Axtarış

The search found 105715 results in 0.047 seconds.

Search results

  1. Köçəryanın vəkillərinin şikayəti rədd edildi

    Ermənistanın Apelyasiya Məhkəməsi eks-prezident Robert Köçəryanın vəkillərini iddialarını rədd edib. Bununla bağlı Musavat.com erməni mediasına istinadən xəbər verir. Məlumata görə, müdafiə tərəfi Köçəryanla bağlı seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş etsə də, məhkəmə şikayətə baxmaqdan imtina edib.

    Maraqlısı budur ki, erməni mətbuatı bu xəbəri R.Köçəryanın həbsdən buraxılmasını tələb edən və hətta “dostu” ilə həbsxanada görüşəcəyi haqda ismarış yollayan Rusiya prezidentinin İrəvana səfər etdiyi saatlarda yayıb.//musavat

    Muxalifet - 1-10-2019

  2. Prezidentin icra başçısı təyin etdiyi polkovnik kimdir? - DOSYE

    Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Vahid Heydər oğlu Tağıyevlə bağlı bəzi avtobiqorafik məlumatlar bəlli olub.

    Muxalifet - 1-10-2019

  3. Bakıda DƏHŞƏTLİ HADİSƏ: Maşın insanlarla dolu dayanacağa çırpıldı - VİDEO

    Bakıda dəhşətli qəza anı kameraya düşüb.

    Muxalifet.az Avtosfer.az-a istinadən xəbər verir ki, hərəkət zamanı manevr qaydasını pozan avtomobili digər maşın vurur. Nəticədə idarəetməni itirən sürücü insanlarla dolu olan dayanacağa girir. Dayanacağın bir hissəsini uçurdan maçın bir neçə nəfərə xəsarət yetirir. Görüntüləri təqddim edirik. Xatırladırıq ki, qəza avqust ayının 7-də baş verib.

    Muxalifet - 1-10-2019

  4. "Armani" brendinin ERMƏNİ əsilli banisi və adını eşidib üzünü görmədiyiniz digər məşhurlar - FOTO

    Yüksək moda yaradıcılarının adlarını çoxumuz eşitmişik. Lakin, onları üzdən tanıyanların sayı çox azdır.
    Muxalifet.az adme.ru-ya istinadən bahalı markaların üzərində adları yazılan şəxslərin şəkillərini oxuculara təqdim edir.
    Onların arasında Trussardi gözəlliyilə sizi daha çox təəccübləndirəcək.

    Muxalifet - 1-10-2019

  5. “Avazı yaxşıdır, oxuduğu Quran olsa” – Elzadan Ziya Məmmədovun şeirlərinə reaksiya

    Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yazdığı iddia olunan şeirlər ortaya çıxıb. Bir çoxlarının təəccüblə qarşıladığı bu şeirlərə əməkdar artist Elza Seyidcahan münasibət bildirib. 

    Qalmaqallı şeirləri ilə də tez-tez gündəmə gələn xanım müğənnimiz “Yeni Sabah”a açıqlamasında bu sözləri deyib:

    “Gözəl şeirdir. Üslubu yaxşıdır,  nəsihətdir. Əməlimizdə də göstərməliyik bu nəsihəti. Hər kəsin  şeir yazmağa haqqı var.  Avazı yaxşıdır, oxuduğu Quran olsa. Əslində o bu şeiri çoxdan, lap çoxdan üzə çıxartmalı idi.

    Muxalifet - 1-10-2019

  6. İrəvanda Putinə ŞOK SUAL: İşğal altındakı ərazilər nə vaxt azad olunacaq? - VİDEO

    Gürcüstanın “Rustavi – 2” telekanalının müxbiri Avrasiya İttifaqı Ali İqtisadi Şurasının toplantısı çərçivəsində Ermənistana səfər edən Rusiya prezidenti Vladimir Putinə İrəvanda gözlənilməz sual ünvanlayıb.
    Publika.az xəbər verir ki, gürcü jurnalist “2008-ci ildə götürdüyünüz öhdəlikləri nə vaxt yerinə yetirəcəksiniz, qoşunları nə vaxt Gürcüstan torpaqlarından çıxaracaqsınız” sualını Putinə ünvanlayıb.
    Putin cavabında “Biz həmişə öz öhdəliklərimizi yerinə yetirmişik” deyə cavab verib.

