Axtarış
The search found 105715 results in 0.049 seconds.
Search results
“2-3 dəfə artıq qiymət yerə-göyə sığmır” – Ehtiyat hissələri niyə 3 qat baha satılır?
"Gürcüstanla müqayisədə Azərbaycanda gömrük rüsumları çox yüksəkdir. Bu, avtomobil sahəsində də - istər avtomobillərin gətirilməsi zamanı qiymətlərdə, istərsə də ehtiyat hissələrində özünü göstərir". Muxalifet.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı avtomobil hissələrinin Gürcüstanla müqayisədə Azərbaycanda qat-qat baha olması faktını şərh edərkən deyib.
Muxalifet - 27-09-2019
Azərbaycanın ən gözəl qızı seçildi - VİDEO
“Miss&Mr. National Azerbaijan” gözəllik müsabiqəsinin final gecəsi keçirilib.
Demokrat.az xəbər verir ki, münsiflər heyətində ukraynalı buker Vitalina Rozbitskaya, Gürcüstanda “Maximum” model evinin sahibi İrina Çaxunaşvili, Moldovanın “Eurovision” təmsilçisi, Əməkdar artist Olya Tira, türkiyəli kreativ direktor, stilist Erdi Şən, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və millət vəkili Jalə Əliyeva yer alıblar.Muxalifet - 27-09-2019
Bu avtobusların hərəkət istiqaməti dəyişdiriləcək
Bakıda 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək.
Bu barədə Muxalifet.az-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.Muxalifet - 27-09-2019
"Aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı 5000 nəfərə çatıb"
Sentyabrın 27-də Təhsil naziri Ceyhun Bayramov İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.
Muxalifet - 27-09-2019
Odlar Yurdu Universitetinin rektoru “nurçu” damğasından xilas ola bilmir – ŞOK SƏBƏBLƏR
Əhməd Vəliyevin bütün cəhdlərinə rəğmən, universitetin tələbələri Türkiyədə təhsillərini davam etdirə bilmirlər
Muxalifet4 - 27-09-2019
Elza Seyidcahanın anasının yaşadığı ev təəccüb doğurdu - FOTOLAR
Əməkdar artist Elza Seyidcahanın anasının yaşadığı ev hər kəsi təəccübləndirib.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, "Ulduzlu yayım" verilişinin qonaq olduğu evin hasarının olmaması diqqət çəkib.
Müğənninin anası Seyidcahan bildirib ki, "Kubinka" adlı ərazidə evi plana düşüb, ona görə də Zirə kəndinə köçüb.
"Hazırda təmir işləri gedir. Buranı belə almışam. Övladlarım kömək edəcək düzəldəcəm" deyə, o, söyləyib.
Daha sonra sənətçinin anası müsahibə verməkdən boyun qaçırıb. E.Seyidcahan isə söyləyib ki, evi kreditlə anasına özü alıb.Muxalifet - 27-09-2019
ABŞ-da "yaxşıyam" işarəsi verənlər cəzalandırılacaq - Bu əl işarəsi nasistliklə eyni səviyyədə qəbul ediləcək
1913-cü ildə ABŞ-da qurulan İftira və İnkarla Mübarizə Birliyi irqçiliklə bağlı hərəkətlər siyahısına yenisini əlavə edib. “Qafqazinfo” xəbər verir ki, bundan sonra “yaxşıyam” mənasını verən baş və işarə barmaqların birləşərək digər barmaqların açılması irqçilik sayılacaq. Buna görə ABŞ cəzalar da nəzərdə tutur. Birliyin qənaətinə görə, bu əl işarəsi nasistlərin salamlaşması ilə eyni səviyyədə qəbul ediləcək.
Muxalifet4 - 27-09-2019
Keçmiş merin evinin zirzəmisindən 13 ton qızıl tapıldı - VİDEO
Çin polisi Qançjou şəhərinin keçmiş meri Çjan Tsinin evinin zirzəmisindən 13,5 ton qızıl tapıb.
