Axtarış
The search found 105716 results in 0.026 seconds.
Search results
"Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb" - Zvi Maqen
"Azərbaycanın təhlükəsizliyi Livanın hava hücumundan müdafiə sistemlərindən asılıdırsa, mən azərbaycanlılara rahat yatmağı məsləhət görürəm, çünki Livanda İsrail dronlarını vurmağa qadir heç bir texnologiya yoxdur".
Bunu virtualaz.org-a eksklüziv açıqlamasında İsrail diplomatı və politoloqu Zvi Maqen Livanın Müdafiə naziri Elias Bou Saabın İsrail dronlarını məhv etmək təcrübəsini onlarla bölüşə biləcəyi barədə Ermənistana etdiyi təklifi şərh edərkən deyib.
Muxalifet - 21-09-2019
“Ərəbləri hansı 3 səbəbdən sevməliyik?..”- “Tarqovı”ya gedəndə mütləq oxuyun...
İslam aləmində bütövlükdə hansısa xalqa nifrət aşılamaq "mason" deyilənlərə xidmətdir... O da var ki, ərəb, türk, kürd, fars və s. olmaq –hələ müsəlman olmaq deyil... Bu gün –sentyabrın 21-də axşam “Ermənistan” adlı qondarma dövlətin “müstəqillik” günü ilə bağlı “müsəlman, ərəb şəhəri” hesab edilən Dubaydakı Xəlifə bürcü bu işğalçı ölkənin bayraqları rənginə boyanacağının gözlənməsi səbəbindən Azərbaycanda son dövrlərdə başlanmış və müəyyən qüvvələrin təhriki ilə bütövlükdə müsəlman-ərəb dünyasına qarşı yönələn nifrət aşılama kampaniyası daha da güclənib.
Muxalifet - 21-09-2019
Azərbaycanda qadın ona hücum edən çaqqalı boğaraq öldürdü - VİDEO
Salyan rayonu 20 Yanvar küçəsində yaşayan 67 yaşlı Gülzar Məmmədova öz həyətində çaqqalın hücumuna məruz qalıb.
Muxalifet.az Xəbər TV-yə istinadən xəbər verir ki, rayon sakininin sözlərinə görə, həytədə iş görən zaman toyuq hinindən səs eşidib və oraya daxil olarkən ev quşlarına hücum edən çaqqalı görüb.
Yırtıcı heyvan Gülzar Məmmədovaya hücum edərək ona əlindən xəsarət yetirib.Muxalifet - 21-09-2019
Sumqayıtda AĞIR QƏZA: Sürücü piyadaları vurub qaçdı - VİDEO
Sumqayıtda yol qəzası baş verib.
Unikal.org-un hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, Sumqayıtdakı "Qərb" Şadlıq Sarayının qarşısında yolu keçmək istəyən piyadaları maşın vurub.
Hadisə şahidlərinin sözlərinə görə piyadaı vuran şəxs avtomobili ilə hadisə yerindən qaçıb.Qəza nəticəsində piyadalardan birinin ayaqları sınıb, digər zərərçəkmiş koma vəziyyətindədir. Hadisənin baş verdiyi yerə təcili tibbi yardım maşını gəlib. Yaralılar təəcili yardımla Sumqayıt Şəhər Travmatologiya şöbəsinə yerləşdirilib.
Muxalifet - 21-09-2019
"İrana girmək dünyanın ən asan işidir" - Tramp
"Bu gün İrana girmirəmsə, böyük təmkin göstərirəm".
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donal Tramp Avstraliyanın Baş naziri Skott Morrison ilə görüşdən sonra Ağ Evdə keçirilən birgə mətbuat konfransında bildirib.
Tramp İrana qarşı sanksiyaların işə yarayacağına inanaraq, “İrana girmək dünyanın ən asan işidir. Bu gün orada deyiləmsə, böyük təmkin göstərmiş oluram” deyə vurğulayıb.Muxalifet - 21-09-2019
Xatirə İslam verilişə dar geyimdə gəldi - Alt paltarı göründü - FOTO
Müğənni Xatirə İslam yenidən geyimi ilə diqqət mərkəzinə düşüb. Milli.Az xəbər verir ki, ifaçı "5/5"ə geyindiyi dar, dərin yarıqlı, dekolteli geyimi ilə efirdə çox sərbəst hərəkət edib. Xatirənin büstqalteri görünsə də müğənni buna görə narahat olmayıb:
Muxalifet - 21-09-2019
Bakıda 1 manata obyekt satılır - Foto
Bakının Nəsimi rayonunda əla təmirli obyekt sahibi tərəfindən satışa çıxarılıb.
