Axtarış

The search found 105715 results in 0.04 seconds.

Search results

  1. Türkiyə ilə bağlı GİZLİ MƏKTUB ORTAYA ÇIXDI - Pompeodan inanılmaz sözlər

    ABŞ-ın dövlət katibi Mayk Pompeonun Kipr böhranı ilə əlaqədar olaraq Türkiyə əleyhinə fikirləri ortaya çıxıb.
    Yunanınstanın ingilis dilli “Ekathimerini” qəzeti Pompeonun sentyabrın 13-də Cənubi Kiprin Xarici işlər naziri Nikos Hristodoulidisə göndərdiyi məktubun detallarını açıqlayıb.
    Qəzetin iddiasına görə, dövlət katibi həmkarına gördərdiyi məktubda Türkiyənin Kipr adasındakı qapalı Maraş şəhərini təktərəfli açmasının BMT qərarlarına zidd olduğunu və bölgədəki sülh danışıqlarına zərər verə biləcəyini bildirib.

    Muxalifet - 27-09-2019

  2. Türkiyə, Pakistan və Malayziya İslam düşmənlərinə qarşı birgə telekanal açmağa qərar verdi...

    Türkiyə, Pakistan və Malayziya müsəlmanlara qarşı düşmənçilik təzahürləri(islamofobiya) ilə mübarizə üçün ingilis dilli bir telekanal yaratmağa qərar verib.

    Muxalifet - 27-09-2019

  3. Hikmət Hacızadədən Moskva müftisinə cavab: “Ruslar çoxarvadlılığa əxlaqsızlıq kimi baxır”

    Moskva müftisi İldar Alyautdinov  Rusiyada çoxarvadlılığın qanuniləşdirilməsi təklifini irəli sürüb. Müfti bunu qadınların kişilərə nisbətən daha çox sosial problemlərinin olması ilə əlaqələndirib. Müfti bildirib ki, bu praktika dünyanın bir çox ölkələrində tətbiq edilir. Alyautdinov misal olaraq bəzi dinləri, o cümlədən İslam dinini misal göstərib.

    Muxalifet - 27-09-2019

  4. Vurğun Əyyubu xilas etmək olmazdımı? - Həkimi Adil Qeybulla: “O özü maddi köməkdən imtina etdi”

    “Vurğun Əyyub 2 ilə yaxın idi ki, xəstəydi və onun bütün xəstəliyi müddətincə müalicə, müayinə prosesində yaxından iştirak etmişəm. Amma bununla bağlı detalları özü də ictimaiyyətə açıqlamaq istəmirdi. Ona görə də xırdalığına getmək istəmirəm. Hər halda Vurğun bəy ağır xəstəlikdən uzun müddət yataq rejimində qaldı”.

    Bu sözləri Modern.az-a Vurğun Əyyubun həkimi, professor Adil Qeybulla söyləyib. O qeyd edib ki, hər şeyə rəğmən, Vurğun bəy izdirablarını ailəsinə, dostlarına büruzə verməməyə çalışıb, baş çəkən dostları ilə optimist ruhda ünsiyyət qurub:

    Muxalifet - 27-09-2019

  5. Nəsrin Cavadzadə tanınmaz hala düşdü - Qaşları uzanıb, çəkisi isə... / FOTOLAR

    Türkiyədə yaşayan azərbaycanlı məşhur aktrisa Nəsrin Cavadzadə tanınmaz hala düşüb. Onun qaşları uzanıb, çəkisi azalıb. Bunun film çəkilişi ilə bağlı olduğu ehtimal edilir. Aktrisanın “İnstagram”da paylaşdığı son fotoları izləyiciləri tərəfindən tənqid edilib. Nəsrin Cavadzadə isə cavab olaraq bu sözləri yazıb: “Çirkin qaşlarım və 47 kiloqram olmağımla bağlı yazdığınız yüzlərlə şərhdən sonra sizə bir xəbərim var - qaşlarımı aldırmayacam, çəkimi isə qoruyacam...”.

    Muxalifet - 27-09-2019

  6. Bakıda gənc öz düşdüyü qəzanı lentə aldı - VİDEO

    Bakıda sürücünün telefonla oynaması qəzaya səbəb olub.

    Muxalifet.az “oxu.az”a istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Heydər Əliyev prospektində baş verib.

    Kimliyi müəyyənləşdirilməyən şəxs “LADA Priora” markalı avtomobilini idarə edərkən telefonla dostları ilə canlı əlaqə yaradıb və onu gözləyən şəxslərə hazırda yolda olduğunu deyib.

    Hərəkət zamanı yolu çəkən sürücü bir anlıq diqqətsizlik nəticəsində maşınını qarşıdakı başqa avtomobilə vurub.

    Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb.

    Muxalifet - 27-09-2019

  7. Bu rayonlarda qaz olmayacaq

    Gəncə və bəzi rayonların təbii qaz təchizatı dayandırılıb.

    “Azəriqaz” İstehsalat Birliyindən Muxalifet.az-a verilən məlumata görə, sentyabrın 27-də saat 09:00-dan etibarən işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin həyata keçirəcəyi quraşdırma işləri ilə bağlı Binəqədi rayonu, Sulutəpə və Xocasən qəsəbələrində, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

    Muxalifet - 27-09-2019

  8. İranlılar Aqşinin 2 milyonluq klipini sildirdi - FOTO

    Meyxanaçı Aqşin Fatehin sosial şəbəkələrdə müzakirələrə səbəb olan "Cangüdən" layihəsi Youtube"dan silinib. Belə ki, klipdə müəllif hüquqlarının pozulmasına yol verilib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Aqşin iranlı musiqiçi Amin Rostaminin mahnısının sözlərini dəyişdirərək ifa edib, eyni zamanda ekranlaşdırıb. Beş gün ərzində 2 milyona yaxın baxış toplayan klip müəlliflərin şikayətindən sonra paylaşım platformasında bloklanıb. Aqşin "Hər şey daxil" proqramında mövzu barədə danışıb: "Bu yaxınlarda İran musiqisinin üzərinə sözlər yazaraq mahnı ərsəyə gətirdim.

    Muxalifet - 27-09-2019

  9. Polis narkotik satan bacı-qardaşı saxladı - FOTO

    Cəlilabad rayonunda narkotik satmaqda şübhəli bilinən ailə üzvləri saxlanılıb. Sentyabrın 23-də rayon sakini Heydər Əsgərov döş qəfəsinin deşilmiş-kəsilmiş yarası diqanozu ilə xəstəxanaya yerləşdirilib. Cəlilabad rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qeyd edilən hadisəni törədən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Süsən Əliqi saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, S.Əliqi zərərçəkən şəxslə əvvəlcə bir yerdə spirtli içki qəbul edib, daha sonra aralarında yaranan mübahisə zamanı onu bıçaqlayıb.

    Muxalifet - 27-09-2019

  10. YENƏ ŞABLON, YENƏ XƏCALƏT… – Paşinyan nə deyir, Məmmədyarov nədən danışır?…

    BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan çıxışını demək olar ki, bütövlüklə Qarabağ münaqişəsinə və ölkəsinin Rusiya ilə strateji əməkdaşlığına həsr edib. Həmişəki kimi, həyasızcasına dünya ictimaiyyətinin gözünün içinə yalan danışan erməni baş nazir, Azərbaycanın ünvanına mümkün olan bütün böhtanları söyləyərək, ölkəmizi təcavüzkar qismində təqdim etməyə çalışıb.

    Muxalifet - 27-09-2019

  11. Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi

    Bakıda rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

    Bakı Apellasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

    Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib. 

    Qeyd edək ki, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini versə də, əməl etməyib.

    Muxalifet - 27-09-2019

  12. Bu torpaqlar əhalidən alınacaq - Nazirlər Kabineti QƏRAR VERDİ

    Nazirlər Kabineti “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin Azərbaycandan keçəcək hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

    Qərara əsasən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən Ələt-Qasımlı hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

    Muxalifet - 27-09-2019

  13. Mnatsakanayn Vaşinqtonda 5 rayonu qaytarmağa görə 5 milyard dollara razılaşıb? - RUSİYADAN SENSASİON İDDİA

    Prezident Vladimir Putinin Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün Yerevana qısamüddətli səfəri ərəfəsində Rusiyadan Nikol Paşinyana yeni hücumlar dalğası başlayıb. Virtualaz.org xəbər verir ki, çoxsaylı Rusiya nəşrləri Paşinyanın barəsində tənqidi materiallar dərc edirlər. Məsələn, “Nezavisimaya qazeta” erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc etdiyi baş məqalədə Paşinyanın “məxməri inqilab” adlanan siyasi fırıldaq yolu ilə hakimiyyətə gəldiyi bildirilir.

    Muxalifet - 27-09-2019

  14. “Bunları qətiyyən etməyin” – Ekspertdən məktəblilərlə bağlı xəbərdarlıq

    Sentyabrın 16-dan məktəblərdə yeni dərs ili başlayıb. Uşaqların orqanizm və beyinlərinin ən sürətlə inkişaf etdiyi məktəb dövründə sağlam qidalanma çox vacibdir. Məktəblinin necə qidalanması və çantasında hansı qidaların olması, dərsdən evə qayıtdıqdan sonra nələr etməlidir? Bəzən məktəblilər “fastfood” da meyil edir, hətta həmin qidaları məktəbə də aparır. Bəs məktəblilər üçün hansı qidalar faydalıdır? Onlar necə qidalanmalıdır?     