    Muxalifet - 1-10-2019

  7. “Harınlamış oğlu elə Rövnəq Abdullayevin siması deməkdir” – ELDAR SABİROĞLUDAN QARABAĞ QAZİLƏRİNƏ DƏSTƏK

    Qarabağ əlillərinə qarşı SOCAR-ın bu şiddətinə heç bir halda haqq qazandırmaq olmaz. Ancaq onu da istisna etmirəm ki, döyüşçülərin tələb və etirazlarında hansısa həddiniaşma iddiası yoxdur və ya qarşıdurmada onları ümumiyyətlə, tərəf kimi tanımaq ədalətli sayıla bilməz. Qanun qarşısında hər kəsin eyni məsuliyyəti var, o cümlədən də Qarabağ qazilərinin. Bəs niyə o zaman cəmiyyət birtərəfli qaydada təkcə SOCAR-ı dövlət adına hörmət gətirməyən bu hadisədə günahkar sayır? Sualın obyektiv və vicdanı cavabını tapmaq gərəkdir, onda meydanda qaranlıq heç nə qalmaz.

    Muxalifet - 1-10-2019

  8. Qadın sevgilisini küçədə döydü - Telefona görə

    Sevgilisinin telefonuna baxmaq üçün götürən qadın "üz tanıma texnologiyası" səbəbindən telefonu aça bilməyib. Bu duruma qadn hirslənib.  

    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, sevgilisiylə dava etməyə başlayıb. Qadın sonda sevgilisini yerə yıxaraq telefonu onun üzünə tutub və  açmağı bacarıb.  

    Telefonu açan qadın gördüklərindən sonra oradan qaçaraq uzaqlaşıb.  ABŞ-da çəkildiyi deyilən bu videonun sosial şəbəkədə paylaşılmasından sonra bütün dünya mətbuatında yer alıb. 

    Muxalifet - 1-10-2019

  9. “SAXTA SƏNƏDLƏŞMƏ, ÇİRKLİ PULLARIN YUYULMASI…” - “Biznesmen-məmurlar bunun üçün “Azərpoçt”dan istifadə edirlər…”

    Ötən ilin aprel ayında “Azərpoçt” MMC-nin rəhbərliyində edilən dəyişiklikdən sonra bu qurumun ətrafında baş verən neqativ hallarla bağlı çoxsaylı şikayətlər eşidilməyə başlandı. Son iş yeri 2015-2018-ci illərdə qalmaqallı Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə filialında idarə heyətinin sədri vəzifəsi olan Emin Əfəndiyevin adı “Azərpoçt”a baş direktor təyin ediləndən sonra kütləvi ixtisarlar, çoxlu sayda insanın işsiz qoyulmasından tutmuş iş yerlərinin, ştatların pull

    Muxalifet - 1-10-2019

  10. Təhsil nazirinin keçmiş müavini mahnı oxuyub, klip çəkdirdi: "Al məndən gülüşlərini" - VİDEO

    Təhsil nazirinin keçmiş müavini, Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, professor İradə Hüseynova oxuduğu mahnıya klip çəkdirib. 

     "Al məndən gülüşlərini" adlanan mahnının klipi Bakı bülvarında lentə alınıb. 

    İradə Hüseynovanın ifasında olan həmin klipi təqdim edirik.

    Muxalifet - 1-10-2019

  11. Azərbaycanda bu ölkənin səfirliyi fəaliyyətə başladı

    Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Elçin Qasımovu qəbul edib.

    XİN-dən verilən məlumata görə, görüşdə E.Qasımov Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim etdi.

    Notada verilmiş məlumata əsasən, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayır.

    Muxalifet - 1-10-2019

  12. “İlk dərs günlərində həmişə yıxılma təhlükəsi yaşayıram” - Müəllimlərin adaptasiya problemi

    Bu gün artıq  oktyabrın ilk günüdür. Artıq 15 gündür ki, orta ümumtəhsil məktəblərində yeni tədris ilinə başlanılıb.
    Bu yarım ay ərzində xüsusən də azyaşlı şagirdlərin məktəbə adaptasiyası nə dərəcədə uğurlu alınıb?
    “İstənilən tətildən sonra uşaqların dərsə adaptasiyasında müəyyən problemlər yaşanır. Bunları aradana qaldırmaq üçün şagirdlərə birbaşa müəllimlər yardımçı olmalıdılar”
    Muxalifet.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova   deyib.

    Muxalifet - 1-10-2019

  13. “Geylər onlardan qat-qat şərəflidirlər” – Müğənnidən Akif İslamzadəyə cavab

    Xəbər verdiyimiz kimi, bu gün müğənni Akif İslamzadə açıqlamasında qadınlar haqda sərt fikirlər səsləndirib. Sənətçi deyib ki, qadınlarla kişilər heç vaxt bərabərhüquqlu ola bilməz: “Fikir verin, bütün dünya matriarxat (ana xaqanlığı) olub. Ümumiyyətlə, bu cəmiyyət inkişaf edə bilməz. Qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir. Bəli, ibtidai sinif müəllimləri ola bilərlər. İstisnalar ola bilər. Tarixdə böyük işlər görən qadınlar var. Peyğəmbərimizin meracında da cənnəti, cəhənnəmi göstəriblər. Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır”.

