Axtarış

The search found 105715 results in 0.051 seconds.

Search results

  1. Dərbənddə kütləvi toyda iki dünya rekordu yeniləndi - VİDEO

    Rusiyanın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində yerli stadionda keçirilən çoxmillətli toy Ginnesin rekordlar kitabına düşüb.
    Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, mərasim eyni zamanda 2 dünya rekordunu yeniləyib.
    Belə ki, Dağıstanda yaşayan 16 milləti təmsil edən 30 cütlük toy edib, mərasimə isə 10 mindən artıq qonaq gəlib.

    Muxalifet - 30-09-2019

  2. 300 minin gerçək sahibi üzə çıxdı – “Hərbi vətənpərvər” Tofiq Salmanov və “Hacı xanım”ın şok sərgüzəştləri…

    Son günlər millət vəkili Rafael Cəbrayılovun ətrafında baş verən ajiotaj maraqlı faktların üzə çıxmasına səbəb olub. Belə ki, deputatla bağlı borc qalmaqalı sosial mediada bir universitet müəlliməsinin 300 minlik sərvəti necə əldə etməsi sualını da ortaya çıxarıb. Yenicag.az-ın araşdırması isə həmin pulların əslində Xatirə Nəcəfovaya aid olmadığını ortaya qoyub. Belə ki, universitet müəlliməsi bu məsələdə sadəcə “vitrin” funksiyasını oynayır. Əslində isə pulu verən də, pulun sahibi də özlərini kölgədə saxlamaq üçün onu irəli sürüblər.

    Muxalifet - 30-09-2019

  3. “20 Yanvar”da böyük sıxlıq – Sərnişinlər gedişhaqqı yükləyə bilmir

    Bakı Metropoliteninin “20 yanvar” stansiyasının girişində səhər saatlarından sıxlıq yaranıb.

    Trend-in məlumatına görə, sıxlığın yaranmasına səbəb stansiyanın girişində quraşdırılmış “Bakıkart” aparatlarının sistemində problemin baş verməsidir. Aparatlarda yaranmış problem nəticəsində kartlara gediş haqqı yükləmək mümkün olmayıb. Nəticədə sərnişinlər stansiyaya daxil ola bilməyib.

    Muxalifet - 30-09-2019

  4. ​SON DƏQİQƏ: Adı borc qalmaqalında hallanan deputat İSTEFA VERDİ və...

    Bu gün Milli Məclisin payız sessiyasının ilk iclasıdır.
    Uzun müddətdir ictimai müzakirəyə səbəb olan deputat Rafael Cəbrayılovun 600 min ABŞ dolları müqabilində deputat vəsiqəsini yazılı iltizamla girov qoyması, o cümlədən AG Bankdan külli miqdarda kredit götürməsi və onu ödəyə bilməməsinə MM-də münasibət bildiriləcəyi gözlənilir.

    Muxalifet - 30-09-2019

  5. “Troyka cəlladı”, nasistlərin ittihamçısı, türmədə məhbus güllələyən – Roman Rudenkonun həyat yolu

    İstintaq apararkən, yaxud da məhkəmə proseslərində onun üzünə ən ağır sözlər deyilib, ünvanına açıq şəkildə “yaramaz”, “əclaf”, “cəllad”, “şərəfsiz” kimi ifadələr söylənilib. Amma o, heç vaxt təmkinini pozmayıb. Çünki son sözü demək haqqı onda olub. SSRİ-nin ən səs-küylü məhkəmə proseslərində dövlət ittihamçısı kimi iştirak edən Roman Rudenko sonda hakimlərdən ən ağır cəzaların tətbiqini istəyib. 

    Muxalifet - 30-09-2019

  6. Pulsuz təhsil almaq istəyənlərə ŞAD XƏBƏR! - Gələn il 50 faiz...

    Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi əlavə müsabiqənin nəticələrinə əsasən daha 1298 tələbənin ödənişsiz təhsil almaq hüququ əldə etdiyini açıqlayıb.
    "Yeni Sabah" xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

    Muxalifet - 30-09-2019

  7. Həbs olunan Fədayə Laçının son GÖRÜNTÜSÜ yayıldı - VİDEO

    Fədayə Laçının həbsindən 18 gün öncə çəkilən kadrlar "Hər şey Daxil" proqramında göstərilib.
    Görüntüləri ifaçının bacısı müğənni İlahə Fəda yayıb:
    "2 il bundan qabaq - oktyabrın 10-unda ailəmiz yığışıb mənim ad günümü qeyd edirdik. Orada mənim istəyimlə bir "Kəsmə şikəstə" oxudu".
    Xatırldaq ki, F.Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu "Qoca" ləqəbli məhbus Etibar Məmmədovun həbsdən qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib.

