Axtarış

The search found 105712 results in 0.027 seconds.

Search results

  1. “Bəlkə, hər şey sabah başa çatacaq” – Teymur Rəcəbov

    “Son oyuna qədər məndə hər şey psixoloji cəhətdən hazır idi. Ola bilsin ki, rəqibim üçün elə də asan olmadı”.

    “Report” TASS-a istinadla xəbər verir ki, bu fikirləri Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kuboku finalının üçüncü görüşündə çinli rəqibi Dinq Lireni məğlub edən Teymur Rəcəbov deyib.

    32 yaşlı qrossmeyster qarşılaşmada bütün şanslardan istifadə etdiyini bildirib. Rəcəbov “dueldə “tay-breyk” olacaqmı” sualına belə cavab verib: “Hər şey mümkündür, “tay-breyk” ola da bilər. Bəlkə hər şey sabah başa çatacaq”.

    Muxalifet - 2-10-2019

  2. Ermənistanla Rusiya arasında nə baş verir? - Putinə Yerevanda hörmətsizlik - Video

    Rusiya prezidenti Vladimir Putin 3 il aradan sonra Ermənistana səfər edib. 

    “Yeni Sabah” “Haber Global”a istinadən xəbər verir ki, iki ölkə arasındakı problemlər həm kameralarda, həm də mətbuat konfransındakı suallarda özünü əks etdirib. 

    Putinin Ermənistana zirvə görüşündən bir neçə saat öncə gəlməsi və ziyarətini çox qısa zamanda bitirməsi diqqəti cəlb edib. Ziyarətdə Rusiya ilə Ermənistan arasındakı gərginlik aydın görünüb. Putinin məsafəli şəkildə Paşinyana yanaşdığı diqqətlərdən qaçmayıb. 

    Muxalifet - 2-10-2019

  3. Dünyanın ən gənc milyarder qadını tənha qaldı - AYRILIB...

    Dünyanın ən gənc milyarderi, təşəbbüskar Kayli Cenner sevgilisi reper Trevis Skottla ayrılıblar.

    Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, bu barədə “TMZ” agentliyi cütlüyə yaxın mənbələrə istinadən məlumat yayıb. Cenner və Skott iki illik münasibətdən sonra ayrılmaq qərarına gəliblər.

    Muxalifet - 2-10-2019

  4. Bakıda şok hadisə: Şagirdlər müəllimə hücum etdi

    Qaradağ rayonunda şagirdlər müəllimə hücum edib. 
    Muxalifet.az xəbər verir ki, “Sputnik Azərbaycan”a paytaxtın Qaradağ rayon polis şöbəsindən bildirilib ki, oktyabrın 1-də 11-ci polis bölməsinə 57 yaşlı yerli sakin Abbasova Aygün Lətif qızı tərəfindən şikayət daxil olub.
    Abbasova, artıq uzun müddətdir ki, 127 nömrəli məktəbdə "Kimya" və "Biologiya" fənlərindən dərs deyir. Müəllimə hüquq-mühafizə orqanlarının əməkdaşlarına cari ilin 27 sentyabrında sinifdə 14 yaşlı iki oğlan şagirdi tərəfindən hücuma məruz qalmasından şikayət edib.

    Muxalifet - 2-10-2019

  5. LAVROVDAN PAŞİNYANA ZƏRBƏ: Qarabağı Ermənistan saymır və belə yanaşmanı rədd edir - VƏ ÇOX MARAQLI MÜQAYİSƏ APARIR...

    Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Soçidə “Valday” diskussiya  klubunun iclasında Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət barədə danışarkən Ermənistanın baş nazirini möhkəm pərt edə biləcək bəyanat verib.

    Lavrov Nikol Paşinyanın avqustun 5-də Xankəndində səsləndirdiyi “ Qarabağ Ermənistandır, nöqtə” bəyanatının danışıqlar prosesini əngəllədiyini təsdiqləyib. Və Paşinyanın dediklərini Albaniyanın baş nazirinin Kosovoya dair bəyanatları ilə müqayisə edib.

    Muxalifet - 2-10-2019

  6. "Ukrayna Ermənistanın kürəyinə bıçaq sapladı" - Tevos Arşakyan

    "Ermənistanın və erməni diasporunun Ukrayna üçün etdiyi bütün yaxşı işlərə baxmayaraq, ukraynalılar nədənsə həmişə Ermənistandan daha çox Azərbaycana meyl edirlər".

