Axtarış

The search found 105712 results in 0.026 seconds.

Search results

  1. “Jurnalistlər binası”nda “kupça” verilir - FOTOLAR

    Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə başçısı cənab İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstərir.
    Muxalifet.az bildirir ki, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanılr.
    Tədbir Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutur.
    Həmin anları əks etdirən fotoları təqdim edirik.//Yeni Sabah

    Muxalifet - 2-10-2019

  2. ALİMDƏN ŞOK İDDİA - Leonardo Da Vinçi azərbaycanlı olub

    İngilis tarixçi Simon Hevitt italyan rəssam Leonardo Da Vinçinin əslən Xəzər dənizi hövzəsində yaşamış türklərdən olduğunu iddia edib. Muxalifet.az bildirir ki, ingilis tarixçinin İntibah (Renesans) dövrünün simvolu kimi qəbul edilən rəssam barədə iddiası rezonans yaradıb. Simon Hevitt Leonardo da Vinçinin atalarının Xəzər hövzəsində (Qafqaz bölgəsində) yaşamış türklərdən ola biləcəyi iddiasını önə sürüb. İddia Hevittin "Leonardo da Vinçi və Qiyamət" kitabında yer alıb.

    Muxalifet - 2-10-2019

  3. İran Ermənistana qucaq açdı – Paşinyan İran prezidentinə təşəkkür etdi

    Ermənistanın baş naziri Nikol Paşinyan İrana Qarabağ məsələsindəki “ölçülü-biçili” mövqeyinə görə təşəkkür edib.

    Modern.az-ın məlumatına görə, “Azadlıq” radiosunun erməni xidməti xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkədə keçirilən Avrasiya İqtisadi İttifaqının iclasında iştirak üçün gəlmiş İran prezidenti Həsən Ruhani ilə görüşüb.

    Paşinyan İran prezidenti ilə söhbətində deyib ki, Tehran və Yerevan arasında münasibətlər yüksək səviyyədə qalmaqda davam edir.

    Muxalifet - 2-10-2019

  4. 24 yaşlı qız bakirələyini millət vəkilinə satıb - Şok etiraf / FOTOLAR

    İngiltərədə yaşayan Lia adlı gənc qız bakirəliyini millət vəkillərindən birinə satıb. “Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, o, 1,3 milyon funt sterlinq (2 milyon 700 min AZN) qarşılığında millət vəkili ilə cinsi əlaqədə olduğunu etiraf edib. Lia deputatın 2 ay öncə populyar internet saytlarından biri vasitəsilə onunla əlaqə yaratdığını bildirib. Onun sözlərinə görə, deputatın təklifini qəbul etməsi barədəki qərarını anası da dəstəkləyib. Siyasətçinin adını açıqlamayan 24 yaşlı gənc qız onun 50-dən çox yaşı olduğunu deyib.

    Muxalifet4 - 2-10-2019

  5. Trampa ŞOK: Amerikalılar onun vaxtından əvvəl vəzifədən getməsi üçün...

    ABŞ prezidenti Donald Trampın impiçment edilməsi ölkədə vətəndaş müharibəsinə gətirib çıxara bilər.
    Muxalifet.az xəbər verir ki, bunu Tramp özü iddia edib.
    Tvitter hesabından paylaşdığı mesajda vəzifəsindən kənarlaşdırılmasının ölkədə vətəndaş müharibəsinə bənzər çatlaq yaradacağını deyib.
    Aparılan anket sorğularına görə, amerikalılar Konqresin Nümayəndələr Palatasının Trampı impiçment etməsindən razıdır. Amerikalıların 55%-i Tramp haqqında istintaqın açılmasını qəbul edərkən, 45%-i belə bir istintaqın lazımsız olduğunu deyir.

    Muxalifet - 2-10-2019

  6. “Bəyin oğurlanması” filmindəki ev bu qiymətə kirayə verilib - Foto / Video

    Azərbaycanın kino mədəniyyətinin nadir incilərindən biri də "Bəyin oğurlanması” filmidir. 1985-ci ildə "Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan bu tammetrajlı bədii filmin rejissorları Ceyhun Mirzəyev və Vaqif Mustafayev, əsas rolların ifaçıları isə Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara Şakirova və Şamil Süleymanov olub.

    Muxalifet - 2-10-2019

  7. "Muğanbank"la bağlı ilginc iddialar... - Bankın Eldar Mahmudovla nə əlaqəsi var?

