Axtarış
The search found 105715 results in 0.026 seconds.
Search results
“QOLUZORLULAR VƏTƏNDAŞLARIN EVİNİ ƏLİNDƏN ALIR!…” – Həkim-cərrah parlamentə müraciət etdi - VİDEO
Tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov haqqının bərpa olunması istiqamətində mübarizəsini davam etdirir.
Muxalifet - 30-09-2019
Rusiyadan SENSASİON İDDİA: Azərbaycan S-400-lər alır - Üç gün sonra...
Rusiya Azərbaycana yeni silahlarını almağı tövsiyə edə bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə rusiyalı politoloq İqor Korotçenko Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 3-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünü şərh edərkən deyib.
İqor Korotçenko Ermənistan mediasında rast gəldiyi bir fikrə diqqət çəkir.Muxalifet - 30-09-2019
"Gedib Fədayə ilə görüşəcəm" - Tacir Şahmalıoğlu Fədayənin azadlığa çıxmasından danışdı
"Əlbəttə, xəbəri eşitdim, çox sevindim. Gedib onunla görüşəcəm..."
Tanınmış müğənni Tacir Şahmalıoğlu duet ortağı Fədayə Laçının azadlığa çıxması ilə bağlı BiG.AZ- a açıqlama verib. O, Fədayənin həbsə düşməsinə görə çox pis olduğunu bildirib:
"Onunla çörək kəsmişik. Bu hadisə olmamalı idi, balası var. Anası çox əziyyət çəkirdi. Yəni, istər-istəməz insan pis olur. O, səhnəyə qayıdandan sonra yenidən ona dəstək olub yanında olacam".Muxalifet - 30-09-2019
Azərbaycanda ömürlük məhkum öldü
Bakıda məhbus ölüb.
Muxlifet.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan, xərçəng xəstəliyindən əziyyət çəkən ömürlük məhkum, 1969-cu il təvəllüdlü Əliyev Məhərrəm Heydər oğlu dünyasını dəyişib.
Muxalifet - 30-09-2019
Mandatdan imtina edən, səlahiyyətləri əlindən alınan deputatlar
Deputat vəsiqəsini girov qoyub küllli miqdarda borc götürməklə gündəmə gələn Milli Məclisin üzvü Rafael Cəbrayılov parlamentin rəhbərliyinə müraciət edib.Muxalifet - 30-09-2019
Ankarada sərnişin avtobusu dayanacağa girdi - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR
Ankaranın Mamak rayonunda sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində dayanacağa girib.
Muxalfet.az yerli KİV-ə istinadən bildirir ki, ilkin məlumatda hadisə nəticəsində üç nəfərin həlak olduğu bildirilir. Hadisə nəticəsində xeyli sayda xəsarət alan da var.
Araşdırma aparılır.
Muxalifet - 30-09-2019
Kürdəmirdə özünü qüllədən atmaq istəyən şəxs xilas edildi
Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürdəmir rayonunda 1 nəfərin dəmir konstruksiyalardan ibarət qurğunun üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi barədə məlumat daxil olub.
Muxalifet.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.Muxalifet - 30-09-2019
PAŞİNYAN-KOÇARYAN ZİDDİYYƏTİ DƏRİNLƏŞİR: "II prezident hər şeyi ətrafının üstünə yıxaraq, "quru" çıxmağa çalışır"
Robert Koçaryanın tərəfdarı, vəkil Vaqe Eprikyan feysbuk sosial şəbəkəsində birbaşa efirdə hakim Anna Danibekyanla baş vermiş insidenti təqdim edib. O deyib ki, dostu Narek Mutafyan Komitas adına panteonda təsadüfən hakim Anna Danibekyanla qarşılaşıb və qərara gəlib, soruşsun: Nikol Paşinyanın “ulayan hakimlər” ifadəsi ona da aiddir, yoxsa yox? Sağlam düşüncəli heç bir insan, əlbəttə, bu versiyaya inanmaz. Çünki Narek Mutafyan və onu müşayət edən şəxslər açıq şəkildə hakimi, ola bilsin, bir neçə gün ərzində təqib ediblər. Bundan əlavə, təşkil olunmuş təxribatın müəliffləridirlər.
Muxalifet - 30-09-2019
“Alcaldır dizi-dizi... Sürüyür şeytan bizi...” - “Siyasətlə maraqlanmıram” deyənlərə
Azərbaycanda bəzi kişilərin, istər çalıb-oxuyan, istər elm, istər də iş adamı olsun, ölkədəki bəzi dərəbəyliklərdən söhbət düşəndə “siyasətlə maraqlanmıram” deməsinin yəqin ki, şahidi olmusunuz. Qadınları başa düşmək olar, müsəlman dünyasıdır, uşağa baxmaq var, ərin nazı ilə oynamaq var, paltar-palaz yumaq, xörək bişirmək və sair işlərin çoxluğundan əksər xanımlar siyasətə maraq göstərmir. Kişinin yaşadığı cəmiyyətdə cəryan edən proseslərə biganəlik nümayiş etdirməsi bir az qəribə görünür. Əvvəla onu deyim ki, siyasətlə maraqlanmaq canlılar aləmində yalnız insanlara nəsib olub.
Muxalifet4 - 30-09-2019
Prezidentin vəzifədən azad etdiyi icra başçısından açıqlama: “Mənim 70 yaşım var, iş olsa, işləyəcəm..."
Yaxın saatlarda Prezident İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.
Digər sərəncamla, bundan sonra eks icra başçısının səlahiyyətlərini Vahid Tağıyev yerinə yetirəcək.
Maraqlıdır, işdən çıxarılma xəbərini sabiq icra başçısı necə qarşıladı?
