədi.

    Muxalifet - 22-09-2019

  3. Türkiyədə ağır qəza - 10-dan çox insan yaralandı

    Türkiyənin Ərzurum vilayətində yüngül kommersiya avtomobili digər avtomobillə toqquşub.

    Trend-in məlumatına görə, digər avtomobilləri keçməyə çalışan yüngül kommersiya avtomobili əks istiqamətdə hərəkət edən bir avtomobil ilə toqquşub. Bundan sonra başqa bir avtomobil arxadan kommersiya avtomobilinə çırpılıb.

    Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib. Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 22-09-2019

  4. Məşhur "qanuni oğru" həbs edildi - VİDEO

    Rusiyanın Voloqda vilayətində məşhur "qanuni oğru" Şoşiya və üç avtoritet tutulub.
    "Ölkə.Az" Rusiya mətbuatına istinadən  xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yüksək cinayət iyerarxiyasında iştirak etməkdə şübhəli bilinən şəxsləri saxlayıblar.

    Muxalifet - 22-09-2019

  5. “Barselona” uduzdu - VİDEO

    "Barselona" La Liqada növbəti oyununa çıxıb.

    Muxalifet.az  xəbər verir  ki, Kataloniya klubu 5-ci turda səfərdə "Qranada" ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

    Bu nəticədən sonra Ernesto Valverdenin komandası 7 xalla 7-ci pillədə qalıb, "Qranada" isə 10 xalla 1-ci pilləyə yüksəlib. "Sevilya" (4 oyun) və "Atletiko" eyni xalla 2-3-cü pillələri bölüşdürür.

    Muxalifet - 22-09-2019

  6. Telman İsmayılovla bağlı sensasion xəbər – Restorandakı ermənini...

    Azərbaycanlı milyarder Telman İsmayılovun Rusiya şou-biznesində parlamasına yaxından kömək etdiyi Avraam Russonun erməni milliyətindən olduğu üzə çıxıb.

    Suriyanın Hələb şəhərindən olan milliyətcə erməni, əsl adı Abraxam İpcan olan sənətçi barədə onu "raskrutka" edən İsoif Prixoji danışıb.

    Muxalifet - 22-09-2019

  7. Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video

    Keçmiş təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində maraqlı açıqlamalar verib. Aparıcı millət vəkili Siyavuş Novruzovun bir müddət əvvəl səsləndirdiyi ittihamı müəllifinin adını çəkmədən, “sosial şəbəkə”dən oxuyub: “Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il işləyib, digəri 15 il... Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir, hələ bəzi problemləri də elə siz keçmişdə nazir vəzifəsində çalışanlar yaradırsınız.

    Muxalifet - 22-09-2019

  8. ABŞ-la Rusiya arasında nüvə müharibəsi: 90 milyon adam ölür, ya şikəst olur... - VİDEO

    ABŞ və Rusiya arasında nüvə müharibəsi 90 milyondan çox adamı ya öldürər, ya da şikəst edər. Bunu tədqiqatçıların yaratdığı yeni simulyasiya üzə çıxarıb. Bu haqda “The Independent” qəzeti yazır.

    Bu iki ölkə silahlara nəzarətə dəstəkdən əl çəkməyə başladığından belə bir ssenari son iki ildə “dramatik” şəkildə daha mümkün görünməyə başlayıb. Prinston Universitetinin alimləri belə bir qənaətə gəliblər.

    Muxalifet4 - 22-09-2019

  9. "Qonaqlar 250 nəfərdən çox olmamalı..." - ÖZBƏKİSTANDA TOYLAR HAQDA QANUN QƏBUL EDİLDİ

    Qonaqlar 250 nəfərdən çox olmamalı, maksimum iki musiqi qrupu, ən çoxu üç lüks avtomobil - bu, Özbəkistan parlamentinin ifrat xərcləmə və sosial nifaqın qarşısını almaq məqsədilə qəbul etdiyi yeni toy mərasimləri qaydalarıdır.

    Paytaxtda və ya digər böyük şəhərlərdə yaşayan orta özbək vətəndaş ayda $200-300 dollar arasında maaş alır. Lakin gəlin və kürəkənin ailələri çox vaxt toy mərasiminə $20,000 xərcləyir.

