Axtarış
The search found 105715 results in 0.045 seconds.
Search results
Ərdoğan bu fotolara çox əsəbləşdi... - "Bunu fürsətə çevirmək istəyənlər var" / FOTOLAR
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı zəlzələdən sonra sosial şəbəkədə paylaşılan fotoya münasibət bildirib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, zəlzələdən sonra Fatih Sultan Mehmet və Yavuz Sultan Səlim körpülərində dağıntı olduğu iddia edilmişdi. Ərdoğan guya körpülərin dağılmasını əks etdirən şəkillərin paylaşımlarını düşüncəsizlik adlandırıb: “Bu məqamda çoxlu açıqlamalar verən ola bilər. Onlar sizi çaşdırmasın. Körpülərdən istifadə etməyin deyənlər, bunu fürsətə çevirmək istəyənlər var. Gördüm bir qadın tvit yazıb ki, körpülərin asılqanları qopub.
Muxalifet3 - 26-09-2019
Aqşin Fateh xəyanətə görə ailəsi dağılan meyxanaçını MÜDAFİƏ ETDİ
Meyxanaçı Aqşin Fateh bir müddət öncə ailəsi dağıldığı deyilən həmkarı Orxan Lökbatanlıdan danışıb. Muxalifet.az lent.az-a istinadən bildirir ki, söz ustası "Hər şey daxil" verilişində bildirib ki, O.Lökbatanlı barəsində yazılanlar həqiqəti əks etdirmir: "Saytlarda hər şey yazıla bilər. Amma hər yazılanı da təsdiq etmədən danışmaq olmaz. Bir neçə gün öncə Orxanla şəxsən görüşdük. Soruşdum ki, nə məsələdir? Deyir ki, məclisdə min adam yanımızda olur, şəkil çəkdirmək üçün yaxınlaşırlar. Birinin zəri, birinin üz kremi köynəyə düşür. Yəni xəbərlər yalandır.
Muxalifet3 - 26-09-2019
ŞOK VİDEO: Dron vasitəsilə həbsxanaya narkotik və mobil telefon keçirdilər
Həbsxanada görülən bütün tədbirlərə rəğmən, məhkumlar içəriyə mobil telefon və narkotik maddə keçirməyin yeni yollarını tapıb. Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ-dakı həbsxanaların birinə dron vasitəsilə narkotik maddə və mobil telefonlar keçirilib. Bu hadisənin görüntülərini polis yayıb. Görüntülərdə məhbusların birinin diqqətlə havaya baxdığı, havadan həbsxanaya atılan telefon və narkotik maddəni pencəyi ilə tutmağa çalışdığı görünür. Məhkum təhlükəsizlik kameralarına düşməmək üçün pencəyini havadan atılan narkotik və mobil telefonların üstünə atır.
Muxalifet3 - 26-09-2019
"Ermənistanın insan hüquqlarından danışması riyakarlıq və cəfəngiyatdır" - PA RƏSMİSİ
Ermənistan baş naziri tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi, hüquqi və tarixi aspektləri BMT tribunasından tamamilə təhrif olunmuş şəkildə təqdim olunub. Trend-in məlumatıına görə, bunu Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT Baş məclisinin ümumi müzakirələr hissəsində çıxışına dair şərhlərində deyib.
Muxalifet3 - 26-09-2019
Milli Məclisin İntizam Komissiyası toplanır - RAFAEL CƏBRAYILOVUN MƏSƏLƏSİNƏ BAXILACAQ
“Milli Məclis payız sessiyasına start verib, komitələr öz işinə başlayıb. Güman ki, Milli Məclisin İntizam Komissiyası da yaxın günlərdə toplaşacaq”.
Muxalifet.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı deyib.
“Komissiyanın mandatına daxil olan hər hansı iş olanda mütləq gündəliyə salınır. Ola bilsin ki, İntizam Komissiyası ilə bağlı bəzi məsələlər payız sessiyasının gündəliyinə salınsın”-deyə katib əlavə edib.
Muxalifet3 - 26-09-2019
"Şirkətdən mənə təklif gələndə elə bildim, zarafatdır" - “Google”da işləyən azərbaycanlı qız danışdı / MÜSAHİBƏ
Muxalifet.az “Google” şirkətində çalışan azərbaycanlı Esmiralda Şirinovanın Oxu.Az-a müsahibəsini təqdim edir:
- Harada təhsil almısınız? Xaricə getməyə necə qərar verdiniz?Muxalifet3 - 26-09-2019
Tanınmış vəkil çağırışlara cavab verdi - "ELİNA İŞİ"NƏ QOŞULUR
Tanınmış vəkil Adil İsmayılov "Elina işi"ndə zərərçəkən tərəfin vəkili ola bilər.
Vəkil sosial şəbəkələrdə bu işlə bağlı ona edilən çağırışlara cavab verərkən belə deyib.
