Axtarış

The search found 105712 results in 0.027 seconds.

Search results

  1. “ABŞ dollardan siyasi silah kimi istifadə edir” - PUTİN

    “ABŞ dollardan siyasi silah kimi istifadə etməyə çalışır”. “İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada Rusiya Enerji Həftəsi (REN) forumunun iclasında çıxışı zamanı bildirib.

    Muxalifet4 - 2-10-2019

  2. İsveçrə Azərbaycan hakimiyyətinə bank əmanətləri haqqında məlumat verəcək

    İsveçrə "daha 19 ölkənin, o cümlədən Azərbaycan, Qazaxıstan və Türkiyənin müvafiq hakimiyyətinə rəsmi olaraq bank və vergi məlumatlarını göndərəcək". Bu qərarı parlament qəbul edib, xəbəri İsveçrə ictimai televiziyası (SRFB) yayıb.

    Deputatlar başa düşürdülər ki, bu cür ölkələrlə "həssas məlumatların" mübadiləsi "çətin işdir", amma onlar üçün ölkənin "vergi limanlarının" müxtəlif növ "boz" və "qara" siyahılarında olmamasını təmin etmək vəzifəsi ilk yerdə dururdu.

    Muxalifet4 - 2-10-2019

  3. Hakimiyyət vətəndaşlara 300 min dollar borcu olan deputatın hərəkətinə qiymət vermir

    Oktyabrın 2-də Azərbaycan MSK Rafael Cəbrayılovun Milli Məclisin deputatı mandatından imtina etməsilə bağlı müraciətinə baxıb. Müraciət təmin edilib.

    İmtinaya deputatın bir qrup şəxsə qaytarmadığı 300 min dollar borc ilə əlaqədar qalmaqal səbəb olub. Şikayətçilər deputatı məhkəməyə veriblər və işi qazanıblar. Bundan sonra R.Cəbrayılov istefa verməyə məcbur olub.

    Muxalifet4 - 2-10-2019

  4. Elinanın anası: "Mən neçə il nəşə çəkmişəm, əlamətlərini bilirəm" - AUDİO

    162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar cəhdi nəticəsində faciəli ölümü hələ də sosial şəbəkələrdə müzakirə olunur.
    Muxalifet.az-ın 1news.az-a istinadən verdiyi xəbərə görə, bu dəfə qızın anası Sevil Hüseynovaya aid olduğu iddia olunan səsli mesaj diqqət mərkəzindədir.
    Səs yazısı Elinanın rəfiqəsi olan Zulyanın anası Leyla Şirinova tərəfindən yayılıb.

    Muxalifet - 2-10-2019

  5. İran ABŞ-dan $50 milyard tələb edir – “Nüvə sazişinə bir şərtlə qayıdarıq…”

    «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran nüvə sazişinə o zaman qayıda bilər ki, Amerika Birləşmiş Ştatları (ABŞ) tətbiq etdiyi sanksiyalara görə ona 50 milyard dollar kompensasiya ödəmiş olsun. Bu barədə «Rossiyskaya qazeta» yazıb.

    Qəbul edilən qərarların məqsədəuyğunluğu üzrə Şuranın (QMŞ – İran) katibi Möhsün Rezai bəyan edib ki, Vaşinqtonun məhdudlaşdırıcı tədbirləri İranın «ticarət əlaqələrini doğramağa» və ölkənin blokadasına nail olmağa yönəldilib.

    Muxalifet - 2-10-2019

  6. Göyçayda əlillik dərəcəsi “3 min manata satılır” – ŞİKƏST ÖVLADINA YARDIM ALA BİLMƏYƏN ANADAN BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT

    Günay Məhərrəmova: “Mən insanlar tanıyıram ki, tam sağlam olsalar da, onlar Elman Bilalova pul verib, əlilik dərəcəsi ala biliblər” Göyçay rayonu Bığır kənd sakini, hazırda Göyçay şəhəri Səyyaf Xəlilov küçəsi döngə 1 ev 3 də kirayədə yaşayan Məhərrəmova Günay Rafiq qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır: “Mənim 9 yaşlı övladım Məhərrəmov Vaqif Elşən oğlu anadan gəlmə şikəstir. Doğuş zamanı həkim səhlənkarlığı nəticəsində boynu çıxmışdır.