    Bu məbləğdə pulların əldə edilməsi isə sonrakı illərdə böyük əziyyətlərə qatlaşaraq qaytarılması lazım gələcək borclara səbəb olur.

    Muxalifet4 - 22-09-2019

  10. İRANDA DAHA 11 NƏFƏR EDAM OLUNACAQ - Aralarında uşaq da var

    Hüquq müdafiəçiləri Qərbi Azərbaycan vilayətinin cənubunda yerləşən Mahabad şəhərinin həbsxanasında edama məhkum olunan məhkumların siyahısını yayıblar.

    İran İnsan Haqları Təşkilatının (İran HR) bildirdiyinə görə, Mahabad Zindanında hazırda 11 məhbus ölüm hökmünü gözləyir.

    Yayılan məlumatda məhbusların dördü narkotik maddə qaçaqmalçılığı, yeddisi isə qətl ittihamı ilə mühakimə olunublar.

    İran HR edam hökmünü gözləyən məhbuslardan biri, Seyyid Daniyal Zeynalabdinin uşaq olduğunu bildirib. O, qətldə təqsirləndirilib.

    Muxalifet4 - 22-09-2019

  11. Bakıda qadının sükan arxasında halı pisləşdi — Hərəkətdə olan maşından belə çıxardılar / VİDEO

    Bakıda vəziyyəti pisləşən xanım sürücü xilas edilib. 

    Hadisə "Əhmədli" metro stansiyasının yaxınlığında baş verib.

    Hadisə şahidlərinin redaksiyamıza verdiyi məlumata görə, xanım sürücünün sükan arxasında qəfil halı pisləşib. Onun köməyinə isə PPX və sakinlər gəlib. 

    Polis ətrafdakıların köməyi ilə hərəkətdə olan avtomobili saxlayıb və içərisindəki sürücü çıxarılıb.(BAKU.WS)

    Muxalifet4 - 22-09-2019

  12. Şimal rayonlarına ilk qar yağdı — FOTOLAR

    Azərbaycanın şimalındakı ucqar dağ kəndlərinə ilk qar yağıb. Muxalifet.az "Report"a istinadən xəbər verir ki, Qubanın dağlıq kəndlərinə qar yağıb. Qarın hündürlüyü 5-8 santimetr olub. Xüsusəndə rayonun Söhüb, Rük, Buduq, Dalıqaya, Zıxır, Girdah və digər dağlıq kəndlərinə qar yağıb. Qarın yağması təsərrüfatlara ziyan vurmasa da mal-qaranın çöldə otlamasına mane olub.

    Muxalifet4 - 22-09-2019

  13. "10 min dollardan çox borclar da həll oluna bilər” - PROBLEMLİ KREDİTLƏRLƏ BAĞLI HÖKUMTƏ TƏKLİF

    Uzun illərdir Azərbaycanda mövcud olan problemli kreditlərlə bağlı ilk addım bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ilə atıldı.

    Muxalifet4 - 22-09-2019

  14. “Həbs olunduğum gecə dollar 3,70-dən 5 lirəyə qalxdı” – Adnan Oktar: "Mən qadınları Allah eşqi ilə sevdim"

    "Mən mənə bağlı qrupdakı qadınları Allah eşqi ilə sevdim". Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyədə özünü din xadimi kimi təqdim edib 30-a yaxın ağır cinayətdə ittiham olunan Adnan Oktar məhkəmədə ifadə verərkən deyib. İngiltərə dərin dövlətinin onu hədəf aldığını bildirən Oktar barəsində qaldırılan ittihamların əsassız olduğunu bildirib: "İddiaların boş olduğunu bütün Türkiyə bilir. Mənim dostlarımın hamısı ağıllı insanlardır. Biz dəli olduqmu? Hamısı uydurmadır. Dəlillər var, amma bunların heç bir etibar olunacaq dəlillər deyil.