    Mövzu ilə bağlı pediatr Vaqif Qarayev “Yeni Sabah”a açıqlama verib:

    Muxalifet - 27-09-2019

  15. Müsəlman(?) ölkəsi cinsi azlıqları 2022-ci il futbol çempionatına dəvət etdi...

    Əslində Osmanlının çökdürülməsindən sonra peyda olan oyuncaq ərəb dövlətləri mason-vəhabi hökumətləridir...

    Muxalifet - 27-09-2019

  16. İstanbuldakı zəlzələnin fəsadları AÇIQLANDI

    Ötən gün İstanbulda baş verən rixter cədvəli üzrə 5,9 bal gücündəki zəlzələnin fəsadları açıqlanıb.
    Məlumata görə, prezidentin müşaviri Fuat Oktay bildirib ki, yeraltı təkanlar nəticəsində 34 nəfər yaralanıb. Aralarında mətkəb binalarının olduğu 473 tikiliyə ziyan dəyib.
    Bu gün İstanbuldakı məktəblərdə tətil elan edilib.

    Muxalifet - 27-09-2019

  17. “Qadına qarşı haqsızlıq heç cür qəbul oluna bilməz”

    Bu gün YAP İcra Katibliyində “ Cəmiyyətdə qadın hüquqları” mövzusunda konfrans keçirilir. "Qafqazinfo" xəbər verir ki, konfransa deputat Məlahət İbrahimqızı rəhbərlik edir. O çıxışında qeyd edib ki, Azərbaycanın ailə institutunda qadınların misilsiz xidmətləri olub: "Bir qadına qarşı zorakılıq bütün dünya qadınlarına zorakılıq kimi qiymətləndirilir. Azərbaycan qanunvericiliyində qadınlarla bağlı qanunlar qəbul olunub. Bir qadının haqqı pozulubsa bu, bizim hüququmuzun pozulması deməkdir. Qadına qarşı haqsızlıq heç cür qəbul oluna bilməz.

    Muxalifet - 27-09-2019

  18. Azərbaycanda bakirə kimi başqa oğlana ərə verilən gəlinlə bağlı YENİ FAKTLAR - Evdən qaçanda hamilə imiş

    Sevdiyi insanla qaçıb ailə daha sonra bakirə kimi başqa kişiyə ərə verilən Müjgan Məmmədlinin döyülməsi ilə bağlı fotolar efirdə verilib. Xəzər televizyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində axtarılan Müjgan Məmmədli ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Aparıcı bildirib ki, Müjgan döyüldükdən sonra ata evinə gəlib: "Anası onu geri qaytarıb. Sanki Çinarə məsələsi yenidən təkrarlanır. Qayınana, qayınata və Müjganın həyat yoldaşı gizlənir. Hələ bu azmış kimi onu kimlərsə müdafiə edir. Məncə qayınana hər şeyi bilir.

    Muxalifet - 27-09-2019

  19. Vilayət Eyvazov rəisi vəzifəsindən AZAD ETDİ

    Daxili İşlər orqanlarında növbəti təyinat olub.

    Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Gədəbəy rayon Polis Şöbəsi İstintaq Qrupunun rəisi polis mayoru İbrahim Hüseynov vəzifəsindən çıxarılaraq, həmin qrupun baş müstəntiqi təyin edilib. 

    Nazirin digər əmri ilə, polis kapitanı Bərzani Abbasov Gədəbəy rayon Polis Şöbəsi İstintaq Qrupunun rəisi təyin edilib.

    Xəbəri Gədəbəy rayon Polis Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

    Muxalifet - 27-09-2019

  20. Zamirə Hacıyevanın Azərbaycana qaytarılmasını kimlər istəmir? - “Onların çoxu vəzifədədir”

    Xəbər verdiyimiz kimi, ötən gün Londonda Azərbaycanın tələbi əsasında Zamirə Hacıyevanın ekstradisiyası üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın London müxbirinin verdiyi xəbərə görə, Westminister Magistrates məhkəməsində keçirilən iclasda qərar açıqlanıb. Məhkəmə Z. Hacıyevanın Azərbaycana ekstradisiya edilməməsi barədə qərar qəbul edib. Azərbaycan hökumətini təmsil edən vəkil isə qərardan apelyasiya şikayəti verəcəklərini bildirib.

    Muxalifet - 27-09-2019

Pages