Axtarış
The search found 105715 results in 0.025 seconds.
Search results
“Hava polisi” fəaliyyətə başlayır
Bu gündən Türkiyədə “hava polisi” fəaliyyətə başlayır.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin “Resmi gazete”də məlumat yayılıb.
Həmin polislər sərnişin avianəqliyyatında fəaliyyət göstərəcək. Onlar uçuşları mülki formada müşayiət edəcək və hər təyyarədə azı iki “hava polisi” olacaq.
Muxalifet - 1-10-2019
Ərdoğan ABŞ-a açıq-açıq söylədi: "Türkiyə artıq başladı"
“Heç bir fəaliyyətimiz işğal və istismar məqsədli deyil”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 27-ci sessiyasının Ümumi İclasının 3-cü qanuni ilinin açılışında çıxış edərkən deyib.
Türkiyə-Suriya sərhədində təhlükəsiz bölgəsinin yaradılması ilə bağlı ABŞ-a verilən zaman müddətinin olduğunu bildirən prezident qeyd edib ki, bundan sonra ölkəsi bu yolda təkbaşına addım atacaq:
Muxalifet - 1-10-2019
Teymur Rəcəbov finalın 2-ci görüşündə uduzdu
Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun final matçının ikinci oyunu başa çatıb. Dünya kubokunun həlledici matçda həmyerlimiz Teymur Rəcəbovla çinli Dinq Liren qarşı qarşıya gəlib və finalın ikinci partiyası çinli şahmatçının qələbəsi ilə nəticələnib. Qeyd edək ki, Teymur Rəcəbov həmçinin Dünya Kubokunun finalına çıxan ilk azərbaycanlı kimi də tarixə düşüb. İndiyədək heç bir şahmatçımız bu mötərəbər yarışın finalına qədər irəliləyə bilməyib. Xatırladaq ki, final matçı dörd oyundan ibarətdir. Bu oyunlarda qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
Muxalifet - 1-10-2019
Hüseyn Abdullayevə hökm oxundu
Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org-un məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Hüseyn Abdullayev 6 il, Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum ediliblər. Zeynəb Abdullayeva 4 min manat cərimə olunub, digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.
Muxalifet - 1-10-2019
Oliqarxların xaricdəki biznesi ilə bağlı müəmma – Son siyahı
Son vaxtlar ayrı-ayrı məmurların, şirkət rəhbərlərinin xaricdə qurduqları böyük biznes imperiyaları haqqında məlumatlar yayılır.
Muxalifet.az xəbər verir ki, Cebhe.info-nun yazdığına görə, bu məlumatı yayanlar tutarlı faktlar, sənədlər də təqdim edirlər. Bu isə məsələnin mahiyyətini kifayət qədər ciddiləşdirir. Bu günə kimi icra başçılarından tutmuş nazirlərə qədər onlarla məmur haqqında bu cür məlumatlar ictimailəşdirilib. Avropada yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli də bir çox məmurun sahib olduğu xarici biznes şəbəkələri haqqında sənədlər paylaşıb.Muxalifet - 1-10-2019
Rusiya İstintaq Komitəsinin polkovnikinin öldürülmə anı - VİDEO / YENİLƏNİB
Rusiyanın paytaxtı Moskvada İstintaq Komitəsinin polkovniki Vladislav Kaputinə edilən hücumun görüntüləri yayılıb. Virtualaz.org Ren.tv-yə istinadən bildirir ki, hadisə bu gün Kaputinin Moskvada vətəndaşları qəbulu zamanı baş verib. Sergey Qriqoryev adlı şəxs polkovnikə bıçaqla hücum edərək, ona kürəyindən xəsarət yetirib və hadisə yerindən qaçmağa cəhd edib. Yaralı halda xəstəxanaya çatdırılan polkovnik ölüb. Hadisəni törədən şəxs həbs olunub. * * * 14:58 Bu gün oktyabrın 1-də Moskvanın mərkəzində Rusiya İstintaq Komitəsinin müstəntiqi, polkovnik Vladislav Kapustin bıçaqlanıb.
Muxalifet - 1-10-2019
Bakıda 11 yaşlı qızın diri-diri yanması ilə bağlı ŞOK İDDİA - VİDEO
Gülərüz və sevgi dolu biri idi. Hələ həyata doğru ilk addımlarını atırdı. Lakin baş verən bədbəxt hadisə nəticəsində gözlərini əbədi olaraq yumdu həyata - qoxladığı güllər kimi ağ və təmiz olan Firuzə.
Muxalifet - 1-10-2019
Ermənilər Azərbaycan əsgərini lampa işığında əməliyyat edib? – İNANAN DAŞA DÖNSÜN!