    Sabiq millət vəkili, “Odlar Yurdu” Universitetinin və “Muğanbank”ın real sahibi Əhməd Vəliyev özünün çətin günlərini yaşayır. Onun kurasiyasında olan müəssisələrinin içərisində ən kritik durumda olan isə “Muğanbank”dır. Bununla bağlı cumhuriyyet.az bildirir ki, xüsusilə son illər bank sektorundakı əvvəlki nüfuzunu itirmiş “Muğanbank” artıq müştəri etimadını da tükəndirib.
    İflasdan xəbər verən statistika

    Muxalifet - 2-10-2019

  8. Как поживают азербайджанские букмекеры?

    Букмекерство в Азербайджане живет и развивается практически все эти годы. Данная отрасль переживала кризис лишь в 2015 году, когда вся экономика страны рухнула в одночасье. А вот в остальные годы, когда различные производства или сельское хозяйство спасалось государством, букмекеры, наоборот, наращивали обороты и даже готовы были платить больше налогов (после кризиса был введен даже 10%-ный налог на выигрыш), при этом нисколько не сокращая своих поступлений.

    Muxalifet4 - 2-10-2019

  9. 673 nəfər öldü - ÖLKƏ ŞOKDA

    Hindistanda iyun ayından bəri yağan musson yağışları 673 nəfərin həyatına son qoyub.

    Bu barədə “Hindustan Times” informasiya yayıb.

    Xəbərə görə, son 25 ilin ən şiddətli musson yağışları böyük dağıntılara və qəzalara səbəb olub. Tələfata ən çox səbəb olan isə məhz bu dağıntılardır.

    Hesabat göstərir ki, Hindistana bu il 50 illik ortalama səviyyədən 10% daha çox yağış düşüb.

    Muxalifet - 2-10-2019

  10. Ölümlə təhdid edilən polis mayoru DANIŞDI

    Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev onu təhdid edən naməlum şəxs barədə qısa məlumat verib. Muxalifet.az xəbər verir ki, o, yeniavaz.com-a açıqlamasında bildirib ki, hal-hazırda onu öldürməklə təhdid edən adamla bağlı araşdırma gedir: "Xahiş edirəm səbirli olun, biz baxaq görək həmin adam kimdir, nədir. Görək, gedişat nə göstərəcək. Bütün hallar araşdırılır. Bütün məlumatları aydınlaşdırıb mən özüm xəbər verəcəm".

    Muxalifet4 - 2-10-2019

  11. SON DƏQİQƏ: Azərbaycan-İran sərhədində ATIŞMA - Ölənlər var

    Azərbaycan-İran sərhədində qaçaqmalçılarla sərhədçilər arasında növbəti silahlı insident baş verib, Dövlət Sərhəd Xidməti ölənlərin olduğunu bildirir.

    Belə ki, oktyabrın 2-də saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin döv­lət sərhədini pozmaları müşahidə olunub. 

    Muxalifet - 2-10-2019

  12. Ağdamda DƏHŞƏT: Ana 10 aylıq körpəsini boğub öldürdü

    Ağdam rayonunun Qərvənd kəndində 10 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Günel İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirib. 

    Məhləmənin baxış iclası oktyabrın 9-na təyin edilib.

    Muxalifet - 2-10-2019

  13. Prezident daxili işlər nazirini qovdu, rütbəsini mayora endirdi - BÜTÜN MÜKAFATLARI DA LƏĞV OLUNDU

    Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Daxili İşlər nazirini vəzifədən azad edib.

    Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, general-leytenant İsgəndər Mulikovun rütbəsi mayora qədər endirilib, bütün dövlət mükafatları ləğv edilib.

    Muxalifet4 - 2-10-2019

  14. Uşaqları “ölüm oyunu”nun cəngindən necə xilas etmək olar? - Valideynlər mütləq oxusun!

    Gürcüstanın İmereti rayonunun Tskaltubo qəsəbəsində 18 yaşlı oğlan özünü 9-cu mərtəbədən ataraq intihar edib. Gəncin “Mavi balina” oynadığı açıqlanıb. Bu Gürcüstanda son 15 gündə "Mavi Balina"ya görə baş verən 3-cü intihar hadisəsidir.
    Azərbaycana qonşu olan digər ölkələrdə də bu oyun ölüm saçmağa davam edir.
    Xatırladaq ki, ötən illərdə Azərbaycan da “Mavi Balina” ilə bağlı bir neçə müəmmalı intihar hadisələri qeydə alınıb. 
    Bu da valideynləri təlaşlandırır. Bəs Uşaqları bu "ölüm oyunu"nun cəngindən necə xilas etmək olar?