Axar.az xəbər verir ki, rayonun Ruhulla Axundaov 25, Mirəli Qaşqay kücəsinin kəsişməsində yerləşən obyektin satışı ilə bağölı elan Emlak.az saytında yerləşdirilib. 60 kvadrat metr sahəsi olan tikili 1 mərtəbədən ibarətdir. 2 otaqlı böyük, geniş, işıqlı, təmirli, işlək yolun kənarında yerləşən obyektin sanuzel ve kuxnası da var. İstənilan təyinatda istifadəyə yararlı olan obyekt təcili olaraq cəmi 1 manata satışa çıxarılıb.
Muxalifet - 21-09-2019
Cəlilabadda əmioğlu və əmiqızı döyüldü
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Alar kənd sakinləri - 1988-ci il təvəllüdlü Mehdiyev Farid Azad oğlu və onun əmisi qızı, 1985-ci il təvəllüdlü Mehdiyeva Böyükxanım Füzuli qızı naməlum şəxslər tərəfindən döyülüblər.
Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib.
Hazırda hadisənin başvermə səbəbi və təfərrüatı araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 21-09-2019
Prostat genişlənməsi: Əksər kişilərin “qorxulu yuxusu” - Əlamətləri, müalicəsi...
Sağlam bədəndə prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və o kişinin spermasının gəlməsini təmin etməkdir.Muxalifet - 21-09-2019
Polislərə "Ağappaq bədənim var, həbsə girə bilmərəm" deyən qız sərbəst buraxıldı - FOTO
Saxlanılarkən polislərə "mən çox gözəl, təmizkar, səliqəli, savadlı və elit biriyəm. Ağappaq bədənim var, həbsə girə bilmərəm", - deyən qadın sərbəst buraxılıb. Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, yol nişanında qeyd edilən sürət həddini 35 km/saat aşan 34 yaşlı Lauren Cutshaw saxlanılarkən gözəlliyini fürsət bilib. Karolinada yaşayan Lauren polis əməkdaşlarına özünü tərifləyərək saxlanılmamasını xahiş edib. O, avtomobilini yüksək sürətlə idarə edərkən sərxoş halda olub. Onun qanındakı spirtli içki miqdarı 18 faiz olub.
Muxalifet - 21-09-2019
ERMƏNİLƏR DİLQƏM VƏ ŞAHBAZI QAYTARMAĞA HAZIRDIR - Əvəzində iki əsir istəyirlər...
Ermənistan hökuməti Azərbaycan tərəfinin əsirlər mübadiləsi ilə bağlı təklifini müzakirə edir, cümə axşamı günü Yerevanda jurnalistlərə Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan deyib.
"Mən şəxsən baş nazirlə danışmamışam, lakin məsələyə bələdik və bu müzakirə olunur. Məsələnin həssaslığını nəzərə alaraq, qərarımızı məsələnin həllinə yaxın olanda bəyan edərik", Karapetyan deyib.
Muxalifet4 - 21-09-2019
Bakıda Pakistan vətəndaşına qarşı DƏLƏDUZLUQ - Onu aldadıb külli miqdarda pulunu alıblar
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən iki Pakistan vətəndaşı sentyabrın 18-də aldadılaraq 3000 ABŞ dolları və 2300 manat pullarının alındığını bildiriblər.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən həmyerliləri saxlanılıb.
Muxalifet4 - 21-09-2019
"Bu müharibə birbaşa insanı, milləti, dövləti, bəşəriyyəti hədəf almışdır” - PƏNAH HÜSEYN FUAD QƏHRƏMANLIYA QARŞI BASQILARIN ƏLEYHİNƏDİR
"Qəhrəmanlılar ailəsində baş verənlərə və bu məsələ ətrafında gedən müzakirələrə münasibətimi və tərəfimi müəyyən edən cəmiyyətin əsas özəyini ailənin təşkil etdiyi bilgisi, dəyərlər sistemi və inancıdır".Bu sözləri Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn Qəhrəmanlı ailəsi ilə bağlı insidentə münasibət bildirərkən deyib.
Muxalifet4 - 21-09-2019
Ukrayna AŞPA-dan imtina etdi
Ukrayna Avropa Şurası Parlament Assambleyasının növbəti sesiyasında iştirakdan imtina edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində ukraynalı deputat Boqdan Yaremko paylaşıb.
Məlumata görə, Kiyev təşkilatın öz prinsiplərini pozmasına başqa cür reaksiya verməyin mümkün olmadığını bildirib və bu səbəbdən belə bir addımı atıb.