    Muxalifet4 - 22-09-2019

  15. Rusiyanın 12 növ silahı yararsız çıxdı - İSTEHSALINI DAYANDIRDILAR

    Rusiya Suriyada əməliyyatlar zamanı sınaqlardan uğursuz çıxdığına görə 12 növ silahın istehsalını dayandırıb, daha 300 növ silahı isə modernləşdirib.
    RİA “Novosti" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Moskovski Komsomolets" nəşrinə müsahibəsində bildirib.
    Qeyd edək ki, cari ilin avqust ayında Rusiya Müdafiə Nazirliyi Suriyada Rusiyanın 231 növdən çox silahın aprobasiyadan keçdiyini açıqlamışdı.
    O, həmçinin ABŞ-ın dünyada 170 hərbi bazasının olmasına baxmayaraq Rusiyanın Amerikaya təsirli şəkildə cavab verə biləcəyini də bildirib.

    Muxalifet4 - 22-09-2019

  16. "Heç kimdən və heç nədən qorxmuram" - POROŞENKO

    Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ölkənin hazırkı rəhbərliyinin onu həbs edə bilməyəcəyinə əmin olduğunu deyib. O, bunu “Beşinci kanal”ın “Youtube”da yayımlanan video reportajında bildirib. P.Poroşenko özünün və siyasi gücünün “heç kimdən və heç nədən qorxmadığını” söyləyib: “Mən illərdir ki, müxalifətdəyəm. Bu oğlanlar Poroşenkonu gizlətmək istəyən ilk adamlar deyil”. Keçmiş prezident əlavə edib ki, əgər məhkəmə onu günahkar hesab etsə, bu, ilk növbədə dövlətə və onun qanunlarına zərbə olacaq.

    Muxalifet4 - 22-09-2019

  17. Ağ Evə qarşı “üçlər ittifaqı”: ABŞ Yaxın Şərqin “qapı”sı arxasında qala bilər

    Ağ Evə olan etimadsızlıq Türkiyəni ABŞ-ın düşmənləriylə - Rusiya və İranla daha ciddi müttəfiqliyə meylləndirir
    Üç böyük dövlətin liderlərinin son toplantısı olduqca önəmli nəticələrlə müşayiət olundu.

      

    Muxalifet4 - 22-09-2019

  18. Türkiyədən möhtəşəm "Pəncə -3" əməliyyatı - DAHA 7 TERRORÇU ÖLDÜRÜLDÜ

    Türkiyənin Milli Mdüafiə Nazirliyi "Pəncə 3" aviasiya əməliyyatları nəticəsində terrorçuların zərərsizləşdirilməsi barədə məlumat yayıb.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, nazirlik son sutka ərzində həyata keçirilən hava zərbələri zamanı Haftani bölgəsində 7 PKK terrorçusunun öldürüldüyünü bəyan edib.

    Hazırda əməliyyatlar davam edir.

    Muxalifet4 - 22-09-2019

  19. "Siyasətdə uğur qazanmaq istəyirsinizsə, Rusiya ilə münasibətlərinizi yaxşı edin" - Səməd Seyidovun oğlundan paradoksal mövqe / FOTOLAR

    Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputat Səməd Seyidovun oğlu Urxan Seyidov Rusiya dövlətini açıq təqdir edən fikirlər səsləndirib.
     
    Urxan Seyidov özünün instaqram səhifəsində Moskvada çəkdirdiyi fotosunu paylaşaraq, Otto fon Bismarka məxsus "Əgər siyasətdə uğur qazanmaq istəyirsinizsə, Rusiya ilə münasibətlərinizi yaxşı edin" fikirlərini yazıb.

    Muxalifet4 - 22-09-2019

  20. İran Səudiyyə Ərəbsistanına növbəti hücuma hazırlaşır - HUSİLƏR XƏBƏR ÖTÜRDÜ...

    İran Səudiyyə Ərəbsistanına yenə hücum etməyə hazırlaşır. Rusiya KİV-ləri bildirilir ki, bu haqda Yəmənli üsyançılar tərəfindən Amerika və Səudiyyə diplomatlarına məlumat çatdırılıb. Yaxın zamanda hücumun baş verəcəyi bildirilir. Məlumata görə, Səudiyyə hakimiyyəti hadisədən əvvəl əsas infrastrukturun təhlükəsizlik səviyyəsini artırıb. Onlar ölkənin mülki hava limanlarına da yeni hücumların olunmasından qorxurlar. Qeyd edək ki, sentyabrın 14-nə keçən gecə "Saudi Aramco”nun ən böyük iki emalı zavodu pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

    Muxalifet4 - 22-09-2019

Pages