    Muxalifet4 - 2-10-2019

  7. “Can boğazdan çıxar” - Azərbaycanda çörəyə qurban verilən sağlamlıq

    Bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 330 qram çörək yeyir. Azərbaycan illik adambaşına düşən çörək istehlakına görə, bütün Avropa ölkələrini geridə qoyur.

    Bəs çörəyin bu qədər qida rasionumiza daxil olması nə dərəcə doğrudur?

    Bu barədə “Yeni Sabah”a danışan pofessor Adil Qeybulla çörəkdən mümkün qədər az istifadə olunmasını tövsiyə edib:

    Muxalifet - 2-10-2019

  8. Ruhanidən Trampa rədd cavabı

    İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Trampla telefonla danışmaqdan imtian edib.

    Bu məlumatı prezident özü təsdiqləyib.

    Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verən Ruhani beynəlxaq mediada çıxan iddianın doğru olduğunu söyləyib.

    Qeyd edək ki, sözügedən xəbər “New York Times”da ötən gün yer almışdı. ABŞ-İran rəhbərləri arasında görüşə Fransa vasitəçilik etmək istəmişdi.

    Muxalifet - 2-10-2019

  9. "Mən də bitdim..." - Təranə Səmədova

    "Bir çox dostların varkən, yanında əlbəttə düşmənlərin də olacaq".

    Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova sosial şəbəkədə yazıb. Fotosunu yayımlayan Təranə artıq heç kimə güvənmədiyini söyləyib:

    "Çox böyük imtahan oldu, bitdi, mən də bitdim... İndi isə heç kimə güvənməyərək, körpə uşaq kimi ətrafı öyrənirəm. Ancaq bir şeyi tam dəqiq başa düşdüm: Düşmənin varkən, səni dostun vuracaq. Çünki düşmən kor nişançıdır. Dost isə haradan vuracağını çox yaxşı bilir".

    Muxalifet - 2-10-2019

  10. "İnsan var ki, daha çox nəşələnmək istəyir və “ölüm dozası” istifadə edir" - Həkimdən SENSASİON AÇIQLAMA

    Son günlər mətbuatda narkotik istifadəçiləri arasında ölüm faktı ilə bağlı məlumatların sayı artıb. Bəzən gündə bu bəlaya mübtəla olan 2-3 insanın dünyasını dəyişməsi ilə bağlı məlumatlar yayılır. Narkotik istifadəçilərinin ölümü daha çox hansı hallarda baş verir?

    Muxalifet.az xəbər verir ki, mövzu ilə bağlı Lent.az-a açıqlama verən həkim-narkoloq Asif Kəngərli bildirib ki, son illərdə narkomanların sayı artdığı üçün bu bəladan ölənlərin sayı da çoxalıb.

    Muxalifet - 2-10-2019

  11. Almaniya Prezidenti Gürcüstana səfər edəcək

    Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 6-da Gürcüstana səfər edəcək.

    Bu barədə Gürcüstan Prezidentinin Administrasiyasından məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri olacaq.

    Bundan başqa,  Frank-Valter Ştaynmayerin Gürcüstanın Baş naziri Giorgi Qaxaria, Parlamentin spikeri Arçil Talakvadze, Bütün Gürcüstanın  Patriarxı II İliya  ilə görüşləri planlaşdırılır. 

    Muxalifet - 2-10-2019

  12. İlham Əliyev Rusiyadadır - PUTİNİN DƏVƏTİ İLƏ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfərə gedib.

    AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernator müavini Anatoli Voronovski, Şoçi şəhərinin meri Aleksey Kopayqorodski və digər rəsmi şəxslər qarşılayıblar.

    Muxalifet4 - 2-10-2019

  13. Bakıda oteldə yanğın: 10 əcnəbi xilas edildi

    Bakıda oteldə yanğın qeydə alınıb.