Bu günlərdə düşmənə məxsus bəzi xəbər portallarında ermənilərin Qarabağ müharibəsində azərbaycanlı yaralılara guya tibbi yardım göstərməsi ilə bağlı informasiyalar yer alıb. Moderator.az erməni məbələrinə istinadən xəbər verir ki, məlum informasiyalarda müəyyən fotoşəkillər də yer alıb ki, həmin fotolarda tibbi yardım alan şəxslərin azərbaycanlı olduğu iddia olunur. Məlumat üçün qeyd edək ki, Qarabağ müharibəsi zamanı hər hansı bir azərbaycanlı yaralıya ermənilərin tibbi yardım göstərməsi ilə bağlı heç bir fakt mövcud deyil.
Muxalifet - 1-10-2019
Ağsudakı zəlzələ 1.9 milyon “udub” – İcra başçısı işdən niyə çıxarıldı?
Ağsu Rayon İcra Hakimiyyəti 05 fevral 2015-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş və artıq sənədləri hazır olan yaşayış evlərində təmir işləri aparması ilə əlaqədar “Taleh T.T” Məhdud Məsuliyətli Cəmiyyətlə (MMC) müqavilə imzalayıb.
Sentyabrın 30-da bağlanan müqaviləyə görə, icra hakimiyyəti görüləcək işlər üçün “Taleh T.T” MMC-yə 630 min 832.78 manat ödəməlidir.Muxalifet - 1-10-2019
“Bu, Qarabağ qazisinə qanuna itaətsizlik haqqını vermir” - SOCAR-ın vitse-prezidenti
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov Qarabağ əlilləri ilə idarənin əməkdaşları arasında baş vermiş qalmaqala münasibət bildirib. SOCAR rəsmisi deyib ki, bu məsələdə kim günahkardır məsuliyyətə cəlb edilməlidir: “SOCAR ərazilərində yeni tikililərlə bağlı hüquq mühafizə orqanları araşdırma aparır. Kim günahkardırsa məsuliyyətə cəlb olunmalıdır. Amma bu heç kimə -Qaziyə də, hətta Milli Qəhrəmana belə qanunlara və qaydalara itaətsizlik etmək haqqını vermir”. “Onların döyülməsi və ya “onlar davaya cəhd ediblər” məsələsi mübahisəlidir.
Muxalifet - 1-10-2019
İsveç Rusiyadan müdafiə olunmağa hazırlıq görür – HDQ komandnlığı yeraltı bazaya köçürülüb
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsveç hərbi-dəniz qüvvələrinin (HDQ) mənzil-qərargahı Stoqholmun 40 kilometrliyindəki Muskyö adasında yerləşən yeraltı bazaya köçürürüb. Bu barədə sentyabrın 30-da Britaniyanın «The Guardian» qəzeti xəbər verib.
Muxalifet - 1-10-2019
Bülənt Ərsoy: "Ana olmasam da..."
Türkiyəli sənətçi bÜlent Ersoy uzun müddət aradan sonra kinoteatra gedib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin divası "Annem" filminə baxarkən göz yaşlarını saxlaya bilməyib.
"Analığı dərk etmək üçün, o hissi yaşamaq lazımdır. Mən ana olmadığım halda belə onu hiss etdim. Övlad nə də etsə, ananın ona sahib çıxması məni çox duyğulandırdı" deyə, o bildirib.
Ağlamaqdan sənətçinin süni kirpikləri düşüb.
Muxalifet - 1-10-2019
Azərbaycanda ŞOK OLAY: "Bu polis mayorunu öldürənə 10 min mükafat verəcəm"- FOTO
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Facebook" sosial şəbəkəsində ölümlə təhdid edilib. “Evez VAhidovic” adlı naməlum sosial şəbəkə istifadəçisi polis mayorunun fotosunu belə bir mətnlə paylaşıb: “Kim bunu qətlə yetirsə 10 000 AZN manat verəcəm”. Qeyd edək ki, status 29 sentyabr tarixinə aiddir.//Publika
Muxalifet - 1-10-2019
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: 2020-2022-ci illər...
Rusiya vətəndaşlığı alınması qaydalarına dəyişiklik oluna bilər.
Rusiya vətəndaşlığını almaq istəyən əcnəbilər əvvəlki vətəndaşlıqlarını da saxlaya bilərlər.
Bu təklif Rusiya İqtisadi İnkişaf Nazirliyinin 2020-2022-ci illər üçün federal dövlət büdcəsinə əlavə etdiyi sənədlərdə əksini tapıb. Nazirliyin məlumatına görə, gələcəkdə Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini ləğv edə bilər.Muxalifet - 1-10-2019
“Putinə xidmət edən cinayətkar bizə lazım deyil” – Kalmıkiya etirazçıları
Rusiyada Elista şəhərinin yüzlərlə sakini oktyabrın 1-də yenidən şəhərin mərkəzindəki Lenin meydanına gələrək yeni mitinqin keçiriləcəyini elan edib.
