Axtarış
The search found 105715 results in 0.031 seconds.
Search results
Uğursuz saç əkən həkim Bakıdan Tiflisə “qaçdı” – İndi xəstələri ora çağırır- FOTO
Bakıda bir müddət "Hair Clinik" adlı saç əkmə mərkəzi açıb, 1500 manata limitsiz tük əkimi təklif edib, dazlaşma kompleksi yaşayan kişiləri əməliyyat edən saç transplantı Rəşad Əliyev bir neçə pasiyent tərəfindən məhkəməyə veriləcəyini görüb, Gürcüstana gedib. Medicina.az xəbər verir ki, işlədiyi klinikalarda sadəcə əməliyyatxananı kirələyən, heç bir müqaviləsi olmayan, qısa müddətdə bir neçə xəstəxana dəyişən həkim barədə onlarla pasiyent şikayət edib.
Muxalifet4 - 29-09-2019
Bakıda qohumlar naməlum şəxslər tərəfindən döyüldü - ÖLƏN VAR
Paytaxtda ölümlə nəticələnən döyülmə hadisəsi baş verib.
"Report"un məlumatlna görə, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsi "Zeytun bağları" adlanan ərazidə qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlu qapalı kəllə-beyin travması, qardaşı oğlu, 1990-cı il təvəllüdlü Piriyev Filman Bəhruz oğlu isə bədənin müxtəlif dərəcəli travması diaqnozları ilə xəstəxanaya çatdırılıblar.
Həkimlərin səyinə baxmayaraq, B.Piriyev xəstəxanada dünyasını dəyişib. F.Piriyevin dediyinə görə, onlar tanımadıqları şəxslər tərəfindən döyülüblər.
Muxalifet4 - 29-09-2019
MİSİR ÇALXALANIR: Avropadan yayılan videolar ölkəni qarışdırdı, 2 MİNDƏN ÇOX AKSIYAÇI SAXLANILDI
Misirdə sentyabrın 27-də prezident Abdel Fəttah əs-Sisiyə qarşı etirazların ikinci dalğası başlayıb. Virtualaz.org “Əl-Cəzirə” telekanalının yaydığı məlumatlara istinadən bildirir ki, ötən cümə günü sentyabrın 27-də Qahirədə, İsgəndəriyyədə və digər şəhərlərdə cümə namazından sonra on minlərlə insan küçələrə çıxaraq prezidentin istefasını tələb ediblər. Nümayişlər ertəsi gün, sentyabrın 28-də davam edib.
Muxalifet4 - 29-09-2019
PAŞİNYANIN HƏBSİ TƏLƏB OLUNDU - "Qanun qarşısında hamı bərabərdir"
Vəkil Aleksandr Koçubayev məhkəmədə Ermənistanın baş naziri Nikol Paşinyanın tutulmasını tələb edib.
Erməni KİV-ləri xəbər verir ki, bu barədə Koçubayev şəxsi Feysbuk hesabında yazıb.
Muxalifet4 - 29-09-2019
Azərbaycanda fəhlələri daşıyan avtobus aşdı - İÇƏRİSİNDƏ FABRİKƏ İŞƏ GEDƏN QADINLAR OLUB / FOTO
Bu gün səhər saatalrında Neftçala rayonunun Qaraqaşlı kəndində yerləşən quşçuluq fabrikinə məxsus “PAZ-672” markalı avtobus kənd ərazisində yoldan çıxaraq aşıb.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hadisə baş verən zaman avtobus yavaş sürətlə hərəkət etdiyindən fabrikə işə gedən fəhlə qadınlardan yalnız bir nəfər- Salyan şəhər sakini, 48 yaşlı Könül Məmmədhəsən qızı Abdulova xəsarət alıb.
O dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Muxalifet4 - 29-09-2019
"ABŞ İrana qarşı kiber müharibə başlatdırıb" - RƏSMİ TEHRAN
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Vaşinqtonu kiber müharibə etməkdə günahlandırıb. Nazir müvafiq açıqlamanı NBC telekanalına verdiyi müsahibədə bildirib. Qeyd edək ki, Zərifdən ABŞ kəşfiyyatının İranın ABŞ-da gələn ilin payızında keçiriləcək prezident seçkilərinə müdaxilə etmək istəyən ölkələr arasında olması barədə açıqlamasını şərh etməsi istənilib. Zərif buna belə cavab verib: "Seçkilərinizə müdaxilə etmək üçün seçimimiz yoxdur. Başqa ölkələrin daxili işlərinə qarışmırıq.
