Axtarış

The search found 105715 results in 0.029 seconds.

Search results

  1. 8-ci sinif sagirdi itkin düşüb

    Gəncədə 8-ci sinif sagirdi itkin düşüb.

    APA-nın məlumatına görə, şəhər sakini Mehman Məmmədov Kəpəz rayon Polis İdarəsinə müraciət edərək, 7 saylı orta məktəbin 8-ci sinif şagirdi olan qardaşı oğlu Rəşid Məmmədovun ötən gün saat 17 radələrində evdən çıxaraq geri qayıtmadığını bildirib.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 28-09-2019

  2. ​DÜNYANIN GÖZÜ İSTANBUL DERBİSİNDƏ: “Qalatasaray” “Fənərbaxça”ya qarşı

    Bu gün Türkiyədə İstanbul derbisi baş tutacaq.
    Muxalifet.az
    xəbər verir ki, Super Liqanın 6-cı turunun ikinci oyun günündə əzəzli rəqiblər - “Qalatasaray” və “Fənərbaxça” qarşılaşacaq. Bakı vaxtı ilə 21:00-da start götürəcək matçı FİFA referisi Cüneyt Çakır idarə edəcək. Oyun “aslanlar”ın meydanında - “Türk Telekom” stadionunda keçiriləcək. 
    Maraq üçün bildirək ki, bu komandalarn arasında son görüş “Fənərbaxça”nın dogma meydanında olub və matç 1:1 hesablı bərabərliklə başa çatıb. 

    Muxalifet - 28-09-2019

  3. Nazir Mehman Həsənova yüksək VƏZİFƏ VERDİ

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
    Muxalifet.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
    Əmrə əsasən, polis mayoru Mehman Həsənov Samux Rayon Polis Şöbəsinin kadrlar şöbəsinə rəis təyin edilib.
    Qeyd edək ki, M.Həsənov bu təyinatdan əvvəl Gəncə şəhəri, Kəpəz Rayon Polis Şöbəsində çalışıb.

    Muxalifet - 28-09-2019

  4. “Bu şərəfsiz...” - Dünya çempionumuz əsəbləşdi - Video

    Güləş üzrə ikiqat dünya çempionumuz Mariya Stadnik “Facebook”dakı paylaşımı ilə diqqət çəkib.

    “Yeni Sabah” xəbər verir ki, qadın güləşçi xəyanəti normal hal kimi təqdim edən, kişiləri xəyanətə təhrik edən gəncin videosunu paylaşaraq “bu şərəfsiz xəyanətdən doğulub. Əsəblərimi saxlaya bilmədim və bu videonu paylaşdım” sözlərini yazıb. 

    Videonu təqdim edirik:

    Muxalifet - 28-09-2019

  5. "Yaraşıqlı kişiləri sevirəm"

    "İnsanın gərək ruhu qocalmasın".
    Axşam.az xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova "Şən bazar" verilişində deyib.
    "60-70 yaşında başlayırlar hər şey geyinməyə. Mən də indi geyinirəm ki, 70 yaşımda başım qaçmasın. Gecə necə yatıram, səhər durub elə efirə gəlirəm".
    Kişilərdən danışan Dilarə "Yaraşıqlı kişiləri çox sevirəm" söyləyib.

    Muxalifet - 28-09-2019

  6. “Rafael Cəbrayılovun əməli dələduzluq kimi rəsmiləşdirilə bilər” – Müsahibə

    Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli mövcud ictimai-siyasi vəziyyət və gündəmin əsas müzakirə mövzusu olan məsələlərlə bağlı Yenisabah.az-ın suallarını cavablandırıb: - Qulamhüseyn bəy, Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyəti necə qiymətləndirisiniz? - Hələ ki, ürəkaçan bir prosesin getdiyini görmürəm. Doğrudur, il nisbətən yaxşı başladı. Əmək haqlarının artırılması, müəyyən kadr dəyişikliklərinin baş verməsi ümid yaratdı ki, nəhayət ciddi islahatlar həyata keçiriləcək. Yaxud ən pis halda narazılığı nisbətən azaldan addımlar atılacaq.