Redaktor.az-a açıqlama verən sabiq başçı xəbərə çox müsbət yanaşdığını deyib:
Muxalifet - 30-09-2019
İran ABŞ-dan 50 milyard dollar kompensasiya tələb edir
“ABŞ-dan ən azı 50 milyard dollar məbləğində kompensasiya tələb etməliyik”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Məsləhət Şurasının katibi Möhsin Rzayi deyib.
Muxalifet - 30-09-2019
Xorvatiya ilə matçdan sonra... - Baş məşqçidən milli komandamızla bağlı AÇIQLAMA
“Sözsüz ki, Azərbaycanla matçda qalib gəlməliyik”.
Bunu Macarıstan milllisinin baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində qarşılaşacaqları Xorvatiya və Azərbaycanla matçdan öncə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Muxalifet - 30-09-2019
Milli Qəhrəmanlar Qarabağ qazilərinin döyülməsini PİSLƏDİLƏR
Artıq bir neçə gündür ki, Bakının Binəqədi rayonu ərazisində Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) mühafizəçiləri ilə bir qrup Qarabağ əlili arasında insident yaşanır. İnsident zamanı hər iki tərəfdən xəsarət alanlar və müxtəlif xəstəxanalara yerləşdirilənlər var.
Olaya səbəb Qarabağ qazisinin ərazidə tikilən evinin SOCAR əməkdaşları tərəfindən sökülməsi olub.
Modern.az saytı yaşanan hadisələrlə bağlı vaxtı ilə Qarabağ uğrunda döyüşlərdə ad-san qazanmış Milli Qəhrəmanlardan münasibət öyrənib.
Muxalifet4 - 30-09-2019
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ
29 oktyabrda hərraca çıxarılacaq nəqliyyat vasitələrinin buraxılış illəri 1989-2007-ci illər intervalındadır. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında bildirilib. Qeyd olunub ki, “Chevrolet”, “Nissan”, “VAZ” və digər markalardan olan avtomobillərin ilkin hərrac qiymətləri 1800 manat ilə 10 min manat arasındadır. Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.
Muxalifet - 30-09-2019
4G “Nar” şəbəkəsi ölkə əhalisinin 91,5%-nin xidmətində!
Abunəçilərinə hər zaman yüksəkkeyfiyyətli rabitə xidmətləri təqdim edən “Nar”, sürətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. Aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5%-ni əhatə edir. Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Hazırda “Nar”-ın hər üç abunəçisindən biri aktiv 4G istifadəçisidir. Ümumilikdə isə 4G istifadəçilərinin sayı 850 mini ötüb.
Muxalifet4 - 30-09-2019
Putinin Yerevana səfəri ərəfəsində Koçaryan həbsxanadan çıxarıldı - RUSİYA LİDERİ ONA HOSPİTALDA BAŞ ÇƏKƏCƏK?
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu gün səhər Yerevandakı İzmirlyan Tibb Mərkəzinə köçürülüb.
Virtualaz.org bildirir ki, bunu "Sputnik Ermənistan”a xəstəxananın direktoru Armen Çarçyan deyib.
“İndi Koçaryan bizdə tibbi müayinədən keçir. Onun konkret hansı problemləri var, bəlli səbəblərə görə deyə bilmərəm. Bu, təkcə ona yox, hər bir xəstəyə aiddir”, - deyə direktor bildirib.
Muxalifet4 - 30-09-2019
Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi başladı
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən, komanda-qərargah təlimi başlayıb.
Muxalifet.az-ın məlumatına görə, təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin yerinə yetirilmə fəaliyyətinin təkmilləşdirilməsidir.
Komanda-qərargah təlimi oktyabrın 5-dək davam edəcək.Muxalifet - 30-09-2019
RƏFAEL CƏBRAYILOV İSTEFASINDAN DANIŞDI: "Şərəfimi tənqidə məruz qoya bilməzdim..."
"Mənim jurnalistlərdən xahişim var. Jurnalistlər mənim guya deputat mandatımı girov qoymağımla bağlı informasiyanı hansı ehtirasla yayıblarsa, indi keçirdiyim mətbuat konfransını da həmin ehtirasla yaymaqlarını xahiş ediəm".
Muxalifet4 - 30-09-2019
“Mənim üçün deputatlıqdan daha əhəmiyyətli həyat yoldaşımın sağlamlığıdır" – RƏFAEL CƏBRAYILOV
"Həyat yoldaşım tələbə yoldaşımdır. Mənimlə bağlı internetdə gedən xəbərlər onun səhhətinə pis təsir göstərib. Ona görə də mənim üçün deputatlıqdan daha əhəmiyyətli həyat yoldaşımın sağlamlığıdır". Bu fikirləri bu gün deputat mandantından imtina edən Rəfael Cəbraylov bildirib. R.Cəbrayılov bundan sonra elmi fəaliyyətlə məşğul ola biləcəyini söyləyib: "Mən 9-10 kitabım müəllifiyəm, elmi fəaliyyətim var. Düşünürəm ki, mən gələcək fəaliyyətimi universitetlərdən birində davam etdirə bilərəm".
Muxalifet4 - 30-09-2019
3 ildir övlad gözləyən Aprel Qazimizin üçəmləri - Evə yola saldıq / VİDEO
Bu günlərdə Aprel döyüşlərində sinəsindən güllə yarası alan Ayaz Cumayevin üçəmləri dünyaya gəlib. "Demədi Demə" Yutub kanalının sahibi, tanınmış jurnalist Bahadur Seyidov bu sevinc dolu anları qazimizin ailə üzvləri ilə birgə keçirib. Redaktor.az sözügedən video görüntünü təqdim edir:
Muxalifet - 30-09-2019