    Muxalifet - 30-09-2019

  8. Azərbaycanda böyük supermarketlərin sahibləri kimlərdir?

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində 24,2 milyard manatlıq məhsul satılıb. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, istehlak məhsullarının dəyər ifadəsində 20,6%-i və ya 4,98 milyard manatı ticarət müəssisələri, 49,3%-i və ya 11,93 milyard manatı fərdi sahibkarlar tərəfindən, 30,1%-i və ya 7,26 milyard manatı isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3%, fərdi sahibkarlar üzrə 0,1% artıb, bazar və yarmarkalarda isə 5,2% azalıb.

    Muxalifet - 30-09-2019

  9. ŞOK FAKT ÜZƏ ÇIXDI: Rusiya Türkiyəyə satdığı silahdan bunu çıxarır - HƏMİN SİLAH RUSLARA QARŞI İSTİFADƏ OLUNARSA...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir qədər əvvəl Rusiya istehsalı olan Su-35 və Su-57 qırıcıları ilə maraqlanması və bu barədə Prezident Vladimir Putinlə müzakirə aparması son vaxtlar bu məsələni tez-tez gündəmə gətirir. Xüsusən, bəzi media orqanlarında Türkiyənin Rusiyadan aldığı silahları onun özünə qarşı istifadə etməsi ehtimalı haqda fikirlər yazılır. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, rus hərbi ekspert, polkovnik Yuri Knutov mövzu ilə bağlı şərhində çox maraqlı bir detala toxunub.

    Muxalifet4 - 30-09-2019

  10. “Bu, dünyanın hər yerində baş verən hadisədir” – Novruzov Cəbrayılovun əməlləri haqda

    “Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı. Bunun nə mətbuatda, nə də parlamentdə müzakirəsinə ehtiyac yoxdur. Bu, dünyanın hər yerində baş verən hadisədir, istefa mədəniyyəti hər yerdə var. Deputat Rafael Cəbrayılov tərəfindən də bu addım atılıb”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

    Muxalifet - 30-09-2019

  11. Dünyanı SARSIDAN OLAY: neft platfromasını belə partlatdılar - ANBAAN VİDEO

    ABŞ-da fəaliyyət göstərən CBS kanalının “60 dəqiqə” proqramı Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft platformasına edilən hücumun görüntülərini nümayiş etdirib. Səudiyyə şahzadəsi Məhəmməd ibn Salmanın müsahibəsi əsnasında verilən videoda platformalara hücum anbaan görüntülənib. Hücumun məsuliyyətini Yəminin Husi üsyançıları öz üzərinə götürsə də, ABŞ və Səudiyyə Ərəbistanı hücumların arxasında İranın olduğunu iddia edir. İran isə bu iddiaları təkzib edir.//publika

    Muxalifet - 30-09-2019

  12. Yeni qadağa plastik kart istifadəçilərinə necə təsir edəcək? - Banklar istəmir amma...

    Gələn ildən Azərbaycan banklarının plastik kart istifadəçiləri statik 3D kodlarından yararlana bilməyəcəklər. "Visa International" və "Mastercard" beynəlxalq kart təşkilatları yerli banklara bununla bağlı qadağa qoyub. 2020-ci ildən ölkədə yalnız dinamik 3D kodlarından istifadə etmək mümkün olacaq.

    Muxalifet.az xəbər verir ki, bu barədə "Yeni Sabah”a açıqlama verən hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov qərarı müştərilər üçün təhlükəsizlik baxımından müsbət addım kimi qiymətləndirib:

    Muxalifet - 30-09-2019

  13. Ayan Babakişiyevanı BİABIR ETDİLƏR: "Bunun abırı-həyası hanı? " – VİDEO

    ARB TV-nin “Səhər-səhər” verilişində müğənni Ayan Babakişiyevanın tənqid olunması müzakirə olunub.
    Verilişin aparıcısı Rövşanə Ağasəfqızı qeyd edib ki, müğənninin qardaşı xəstəxanada olmasına baxmayaraq toyların birində müğənni Kərimlə qol qaldırıb oynaması izləyiciləri tərəfindən sərt tənqid və hətta təhqir olunub:

    Muxalifet - 30-09-2019

  14. 1992-də əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır: 10 min mükafat təyin edildi...

    Türkiyədə fəaliyyət göstərən "ASASmedya" Ermənistanda əsir saxlanılan Natiq Səlim oğlu Qasımovun tapılması üçün pul mükatafı təyin edib.
    Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcək. 

