Axtarış
The search found 105715 results in 0.03 seconds.
Search results
"Anası ilə birlikdə içəndən sonra..." - 2 aydır yoxa çıxan gəlindən ŞOK sözlər - VİDEO
İki aydır yoxa çıxan 2 ayın gəlini Məmmədli Mujgan Salman qızı Bərdədə tapılıb.
Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, qaynananın evindən yoxa çıxan Müjganın anası "Səni axtarıram" proqramına gələrək qızının tapılması üçün kömək istəmişdi. Əri və qayınanası tərəfindən şiddətə məruz qaldığı üçün evdən qaçdığını deyən Müjgan bu iki ay ərzində
Gəncədə, Yevlaxda, Bərdədə yaşayıb. O, bu müddət ərzində kirayələdiyi günlük evlərdə qalıb.
Muxalifet - 30-09-2019
Müharibə Səudiyyə torpaqlarına keçdi: 2000 əsir, 200 ölü, 3 alay və... - ŞOK GÖRÜNTÜLƏR / FOTO/VİDEO
Yəməndəki Husi qiyamçıları Səudiyyə Ərəbistanının ərazisində keçirdiyi əməliyyatlarda yüzlərlə Səudiyyə əsgəri də daxil olmaqla, minlərlə koalisiya əsgərini əsir götürdüklərini iddia etmişdilər.
Husilərə məxsus “Almasirah” televiziya kanalı koalisiya əsgərlərinin və əməliyyatların görüntülərini yayıb.
Muxalifet - 30-09-2019
“Azərbaycanda oynasam, oranın himnini oxuyaram” – Acun Ilıcalı
“Fənərbağça” klubunun almaniyalı futbolçusu Maks Kruzenin Türkiyə Super Liqasının VI turunda “Qalatasaray”la səfər matçında Türkiyənin dövlət himnini oxuması birmənalı qarşılanmayıb. “Report” xəbər verir ki, tanınmış futbol şərhçisi Sinan Engin “Bəyaz TV”də “Maks Kruzeyə İstiqlal Marşını Acun Ilıcalı öyrədib” deyib. Onun həmkarı Ahmet Çakar isə “Maks Kruze kimi bir əcnəbinin İstiqlal Marşını öyrənməyi hoqqabazlıqdır” söyləyib.
Muxalifet - 30-09-2019
Qoz ləpəsi ilə bağlı VACİB XƏBƏRDARLIQ: Sağlamlıq üçün çox təhlükəlidir
Qoz nə qədər faydalı olsa da, vaxtı keçdikdə və ya düzgün məhsul seçilmədikdə zərərli ola bilər.
Muxalifet - 30-09-2019
Rafael Cəbrayılov mətbuat konfransı keçirdi - DEPUTAT BORC QALMAQALINA AYDINLIQ GƏTİRDİ / VİDEO
Son günlər ətrafında müxtəlif qalmaqallar yaranmış deputat Rafael Cəbrayılov mətbuat konfransı keçirib.
Deputat mətbuat konfransında özü ilə bağlı yayılan məlumatlar barədə danışıb.
Muxalifet.az Real TV-yə istinadən mətbuat konfransından görüntünü təqdim edir:
Muxalifet4 - 30-09-2019
“Son 25 ildə manat cəmi 2 dəfə kəskin ucuzlaşıb” – Elman Rüstəmov
“Ölkədə biznes kreditlərinin illik faiz dərəcəsi, əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi uçot dərəcəsi əsasında formalaşır”.
Bunu jurnalistlərə açıqlamasında AMB-nin sədri Elman Rüstəmov deyib.
“Bununla yanaşı, əmanət faizləri, eləcə də dövlət qiymətli kağızlarının da gəlirliliyi müəyyən qədər uçot dərəcəsindən asılı olaraq dəyişir. Burada birbaşa təsirə o vaxt nail olacağıq ki, inflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik”, – o qeyd edib.
Muxalifet - 30-09-2019
"Eybəcərlərin bəxti var, məni sevən yoxdur" - Nura Suri
Məni sevən var ki, qısqanan da olsun?