"Elinanın işi ilə tam olmasa da, kifayət qədər tanışam. Tanış olduğum materialların əsasında deyə bilərəm ki, iş üzrə aparılmış istintaq çox mülayim desəm bərbad vəziyyətdədir, dünən müşahidəçi kimi iştirak etdiyim məhkəmə prosesi də bu gedişlə nəyinsə dəyişəcəyinə ümid vermir.
Muxalifet3 - 26-09-2019
Səhiyyə Nazirliyi 27 milyon manatlıq dərman aldı – TENDERLƏRDƏ QALİB GƏLƏN ŞOK İSİMLƏR...
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi sentyabrın 25-də müalicə-profilaktik müəssisələr üçün dərman və tibbi təyinatlı vasitələr, həmçinin şəkərli diabet və hemofiliya xəstələri üçün dərman və preparatların alınmasına dair müqavilə imzalayıb.
Muxalifet3 - 26-09-2019
İŞ ADAMI SÜRÜCÜSÜNDƏN ŞİKAYƏT ETDİ - "Maşınımdan 23 min manat aparıb"
Bakıda sürücü müdirinin avtomobilini qarət edib.
Muxalifet.az "Trend"ə istinadən xəbər verir ki, məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
İş adamı İsmayılov Əlmürsəl Nəsrəddin oğlu polisə müraciət edərək bildirib ki, onun avtomobilindən ayrı-ayrı vaxtlarda 23 min 765 manat oğurlanıb.
Zərərçəkmiş bildirib ki, hadisədə Həsən adlı sürücüsündən şübhələnir.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 26-09-2019
"Heç vaxt AXCP-nin üzvü olmamışam..." - ƏNNAĞI HACIBƏYLİ
Tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ənnağı Hacıbəyli AXCP-dən istefa verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
O, özünün Facebook səhifəsində yazdığı açıqlamasında bəzi KIV-lərin onun AXCP-dən istefa verməsi haqda xəbər yaydığını qeyd edib:
“Heç vaxt heç bir partiyanın üzvü olmamışam və təbii ki, üzvü olmadığım partiyadan da istefa verə bilməzdim. Belə yanlış informasiyalardan müxalifətə, o sıradan AXCP-yə qarşı təbliğat vasitəsi kimi istifadə olunmasını pisləyirəm”.
Muxalifet3 - 26-09-2019
“Şişkan”ın killerlər briqadası ələ keçdi - DEPUTATI ÖLDÜRÜBLƏR...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Şişkan” ləqəbli qanuni oğru Oleq Şişkanovun rəhbərlik etdiyi mütəşəkkil dəstənin 8 üzvünü həbs edib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Saxlanılan şəxslərin Ramenski rayonunun deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün qətlində əli olduqları bildirilir. Rəsmi məlumatlara əsasən, həbs edilənlər - Eduard Xarkov Yuri Qriqoryev, Dmitri Qusev, Dmitri Barışnikov, Yuri Ofiserov, Dmitri Xlamkin, Loretis Vitkauskas və Mixail Korovin “Şişkan”ın dəstə üzvləri olub.
Muxalifet3 - 26-09-2019
Hadı Rəcəbliyə maraqlı sual: “Sizi niyə söyürlər?” – Video
İctimai Televiziyada yayımlanan "3D” verilişinin qonağı millət vəkili Hadı Rəcəbli olub.
Muxalifet.az xəbər verir ki, deputata verilişdə açıq suallar verilib. Aparıcı ona "Sizi niyə sosial şəbəkələrdə söyürlər?” sualını ünvanlayıb.
Deputat isə fikirlərinin təhrif olunduğunu və bu səbəbdən təhqirlərə məruz qaldığını deyib. O həmçinin ritorik sual verib: Sosial şəbəkədə kimi söyürmürlər ki?
Həmin anları təqdim edirik:
Muxalifet - 27-09-2019
İstanbul zəlzələsinin səsi yer altında belə qeydə alındı - FOTO/AUDİO
İstanbul ötən gün baş verən və böyük təlaşa səbəb olan zəlzələnin yer altındakı səs qeydi ortaya çıxıb.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, səs qeydi bir neçə universitetin təmsil olunduğu Vaşinqtondakı Seysmologiya üzrə Birgə Tədqiqat Qurumları (IRIS) tərəfindən rəsmi saytında paylaşılıb.
5 saniyəlik səs qeydində əvvəlcə güclü bir qırılmanı göstərən gurultunun ardınca titrəmə səsi eşidilir.Muxalifet - 27-09-2019
Rəşid Behbudovun bacısı oğlu VƏFAT ETDİ
Ukraynada yaşayan azərbaycanlı müğənni Cəfər Behbudov vəfat edib.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, müğənni sentyabrın 26-da səhər saatlarında Ukraynada dünyasını dəyişib.