    Muxalifet - 30-09-2019

  15. SON DƏQİQƏ: ABŞ hərbi bazasına dəhşətli hücum, havaya uçuruldu

    Somalinin paytaxtı Moqadişu yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinin bazası və Avropa İttifaqının hərbi konvoyuna hücum təşkil edilib.
    Publika.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
    Xəbərə görə, sözügedən bölgələrdə şiddətli partlayış səsləri eşidilib.
    Yerli qaynaqlar bomba yüklü avtomobillərin bazaya tərəf getdiyini bildirib.
    Yerli media isə Əl-Qaidə terror təşkilatının bir qolu olan Əş-Şəbabın bazanı hədəf aldığını yazıb. Bir neçə dəqiqə sonra terror təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb.

    Muxalifet - 30-09-2019

  16. “Polisə əlavə səlahiyyətlər verilsin” - Aqil Abbas

    “Polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var ya yox. Onda bıçaqlaşma da olmayacaq”.

    Deputat Aqil Abbas bu təklifi Milli Məclisin plenar iclasında səsləndirdi. Baş verən bıçaqlanma hadisələrinə diqqət çəkən deputat bildirdi ki, məsələ ilə bağlı qanunvericilik istiqamətində addım atılmalıdır: “Yəni polis kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar baş verir. Belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq. 4 santimetrdən kiçik olan bıçaqlar ölüm hallarına gətirib çıxartmır”.

    Muxalifet - 30-09-2019

  17. ​Bakıda 200 milyonluq villa tikdirən Azərbaycan əsilli milyarder kimdir? - FOTO

    Azərbaycan əsilli rusiyalı iş adamı, milyorder Fərhad Teymur oğlu Əhmədov Bakıda dəyəri milyonlarla ölçülən villa inşa etdirir. Muxalifet.az Sfera.az-a istinadən xəbər verir ki, Bilgəh-Nardaran yolunun üzərində yerləşən dəbdəbəli tikilinin inşaasında böyük memarlar komandası iştirak edir. Təxminən 200 milyon dollar civarında xərc qoyulan tikili özündə Şərq və Qərb memarlıq üslublarını birləşdirir. Məlumata görə, Fərhad Əhmədov bu tikilinin tarixdə qalması üçün bütün imkanlarını səfərbər edib.

    Muxalifet - 30-09-2019

  18. “Hədyan danışır, təhqir edirlər, amma deputatlar susur…” - SABİQ İCRA BAŞÇISINDAN SENSASİON İTTİHAMLAR

    Keçmiş deputat, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev Azərbaycanda deputat toxunulmazlığının ləğvini təklif edib. O, bu barədə “Facebook” səhifəsində yazıb. “Yeni Sabah” mövzu ilə bağlı Musa Musayevlə söhbətləşib.

    - Musa müəllim, təklif etmisiniz ki, deputatların toxunulmazlığı ləğv edilməlidir. Nədən belə düşünürsünüz?

    Muxalifet - 30-09-2019

  19. Amerika ordusu şəhərə hücuma keçdi, Azərbaycan ordusunun bölüyü müdafiə mövqeləri tutdu - "BİR-BİRİMİZDƏN ÇOX ŞEY ÖYRƏNDİK..."

    ABŞ Avropa Komandanlığı (EUCOM) tərəfindən Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimi başa çatıb. Virtualaz.org xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi hərbçilərimizin bu təlimlərdə uğurlu iştirakı haqda məlumat yayıb. Məlumata görə təlimdə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər və onların peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

    Muxalifet - 30-09-2019

  20. ​Meyxanaçı "arvadım telefon işlətmir dedi", jurnalist ifşa etdi - İş məhkəməyə gedir

    Jurnalist Könül İbrahim meyxanaçı Orxan Lökbatanlını məhkəməyə verir. Muxalifet.az news24.az-a istinadən xəbər verir ki, buna səbəb K.İbrahimlinin meyxanaçının Aysu adlı modellə eşq yaşaması barədə yazdığı xəbərdən sonra O.Lökbatanlının onu təhqir etməsidir. Jurnalist xanımın sözlərinə görə, o, meyxanaçının həyat yoldaşı Kəmalə xanımın fikirlərini işıqlandırıb. Eyni zamanda qarşı tərəfin mövqeyini də dərc edib. Amma buna rəğmən, meyxanaçı başqa bir sayta açıqlama verərək onu təhqir edib: "Bir neçə gün öncə meyxanaçı Orxan Lökbatanlının model Aysu ilə eşq yaşadığı barədə xəbər yayıldı.

    Muxalifet - 30-09-2019

Pages