Axtarış

The search found 105716 results in 0.028 seconds.

Search results

  1. ​"Arvadla məni baş-başa qoyur, xəbəri olur ki..." - Tacirdən efirdə ŞOK ETİRAF - FOTO

    "Şahmalı bunları qəbul edir, bunları başa düşür. Mən elə ailələr tanıyıram ki, oğlan 18-19 yaşındadır. İcazə verməz ki, ailədə növbəti bir övlad dünyaya gəlsin". 
    Milli.Az xəbər verir ki, bunu Günay Baxşəliyeva yeni sezonda "Zaurla Günaydın"ın ilk buraxlışının qonağı olan Tacir Şahmalıoğlu və ailəsi ilə söhbəti zamanı deyib.
    Tacirin aparıcının sözlərinə reaksiyası hər kəsin gülüşü ilə qarşılanıb:

    Muxalifet - 21-09-2019

  2. Sürücü polisi silahla hədələyib aradan çıxdı

    Xızıda polisləri silahla hədələyən sürücü tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində VAZ-2109 markalı avtomobil şübhə doğurduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman qəflətən avtomobildən düşən sərnişin üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşlarını hədələyərək aradan çıxmağa müvəffəq olub. Polis əməkdaşları tərəfindən həmin şəxsin Ağagül adlı Giləzi qəsəbə sakini olması müəyyən edilib.

    Muxalifet - 21-09-2019

  3. Yumurtadan sonra başqa hansı məhsullarda qiymət artımı gözlənilir? – Açıqlama

    Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, yumurta qiymətlərində artım müşahidə olunur. Sosial şəbəkələrdə yumurtanın qiymətinin qalxması ilə bağlı məlumatlar yayılıb. Marketlərdə əvvəl 9-10 qəpiyə satılan yumurta indi isə 14 qəpiyədir. Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev qiymətlərin qalxmasını təsdiqləyib. “Doğrudur, yumurtanın qiyməti 15 günə yaxındır qalxıb. Cəmi 1 və ya 2 qəpik artım olub. Bu da mövsümi xarakter daşıyır. Çünki tələbatı ödəyən yem və digər lazım olan məhsullar xaricdən idxal olunur. Onların da qiymətləri bahalaşıb”, - deyə A.

    Muxalifet - 21-09-2019

  4. ​Həkimlər qadının qolundan ona yeni dil tikdilər

    Dil xərçəngindən əziyyət çəkən qadın əməliyyat olunub.
    Britaniyada yaşayan Rebecca Patterson-a süni dil qoyulub. Həkimlər onun qolundakı ət parçasından Rebecca üçün dil tikiblər.
    Uşaqlıqdan dilində ləkələr əmələ gələn Rebbecca xərçəng xəstəliyinə tutulduğunu ötən ilin aprel ayında öyrənib. O, xərçəng xəstəsi olduğunu öyrənən zaman nişanlı olub.
    Həkimlər əməliyyat zamanı qadının iki dişini çıxardıb, boynuna tikiş qoyublar.
    "Mən oyananda qolumda və boynumda tikiş izləri var idi", - deyə Rebecca əməliyyatdan sonra söyləyib.

    Muxalifet - 21-09-2019

  5. Alma bağı salanlara ŞAD XƏBƏR! 800 manat veriləcək

    2020-ci ildən başlayaraq ilk dörd il ərzində intensiv alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov məlumat verib. 

    V.Hüseynovun sözlərinə görə, Aqrar Subsidiya Şurasının bu qərarı 2019-cu ildən salınmış alma bağlarına şamil edilir:

    Muxalifet - 21-09-2019

  6. Prezidentdən Qaxın icra başçısı barəsində MÜHÜM SƏRƏNCAM

    Prezident İlham Əliyev Musa Şəkiliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    M. Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısıdır.

    Muxalifet - 21-09-2019

  7. Allahşükür Paşazadəyə mahnı ithaf olundu - VİDEO

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi münasibətilə mahnı ithaf olunub. 
    Demokrat.az xəbər verir ki, sözügedən mahnı Allahşükür Paşazadənin rəsmi feysbuk səhifəsində "Şeyxülislam həzrətlərinin 70 illiyinə ithaf olunur" deyə yerləşdirilib.  
    Həmin mahnını təqdim edirik:


     

    Muxalifet - 21-09-2019

  8. ​“Bu cür adamlara demişdim ki, klassiklərimizə sürtüşməyin, yoxsa onlardan hamilə qalarsınız...”

