Axtarış
The search found 105715 results in 0.028 seconds.
Search results
Sürücülərə BƏD XƏBƏR: 1 yanvardan etibarən...
“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Muxalifet.az-ın xəbərinə görə, qanun layihəsini komitə sədri Ziyad Səmədzadə təqdim edib. Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.
Muxalifet - 30-09-2019
BİNƏQƏDİDƏ NÖVBƏTİ QARŞIDURMA - Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında yenidən insident yaşanıb / YENİLƏNİB
Bu dəqiqələrdə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində Qarabağ qaziləri ilə polis və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları arasında insident yaşanıb. Muxalifet.az xəbər verir ki, bu barədə "Hürriyyət"ə verilən məlumata görə, baş vermiş kütləvi dava nəticəsində həm qazilərdən, həm polis, həm də SOCAR əməkdaşlarından müxtəlif dərəcəli bədən xəsarətləri alanlar var. "Bu dəfəki insident sentyabrın 29-da baş verən hadisədən daha ağırdır. Belə ki, tərəflər arasında yaşanan dava-dalaş bir neçə şəxsin yaralanmasına səbəb olub. Hazırda burda qan su yerinə axır.
Muxalifet4 - 30-09-2019
SON DƏQİQƏ: SOCAR əməkdaşları hücuma məruz qalıb - VİDEO
Bakıda bir qrup şəxs SOCAR əməkdaşlarına hücum edib. BiG.AZ xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı xəsarət alan SOCAR əməkdaşlarına tibbi yardım göstərilir. Təhlükəli anları əks etdirən videonu təqdim edirik:
Muxalifet - 30-09-2019
“Xaricdə çalışdığım dövrdə evim qanunsuz olaraq sökülüb, əmlakım talan edilib” – TANINMIŞ CƏRRAH PREZİDENTDƏN KÖMƏK İSTƏYİR
Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya proktoloqlar cəmiyyətinin üzvü, Çexiya həkimlər birliyinin üzvü, Avropa endoskopik cərrahlar birliyinin üzvi, Ali dərəcəli cərrah Qafar Bədəlxan oglu İskəndərov tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Milli Məclisin sədrinə və bütün deputatlarına müraciət edən Qafar İskəndərovun müraciətini olduğu kimi dərc edirik:
“Hörmətli Milli Məclisin sədri və Milli Məclisin deputatları!Muxalifet4 - 30-09-2019
Orta məktəblərdə mobil telefonlar qadağan edilsin - TƏKLİF
Orta məktəblərdə şagirdlər tərəfindən mobil telefonların istifadəsi qadağan edilməlidir. Bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Badamov çıxış edib. O qeyd edib ki, sinif otağında hər hansı bir şagirdin mobil telefonuna zəng gəlməsi ümumi dərs prosesini pozur. A.Badamov təklif edib ki, “Təhsil haqqında" Qanuna telefonların sinif otağına girişini qadağan edən bir maddə əlavə edilsin.
Muxalifet - 30-09-2019
“Nar+” ilə 5 hesabı birdən idarə etmək imkanı!
Müştəriyönümlü strategiyasını uğurla davam etdirən mobil operator “Nar”, rəqəmsal formatda və real rejimdə şəxsi hesablara nəzarət etmək imkanı verən “Nar+” tətbiqini artıq bir aydır ki, abunəçilərinin istifadəsinə verib. Bu qısa müddət ərzində 35.000-dən çox “Nar” abunəçisi tətbiqi yükləyərək qeydiyyatdan keçib. Tətbiqin daha bir unikal xüsusiyyəti eyni anda vahid platforma üzərindən 5- dək hesaba nəzarət etmə imkanı verməsidir.
