Axtarış

The search found 105715 results in 0.038 seconds.

Search results

  1. ​Tanınmış meyxanaçı Aqşin Fatehdən ŞOK SÖZLƏR: "Klipə çəkilən qızların 90 faizi..." - VİDEO

    Tanınmış meyxanaçı Aqşin Fateh “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişində qalmaqallı açıqlama verib.
    O, klipə çəkilən xanımlar haqda xoşagəlməz sözlər işlədib:
    “Mən klip çəkdirəndə aktrisalara müraciət etdim, heç biri çəkilmək istəmədi. Bildirdilər ki, kliplərdə o qədər tərbiyədən kənar qızlar çəkilir ki, biz istəmirik. Hətta qonarar da təklif etdim, razı olmadılar. Kliplərdə çəkilən qızların 80-90 faizi bilirsiniz də nədir...”.//redaktor

    Muxalifet - 26-09-2019

  2. Kişi gizli fars sevgilisi üçün İrana getdi, sonra... - Azərbaycanda AĞLAGƏLMƏZ OLAY

    Sabirabad rayonunda İran İslam Respublikasının vətəndaşı olan qadın əri tərəfindən işgəncəyə məruz qalıb.
    Rayonun Ətçələr kəndində 1992-ci il təvəllüdlü Golizadekah Alanagh Rogaye qeyri-rəsmi nikahda olduğu kənd sakini, 1993-cü il təvəllüdlü Ədalət Tomarov tərəfindən döyülüb.
    Daha sonra o, qadına işgəncə verib, öz ölkəsinə getməyə imkan verməyib və bağlı qapı arxasında saxlayıb.
    Ədalət Tomarov iranlı qadının umumvətəndaş pasportunu əlindən alaraq cırıb.

    Muxalifet - 26-09-2019

  3. Uşaqlar niyə barmaq üstündə gəzirlər? – Təhlükə çox yaxındadır

    Son zamanlar uşaqlar arasında pəncə, barmaq uclarında gəzmələr artıb. Bu bəzən müəyyən yaşdan sonra düzəlsə də, bəzi hallarda uşaqlarda vərdiş halına çevrilir.
    Görəsən, bunun səbəbi nədir? 
    Muxalifet.az
    xəbər verir ki, Oxu.Az-ın suallarını pediatr Günay Rəsulova cavablandırıb.
    Onun sözlərinə görə, dünya üzrə uşaqlarda qeydə alınan travmaların 80-90 faizi “gəzdirici”lərdən qaynaqlanır:

    Muxalifet - 26-09-2019

  4. Vəliəhd şahzadə Qaşıqçı cinayətindən DANIŞDI: Onların buna ixtiyarı var

    Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı məsuliyyətini qəbul edib.
    Şahzadə qətlin onun məsuliyyəti altında olduğunu açıqlayıb.
    Salman bu barədə ABŞ-ın PBS telekanalında yayımlanan “Frontline" proqramının prodüseri, jurnalist Martin Smitin 2018-ci il dekabr ayında verdiyi sualları cavablandırarkən danışıb. Proqram bu il oktyabrın 1-də yayımlanacaq.

    Muxalifet - 26-09-2019

  5. Paşinyanın reytinqi kəskin düşdü - ABŞ səfərindən sonra...

    Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
    Ermənistanda sosial şəbəkələrdə keçirilən rəy sorğusuna əsasən, baş nazirin reytinqinin 25%-ə düşdüyü məlum olub.
    Sorğunun dərc olunduğu məqalədə bildirilib ki, rəsmi sorğularda bu rəqəm daha aşağıdır. Bir ay əvvəl keçirilən sorğunun nəticələrinə əsasən, Paşinyanın reytinqi 45 faizədək düşüb. Bu, sorğu onun ABŞ-a səfərindən və güc strukturları başçılarının istefasından əvvəl keçirilib.

    Muxalifet - 26-09-2019

  6. Mina verilişə hamam xalatında çıxdı - VİDEO

    Məşhur müğənni Mina Hüseyninin qalmaqallı görüntüləri yayılıb.

    Muxalifet.az xəbər verir ki, o, ARB TV-nin "Show News" verilişinə hamam xalatında çəkilib.

    Onun bu görüntüləri tənqid hədəfi olub.

    Qeyd edək ki, Mina Hüseyin bir müddət öncə sinə böyütmə əməliyyatı etdirməsi ilə mətbuatın gündəminə gəlib.

    Muxalifet - 26-09-2019

  7. "Azadlıq", Meydan TV, "Turan"a qadağa ləğv edildi - ŞOK QƏRAR

    Sentyabrın 10-da Ali Məhkəmədə "Azadlıq" qəzeti, "Azadlıq" radiosu, "Azərbaycan saatı" proqramı, Turan TV və Meydan TV-nin saytlarına blok qoyulmasını nəzərdə tutan qərarla bağlı verilən kassasiya şikayətinə baxılıb. Hakim Ələsgər Əliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilmiş qərara əsasən, saytlara blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

    Muxalifet - 26-09-2019

  8. 71 yaşlı xalq artistimiz ata oldu - İki qızı vardı

    Xalq artisti Mübariz Tağıyev üçüncü dəfə ata olub.
    Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, sənətkarın oğlan övladı dünyaya gəlib.
    Qeyd edək ki, xalq artisti Mübariz Tağıyev iki dəfə ailəli olub. Birinci evliliyindən iki qızı var. M.Tağıyevin ikinci həyat yoldaşı rəqs müəlliməsidir.