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri "5/5" verilişində deyib. Sənətçi sevgisizlikdən gileylənib:
"Hər zaman eybəcərlərin bəxti yaxşı olur. Məni sevən yoxdur".Muxalifet - 30-09-2019
“Ya Badi öləcək, ya “Lotu Quli”....” - QANUNİ OĞRULARIN ÖLÜM-DİRİM MÜBARİZƏSİ...
Cinayətkar dairələrdə “Badri Kutaisski” kimi tanınan “qanuni oğru” Badri Koquaşvili ilə Azərbaycanın baş kriminal avtoriteti Nadir Səlifov (“Lotu Quli”) arasındakı müharibə həlledici mərhələyə qədəm qoyub və opponentlərdən birinin ölümü ilə yekunlaşa bilər.
Virtualaz.org xəbər verir ki, bu haqda “Rosbalt” agentliyi yazır.
Muxalifet - 30-09-2019
Sabah bu rayonlarda qaz olmayacaq
Oktyabrın 1-də saat 10:00-dan 2 rayonda qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Muxalifet.az-a bildirilib ki, Qaradağ rayonunun Ələt qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində sazlama işləri ilə bağlı qəsəbədə bir qrup abonentin qaz təchizatı dayandırılacaq.
Pirallahı rayonu “Yeni qəsəbə” ərazisini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində və Kamil Rzayev küçəsinə gedən yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar isə rayon ərazisində bir qrup abonentin qaz təchizatında fasilələr olacaq.Muxalifet - 30-09-2019
Yasamalda 3 kişi qadını zorakılıqla öldürdü
Sentyabrın 23-də saat 22 radələrində Yeni Yasamal-1 yaşayış sahəsində Maya Kərimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Kərimovanın Lənkəran rayon sakinləri H.Nəsirli və əvvəllər məhkum olunmuşlar - F.Axundov, R.Quluzadə tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.
Muxalifet - 30-09-2019
Qarabağa gedən türk jurnalist barədə cinayət işi açılır
Bir televiziya proqramında “qatil dövlət” ittihamı ilə diqqət çəkən türk teleaparıcı Nagehan Alçı barəsində cinayət işi açıla bilər.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, məşhur aparıcının televiziya proqramında səsləndirdiyi fikirlər ertiraza səbəb olub.
N.Alçı canlı yayımda Türkiyəni “qatil dövlət” adlandırıb.
Etiraz yaradan bu çıxışdan sonra onun haqqında Sərdar Aydın adlı bir Türkiyə vətəndaşı prokurorluğa gedərək, onun barəsində cinayət işinin açılmasını istəyib.
Vətəndaşın tələbindən sonra məsələnin araşdırılacağı bildirilib.Muxalifet - 30-09-2019
Azərbaycanlı müğənni elə geyimdə verilişə çıxdı ki... - VİDEO
Açıq-saçıq paylaşımları ilə gündəm olmağı bacaran gənc müğənni Mina Hüseyn yenidən diqqət mərkəzinə düşüb.Gənc ifaçı bu dəfə ATV telekanalında yayımlanan "Axşamın oyunu" verilişinə geyindiyi paltar ilə gündəm olub.Muxalifet - 30-09-2019
Nazirdən yüksək vəzifəyə TƏYİNAT - Foto
Daxili işlər orqanlarında yeni təyinat olub.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Mingəçevir şəhər Polis İdarəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Qeyd edək həmin vəzifədə çalışan Elxan Həsənov iki gün əvvəl tutduğu vəzifədən azad edilib.
Muxalifet - 30-09-2019
“Biz ora ordunu, sərhədçiləri yerləşdirməyə hazırıq…” – Lukaşenko
Minskdə Ukrayna KİV-i ilə görüşündə Aleksandr Lukaşenko bəyan edib ki, Belarus Respublikası Donbasa sülhməramlı missiya yerləşdirməyə və Ukrayna-Rusiya sərhədini nəzarət altına almağa hazırdır. Ancaq, «112 Ukrayna»-nın xəbər verdiyi kimi, Belarus prezidenti əlavə edib ki, bunun üçün Ukrayna və Rusiyanın müvafiq qərarı olmalıdır. «Siz, buyurun, Ukrayna bir tərəfdən və Rusiya digər tərəfdən, istəsəniz LXR, DXR rəhbərliyi ilə birlikdə – bu, artıq sizin işinizdir – bizim rolumuzu müəyyən edin.