Cəfər Behbudov Azərbaycanın dünya şöhrətli müğənnisi, mərhum Rəşid Behbudovun bacısı oğludur. O, 90-cı illərin əvvəlində Azərbaycanı tərk edərək Ukraynada - Kiyev şəhərində köçmüşdü. O, vaxtilə Azərbaycan estradasının ən parlaq ulduzlarından sayılırdı.Muxalifet - 27-09-2019
“ÖLKƏDƏ DİSTANT TƏHSİLİ YÜKSƏK SƏVİYYƏDƏ HƏYATA KEÇİRMƏK OLAR” – Tanınmış təhsil ekspertlərindən UNEC rektorunun çağrışına dəstək
Etibar Əliyev: “Bu gün bütün qabaqcıl universitetlərdə distant təhsildən istifadə olunur, Azərbaycanda da buna şərait yaradılmalıdır” Hikmət Əlizadə: “Hesab edirəm ki, distant təhsilin tətbiqi əhalinin daha çox hissəsinin təhsilə cəlb edilməsinə xidmət edəcəkdir” Kamran Əsədov: “Distant təhsili Azərbaycan universitetlərinin də dünyada tanınmasına gətirib çıxaracaq” Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in rektoru, professor Ədalət Muradovun ölkəmizdə distant təhsil formasının ən qısa vaxtda tətbiq edilməsinə dair çağırışı geniş ictimai dəstək qazanmaqdadır.
Muxalifet - 27-09-2019
Məşhur ulduz azərbaycanlı oliqarxın qızından danışdı: “Ər-arvad kimiyik” - FOTO/VİDEO
Rusiya və Ukrayna estradasının super ulduzu Svetlana Loboda jurnalist Kseniya Sobçakın "Ostorojno, Sobçak!” ("Ehtiyatlı ol, Sobçak!”) Yutub layihəsinin qonağı olub. Muxalifet.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, Sobçakın Natella Krapivina onun üçün kimdir (daha əvvəl KİV Lobodanın prodüseri Krapivina ilə intim əlaqə yaşadığı haqda yazırdı) sualını müğənni belə cavablandırıb: "Səmimi olacağam, indi bizdə çətin mərhələdir. Biz tez-tez bir-birimizə: "Biz səninlə ər-arvad kimiyik” deyirik. Bu, dəqiqdir. Çox şeylər yaşanıb. Biz çox mübahisə, müzakirə edirik.
Muxalifet - 27-09-2019
“Madam ki, Paşinyan “vəssalam” deyir...”
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-York görüşü də gözlənildiyi kimi nəticəsiz qaldı.
Bəzi siaysi ekspertlər hesab edir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siaysətindən imtina etmədiyi, əksinə, Qarabağın Ermənistanın tərkib hissəsi olması ilə bağlı bəyanatlar səsləndirdiyi bir zamanda rəsmi Bakının hələ də danışıqlardan imtina etməməsi ölkəmizin zəifliyi, çarəsizliyi təəssüratını yaradır.
Muxalifet - 27-09-2019
Bakının bu qəsəbəsinə niyə marşrut yoxdur? - RƏSMİ AÇIQLAMA
Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı və Bakıətrafı ərazilərdə fəaliyyət göstərən avtobuslarda ciddi sıxlıq qeydə alınır. Bu, Abşeron rayonunun Saray qəsəbəsində yaşayan sakinlərin də əsas problemlərdən birinə çevrilib. Belə ki, Saray-Bakı-Saray marşrutu yoxdur, Sumqayıt-Bakı istiqamətində avtobuslardan isə qəsəbə sakinləri sıxlıq səbəbindən istifadə edə bilmirlər.
Muxalifet - 27-09-2019
“Lotu Quli”nin əsas düşməninin 8 ən yaxın adamı tutuldu
Rusiyanın hüquq mühafizə orqanları 2012-ci ildə deputatın öldürülməsində şübhəli bilinən səkkiz nəfəri saxlayıb. Onların hamısı “Şişkan” ləqəbli kriminal avtoritet, bizmesmen Oleq Medvedyevlə əlbir olub. “Qafqazinfo” bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko “RİA Novosti”yə danışıb.
Muxalifet - 27-09-2019
Pərvin Abıyevanın vəziyyəti ağırlaşdı, xəstəxanadadır - FOTOLAR
Türkiyəyə köçən aktrisa Pərvin Abıyevanın səhhəti pisləşib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə aktrisanın özü instaqramda məlumat yayıb. O, müalicə aldığı xəstəxanadan fotolar paylaşaraq halsız olduğunu və dünən İstanbulda baş verən zəlzələdən qorxduğunu dilə gətirib. Lakin kino ulduzu xəstəliyinin nə ilə bağlı olduğunu qeyd etməyib.
Muxalifet - 27-09-2019