Axtarış

The search found 105715 results in 0.085 seconds.

Search results

  1. "Siz o kresloda rahat oturursunuzsa, bunu qazilərimizə borclusunuz" - KAMİL MUSAVİDƏN MƏMURLARA ETİRAZ, DÖYÜLƏN QAZİLƏRƏ DƏSTƏK! / Video

    "Siz o kresloda rahat oturursunuzsa, ilk olaraq şəhidlərimizə, qazilərimizə və cəbhədə dayanan əsgərlərimizə borclusunuz". Muxalifet.az xəbər verir ki, bu sözləri Qarabağ qazisi Kamil Musavi deyib. O, bunu sosial şəbəkələrdə SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında yaşandığı iddia olunan kütləvi dava əsasında söylədiyini bildirib. K. Musavi bu haqda öz feyzbuk səhifəsində video yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

    Muxalifet4 - 29-09-2019

  2. Təlim zamanı qəza - "MiQ-29" düşdü

    Slovakiyanın Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcısı ölkənin qərbində, Nitryanskda, Zlate-Moravse şəhəri yaxınlığında qəzaya uğrayıb.
    Xarici KİV-lər xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin nümayəndəsi Danka Sapakova bildirib: "Zlate-Moravse şəhəri yaxınlığında "MiQ-29" qəzaya uğrayıb, pilot katapulta vasitəsilə xilas olub".
    Qeyd edilir ki, təyyarə şənbə günü axşam, təlim uçuşu zamanı qəzaya uğrayıb. İkinci qırıcı isə yerə enib.

    Muxalifet4 - 29-09-2019

  3. Ərdoğanın kürəkəni ilə sevgilisi olduğu iddia edilən model Bakıda bir günə 170 min manat qazandı - FOTOLAR

    Türk model Özge Ulusoy Azərbaycanda reklama çəkilib.
    Muxalifet.az "Takvim" qəzetinə istinadən xəbər verir ki, 37 yaşlı model Azərbaycanın tekstil brendlərindən birinin siması seçilib.
    Ulusoy Bakıya gələrək bir neçə saatlıq çəkilişlərdə iştirak edib və 100 min dollar (170 min manat) qazanıb. 
    Türk model Bakıya xüsusi təyyarə ilə gətirilib.//demokrat.az

    Muxalifet - 29-09-2019

  4. Tramp: ABŞ-ın taleyi təhlükə altındadır

    Hazırda ABŞ-ın taleyi təhlükə altındadır.

    ABŞ Prezidenti Donald Tramp bunu, onun impiçmentinə nail olmağa çalışan qanunverici-demokratların cəhdini şərh edərək deyib.

    Ağ Ev rəhbəri bununla bağlı öz Twitter səhifəsində video-mesaj yayımlayıb.

    Muxalifet4 - 29-09-2019

  5. "Qalatasaray"-"Fənərbağça" oyunundan sonra üzücü olay - 1 nəfər öldürüldü

    Ötən gecə Türkiyə Superliqasında keçirilən "Qalatasaray"-"Fənərbağça" oyununu birlikdə izləyən şəxslər arasında baş verən dava ölümlə nəticələnib.

    Muxalifet4 - 29-09-2019

  6. Ərdoğan keçmiş manikeni toy günü münasibətilə belə təbrik etdi - FOTO

    Keçmiş maniken Ebru Şallı ötən gün iki il birgə olduğu iş adamı sevgilisi ilə rəsmi nikaha daxil olub.

    Şallı toy mərasiminə rəsmi dəvətli olan prezident Rəcəb Tayyib Ərdoğanın təbrik mesajını instaqram səhifəsində paylaşaraq təşəkkür edib.

    “Hörmətli prezidentimizə bu təbrik teleqrafı üçün minnətdarlığımızı bildiririk” deyə əlavə edib.

    Muxalifet4 - 29-09-2019

  7. Qarabağ qazilərinə qarşı ədalətsizliyə nə vaxt son qoyulacaq? – SOCAR RƏHBƏRLİYİ QANUN QARŞISINDA CAVAB VERMƏLİDİR

    Sentyabrın 28-də günorta saatlarında Bakıda Qarabağ əlilləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları arasında kütləvi dava baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, bu xoşagəlməz hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşanıb. İddialara görə, qarşıdurmaya səbəb SOCAR əməkdaşlarının Qarabağ qazilərindən birinin evini sökməyə cəhd etməsi olub. Belə ki, həmin yaşayış evinin tikinti icazəsi və müvafiq sənədləri olsa da, Dövlət Neft Şirkətinin işçiləri tikintinin şirkətə məxsus ərazidə və qanunsuz aparıldığını iddia ediblər.