    Muxalifet - 28-09-2019

  7. SON DƏQİQƏ: Xalq artisti vəfat etdi - FOTO

    Bu gün səhər saatlarında Lenkom Teatrının direktoru, görkəmli rus rejissoru və SSRİ xalq artisti Mark Zaxarov vəfat edib. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə teatrın direktoru Mark Varşevar məlumat verib. O bildirib ki, dəfn və vida mərasimin təfərrüatları daha sonra məlum olacaq. Mark Zaxarov 46 il Lenkom Teatrına rəhbərlik edib. Ən məşhur əsərlərindən biri də “Juno və Avos” rok operasıdır. Zaxarov həm də rejissor kimi tanınır - "Обыкновенное чудо", "Тот самый Мюнхгаузен", "Двенадцать стульев" və s. bu kimi filmlərində işləmişdir.

    Muxalifet - 28-09-2019

  8. “Cəzaçəkmə müəssisələrində işgəncədən söhbət gedə bilməz” — Penitensiar Xidmət

    Penitensiar Xidmət sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin dustaqlara işgəncə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 
    Muxalifet.az xəbər verir ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: 

    Muxalifet - 28-09-2019

  9. Azərbaycanda general İŞDƏN ÇIXARILDI - FOTO

    Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general mayoru Elxan Həsənov vəzifəsindən azad edilib.

    Daxili İşlər Nazirliyi faktı "Report"a təsdiq edib.

    Muxalifet - 28-09-2019

  10. Şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı MÖHTƏŞƏM YENİLİK: 1 noyabrdan etibarən...

    Noyabr ayının 1-dən ərazi polis orqanlarının və "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.

    Muxalifet - 28-09-2019

  11. Kim Kardaşyan Ermənistan iqtisadiyyatını alt paltarı ilə qaldırmaq istədi, alınmadı - “GENOSİD” ƏNGƏLİ...

    ABŞ-da yaşayan məşhur erməni yüngül əxlaqlısı Kim Kardaşyan baş nazir Nikol Paşinyanın çağırışına dəstək verərək Ermənistan iqtisadiyyatının inkişafı üçün öz təhfəsini vermək istəyib. Amma “genosid” məsələsi işləri korlayıb.

    Virtualaz.org xəbər verir ki, Kardaşyan bu yaxınlarda bədənə kip oturan alt paltarlarını reklam edərək milyonlarla dollar qazanmışdı. SKİMS brendindən olan alt paltarı komplekti dəqiqələr içərisində satılıb qurtarıb, satışların həyata keçirildiyi internet saytı müraciət edənlərin sayının hədsiz çoxluğuna görə çöküb.

    Muxalifet - 28-09-2019

  12. Sabiq nazirimiz 2 milyon manatlıq avtomobili kimə satıb? - FOTOLAR

    İki həftə öncə "İmprotex Motors" şirkəti Bakıda dəbdəbəli "Rolls-Royce Phantom Tranquillity" avtomobilinin təqdimatını keçirib. Həmin vaxt "İmprotex Motors” şirkətinin baş direktoru Bayram Yaqubov yerli KİV-ə açıqlamasında bu model avtomobilin məhdud sayda istehsal edildyini bildirib: "Biz fəxr edirik ki, ilk dəfə belə unikal xarakteristikaya malik avtomobil Azərbaycan yollarına çıxacaq". Demokrat.az-ın məlumatına görə, "Rolls-Royce Phantom Tranquillity" avtomobilinin konstruktorları onu yaradarkən Britaniyanın "Skylark” raketinin proqressiv texnologiyasından faydalanıblar.

    Muxalifet - 28-09-2019

  13. Daha bir futbolçu karyerasını bitirir

    Hazırda ABŞ-ın “Kolorado Rapids” klubunda forma geyinən Tim Hovard karyerasını bitirir.

    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sabah keçiriləcək “Kolorado Rapids” – “Dallas” oyunu Hovard üçün sonuncu matç olacaq.

    Hovard futbolçu karyerası ərzində “Everton”, “Mançester Yunayted” kimi klublarda forma geyinib. O, 121 dəfə də ABŞ millisinin şərəfini qoruyub.

    “Kolorado Rapids” – “Dallas” matçı sabah, saat 03:30-da start götürəcək.

    Muxalifet - 28-09-2019

  14. Bakıda yol çökdü - Foto

    Binəqədi-Novxanı avtomobil yolunda "Azərsu" ASC-ə məxsus su borusunda qəza baş verib. 
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb.
    Dərhal ərazi AAYDA-nin Yolların mühafizə xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb.