Currenttime yazır ki, onlar bu mitinqdə Dmitri Trapeznikovun şəhər meri təyin edilməsinə etiraz edəcəklərini bildiriblər.
Ötən il Ukraynada rusiyayönlü separatçı Aleksandr Zaxarçenko öldürüldükdən sonra, Trapeznikov qısa müddətdə qondarma Donetsk Xalq Respublikasına (DXR) rəhbərlik edib.
Sosial şəbəkələrdə oktyabrın 1-də keçirilən aksiya “Elista üçün dua mərasimi” adlanırdı.
Muxalifet - 1-10-2019
Türkiyədən HÜCUM ANONSU: Ordu hazırdır
Suriyadakı təhlükəsiz zona ilə bağlı işlər arzu olunduğu kimi getmir.
Bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.
“Olayları yaxından izləyirik. Silahlı qüvvələrimiz hər zaman hazırdır. İnsanların evlərinə qayıtmaları üçün oradakı terrorçuların çıxması lazımdır. YPG-çilərin zonadan çəkilməsi, məntəqələrin ləğv edilməsi, ağır silahların təhvil verilməsi kimi proseslər istədiyimiz kimi davam etmir”, - deyə nazir bildirib.//axar
Muxalifet - 1-10-2019
Cinsi münasibətlə bağlı hamınızı DƏHŞƏTƏ GƏTİRƏCƏK ŞOK ADƏTLƏR - FOTO
Bir şeyin doğruluğunu və ya gerçəkliyini təyin edən yeganə ünsür təəssüratdır. “Cinsi istəklər” kimi yaradılışımızın ən təməl və qlobal faktında belə mütləq konkretlikdən danışmaq doğru olmaz. Bu instinkt ölkələrə və etnik qurpların adətlərinə görə dəyişir. Publika.az dünyanın ən qəribə cinsi qadağaları və adətlərini təqdim edir. Misirdə ideal gözəlliyi müəyyən edərkən şəxsin çəkisinə diqqət yetirilir. Misirlilər üçün gözəl qadın kök olanıdır. Orada birinə arıq demək həqarət kimi qəbul olunur. Honq-Konqda qadınların onlara xəyanət edən ərlərini öldürmələri qanunidir.
Muxalifet - 1-10-2019
“Makronun çıxışı banlayan xoruza bənzəyir” – Çavuşoğludan sərt tənqid - Video
"Fransa Prezidenti Emmanuel Makron Türkiyəyə dil uzatmaqla həddini aşır".
"Yeni Sabah" xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Makronun Türkiyədə insan haqları ilə bağlı açıqlamasını şərh edərkən bildirib:
“Makron ölkəsində neçə miqrantı qəbul edib? Onun yerinə PKK və YPG-çiləri Yelisey sarayında qəbul edib. Məncə hazırda Fransa Türkiyəni tənqid edə biləcək ən son ölkədir. Makronun çıxışı ayağı natəmiz yerdə olan xoruzun banlamasına bənzəyir”.
Muxalifet - 1-10-2019
"Maşın Şou" başladı – İştirakçılar kimlərdir?
Ölkənin ən reytinqli layihəsi olan “Maşın Şou"nun 18-ci sürəti start götürüb.
Muxalifet.az xəbər verir ki, Xalq artisti Murad Dadşovun aparıcısı olduğu şou ATV kanalında canlı olaraq yayımlanır.
Artıq maşın uğrunda mübarizəyə qoşulan ulduzlar səhnəyə dəvət edilir. "Maskarad" adlanan şouda ilk olaraq səhnəyə dəvət edilən müğənni Ayan Babakişiyeva, meyxanaçı Aqşin Fateh və müğənni Kərim Abbasov olub.
İkinci üçlük isə aparıcı Kəmalə Piriyeva, aşıq Namiq Fərhadoğlu və müğənni Bilal Əliyev oldu.Muxalifet - 1-10-2019
Məktəbli oğlunun telefonunda katibənin lüt vidosunu görən qadın dəhşətə gəldi
Şagirdinə özünün çılpaq videosunu göndərən qadın müəllim saxlanılıb. ABŞ-ın Florida ştatında yerləşən "Chasco" orta təhsil müəssisəsinin direktor müavini Heather Matheison əxlaqsızlıq etdiyinə görə tutulub. Miami Herald-ın məlumatına görə, o, çılpaq halda çəkdiyi erotik videosunu 14 yaşlı şagirdə göndərib. Oğlan isə videonu anasına göstərərək, "Snapchat"dan götürdüyünü söyləyib. Videodakı qadının məktəbdəki katibə olduğunu görən qadın təəccüblənib. O, dərhal bu barədə polisə məlumat verib.
Muxalifet - 1-10-2019