    “Sən kimsən, hansı haqla, hardan pırt eləyib çıxmısan, sən neyləmisən, ortada hansı əsərin var ki, belə başının ölçüsündən böyük danışırsan?”
    Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət bəzi gənc yazarların klassiklərimizi təhqir etməsinə münasibət bildirərkən deyib. Yazıçı bununla bağlı çox maraqlı fikirlər səsləndirib:

    Muxalifet - 21-09-2019

  9. Cennifer Lopezin filmi qadağan olundu - cinsi səhnələrə görə... - VİDEO

    Dünya ulduzu Cennifer Lopezin baş rolda birbaşa rəqqasə rolunda oynadığı film, həddindən artıq cinsi səhnələrə yer verdiyi üçün Malayziyada qadağan edildi.

    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, “Hustlers” adlı filmin bu ölkədə qadağa olunması həddindən artıq ədəbsiz səhnələrin yer alması ilə əlaqələndirilib.

    Filmə senzura tətbiq edən rəsmilər filmin Malayziyada bir daha yayımlanmayacağını, eləcə də bu kimi filmlərə ekranlarda yer verilməyəcəyini bildiriblər.

    Muxalifet - 21-09-2019

  10. “Albert Gəncinski”ni necə öldürmək istəyiblər? – Sui-qəsdin təşkilatçısına hökm oxundu

    Sankt-Peterburqun Moskva Rayon Məhkəməsi “qanuni oğru” Əli Heydərova (“Albert Gəncinski”) sui-qəsd təşkil edən Gürcüstan vətəndaşı İlham Hacıyevə hökm oxuyub. “Yeni Sabah” xəbər verir ki, İlham Hacıyevi 8 il 6 ay azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müsəssisəsində çəkməli olacaq. İstintaq materiallarına görə, İlham Hacıyev 2014-cü ildə naməlum sifarişçinin göstərişi ilə Naberejnıy Çelnı vilayətində yaşayan Aleksey Şparuta və Ruslan Koryagin adlı şəxslərlə görüşərək onlarla Əli Heydərovu qətlə yetirmək barədə razılığa gəlib.

    Muxalifet - 21-09-2019

  11. ABŞ-dan Silahlı Qüvvələrini bölgəyə göndərir: İrana qarşı müharibənin İLK ADDIMLARI

    ABŞ Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə əlavə hərbi qüvvə və müdafiə dəstəyi göndərəcək. Muxalife.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper və Baş qərargah rəisi Cozef Danford ortaq mətbuat konfransında açıqlayıb. Esper açıqlamasında “Prezidenti Tramp Səudiyyə Ərəbistanının tələbinə cavab olaraq müdafiə edəcək və xüsusilə, hava və raket hücumlarına qarşı diqqətini yönəldəcək ABŞ qüvvələrinin həmin ölkəyə yerləşdirilməsini təsdiq edib. ABŞ İranla savaşmaq istəmir. Amma başqa variantlar da var.

    Muxalifet - 21-09-2019

  12. İran, Çin və Rusiya donanmaları Hind okeanında - GƏRGİNLİK PİK HƏDDƏ

    İran Rusiya və Çin ilə birlikdə hərbi təlimlər keçirəcək.
    Təlimlər Oman dənizində və Hind okeanındakı beynəlxalq sularda baş tutacaq.
    Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı Müdafiə Diplomatiyası və Beynəlxalq Münasibətlər Birliyinin sədri Məhəmməd Şəltuki məlumat verib.
    Onun sözlərinə görə, bu, İran inqilabından sonra Rusiya və Çinlə keçiriləcək ilk təlimlər olacaq.

    Muxalifet - 21-09-2019

  13. Banda üzvləri Bakıda adam oğurladılar, “baqaja” qoyub apardılar - “DEDİ DİLİ UZANIB, KƏSMƏK LAZIMDIR...”

    Bakı Ağır Cinayətlər Məhkəməsində cinayətkar aləmdə "Rafet Əlibayramlinski” ləqəbi ilə tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşı Rüfət Əmirovun rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvü, adam oğurluğuna cəhddə təqsirləndirilən Şirvan şəhər sakini, 24 yaşlı Əli Hüseynlinin məhkəmə istintaqı yekunlaşıb.

    Virtualaz.org-un xəbərinə görə, cinayətkar qrupun üzvləri –Kamil Əmirov, Elvin Cəfərov, Rüfət Kərimov, Elvin Hüseynov, Əli Hüseynli Rüfət Əmirovun sifarişi əsasında adam oğurluğu cinayəti törətməklə bağlı aralarında razılığa gəliblər.