    Muxalifet - 2-10-2019

  7. “Təhlükəsiz bölgəni terrorçulardan təmizləməkdə qərarımız qətidir” – Hulusi Akar

    “Fəratın şərqində 30-40 kilometrelik en dairəsində sərhəd boyunca ağır silahlardan və terroristlərdən təmizlənmiş təhlükəsiz bölgə, sülh dəhlizinin yaradılmasını zəruri bilirik”.

    Türkiyənin Müdafiə naziri Hulisi Akar bu gün İstanbulda Milli Müdafiə Universitetinin 2019-2020 tədris ilininin açılış mərasimində çıxış edərkən bu fikirləri bildirib.

    Muxalifet - 2-10-2019

  8. Deputatlardan biabırçı görüntülər - FOTOLAR

    Rusiya Milli Məclisi zaman-zaman skandal görüntülərlə yadda qalıb. Anews.az internetdə ən çox danışılan və skandal olan bu görüntüləri təqdim edir: (Metbuat az)

    Muxalifet - 2-10-2019

  9. İrəvan terrorizmi dövlət siyasətinə çevirib - AŞPA-da ŞOK FAKTLAR AÇIQLANDI

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında ən böyük maraq doğuran məruzələrdən biri “Terrorizm qurbanlarının müdafiəsi və dəstəklənməsi” mövzusunda hazırlanmış hesabat oldu.
    Muxalifet.az Azərtac-a istinadən xəbər verir ki, gərgin keçən həmin müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov terror faciələrini hər kəsin lənətlədiyini, amma bu dərdin bütün dəhşətini ilk növbədə onu taleyində yaşayanların olduğunu deyib.

    Muxalifet - 2-10-2019

  10. Yüz milyonlarla insan öləcək, 2,5 milyard insan... - QİYAMƏT XƏBƏRDARLIĞI

    Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinin başçısı Sərdar Məsud Xandan qorxuducu bir bəyanat gəlib.

    O, iki ölkə arasında kiçik miqyaslı münaqişənin genişmiqyaslı nüvə müharibəsinə keçə biləcəyi barədə xəbərdarlıq edib.

    Muxalifet - 3-10-2019

  11. “Rusiya-ABŞ münasibətlərdə hələlik heç bir irəliləyiş yoxdur” - Putin

    Rusiya ABŞ-a münasibətdə heç bir destruktiv addım atmayıb.APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya energetika həftəsinin plenar sessiyasında bildirib.

    Putin deyib ki, bununla bağlı hər hansı başqa düşüncə nəyəsə əsaslanmalı, bununla bağlı sübutlar olmalıdır.

    Onun sözlərinə görə, Rusiya və ABŞ arasında münasibətlərdə hələlik heç bir irəliləyiş yoxdur, lakin Moskva ümid edir ki, gec-tez bu məsələdə Vaşinqtonda sağlam düşüncə hakim olacaq.

    Muxalifet - 3-10-2019

  12. "Qonşu binanın eyvanına lüt əcnəbi kişilər çıxırlar" - AZƏRBAYCANLI DEPUTAT

    Bizim himnimiz "Bayatı-Şiraz" üstündə yazılıb. Təklif edərdim ki, himnimiz qısaldılsın və "Heyratı" üstündə yazılsın". İTV-də yayımlanan "3D" verilişində deputat Tahir Kərimli səsləndirib. T.Kərimli yaşadığı binanın yaxınlığında hotek tikildiyini bildirib: "Qonşuluqda kimsə otel tikdirib. Həmin otelin eyvanında xarici kişilər paltarsız, lüt dayanırlar. Biabırçılıqdır".

    Muxalifet - 3-10-2019

  13. İrəvanda Putinlə qapalı görüşdə Qarabağdan nələr danışıldı? - Paşinyanın çoküşünün ŞOK DETALLARI

    “Paşinyan qeyri-səmimi siyasətçi imicinə malikdir. Eyni zamanda, sözünün üstündə dayanmağı bacarmayan siyasətçi kimi tanınır”.

    Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

    Muxalifet - 3-10-2019

  14. Qrip əleyhinə dərmanların ziyanları - Bu şəxslərə əsla olmaz!

    Qrip əleyhinə istifadə etdiyimiz dərmanların tərkibində zərərli maddələr var. Bu maddələr ürək ritminin pozulması və qan təzyiqinin yüksəlməsinə gətirib çıxara bilər. 