Radadakı fraksiyaların əksəriyyəti qərarı dəstəkləyib.
Qeyd edək ki, AŞPA-nın payız sesiyası sentyabrın 30-dan oktyabrın 4-nə qədər davam edəcək.
Muxalifet4 - 21-09-2019
Avtomobilin təkərlərinin ölçüləri sürət göstəricisinə təsir edir - VİDEO
Avtomobilin təkərlərinin ölçüləri zavod tövsiyəsindən fərqli olduqda faktiki sürət də idarəetmə panelində göstərilən sürətdən fərqli olur. Nəticədə yol üçün müəyyən edilmiş həddə yaxın sürətlə hərəkət edən sürücü özü də bilmədən radara düşə bilər.
Muxalifet4 - 21-09-2019
"Ərimin istəyi ilə başqa biriylə cinsi əlaqədə oldum" — Məşhur aktrisadan ŞOK ETİRAF (FOTOLAR)
Holivud ulduzu Demi Mur keçmiş həyat yoldaşı Aşton Kutçerin onu üçlü cinsi əlaqəyə məcbur etmək üçün təzyiqlər göstərdiyini açıqlayıb. Aktrisa təzyiqlərdən sonra ərinin istəyini qəbul etdiyini etiraf edib. Aktrisa şəxsi həyatından bəhs edən “İnside Out” adlı kitabında bu barədə qeyd edir: “Özümdən 15 yaş balaca biri ilə evil olmaq hər zaman özümü gənc hiss etməmə kömək etdi. Ərimin təzyiqlərindən sonra üçlü cinsi əlaqəyə girdim. Bu zaman başqa biri ilə iki dəfə cinsi əlaqədə olmuşam”. Qeyd edək ki, 56 yaşlı amerikalı aktrisa Aşton Kutçerlə 10 il evil olub.(Metbuat.az)
Muxalifet4 - 21-09-2019
Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB
Azərbaycanda başanmış və dul qalmış insanların da yenidən ailə qurması halları az deyil. Bu barədə Modern.az-ın sorğusuna Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitə başanmış və dul qalmış vətəndaşların yenidən ailə qurması ilə bağlı 2018-ci il üzrə statistikanı təqdim edib. Məlum olub ki, 2018-ci ildə Azərbaycanda 62484 nikah bağlanıb. Rəsmi nikaha girənlərin ümumi statistikasında 5264 kişi boşanmış şəxslər olub. Əvvəlki ərindən boşanmış 3030 qadın da ötən il yenidən rəsmi nikaha girib.
Muxalifet4 - 21-09-2019
“Azərbaycanın da İsraildə səfirlik açmasının vaxtı çatıb” - TOFİQ ZÜLFÜQAROV
"Bu və ya digər ölkədə səfirliyin açılması ilk növbədə ikitərəfli münasibətlərin inkişafı üçün gərəklidir. Ona görə, Azərbaycanın da İsraildə səfirlik açmasının vaxtı gəlib çatıb”.
Bunu Ermənistanın İsraildə səfirlik açmaq qərarı haqqında danışarkən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov söyləyib.
O qeyd edib ki, Sovet İttifaqı dağılandan sonra demək olar bütün ölkələr İsraildə səfirlik açıb:
Muxalifet4 - 22-09-2019
Gülgünü vurub öldürən şəxslə bağlı ilginc faktlar - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb. Muxalifet.az xəbər verir ki, qafqazinfo qəzanı törədən şəxslə bağlı bir sıra məlumatlar əldə edib. Məsələ burasındadır ki, Ramal Məmmədovun qəzanı törətdiyi maşınla təhlükəli manevrlər etməsiylə bağlı videolar da mövcuddur. O, məhz həmin gecə qırmızı işıqda keçərək məlum hadisəni törədib.
Muxalifet4 - 22-09-2019
İraq hakimiyyəti kürdlərin neft gəlirlərini araşdırır - KOMİSSİYA YARADILDI
İraq hakimiyyəti Kürd Regional Rəhbərliyini neft gəlirlərini Bağdadla bölüşməməkdə ittiham edib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İraq parlamenti məlumat yayıb. Məlumata görə, İraq hakimiyyəti Kürd Regional Rəhbərliyinin neft ixracatı gəlirlərinin araşdırılması üçün 7 nəfərlik komissiya yaradıb. Komissiyanın Kürd Regional Rəhbərliyinin ixrac etdiyi neftin miqdarını və gəlirlərini araşdıracağı və bir həftə ərzində hesabat hazırlayacağı bildirilib.
Muxalifet4 - 22-09-2019