    Muxalifet - 2-10-2019

  15. Məşhur moda evinin nümayişində BİABIRÇILIQ

    Məşhur fransız markası “Chanel”in dəfiləsində qadınlardan biri şounu pozmaq istəyib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Paris Moda Həftəsi çərçivəsində dünən “Chanel”in yeni kolleksiyası nümayiş olunub. Şou zamanı tamaşıçılardan biri gözlənilmədən podiuma qalxaraq yeriməyə başlayıb. Bu zaman dünya şöhrətli model Cici Hadid qadına yaxınlaşaraq onu nəzakətlə podiumdan aşağı endirməyə çalışıb. Digər modellər yaranmış qarışıqlığı qonaqlara hiss etdirməməyə çalışıb. Daha sonra qadın zorla podiumdan kənarlaşdırılıb. Dəfilədən sonra məlum olub ki, qadın yutuberdi.

    Muxalifet - 2-10-2019

  16. Fuad Abbasov bu kanalda fəaliyyətə başladı

    Tanınmış jurnalist Fuad Abbasov Azərbaycanda özəl televiziyalardan birində fəaliyyətə başlayıb.

    Unikal.org-un əldə etdiyi məlumata görə, Fuad Abbasov Xəzər Televiziyasında yeni layihə ilə tamaşaçıların önünə çıxacaq. Onun tok-şou verilişi aparacağı bildirilir. Veriliş oktyabr ayından etibarən efirdə olacaq.

    Qeyd edək ki, azərbaycanlı jurnalist Fuad Abbasov bir neçə müddət öncə Moskvada  həbs edilmişdi.  Sonra isə o, Azərbaycana deportasiya edilmişdi.

    Muxalifet - 2-10-2019

  17. “İnkişaf etmiş ölkələrə yaxınlaşırıq” – Kasıblarla varlıların xəstəlikləri, ölüm səbəbləri

    Kanadanın Makkaster Universiteti insanların ölüm səbəbləri ilə bağlı maraqlı araşdırma aparıblar. Belə ki, 5 qitədə yerləşən 21 ölkədə yaşayan minlərlə insanın yaşayış tərzinin analiz edildiyi qlobal araşdırmada xərçəng xəstəliyinin digər xəstəliklərdən və ölüm səbəblərindən 50 yaşdan sonra daha çox can aldığı üzə çıxıb. Araşdırmaya İsveç, Türkiyə, Çili, Argentina, Kanada və Polşa kimi ölkələr də daxil edilib.

    Muxalifet - 2-10-2019

  18. İlham Əliyev partiyanın fəxri sədri seçildi - Hafiz Hacıyevdən gözlənilməz addım...

    Bu gün Müasir Müsavat Partiyasının (MMP) mərkəzi qərargahında Partiyanın rayon, şəhər təşkilatlarının, qadınlar, gənclər təşkilatlarının sədrləri ilə Siyasi Şuranın birgə geniş iclası keçirilib. Bu barədə GÜNpress.az-a partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Bildirilib ki, iclasda ölkə yaranmış ictimai-siyasi vəziyyət, kənardan ölkəmizə qarşı aparılan məkrli planlar, Dağlıq Qarabağ ətrafında yaranmış son durum geniş şəkildə müzakirə edilib.

    Muxalifet - 2-10-2019

  19. “Mənim qazilər barədə heç bir açıqlamam olmayıb!” - Siyavuş Novruzov HİDDƏTLƏNDİ

    “Cəmil Həsənli, niyə baş vermiş hadisənin mahiyyətini, sadə həqiqətləri dəyişdirib şər-böhtanla məşğul olursunuz? Ən azından bu sizin yaşınıza, saçınızın rənginə yaraşmaz. Bilənlər bilir ki, Qarabağ döyüşlərində iştirak etmiş Siyavuş Novruzov Qarabağ qaziləri haqqında belə ifadələr işlətməz”. Muxalifet.az xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə sədri, YAP icra katibinin müaviuni Siyavuş Novruzov onun adından “Feysbuk” sosial şəbəkəsində yayılmış saxta açıqlamaya münasibət bildirərkən deyib.

    Muxalifet - 2-10-2019

  20. Taleh Bağırzadənin həyat yoldaşının cinayət işinə XİTAM VERİLDİ

    "Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadənin cinayət işinə xitam verilib. 

    Muxalifet.az xəbər verir ki, bu barədə APA-ya vəkil Fəxrəddi Mehdiyev məlumat verib. O bildirib ki, bu gün cinayət işinə xitam verilib. 

     L. İsmayılzadə Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) ittiham verilmişdi

    Muxalifet - 2-10-2019

Pages