    Muxalifet4 - 29-09-2019

  8. Dəhşətli YOL QƏZASI: 17 tələbə öldü

    Tailandın şimal-şərqində texniki kollecin 17 tələbəsi pikapın iştirakıyla baş verən yol-nəqliyyat hadisəsinin qurbanı olub.
    Muxalifet.az “RİA-Novosti” agentlyinə istinadən xəbər verir ki, bu haqda yerli polisə istinadən “Thaiger” internet portalı bildirib.

    Muxalifet - 29-09-2019

  9. Evini Şəhidlər muzeyinə çevirən azərbaycanlı - Video

    Gəncə şəhər sakini Elnarə Tağıyeva öz şəxsi evini Şəhidlər muzeyinə çevirib. 

    Muxalifet.az xəbər verir ki, Baku TV-nin hazırladığı videoreportajda mənzilində müharibə dövründə döyüşən, cəbhədən geri dönməyən, itkin düşən və ya şəhid olan əsgər və zabitlərin yaxınlarından onlara məxsus əşyaları alaraq muzey eksponatı kimi toplayan Gəncə sakinindən bəhs olunub.

    Hazırda muzeydə müxtəlif fotolar, əsgər geyimləri, gilizlər, qəlpələr, hərbi ləvazimatlar qorunub-saxlanılır. Belə eksponatların sayı 2900-dən çoxdur.

    Muxalifet - 29-09-2019

  10. Keçmiş ABŞ səfiri Con Evans Kardaşyanı Qarabağda alt paltarı fabriki açmağa çağırdı - “BAX BU AĞILLI İŞ OLARDI...”

    Amerikalı məşhur erməni yüngül əxlaqlısı Kim Kardaşyanın Ermənistanda özünün yaratdığı “Skims” brendi altında bədənə kip oturan alt paltarları istehsal edən fabrik açmaq planlarının “genosid” əngəli ilə qarşılaşdığı haqda yazmışdıq. Virtualaz.org xəbər verir ki, bu dəfə ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Kardaşyanı həmin fabriki Azərbaycanın işğal edilmiş ərazilərində açmağa çağırıb.

    Muxalifet - 29-09-2019

  11. Polis “Facebook” və “WhatsApp” yazışmalarını Oxuyacaq

    "Facebook” sosial şəbəkəsi və "WhatsApp” messenceri istifadəçilərin yazışmalarını Böyük Britaniya polisinə ötürməli olacaq.
    "Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, müvafiq sazişi ABŞ və Böyük Britaniya hökumətləri imzalayıblar. Cari saziş terrorizm və pedofiliya da daxil olmaqla, ağır cinayətlərin araşdırılmasında kömək etməlidir.
    Hazırda isə təhlükəsizlik xidməti məlumatlarıyalnız bilavasitə həyat üçün təhlükə olduğu təqdirdə əldə edə bilirlər.

    Muxalifet - 29-09-2019

  12. Pakistanın “Kim Kardaşyanı”nı qardaşı ağzını-burnunu tikib öldürdü... - FOTO

    Nə yazıqlar ki, Azərbaycanda fahişəlik edən arvadının, bacısının qazancı hesabına yaşamağa dözən kişilərin(?) sayı artır...
    Bacısı, "Pakistanın Kim Kardaşyanı" ləqəbini almış model Fauziya Azimini(təxəllüsü Kandil Baloç)  məftunedici, qlamur, yarıçılpaq görüntülərini yayımladığı üçün  vəhşicəsinə öldürməsi Pakistan sakininə ömürlük həbs cəzası ilə başa gəlib.

    Muxalifet - 29-09-2019

  13. Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO

    Əməkdar artist, dirijor Ziya Bağırov vəfat edib.
    Qaynarinfo xəbər verir ki, bu barədə Əməkdar artist Nüşabə Ələsgərli sosial media hesabında məlumat verib.
    Qeyd edək ki, mərhum sənətçi 1962-1972-ci illərdə Z. Bağırov Bakı Hərbi Mahnı və Rəqs ansamblında, 1972-1978-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində, 1978-1998-ci illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının F.Əmirov adına Mahnı və Rəqs ansanblında dirijor vəzifəsində çalışıb.

    Muxalifet - 29-09-2019

  14. Nəsiminin heykəli bu dəfə fərqli formada - FOTOLAR

    Bu gün Şamaxının  Meysəri kəndində ikinci Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Nəsimi heykəl installasiyasının açılışı olub.
    "Qafqazinfo" xəbər verir ki, Heykəl installasiyanın müəllifi Rəşad Ələkbərov  "Nəsiminin ruhu” adlı heykəl-instalyasiyanı İmadəddin Nəsiminin "Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən qaynaqlanaraq yaratdığını qeyd edib. 
    Açılış mərasimində Estoniyanın “Tallin oğlanları xorunun”nun çıxışı da olub. 

