Axtarış
The search found 105715 results in 0.027 seconds.
Search results
Azərbaycan əsgərini vuran erməni hərbçilər mükafatlandırıldı
İşğalçı Ermənistan danışıqları pozmağa yönəlik daha bir addım atıb. Belə ki, 22 sentyabr, saat 16.15 radələrində təmas xəttini azaraq neytral əraziyə keçən Azərbaycan əsgərini öldürən erməni hərbçilər mükafatlandırılıb. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, 1 oktyabrda bununla bağlı Qarabağdakı qondarma qurumun “prezidenti” Bako Saakyan “fərman imzalayıb”. Azərbaycan əsgərinə atəş açan Paruyr Amirxanyan və Rafik Ordonyan təltif edilib.
Muxalifet - 1-10-2019
Rusiyadan ŞOK HƏMLƏ: bunu ölkə xaricində ilk dəfə etdi - FOTO
Rusiya istehsalı S-500 “Prometey” hava hücumundan müdafiə sisteminin ən əhəmiyyətli elementləri Suriyada sınaqdan keçirilib.
Bu haqda Müdafiə Nazirliyi və hərbi-sənaye kompleksindəki mənbələrə istinadən “İzvestiya” qəzeti yazıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, sınaqlar zamanı mütəxəssislər hərbi texnikanın işində müəyyən problemləri aşkar ediblər, ancaq onları tez aradan qaldırmağı bacarıblar. Dəqiqləşdirilir ki, sınaqlar artıq bitib və müvəffəqiyyətli hesab edilib. Bu, ölkə xaricində S-500-lərin ilk sınağı hesab olunur.Muxalifet - 2-10-2019
SON DƏQİQƏ: Bakıda restoranda KÜTLƏVİ DAVA, bıçaqlanan var
Bakının Yasamal rayonunda restoranda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb.
Muxalifet.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonda yerləşən restoranlardan birində baş verib. Bir neçə nəfər arasında baş verən dava zamanı 25 yaşlı Mərəyev İlkin İlham oğlu ayağından bıçaq xəsarətləri alıb.
Yaralı təcili tibbi yardım birqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldırın kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 2-10-2019
“Qalatasaray” Çempionlar Liqasının ilk ev oyununda məğlub olub
Çempionlar Liqasında II tur start götürüb.
APA-nın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
A, B, C və D qruplarında mübarizə aparan komandalar ikinci matçlarına çıxıblar. Qonşu Türkiyənin qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçisi “Qalatasaray” ilk ev oyununda qüvvəsini sınayıb.
Muxalifet - 2-10-2019
Putin Koçaryanın həyat yoldaşı ilə görüşdü
Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün oktyabrın 1-də Yerevana gələn Rusiya Prezidenti Vladimir Putin Rusiya səfirliyində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryan ilə görüşüb. Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın “Aysor” nəşri yazıb. Ermənistanın sabiq prezidentinin ofisi və Rusiya səfirliyi bu məlumatı şərh etməyiblər.
Muxalifet - 2-10-2019
“Şair” Ziya Məmmədov danışdı
Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun onun adından yayılan şeirlər haqda danışıb. Muxalifet.az xəbər verir ki, o, unikal.org-a açıqlamasında xəbər saytlarında və sosial şəbəkələrdə dartışılan "şair"liyindən danışıb: "Mənim şeirlər yazmağımla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Mən ümumiyyətlə bu zamana qədər heç vaxt şeir yazmamışam. Həmçinin Ziya Hafiz təxəllüsü götürdüyüm də yalandır".
Muxalifet - 2-10-2019
Məhkəmə Batumidə müsəlmanların ayrı-seçkiliyə məruz qaldığını təsdiqlədi - Məscid tikilmir...
Gürcüstanda Batumi şəhər məhkəməsi şəhər rəhbərliyi tərəfindən şəhərin müsəlman əhalisinə qarşı ayrı-seçkilik olduğunu etiraf edib.
Muxalifet - 2-10-2019
Böyük Qarabağ savaşı qaçılmaza çevrilir - Azərbaycan hazırlığı bitirib
Soçidə kritik Qarabağ müzakirələri sülh şansını xilas edəcəkmi? “Rus NATO-su”nun yeni baş katibinin Bakı səfərində əsas hədəf üzə çıxır...
Sabah - oktyabrın 3-də Soçidə Azərbaycan və Rusiya prezidentləri - İlham Əliyev və Vladimir Putin bir araya gələcəklər. Soçi görüşündə Qarabağa məsələsi də diqqət mərkəzində olacaq. Siyasi təhlilçilər hesab edir ki, bu görüş sülh, yoxsa savaş perspektivinə aydınlıq gəlməsi baxımından mühüm önəm kəsb edir və hətta həlledici ola bilər.
Muxalifet - 2-10-2019
Azərbaycanda yeni fond yaradıldı
Nazirlər Kabineti Dövlət Əməyin Mühafizəsi Fondunun əsasnaməsini təsdiqləyib.
Muxalifet.az xbər verir ki, əsasnamə Dövlət Əməyin Mühafizəsi Fondunun idarə olunması və onun vəsaitlərindən istifadə edilməsi qaydalarını tənzimləyir.
Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdir.Muxalifet - 2-10-2019
Rusiya İdlibdə döyüşmək istəmir – «Moskva yeni itkilərdən qaçmağa cəhd edir»
İdlib şəhərində gələcək hərbi fəaliyyətə yönəlik fikirlər haçalanır. Ancaq mütəxəssislər təmas xəttinə yaxın rayonlarda Suriya rejim ordusu tərəfindən hücumun bərpasından ciddi şəkildə ehtiyatlanırlar.
«Arabi 21»-ə danışmağa razılıq vermiş hərbi və siyasi dairələrdəki mənbələrin sözlərinə görə, yaxın vaxtlarda Rusiya İdlibə ediləcəyi gözlənilən hücumda iştirak etməyəcək. Bunun bir sıra səbəbləri var.
Muxalifet - 2-10-2019
Xocavənd rayonunun işğalından 27 il ötür – İcma bəyanat yaydı
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
İcmadan daxil olan bəyanatda deyilir:
"Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir.
Muxalifet - 2-10-2019
Paşinyan Putini hava limanından yola saldı və arxasınca elə sözlər dedi ki... - FOTO
“Rusiya prezidenti ilə daha bir yarım saatlıq görüşüm oldu”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial media hesabında yazıb.
Baş nazir bildirib ki, görüş Zvartnots hava limanında baş tutub. Ardınca da qeyd edib ki, Ermənistan-Rusiya münasibətləri müsbətdir və müsbət cərəyanda inkişaf edir.
Görüşün məzmunu ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Vladimir Putin ötən gün Avrasiya İqtisadi Birliyinin liderlər zirvəsinin görüşü üçün paytaxt İrəvana səfər etmişdi.//publikaMuxalifet - 2-10-2019
“Laçın” Ticarət Mərkəzinin sahibinin oğlu ilə bağlı qərar verdildi
Bakıda piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Unikal.org xəbər verir ki, Bakı Apellasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara görə, S.Vəliyevin apellyasiya şikayəti təmin edilməyib.
Muxalifet - 2-10-2019
Səlim Müslümovun "Ağsu aşırımı": sabiq nazir rayonu necə nəzarətdə saxlayıb?
Sentyabrın 30-da dövlət başçısının sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev vəzifəsindən azad edilib. Rayona təyin olunmuş yeni icra başçısı Vahid Tağıyev oktyabrın 1-də kollektivə təqdim olunub. V.Tağıyevi kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.
Muxalifet - 2-10-2019
Sərhəddə TƏXRİBAT: Bölmələrimiz intensiv atəşə tutuldu
Ötən gün Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən ərazimizə döğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanmış və qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Muxalifet - 2-10-2019
Ekspertdən dollarla bağlı AÇIQLAMA: "Banklara ona görə inam qalmayıb ki..."
"Rəsmi rəqəmlər göstərir ki, bankların kredit portfelində artımlar olsa da, vətəndaşların əmanətində artım qeydə alınmır”.
Bunu Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd edib.
İqtisadçı ekspert bildirib ki, banklarda əmanətlərin həcminin azalması depozit faizlərinin kifayət qədər aşağı olması və banklara inamın tam bərpa olunmaması ilə bağlıdır:
Muxalifet - 2-10-2019
Putin Yerevan küçələrində öz “Aurusu”u ilə gəzdi - ERMƏNİ SERİYALI “MERCEDES” PESKOVA QALDI...
Yerevanda ötən gün keçirilmiş Avrasiya İqtisadi Birliyinin ali şurasının iclasında iştirak etmək üçün Ermənistana səfər edən Rusiya prezidenti Vladimir Putinin başçılıq etdiyi nümayəndə heyətinə erməni tərəfi ARM 007 dövlət nömrəli “Mercedes” miniveni ayırıb.
Muxalifet - 2-10-2019
Məşhur müğənni eşşək üçün mahnı oxudu - Video
Türkiyəli məşhur müğənni və bəstəkar Sezen Aksu “Yük heyvanlarını qoruma dərnəyi”nin fermasında olub.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi keçən həftə ölən anasından süd içməyə çalışan balaca eşşəklə yaxından maraqlanıb.
Fermaya tez-tez baş çəkən və dərnəyin könüllü işçilərinin ən böyük dəstəkçisi olan xanım ifaçı Boza adlı sıpanı öpüşlərə qərq edib və ona mahnı oxuyub.
Muxalifet - 2-10-2019
Qarabağ qazisi vəfat etdi - FOTO
Qarabağ qazisi Abuzər İsmayılov vəfat edib. Publika.az xəbər verir ki,Qarabağ müharibəsində DİN XTPD əməkdaşı kimi ağır döyüşlərdə iştirak etmiş A.İsmayılov beyin şişi xəstəliyindən dünyasını dəyişib. Qeyd edək ki, qazinin vəziyyəti təxminən 2 ay əvvəl ağırlaşmışdı. Yaxınları onun Türkiyədə və ya Almaniyada əməliyyat olunması üçün yardıma ehtiyaclarının olduğunu bildirmişdi.
Muxalifet - 2-10-2019
“Jurnalistlər binası”nda “kupça” verilir - FOTOLAR
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə başçısı cənab İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstərir.
Muxalifet.az bildirir ki, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanılr.
Tədbir Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutur.
Həmin anları əks etdirən fotoları təqdim edirik.//Yeni SabahMuxalifet - 2-10-2019