Muxalifet4 - 29-09-2019
Şvartseneggerin oğlu ilə fotosu rusları hərəkətə gətirdi - FOTO
Məşhur Hollivud aktyoru Arnold Şvartseneggerin İnstaqram hesabındakı paylaşımı diqqət çəkib. Kult.az xəbər verir ki, aktyor 22 yaşı tamam olan oğlu Kristoferlə fotosunu paylaşaraq, onu təbrik edib. Şvartseneggerin rus şubası, oğlunun isə rus polisinin şinelində olması isə rusiyalı sosial şəbəkə istifadəçilərinin aktivliyini artırıb. Onlar “Kristofer nə vaxt rus polkovniki olmağa fürsət tapdı” kimi atmacalar atıblar.
Muxalifet4 - 29-09-2019
ŞOK OLAY: Səudiyyə kralının cangüdəni öldürüldü
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudun mühafizəçisi general Əbdüləziz öldürülüb. Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyənin dövlət televiziyası məlumat yayıb. 2002-ci ildən bəri kralı mühafizə edən və ona ən yaxın şəxs kimi tanınan general Əbdüləzizin öldürülməsi səbəbi barədə telekanal heç bir informasiya verməyib. Cangüdənin Ciddə şəhərində sui-qəsdə qurban getdiyi iddia edilir.
Muxalifet4 - 29-09-2019
Bakıda kütləvi dava - 1 nəfər öldürüldü, digəri isə...
Bakıda ölümlə nəticələnən döyülmə hadisəsi baş verib. Hadisə Suraxanı rayonu, Zığ qəsəbəsi "Zeytun bağları" adlanan ərazidə qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlu qapalı kəllə-beyin travması, qardaşı oğlu, 1990-cı il təvəllüdlü Piriyev Filman Bəhruz oğlu isə bədənin müxtəlif dərəcəli travması diaqnozları ilə xəstəxanaya çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, B.Piriyev xəstəxanada dünyasını dəyişib. F.Piriyevin dediyinə görə, onlar tanımadıqları şəxslər tərəfindən döyülüblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.(Report)
Muxalifet4 - 29-09-2019
Keçmiş bələdiyyə sədrinin evində ƏMƏLİYYAT - 65 milyon manat tapıldı
Çində korrupsiyada şübhəli bilinən keçmiş bələdiyyə sədrinin evindən tapılan varidat geniş müzakirələrə səbəb olub. Publika.az xəbər verir ki, Danzhou əyalətinin keçmiş bələdiyyə sədri olan 58 yaşlı Zhang Qinin evində polis tərəfindən aparılana xtarışlar zamanı xüsusi yerdə gizlədilmiş təxminən 34 milyar avro (65 milyon manat) dəyərində sərvət aşkarlanıb. Məlum olub ki, korrupsiya yolu ildə edilmiş 13,5 ton pul kütləsi və qızıl xeyli müddətdir ki, buraya daşınıb. Keçmiş bələdiyyə sədrinin həbs ediləcəyi gözlənilir.
Muxalifet4 - 29-09-2019
İrandan Azərbaycana hədə-qorxu gələn Həşdi-Şabi "nəyin nəsi"dir: Azərbaycanın Husisimi?
İraq ordusunun ən böyük gücü, İŞİD-ə qarşı mübarizə aparmaq üçün xüsusitəyinatlı hərbi qüvvə kimi yaradılmış Həşdi-Şabi silahlı qruplaşmasının lideri bir neçə gün əvvəl İranın Qum şəhərində çıxış edərək Azərbaycana hədə-qorxu gəlib. Rəsmi Bakını İsrailin İraqa qarşı əməliyyatlarını dəstəkləməkdə günahlandıran Həşdi-Şabi lideri bunun qisasını alacaqlarını vurğulayıb.
Muxalifet4 - 29-09-2019
Bakıda tikinti gedən binada yaşayış var: Məsuliyyətsizlik, yoxsa məcburiyyət / FOTOLAR
Sosial şəbəkədə yayılan foto izləyicilərin marağına və təəccübünə səbəb olub.
Belə ki, Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbində tikilən binalardan birindən çəkilən qeyri-adi görüntü diqqət mərkəzinə düşüb.
Hələ yarı tikilmiş binada tikinti işlərinin davam etməsi ilə yanaşı, orada olan mənzillərdən birində yaşayışın olduğu aydın görünür.
Muxalifet4 - 29-09-2019
Tramp Jak Şirakın dəfninə qatılmayacaq - PUTİN İSƏ...
ABŞ-ı Fransanın keçmiş prezidenti Jak Şirakın dəfn mərasimində ölkənin Fransa və Monako knyazlığındakı səfiri Ceymi Makkort təmsil edəcək. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq sərəncamı ABŞ Prezidenti Donald Tramp imzalayıb. Dəfn mərasimində Rusiya Prezidenti Vladimir Putinin də iştirakı gözlənilir. Qeyd edək ki, Fransanın 22-ci prezidenti J.Şirak sentyabrın 26-da 86 yaşında vəfat edib. O, ölkəyə 1995-2007-ci illərdə rəhbərlik edib.