Muxalifet4 - 30-09-2019
"Sanki, bütün problemləri həll etmişik, bəzi xırda problemlər qalıb..." — Deputat DİLƏ GƏLDİ
“Milli Məclisdə elə təkliflər olur ki, sanki, bütün problemləri həll etmişik, bəzi xırda problemlər qalıb... 29 il öncə, Azərbaycanın indiki bayrağı təsdiq ediləndə, Hacı Əbdül Əbdülov çıxış edərək demişdi ki, yaşıl rəng yuxarıda olsun. O, 29 il bundan əvvəl uzağı görürmüş... Ay camaat, bayrağı qoyuluşunu dəyişməzlər, bir dəfə qəbul edərlər, sonra da sitayiş edərlər, diz çökərlər”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Araz Əlizadə deyib.Muxalifet - 30-09-2019
Не имеющая аналогов дезинформация
Несколько дней тому назад некоторые азербайджанские веб сайты сообщили, что глава муниципалитета Стамбула Экрем Имамоглу в массовом порядке депортирует из города выходцев из Нахчывана - граждан Азербайджанской Республики. Эта информация, говоря словами моего друга Ахмета Несина, младшего сына всемирно известного писателя Азиза Несина (книги которого вышли 110-миллионным тиражом на 110 языках), так "поддала жару" медиа, что даже азербайджанские редакции 70-летних структур СМИ Запада охотно увлеклись темой "депортации".
Muxalifet4 - 30-09-2019
SOCAR Qarabağ əlilləri ilə baş vermiş insidentlə bağlı açıqlama yaydı
SOCAR sentyabrın 28-də Qarabağ əlilləri ilə baş vermiş insident barədə açıqlama yayıb. SOCAR- ın məlumatında deyilir ki, sentyabrın 27-də saat 12:00-da şirkətin Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb. Məlumata görə, qanunsuz tikinti işləri aparan şəxslərə mühafizəçilər tərəfindən xəbərdarlıq edilib və tikinti dayandırılıb.
Muxalifet4 - 30-09-2019
Prezident İcra başçısını vəzifəsindən AZAD ETDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ənvər Qasım oğlu Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Muxalifet - 30-09-2019
Deputat BNA-nı İFŞA ETDİ: “Ölmüş şəxsə cərimə yazıblar"
Millət vəkili Tahir Kərimli Bakı Nəqliyyat Agentliyindən şikayətlənib. Muxalifet.az-ın məlumatına görə, Milli Məclisin payız sessiyasının ilk iclasında "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib ki, şəxsən o, Bakıda avtomobili saxlamaq üçün parklanma yeri tapa bilmir. Millət vəkili bildirib ki, avtomobillər dayanma ilə əlaqədar dərhal cərimələnir və bu, insanlarda narazılıq doğurur: “Hətta bir ölmüş şəxsin vəsiqəsi əllərinə düşüb, götürüb ona cərimə yazıblar. Buna son qoymaq lazımdır”.//Apa.az
Muxalifet - 30-09-2019
İngiltərədə ŞOK: Kraliça baş naziri...
Böyük Britaniyanın Baş naziri Boris Conson mandatını itirə bilər.
Bu barədə “I” qəzeti informasiya yayıb.
Bukinqam Sarayından gizli mənbələrinə istinadən verilən xəbərdə bildirilib ki, İngiltərə Kraliçası II Elizabet məsləhətçilərindən ölkənin baş nazirinin hansı şərtlər altında vəzifəsindən kənarlaşdırıla biləcəyinə dair məsləhət istəyib. Kraliça bu addımı İngiltərə Konsitutsiya Məhkəməsinin ötən həftə hökumətin parlamenti tətil etmək qərarını rədd etməsindən öncə atıb.
Muxalifet - 30-09-2019
Müxalifət partiyası hakimiyyəti zorakılığa son qoymağa çağırdı – “SOCAR mühafizəçiləri ilə Qarabağ qaziləri arasında yaşanan insident...”
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə BMT Baş Assambleyasının 74-cü sessiyasında dövlət başçısı İ.Əliyevin iştirak etməməsi ilə bağlı məsələyə münasibət bildirib və hakimiyyəti dövlət başçısının belə bir mötəbər tədbirdə iştirak etməməsi məsələsinə aydınlıq gətirməyə çağırıb.