    Muxalifet - 28-09-2019

  15. Üç uşaq anası evdən qaçmaq üçün SSENARİ QURUB: Rəfiqəsinin əri ilə... - ŞOK TƏFƏRRÜAT

    Gəncədə üç uşaq anasının evdən qaçmasının təfərrüatı məlum olub.
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Vüsalə Hüseynova sentyabrın 21-də axşam saatlarında evdən çıxaraq, rəfiqəsinin həyat yoldaşı ilə Bakı şəhərinə gəlib.
    Məlum olub ki, V.Hüseynova ailəsində yaranan problemlərə görə evdən qaçıb. Bir neçə gündür Bakıda rəfiqəsigildə qalıb.
    Qadının rəfiqəsinin həyat yoldaşı V.X. bildirib ki, V.Hüseynovanı əvvəllər tanımayıb. Həyat yoldaşı dəfələrlə ona V.Hüseynovanın problemlərindən danışsa da, o, ailənin dağılmasını istəməyib.

    Muxalifet - 28-09-2019

  16. BİR BANKI MƏHV EDİB, BİR MİLYARD QAZANDILAR!… – “Bank Satandard”ı kimlər taladı?

    Bir vaxtlar ölkənin populyar banklarından olan və sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin “əsəri” sayılan “Bank Standard”ı yaşadığı taleyə görə Beynəlxalq Bankın “kiçik qardaşı” adlandırmaq olar. Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və digər cavabdeh üst orqanların gözü qarşısında “əriyən” və həyəcan siqnalı çalan bank, tam diz çökənə qədər sümürüldükdən sonra onun lisenziyası 1 oktyabr 2016-cı ildə ləğv edildi və ləğvetmə üçün 2019-cu ilin sonuna qədər müddət qoyuldu.

    Muxalifet - 28-09-2019

  17. Bakıda müğənni polisləri təhqir etdi, həbs olundu - FOTO

    Bu gün saat 11:10 radələrində Nizami rayonu, Nəsimi küçəsində “STOP” nişanının tələblərini pozan sürücü yol polisləri tərəfindən saxlanılıb. Avtosfer.az xəbər verir ki, 99 YP 378 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan əməkdaşlar - Samir Elmanov və Nüsrət Səfərov sürücüyə qayda pozuntusunu izah edərək sənədlərini tələb edib. Lakin 99 PB 494 dövlət nömrə nişanlı, “Chevrolet Malibu” markalı avtomobili idarə edən Xəyal Qasımzadə heç bir sənəd təqdim etməyib. O, yol polisləri ilə əvvəlcə mübahisə edib.

    Muxalifet - 28-09-2019

  18. Pompeo ifadə verməyə çağırıldı - ABŞ ÇALXALANIR

    ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr və Kəşfiyyat komitələri ayrı-ayrılıqda dövlət katibi Mayk Pompeonu ifadə verməyə çağırıb.

    Dövlət katibinin ifadəyə çağrılmasına səbəb Prezident Donald Tramın Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı rəqibi Con Baydenlə bağlı araşdırma aparılmasını tələb etməsi olub.

    Komitələr Pompeonun Donald Tramın Ukrayna lideri ilə telefon danışığı ilə əlaqədar bəzi informasiyaları onlara təqdim etmədiyi üçün buna əl atdıqlarını bildiriblər.

    Muxalifet - 28-09-2019

  19. 13 saylı həbsxanada məhbuslara işgəncə verilib? - RƏSMİ AÇIQLAMA

    "Son günlər bəzi sosial şəbəkələrdə və informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlara işgəncələr verilməsi barədə həqiqətdən uzaq, böhtan xarakterli məlumatlar dərc edilib". Muxalifet.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərin hüquqlarının və qanuni mənafelərinin etibarlı qorunması daim diqqət mərkəzindədir.

    Muxalifet4 - 28-09-2019

  20. SOK: Millət Vəkili Rafael Cəbrayılov şikayətçilərlə görüşdə ağlayıb – Qardaşı təcili...

    Millət Vəkili Rafael Cəbrayılovla bağlı yeni məlumatlar yayılmaqda davam edir.

    Yenisabah.az-a daxil olan xəbərə görə, deputatın qardaşı Elşən Cəbrayılovun rəhbərlik etdiyi Dərhal MMC-nin külli miqdarda borcu üzə çıxıb. Bu haqda saytımıza məlumat verən mənbə bildirir ki, bu vaxta qədər R. Cəbrayılov öz statusundan istifadə edərək həmin borcun ertələnməsinə nail olub.

    Muxalifet - 28-09-2019

Pages