Xarici KİV-lər xəbər verir ki, qızıllar külçələr şəklində olub. Bundan başqa, xeyli miqdarda nağd pul da aşkarlanıb. 57 yaşlı Çjan mer olanadək Kommunist Partiyanın katibi olub.
Qeyri-rəsmi məlumata görə, Çjanın evinin zirzəmisindən ümumilikdə 268 milyard yuan tapılıb.
Muxalifet4 - 27-09-2019
Azərbaycanın milyardlarla vəsaiti xarici ölkələrə necə axıdılır... "AZƏRSUN" RƏHBƏRİ HAQDA ŞOK FAKTLAR
Bu gün Azərbaycanda qida sənayesindən danışanda, ilk olaraq ağıla “Azersun Holding” gəlir. Bu sahə üzrə bazarda əsas paya sahib olan holdinq ölkəmizdə milyardlarla pul qazanır.
Muxalifet4 - 27-09-2019
Qadını şantaj edərək, 200 manat tələb edən şəxs saxlanıldı
Xırdalan sakinini şantaj edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron RPİ-yə ərizə ilə müraciət edib, sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etməsini bildirib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb.
Muxalifet4 - 27-09-2019
Milyarderin cəsədi binanın kanalizasiyasından tapıldı
Bir həftə əvvəl -20 sentyabr cümə günü Hollandiya vətəndaşı, yəhudi mənşəli 71 yaşlı milyarder Tob Koenin cəsədi Keniyanın Kitisura şəhərindəki bir yaşayış binasının kanalizasiyasından tapılıb.
"Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, mərhumun cəsədində yara izləri aşkar edilib. Daha sonra milyarderin qətldə şübhəli bilinən arvadı, keniyalı Sara Vairimu həbs olunub. Sentyabrın 24-də Koen Nayrobidə bir yəhudi qəbiristanlığında dəfn edilib.
Muxalifet4 - 27-09-2019
Ərdoğanın verdiyi vaxta GÜNLƏR QALDI: 80 minlik qüvvə... - Ankaradan MÜHARİBƏ ANONSU
Suriyanın şimalında təhlükəsizlik bölgəsinin qurulmasını planlaşdırırıq. Bu mövzuda hazırkı vəziyyətdən məmnun deyilik.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatında (BMT) keçirdiyi mətbuat konfransında bildirib.
“İndiki vəziyyətdən məmnun deyilik. ABŞ ilə razılaşmasaq, terror təşkilatını təmizləyəcəyik”, - türkiyəli nazir deyib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsiz zonanın yaradılması üçün ABŞ-a sentyabrın sonuna kimi vaxt verib.Muxalifet - 27-09-2019
“Əsirlərin dəyişdirilməsi məsələsi Cenevrədə müzakirə edilib” - Rusiya XİN-dən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇIQLAMA
“Rusiya Xarici İşlər Nazirliyi əsirlərin dəyişdirilməsi təcrübəsinin davam etdirilməli olduğunu hesab edir”. Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) apa-nın Moskva müxbirinin sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri kimi Azərbaycanda və Dağlıq Qarabağda həbsdə saxlanılan şəxslərin taleyinin yüngülləşdirilməsində tərəflərə vasitəçilik yardımı edir: “Həbsdə olanların saxlanılma şəraitinin yaxşılaşdırılması daxil olmaqla konkret humanitar tədbirlər görülüb.
Muxalifet4 - 27-09-2019
Alt paltarı və corablarını sataraq sərvət qazanır - MARAQLI
ABŞ-da geyinilmiş alt paltarı və corablarını sataraq pul qazanan "Instagram" modeli ayda 12 min dollar qazandığını deyib.
32 yaşlı Vani Vikosun "Instagram" da 615 min izləyicisi var. Modelliklə məşğul olan Vani əlavə iş olaraq internet vasitəsi ilə geyinilmiş paltarlarını satır.