Muxalifet4 - 29-09-2019
85 milyonu mənimsəyən erməni biznesmen Azərbaycana qaçmaq istəyir? - MƏHKƏMƏ İŞİ
Rusiyanın Orlov vilayətinin Jeleznodorojnıy rayon məhkəməsi erməni əsilli biznesmen Artur Şleyxerin işinə baxıb.
Qeyd edək ki, “321 VSU” adlı firmanın keçmiş direktoru olmuş Artur Şleyxer əslində regionda Sərkisov familiyası ilə tanınıb, sonradan familiyasını dəyişib.
Muxalifet4 - 29-09-2019
Türkiyədə hərbi hissədə kütləvi zəhərlənmə - 143 NƏFƏR XƏSTƏXANALARA APARILDI
Türkiyənin Sakarya vilayətində yerləşən Taşkısısığı ərazisindəki hərbi hissədə kütləvi zəhərlənmə baş verib.
Yerli KİV-lər xəbər verir ki, sentyabrın 28-də axşam yeməyindən sonra narahat olan 143 hərbçi yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Sakarya valiliyinin məlumatına görə, baş verənlər Türkiyə vaxtı ilə saat 22.30-dan sonra müşahidə olunub. Bildirilir ki, hərbçilərdən 63-ü ilkin müayinədən sonra hərbi hissəyə qaytarılıb, 73-ü tibbi nəzarətə götürülüb, 7-si isə xəstəxanaya yerləşdirilib.
Muxalifet4 - 29-09-2019
Bakıda 11 yaşlı qızın diri-diri yanaraq ölməsi barədə YENİ FAKTLAR
Ötən gecə Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğınla bağlı bəzi məqamlar üzə çıxıb.
Muxalifet4 - 29-09-2019
Keçmiş nazirin bankını necə darmadağın etdilər? – Yoxa çıxan milyonlar...
Bir vaxtlar ölkənin populyar banklarından olan və sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin “əsəri” sayılan “Bank Standard”ı yaşadığı taleyə görə Beynəlxalq Bankın “kiçik qardaşı” adlandırmaq olar.
Muxalifet4 - 29-09-2019
DƏHŞƏT: Maskalı şəxslər gəncin başını dizinə bağlayaraq kanala atıblar - VİDEO
Maskalı şəxslər gənc oğlanı döyərək kanala atıblar.
Muxalifet.az xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə Lənkəranın Ləj kəndində törədilib. 20 yaşlı Pərviz Köçəriyev axşam saatlarında ailəsinə məxsus örüş sahəsindən mal-qaranı gətirməyə gedib. Bir neçə saat sonra heyvanların evə Pərvizsiz gəldiyini görən atası ona bir neçə dəfə zəng etsə də, cavab verən olmayıb.
Oğlundan nigaran qalan ata dərhal örüş sahəsinə üz tutub. Evdən bir neçə kilometr aralıdakın sahədə Pərvizin gödəkçəsini tapıb. Özünü isə meşəlik ərazidəki kanalda aşkarlayıb.Muxalifet4 - 29-09-2019
RUHANİ SABAH İRƏVANA GEDİR - Ermənistanla əlaqələrin inkiş etdirilməsi məqsdilə...
Sabah İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək. APA xəbər verir ki, H.Ruhani İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. Səfər çərçivəsində H.Ruhani Ermənistan rəsmiləri ilə də iki tərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə görüşlər keçirəcək. İran Prezidentinin səfəri oktyabrın 1-də axşam başa çatacaq. Qeyd edək ki, 30 sentyabr - 1 oktyabr tarixlərində Ermənistanda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. Ali Avrasiya İqtisadi Şurasında Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus təmsil olunur.
Muxalifet4 - 29-09-2019
Cəlilabadda dəhşətli hadisədə ölən və yaralananların adları açıqlandı - YENİLƏNDİ
Cəlilabad rayonunda ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub. Yaralılar- Masallı rayon sakinləri, sürücü 1955-ci il təvəllüdlü Dadaşov Şikar Əli oğlu, sərnişinlər, 1961-ci il təvəllüdlü Dadaşova Xatirə Əyyub qızı, 1984-cü il təvəllüdlü Dadaşova Xəyalə Şikar qızı və 2006-cı il təvəllüdlü Əlibəyli Elmin Emin oğludur. Hadisə nəticəsində 1980-ci il təvəllüdlü Masallı rayon sakini, Əlibəyli Emin İntiqam oğlu isə dünyasını dəyişib. Sürücünün vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Muxalifet - 29-09-2019