    Muxalifet.az medicina.az-a istinadən xəbər verir ki, bunu kardioloq uzman Dr.Nail Çağlar insanların kortəbii halda ağrıkəsici içmələrinin təhlükələri haqqında danışarkən bildirib. 

    Muxalifet - 3-10-2019

  15. Daha bir milyonçu Bakı türməsində - hüquq müdafiəçiləri onu müdafiə edəcəkmi?

    Səidə Qocamanlı: “Onun azadlığa buraxılması ilə cəmiyyətə heç bir zərər gəlməz”

    Oktyabrın 1-də Bakı Hərbi Məhkəməsində “Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayev 6 il müddətində azadlıqdan məhrum edildi. Onunla bərabər ittiham edilən Namiq Babayev 4 il, Nazim Əliyev 3 il cəza aldı. Eyni zamanda, sabiq deputatın anası Zeynəb Abdullayeva 4 min manat cərimə olunub.

    Muxalifet - 3-10-2019

  16. ​Bu, SSRİ-nin çoküşünü xatırladır - Jirinovskidən ABŞ-la bağlı ŞOK İDDİA

    Demokratlar tərəfindən ABŞ Prezidenti Donald Trampa impiçment proseduru elan edilməsi cəhdi SSRİ-nin çöküşünü xatırladır.
    Bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski deyib.
    O, demokratların demokratik şərtlər altında yaşamağı bacarmadığını bildirib.
    Jirinovski həmçinin vurğulayıb ki, onlar Trampın istefasına hazırlıq görülməsi ilə bağlı hüquqi əsaslara sahib deyillər: “Bizdə 1917 və 1991-ci illərdə belə olmuşdu. Ukraynada isə 2014-cü ilin fevralında...”

    Muxalifet - 3-10-2019

  17. Putin Paşinyana dirsək göstərib getdi - Kremldən Bella gedişi

    Ermənistanın “məxməri” baş naziri Rusiya liderini hava limanına kimi “təqib etdi” - səbəb; Robert Köçəryanla deyil, onun arvadı ilə görüşən Putin Paşinyana bununla nəyi anlatmaq istədi?..

    Muxalifet - 3-10-2019

  18. “Siyasət bizim ailəmizə yük oldu” – Bilal Ərdoğan

    Mən aktiv siyasətin içində yer almaq istəmirəm. Siyasət bizim ailəmizə yük oldu, iftiralara məruz qaldıq, bir çox çətinliklərlə üzləşdik. İtaliyada təhsil alarkən terrorçu qrupun təmsilçiləri tərəfindən məktəbin divarlarına “qatil Ərdoğan” yazıları belə yazıldı”.

    APA-nın yerli bürosundan xəbərinə görə, Türkiyə przeidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnospor Konfederasyiyası prezidenti Bilal Ərdoğan CNN TÜRK-ün “Tərəfsiz bölgə” proqramının qonağı olarkən bu fikirləri bildirib.

    Muxalifet - 3-10-2019

  19. Aqil Abbas döyülən qazilərin müdafiəsinə qalxdı: "Qoçu dəstələri..."

    Millət vəkili Aqil Abbas son günlərin ən çox müzakirə olunan mövzusuna münasibət bildirib, SOCAR-ı ittiham edib. BakuPost həmin yazını olduğu kimi təqdim edir:
    Dalbadal iki gün qazilərlə «SOCAR»ın mühafizə əməkdaşları arasında xoşagəlməz insident yaşanır. Bəlkə də dərin kökləri var, burda hansısa bir əl də işləyir. Bunları bilmirəm, belə şeyləri araşdırmaq hüquq-mühafizə orqanlarının işidir.

    Muxalifet - 3-10-2019

  20. Bakı metrosunda RƏZALƏT - Qadınlar saçyolduya çıxdı - VİDEO

    Bakı metrosunda qızlar arasında əlbəyaxa dava olub.
    İnsidentin görüntüləri sosial şəbəkələrdə yayılıb.
    Videodan göründüyü kimi vaqonda iki xanım əlbəyaxa dava edir. Digər sərnişinlər isə onları ayırmağa çalışırlar.
    Dava sərnişinlərdən biri tərəfindən mobil telefon vasitəsilə çəkilib. Hadisənin metronun “Gənclik” stansıyasında baş verdiyi bildirilir.
    Videonu təqdim edirik:

    baku.ws

    Muxalifet - 3-10-2019

Pages