Florida ştatında yaşayan modelin geyinilmiş bir cüt corabın qiyməti 100 dollardır. Satılan geyimlər arasında alt paltarı və bir gün boyu geyinilmiş corab kimi müxtəlif geyimlər var.Muxalifet - 27-09-2019
Aparıcı Zaurun başqa qadından nikahdan kənar övladı var? - FOTO
"Bir qadın zəng edib bizim prodüserə. Qadın azyaşlı qız övladının videosunu göndərib"
Muxalifet.az xəbər verir ki, bunu aparıcı Zaur Kamal onu atası hesab edən azyaşlı qız uşağı ilə bağlı gördüyü videonu efirdə göstərərkən deyib.
Uşağın televizorun qarşısında dayanaraq Zauru hər görəndə "Gəl" dediyi məqamda qadının "Çağır atanı" ifadəsi əks olunub. Sonra qadın "Kimdir, o?" sualı ilə uşağına müraciə edir. Qız uşağı da "Ata" cavabını verir.Muxalifet - 27-09-2019
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ölən və yaralananlar var
Ağsu rayonunda ağır yol qəzası baş verib.
Muxalifet.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Ağsu-Kürdəmir yolunun 14-cü kilometrliyində baş verib.
Ağsudan Kürdəmir istiqamətində hərəkətdə olan 1962-ci il təvəllüdlü Mayılov Vaqif Dövlət oğlu idarə etdiyi 10 GP 275 dövlət nömrə nişanlı "VAZ 21074" markalı avtomobillə əks istiqamətdən gələn 1995-ci il təvəllüdlü Hacalıyev Vahid Hacalı oğlunun idarə etdiyi 31 BE 962 dövlət nömrə nişanlı "VAZ 21074" markalı avtomobillə toqquşub.Muxalifet - 27-09-2019
Vəsiqəsini girov qoyan deputat Milli Məclisdən istefa verəcək
Yeni Azərbaycan Partiyasının deputat korpusu istefa ərizəsini təsdiqləyəcək. Deputat Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürməsi, onun borclarının ümimilikdə bir neçə milyonu ötməsi barədə xəbərlər siyasi gündəmin əsas mövzularındandır. Saytlar yazır ki, R.Cəbrayılov əvvəlcə Fətəliyeva Təranə Rasim qızından 300 min dollar borc alması müqabilində deputat vəsiqəsini girov qoyub. O, notarial qaydada təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci ildə Təranə Fətəliyevadan 300 min ABŞ dolları borc alıb, lakin ödəyə bilməyib.
Muxalifet - 27-09-2019
“Kremlin SSRİ-ni bərpa etmək planı yoxdur”- Saakaşvilinin bəyanatına cavab verildi
Bu gün ölkə KİV-də, o cümlədən Moderator.az-da Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Rusiyanın yaxın 5 ilə SSRİ-ni bərpa etmək niyyəti var”bəyanatı haqqında məlumat yaymışdı. Kreml Saakaşvilinin bəyanatına cavab verib.Muxalifet - 27-09-2019
Kimisi ərini öldürdü, kimisi də anasını... - Həbs olunan gözəllər - FOTOLAR
Xəbər verdiyimiz kimi, Bakı sakini Fuad Musayevin yaşadığı evdən içərisində 1800 ABŞ dolları olan seyf oğurlanıb. Polis tərəfindən qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar. Dəstə üzvləri arasında yer alan Səbinə Atakişiyevanın törətdiyi əməl tənqid olunsa da, gözəlliyi sosial şəbəkələrdə müzakirə mövzusu olub. Sosial şəbəkə istifadəçiləri belə gözəl qızın cinayət törətməsinə təəssüfləndiyini bildiriblər.
Muxalifet - 27-09-2019
Nüvə müharibəsinin qalibi kim olacaq? - Lavrovdan ABŞ-a XƏBƏRDARLIQ
Vaşinqton Strateji hücum silahlarının ixtisarı haqqında Müqavilənin (SNV-3) uzadılması ilə bağlı Moskvanın təklifinə reaksiya verməyə tələsmir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov BMT Baş Assambleyasında çıxışında bildirib.Muxalifet - 28-09-2019