    Muxalifet - 29-09-2019

  15. Azərbaycanda xəstə uşaq üçün yığılan pul oğurlandı

    Azərbaycanda ağır xəstəlikdən əziyyət çəkən bir uşağın adına açılmış hesab kartındakı pullar oğurlanıb.

    Bu barədə tanınmış teleaparıcı Cəlalə Nəzəroğlu "Facebook" səhifəsində yazıb.

    "Adam Filippindən yazdığını, köçürmə etmək istədiyini deyib. Kartın hər iki tərəfinin şəklini istəyib. Ana da çəkib, göndərib. Adam bütün pulu tamamilə başqa hesaba yönəldib", - deyə C.Nəzəroğlu bildirib.

    Muxalifet - 29-09-2019

  16. SON DƏQİQƏ: Türkiyə sərhədini keçən təyyarə vuruldu - FOTO

    “Fərat Qalxanı” əməliyyat bölgəsi və Kilis vilayətinin qərb bölgəsində Türkiyənin hava məkanını 6 dəfə pozan və kimə aid olduğu hələlik bilinməyən pilotsuz təyyarə iki F-16 qırıcısı tərəfindən vurulub.

    Muxalifet.az xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyi bildirib.

    Məlumata görə, hadisə sentyabrın 28-də baş verib. Qeyd edilir ki, pilotsuz aparat İncirlik hərbi hava bazasından qalxan F-16 qırıcıları tərəfindən saat 13:24-də vurulub.

    Muxalifet - 29-09-2019

  17. Diktatorun oğlunun müsadirə edilmiş 25 lüks avtomobili hərraca çıxarılır - TƏXMİNƏN 18 MİLYON DOLLAR EDƏCƏK...

    İsveçrə hakimiyyəti Ekvatoril Qvineyanın prezidenti Teodoro Obinaq Nqema Mbasaqanın  oğlu Teodorin Obinaq Nqemadan müsadirə edilmiş 25 lüks avtomobildən ibarət kolleksiyanı hərraca çıxarır.

    Virtualaz.org xəbər verir ki, bu haqda ABC News telekanalının reportajında bildirilir.

    Muxalifet - 29-09-2019

  18. Qadın saunada kişini zorladı və videoya çəkdi - İNANILMAZ CİNAYƏT...

    Muxalifet.az RİA Novosti-yə istinadən xəbər verir ki, Tatarıstanda qadınla kişi əlbir olub kişiləri saunaya dəvət edir, ələ keçirdikləri kişiləri zorlayıb, sonra da şantaj yolu ilə pul tələb edirmişlər. 
    Proses qadından başlayıb. Deməli, qadın sosial şəbəkələrdə qurbanlar axtarır və kişiləri saunada birlikdə dincəlməyə dəvət edirmiş. Sonra kişi dostu da saunaya gəlir və cütlük kişiləri bıçaqla hədələyərək təcavüz edib videoya çəkir, sonra da onu şantaj edərək pul tələb edirlər. 

    Muxalifet - 29-09-2019

  19. ŞOK İDDİA: Türkiyəyə qarşı müharibə üçün bunu da etdilər

    ABŞ tərəfindən dəstəklənən “Suriya Demokratik Gücləri” (əsas hissəsini PKK/PYD terror təşkilatının üzvləri təşkil edir –red.) Suriyanın şimalında Haseke əyalətinin qəsəbələrində reydlərin gedişatında 300 dinc sakini oğurlayıblar. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriyanın SANA milli agentliyi bildirib. Agentliyin məlumatına görə, kürd qruplaşmasının döyüşçüləri hərbi xidmətə məcburiyyət üçün 300 kişini oğurlayıblar. Qeyd edək ki, Haseke vilayəti Türkiyə sərhədində yerləşir.

    Muxalifet - 29-09-2019

  20. Kürəkən qayınatasını BALTALADI

    Ağstafa rayonunda 57 yaşlı kişiyə kürəkəni tərəfindən ağır xəsarət yetirilib. Muxalifet.az report-a istinadən hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb. Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Mehdiyev aydın Qurban oğlu yaşadığı evin həyətində başından balta ilə ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı olunub. Yaxınlarının bildirdiyinə görə, hadisəni mübahisə zəminində kürəkəni törədib. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 29-09-2019

Pages