    Muxalifet - 21-09-2019

  14. Cəbhədən acı xəbər: Şəhidimiz var

    Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub. Bu barədə Muxalifet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

    Muxalifet - 21-09-2019

  15. Dilqəmlə Şahbaz azad edilir? - Ermənistan XİN-dən açıqlama

    Ermənistanın xarici işlər naziri Zöhrab Mnasaknyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsində ölkəsinin müdafiə naziri David Tonoyanla eyni mövqedə olduğunu bildirib. Muxalifet.az xəbər verir ki, “Report”un “Novosti Armeniya”ya istinadən verdiyi məlumata görə, Z.Mnasankayn Nyu-Yorkda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla sentyabrın 23-də keçirəcəyi görüşlə bağlı müsahibəsində bunu deyib. D.Tonoyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad ediləcəyini istisna etməyib.

    Muxalifet - 21-09-2019

  16. "Mənə yaxşı pul qazanan kişi lazımdır" — Aktrisa Mələk Heydərova - FOTOLAR

    Muxalifet.az aparıcı, aktrisa və yazar Mələk Heydərovanın oxu.az-a müsahibəsini təqdim edir: - Xəzər Universitetinin "İqtisadiyyat" bölməsində təhsil almısınız. Ancaq yarımçıq qoymusunuz. Səbəb? - Maraqsız oldu. Mənə film təklifi gəldi, o da vaxt aparan bir şey idi. Bir seçim etməli idim. Ya universitet, ya da bu sahə. Mənə dedilər ki, səndə işıq var. O sözün arxasınca düşdüm. İki il keçdi. Gördüm ki, oxuya bilməyəcəyəm. Düşünürəm ki, həyatımın sonunadək oranı davam edə bilməyəcəyəm. Gedib xaricdə aktrisalıq üzrə oxumaq istəyərdim, ancaq iqtisadiyyat üzrə istəməzdim.

    Muxalifet - 21-09-2019

  17. Bakı metrosunda həyəcan – Vaqonlara tüstü dolub, sərnişinlər boşaldılıb

    Bakı metrosunda sərnişinlər daha bir həyəcan yaşayıb.Trend-in məlumatına görə, hadisə metronun “Gənclik” stansiyasında baş verib. Stansiyaya daxil olan qatarın vaqonlarına qəfil tüstü dolub. Platformada sərnişinlər dərhal boşaldılıb və qatar tərkibinə ümumi baxış keçirilib. Qatarda heç bir nasazlıq qeydə alınmayıb. Qatar yenidən sərnişinlərlə birlikdə yola davam edib. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında faktı təsdiqləyib.

    Muxalifet - 21-09-2019

  18. Erməni qızın gözlərindən yaş əvəzinə daş tökülür...-FOTO

    Yəqin, bu, işğalçı, daşnak ermənilərin insanlığa, türklərə qarşı daşlaşmış ürəyinin rəmzidir...
    Ermənistan sakini olan Satenik Kazaryan qeyri-adi xəstəliyi səbəbindən ağlayanda gözlərindən göz yaşı əvəzinə xırda daşlara bənzər kristallar tökülür.  
    Moderator.az  İsrail mediasına istinadla bildirir ki,  bu haqda "Mir 24" telekanalı məlumat yayıb. 

    Muxalifet - 21-09-2019

  19. Gecə klubunda ATIŞMA: Ölənlər və yaralananlar var

    ABŞ-da gecə klubunda atışma olub.

    Hadisə Cənubi Karolina ştatının Lankaster dairəsində, "Old Skool Sports Bar & Grill" gecə klubunda qeydə alınıb. Silahlı insident zamanı 2 nəfər öldürülüb, daha 8 nəfər yaralanıb.  

    Telekanal bildirib ki, polis faktla bağlı təhqiqata başlayıb, hadisəni törədənlər axtarılır. 

    Muxalifet - 21-09-2019

  20. Kameralara düşən ən böyük ilanlar DƏHŞƏTLİ VİDEO

    Zaman-zaman dünyanın müxtəlif bölgələrində nəhəng ilanlar görünür. “Ölkə.Az” xəbər verir ki, alimlərin fikrinə əsasən, milyonlarla il əvvəl planetimizdə nəhəng ölçüdə ilanlar yaşayıb. Ehtimal edilir ki, bu gün də bəzi yerlərdə, məsələn, Amazon cəngəlliklərində iri ilanlar var. Bildirilir ki, planetimizdə ən iri ilan uzunluğu 30 metrdən çox olan titanoboa olub. Bu gün də nəhəng ilanlara rast gəlinir. Məsələn, bir neçə il əvvəl braziliyalı balıqçılar qayığın yanı ilə üzən nəhəng anakonda görmüşdülər. Dünyanın ən iri ilanlarının videosunu oxucularımızla bölüşürük.

    Muxalifet - 21-09-2019

Pages