    Axar.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Emerald suite” otelin beşmərtəbəli binasının zirzəmisində transformatorun sarğıları yanıb.

    Bina yanğından mühafizə olunub.

    Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet4 - 2-10-2019

  14. "Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı" – Məktəb direktoru

    Elina Hacıyevanın ölüm işi üzrə məhkəmə davam edib. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, iş üzrə dəvət olunan şahidlər məhkəmə iclasına gəlməyib. Prosesdə 162 saylı orta məktəbin sabiq direktoru Sevinc Abbasova ifadə verib. O bildirib ki, hadisə günü ikinci dərs bitəndən sonra tənəffüs zamanı məsələdən xəbərdar olub: "Direktor müavini Tünzalə Mikayılova ilə otağımda idik. Bu zaman müəllimə gəlib həyətdə bir uşağın yıxıldığını dedi. Tez çölə qaçdıq.

    Muxalifet4 - 2-10-2019

  15. Hərbiçilərə pul əvəzinə ərzaq veriləcək - Azərbaycan ordusunda yenilik

    Hərbi qulluqçulara pul əvəzinə natural ərzaq verilməsinə başlanıb.

    Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə atılan növbəti addımlardan da biri Azərbaycan Ordusunda və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçulara pul əvəzinə natural ərzağın verilməsi olub.

    Pul əvəzinə natural ərzağın verilməsi könüllü olduğundan bəzi hərbi qulluqçular bu prosesə öz arzusu ilə qoşulublar.

    Muxalifet - 2-10-2019

  16. İmişlidəki otlaq sahələrini ”Azəravtoyol”un məmuru zəbt edir? – “Deyirlər heyvandarlıq da, əkinçilik də bizlikdir”

    İmişlinin Bəcirəvan kəndi sakini Tarverdiyev Elxan Abış oğlu kənd camaatına aid otlaq sahələrinin zəbt olunmasından şikayət edir. Ölkə başçısına ünvanladığı müraciətin bir nüsxəsini də “AzPolitika.info”ya göndərən E.Tarverdiyev qanuni yolla istifadə etdikləri 10 hektarlarla ərazinin əllərindən alındığını bildirir.

    Muxalifet - 2-10-2019

  17. SON DƏQİQƏ: Düşmən təxribat törətdi, ölən var

    Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yer­lə­şən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

    Muxalifet - 2-10-2019

  18. Azarkeşlərin “Sinəni aç” şüarına xanım jurnalist görün necə... - VİDEO

    İtaliya A Seriyasının 6-cı turunda keçirilən "Napoli" - "Breşiya" (2:1) oyunundan öncə maraqlı anlar yaşanıb. İtalyan azarkeşlər oyuna gələn DAZN kanalının müxbiri Diletta Leottaya qeyri-adi təklif ediblər. Minlərlə fanat "Sinəni aç, Diletta!" -deyə şüar səsləndirib. Xanım jurnalist isə onların təklifinə baş barmağını aşağı yelləyərək cavab verib.

    Muxalifet - 2-10-2019

  19. Bakıda oteldə yanğın: əcnəbilər təxliyyə edildi

    Bakıda oteldə yanğın qeydə alınıb.

    Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Emerald suite” otelin beşmərtəbəli binasının zirzəmisində transformatorun sarğıları yanıb.

    Bina yanğından mühafizə olunub. Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 2-10-2019

  20. Bakıda mənzillərin qiyməti artıb - SƏBƏB?

    Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında istər yayın son ayı üzrə, istərsə də il ərzində qiymətlər artıb.

    "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, avqust ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 0.73 faiz artım olub, il ərzində isə artım 2.23 faiz təşkil edib.

    N.İbrahimov bildirib ki, ilkin mənzil bazarında avqust ayı ərzində 2.36 faiz artım olub, il ərzində isə 10.45 faiz artım baş verib.

    Ekspertin sözlərinə görə, qiymətlərdə artım mövsümi xarakter daşıyır:

    Muxalifet - 2-10-2019

Pages