    Muxalifet - 1-10-2019

  14. “Azərbaycandan Qazaxıstanadək regionda baş verənlər bizi maraqlandırır” – Ərdoğan

    Azərbaycandan Qazaxıstanadək regionda baş verənlər bizi maraqlandırır”.

    “Report” xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) 27-ci çağırış 3-cü qanunverici ilin açılşı mərasimində çıxışı zamanı deyib.

    O bildirib ki, Türkiyə yeni şəraitə uyğun hərəkət etməkdə qərarlıdır: “Coğrafiyaları çəkən millətimizin insanlığa və dünyaya söyləyəcəyi söz bitməyib. Türkiyə bu gün artıq sadəcə bir ölkənin adı deyil, öz sərhədlərini aşan bir ümidin, insanlıq davasının adıdır”.

    Muxalifet - 1-10-2019

  15. Bakının “sənədsiz” bəlası: növbəti dəfə qan töküldü - PROBLEMİN HƏLLİNƏ ÜMİD YARANIB, AMMA...

    Bakının uzun illərdir həllini tapmayan qanunsuz tikililər probleminə görə daha bir qarşıdurma yarandı və hətta qan töküldü. Xəbər verildiyi kimi, Binəqədi ərazisində Qarabağ əlili illər əvvəl aldığı torpaq sahəsində ev tikmək istəyərkən SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə qarşıdurma yaranıb. Çünki ev tikintisi üçün istifadə edilən ərazi SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağına aiddir.

    Muxalifet - 1-10-2019

  16. Alman adı altında Çin məhsulu: Bakıda harada satılır?

    “YuQov” İctimai fikrin öyrənilməsi institutu və Kembric Universitetinin apardığı tədqiqata əsasən, dünyadakı ən etibarlı məhsulların Almaniyaya, keyfiyyətsiz məhsulların isə Çinə aid olduğunu açıqlayıb. Azərbaycanda da kifayət qədər Çin məhsulu olduğunu nəzərə alsaq, bu problem əhalini narahat etməyə bilməz.

    Muxalifet - 1-10-2019

  17. "Meyxanaçılarla danışmağa qorxursan" - Ramal

    "Əvvəl soruşmurdum, amma indi efirə çağrılanda mənimlə yanaşı kimin olacağını soruşuram".

    Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov "Ulduzlu yayım" verilişində deyib. O, efirdə ifaçılarla qalmaqal yaşamasından danışıb:

    Muxalifet - 1-10-2019

  18. RÖVNƏQ ABDULLAYEV "QOÇU"LARINI MÜDAFİƏ ETDİ - ​"Bilinmir ki, onlar qazilərdir, ya yox"

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, millət vəkili Rövnəq Abdullayev Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında yaranan davadan danışıb. Muxalifet.az-ın məlumatına görə, unikal.org-a açıqlama verən Rövnəq Abdullayev bildirib ki, baş verən hadisədən xəbərdardır: “Bu barədə məlumatım var. Baş verən hadisədə iştirak edən şəxslər hələ dəqiq bilinmir ki, qaziləridir, ya yox. Bütün hallarda dövlət məmuruna əl qaldırmaq ağır cinayətdir”.

    Muxalifet - 1-10-2019

  19. İlham Əliyev SƏRƏNCAM İMZALADI - 4 milyon manat ayrıldı

    Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Muxalifet - 1-10-2019

  20. ERMƏNİ GENERALDAN PAŞİNYANA AĞIR SÖZLƏR - “Dərhal rədd olun, yoxsa...”

    Ermənistanın baş naziri Nikol Paşinyan və hökuməti dərhal istefa verməli, ölkə parlamentinin üzvləri dərhal evlərinə dağılışmalıdır. Çünki onların idarəçiliyi bütün erməniliyi təhdid edir.

    Belə bəyanatla qondarma “dqr”in keçmiş “təhlükəsizlik şurası katibi”, general Vitali Balasanyan çıxış edib.

    O hesab etmir ki, Paşinyan və komandası hakimiyyətdən könüllü gedəcək: “Onlar özləri rədd olmayacaqlar, onları rədd eləmək lazımdır”.

    Muxalifet - 1-10-2019

Pages