Muxalifet - 30-09-2019
Putin etirazlar qarşısında geri çəkilir - mühüm gəlişmələr
Bu ilin iyulundan etibarən Rusiyada başlayan etiraz aksiyaları səngimək bilmir. Sentyabrın 8-də Moskva Şəhər Bələdiyyəsinə keçirilən seçkilərdə bəzi müxalif namizədlərin qeydə alınmaması səbəbilə start götürən mitinqlər təkrarlanır. Aksiyalarda həbs edilən iştirakçılar müxtəlif cəzalara məhkum ediliblər.
Muxalifet - 30-09-2019
"Sosial şəbəkədə söyüşün biri bir qəpikdir, heç kim bunu durduğu yerdə etmir, onlar nədənsə küsüblər"
"Məni "Maşın" şouya dəvət etsəydilər, razılıq verməyim çətin olardı. Ya birinci gedərdim, ya da qalib olardım".
Bu sözləri Xalq artisti Murad Dadaşov Murad Arifin "Popumuz var" layihəsində deyib. Şoumen "Maşın" şoudan söz açıb. O, layihəsinə qatılmayan məşhurlardan danışıb:
Muxalifet - 1-10-2019
Ürəyi zəif olanlar baxmasın! - Dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ / FOTO / VİDEO
Cənubi Afrika Republikasında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mikroavtobusun taksi və bir başqa minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
Qəzanın görüntüləri başqa bir avtomobilin kamerası ilə anbaan qeydə alınıb. Həmin görüntüləri təqdim edirik.//PublikaMuxalifet - 1-10-2019
İki aydır yoxa çıxan gəlindən ŞOK açıqlamalar - VİDEO
İki aydır yoxa çıxan 2 ayın gəlini Məmmədli Mujgan Salman qızı Bərdədə tapılıb.
Muxalifet.az xəbər verir ki, qaynananın evindən yoxa çıxan Müjganın anası "Səni axtarıram" proqramına gələrək qızının tapılması üçün kömək istəmişdi.
Əri və qayınanası tərəfindən şiddətə məruz qaldığı üçün evdən qaçdığını deyən Müjgan bu iki ay ərzində Gəncədə, Yevlaxda, Bərdədə yaşayıb. O, bu müddət ərzində kirayələdiyi günlük evlərdə qalıb.
Dəfələrlə ata evinə getsə də, ailəsinin ona sahib çıxmadığını deyən Müjgan qaçmaqdan başqa çarə görmədiyini deyib:
Muxalifet - 1-10-2019
“Bizə əmr etmək olmaz” – Vladimir Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun ölkəsi bəzi dövlətlərin tələblərini, o cümlədən sifarişli araşdırmalar aparmaq göstərişlərini yerinə yetirməyəcək.
Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.
Dövlət başçısı qeyd edib ki, ölkənin hüquq-mühafizə orqanları qanun pozuntularını araşdırmağa hazırdır, amma bu, xaricdən olunan xahişlərlə əlaqədar edilməyəcək.
Muxalifet - 1-10-2019
Prezidentlərin telefon danışıqlarını kimlər və necə dinləyir - FAKTLAR
Dünyada ən çox dinlənilən telefon söhbətlərini ölkə başçıları edirmiş
Prezident Trampın Ukrayna prezidenti Zelenski ilə telefon danışığı ABŞ siyasi gündəminin əsas mövzusu olaraq qalır. Məsələ ondadır ki, Konqresdə çoxluqda olan demokratlar ABŞ prezidentini telefon danışığı zamanı qanunları pozaraq Ukrayna prezidentinə təzyiq etməkdə günahlandıraraq ona qarşı impiçment prosesi başladıb.
Muxalifet - 1-10-2019