Muxalifet4 - 30-09-2019
Azərbaycanlı məşhur külli miqdarda pulu KÜÇƏYƏ SƏPİB - Neynirəm səni...
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) "Hər şey daxil"də açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
Xalq artistinin belə açıqlamalarından biri illər öncə atdığı ilginc addımla bağlı olub.
Belə ki, Rəmiş bir gün toydan qazandığı külli miqdarda pulu küçəyə səpdiyini deyib. O, addımının səbəbini belə izah edib:
"Şorabatda bir toyda idim. Bir gün qabaq kimdən istədim dedi yoxdur. Sabahısı gün pul gəldi "en" qədər. Mən də küləyə buraxırdım ki, "Dünən lazım idin, bu gün neynirəm səni". Dalımca musiqiçilər gəlirdilər, onlar yığırdılar".//milli.azMuxalifet - 30-09-2019
Məhkəmə Fədayə Laçınla bağlı qərar verdi - Cəzası azaldıldı
Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Fədayə Laçının cəzası 2 ilə endirilib. Bundan başqa Kanvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.
Muxalifet - 30-09-2019
"İranla müharibə qlobal iqtisadiyyatı çökdürər" - Məhəmməd bin Salman
Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman İran və ölkəsi arasındakı siyasi gərginlik haqda açıqlama verib. Avropa.info xəbər verir ki, şahzadə beynəlxalq ictimaiyyətin İranın qarşısını almaq üçün birləşməməsi halında neft qiymətlərinin xəyal edilməyəcək səviyyədə artması ilə bağlı xəbərdarlıq edib. CBS kanalının "60 minutes" adlı proqramında qonaq kimi iştirak edən Məhəmməd bin Salman " Washington Post" qəzetinin jurnalisti Camal Qaşıqçının qətli ilə bağlı əmr verməsi ilə bağlı iddialara "Qəti şəkildə yox" cavabı verib.
Muxalifet - 30-09-2019
Azərbaycanlı müğənni Fransa prezidentinin ögey qızını şantaj etdi, həbs olundu - "ƏLİMDƏ MÜHÜM SƏNƏDLƏR VAR..."
27 yaşlı azərbaycanlı Fransa prezidenti Emmanuel Makronun ögey qızını şantaj etdiyi üçün həbs olunub. Virtualaz.org xəbər verir ki, bu haqda “Parisien” nəşri yazır.
Məumata həmin azərbaycanlının müğənni olduğu və Makronun həyat yoldaşı Bricit Makronun birinci nigahdan olan qızı Tifani Ozyeri şantaj etdiyi bildirilir.
Muxalifet - 30-09-2019
100 milyon mənimsəməkdə ittiham olunurdu, AZADLIĞA BURAXILDI – Cahangir Hacıyevin bacanağı haqda GÖZLƏNİLMƏZ QƏRAR
Azərbaycan Beynəlxalq Bankın (ABB) hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayət-zadə həbsdən azad edilib.
Muxalifet4 - 30-09-2019
Sabahdan Azərbaycanda minimum pensiyanın məbləği artırılır
Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği sabahdan, oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb və həmin artım 233 min vətəndaşı əhatə edib.
Muxalifet - 30-09-2019
Dünyanı şoka salan dəfn mərasimi - Keçmiş prezident bu şəkildə dəfn edildi... - VİDEO
Zimbabvenin keçmiş prezidenti Robert Muqabenin cəsədinin oğurlanacağından narahat olan ailəsi keçmiş lideri qeyri-adi bir mərasimlə torpağa tapşırıb.
Robert Muqabenin cənazəsi ailəsi və hökumət arasında təxminən 20 gündür davam edən münaqişədən sonra həftə sonu dəfn edilib. Ailəsinin istəyi ilə Muqabe şənbə günü doğulduğu kənd olan Zvimbada ikinci xanımı Qreys Muqabenin evinin yaxınlığında xüsusi bir mərasimlə torpağa tapşırılıb.Muxalifet - 30-09-2019