    Muxalifet - 26-09-2019

  9. ​Fransanın ermənipərəst eks-prezident öldü....

    Fransanın eks-prezidenti Jak Şirak  86 yaşında o dünyaya köçüb. 
    Muxalifet.az xəbər verir ki, bu haqda “AFR” agentliyi məlumat yayıb.

    Muxalifet - 26-09-2019

  10. Deputatın daha bir borcu üzə çıxdı: 240 min dollar - Fotofaktlar

    Millət vəkili Rafael Cəbrayılovun daha bir şəxsə külli miqdarda borcu olduğu üzə çıxıb. 

    Yenisabah.az xəbər verir ki, bu, Yusif Orucov adlı vətəndaşdır. O, həkim işləyir. Yusif həkim Rafael Cəbrayılovun “borc qalmaqalı”  barədə mediada yazılanları oxuduqdan sonra özü ilə bağlı problemi də ictimailəşdirmək qərarına gəlib və redaksiyamızla əlaqə saxlayıb. 

    Muxalifet - 26-09-2019

  11. Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı müəyyənləşdi

    Mütləq döyüş çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı müəyyənləşib.
    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə idmançının meneceri Rizvan Maqomedov bildirib. O deyib ki, Nurməhəmmədov növbəti görüşünü 2020-ci ilin mart və ya aprel ayında keçirəcək. Döyüşün keçiriləcəyi yer isə hələlik müzakirə olunmayıb.
    Qeyd edək ki, Həbib Nurməhəmmədov sentyabrın 7-də ABŞ idmançısı Dastin Poryeni məğlub edərək UFC titulunu özündə saxlayıb. 31 yaşlı idmançının 28 qələbəsi var. O, hələlik məğlubiyyətlə üzləşməyib. 

    Muxalifet - 26-09-2019

  12. Ağasəlim Çildağın oğlu olduğu deyilən Josef haqda bilinməyənlər - FOTOLAR

    İsveçdə yaşayan məşhur tatu ustası Josef Lokonun azərbaycanlı olduğu üzə çıxıb. Muxalifet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılır. Josefin şəxsi Facebook səhifəsinə nəzər saldıq isə bunun əyani şahidi olmaq mümkündür. Belə ki, əsl adı Yusif olduğu deyilən tatu ustası Facebook hesabında yaxın qohumu kimi Nərminə Səttarova adlı xanımı işarələyib. Bununla yanaşı, daha bir iddia isə onun mərhum meyxana ustası Ağasəlim Çildağın oğlu olduğudur. İsveçdə tatu ustası kimi böyük nüfuz qazanan Josefin fotolarını təqdim edirik: /Baku.ws

    Muxalifet - 26-09-2019

  13. “Google”da işləyən azərbaycanlı - “Şirkətdən təklif gələndə elə bildim, zarafatdır”

    Muxalifet.az “Google” şirkətində çalışan azərbaycanlı Esmiralda Şirinovanın Oxu.Az-a müsahibəsini təqdim edir:

    - Harada təhsil almısınız? Xaricə getməyə necə qərar verdiniz?

    Muxalifet - 26-09-2019

  14. "Xalqın vətənpərvərlik hissinə ciddi təsir edir” - Deputat BNA-nı QINADI

    Ötən gün istifadəyə verilən Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində gözləmə zallarından birinə Qarabağ adının verilməsi nəinki sadə vətəndaşlar, ölkənin tanınmış, ziyalı təbəqələri arasında da qıcığa səbəb olub. Məsələ ilə bağlı millət vəkili Tahir Kərimli Redaktor.az-a açıqlamasında bildirib ki, atılan addım pis nümunədir: “Burada Qarabağ həsrəti səbəb kimi götürülürsə, bunu qınayıram. Təəssüf edirəm ki, bəzi şadlıq saraylarına işğal olunmuş ərazilərimizin adları verilir. Şuşa, Qubadlı və digər adlarda...

    Muxalifet - 26-09-2019

  15. Bakıda “məhəbbət üçbucağı”: evli qadın Hacı ilə tanış olur, evinə gətirir və ərinə hiylə qurur - “ARVADIMA BÖHTAN ATIRSAN DEYİB VURDU...”

    Bakıda “məhəbbət üçbucağı” zəminində baş vermiş növbəti cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı müttəhimlər kürsüsündə 49 yaşlı İntiqam Abbasov dayanmışdı. Ona qarşı qəsdən adam öldürməyə cəhd və xuliqanlıq ittihamı irəli sürülüb.

    Muxalifet - 26-09-2019

  16. Qayınana böyrəyini kürəkəninə bağışladı - Azərbaycanda

    Azərbaycanda qayınana böyrəyini kürəkəninə bağışlayıb.

    Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) verilən məlumata görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kişiyə 54 yaşlı qaynanasının böyrəyi köçürülüb. 

    Əməliyyat mərkəzin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib.

    Muxalifet - 26-09-2019

  17. Daha bir məşhur alt paltarsız kamera önünə keçdi - VİDEO

    Qatıldığı evlilik verilişi ilə məşhurlaşan Melis Buse Betkayan "YouTube" kanalında paylaştığı son videosundan sonra tənqidlərə məruz qalıb.
    Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bustqaltersiz kamera qarşısna keçən Melis diqqətləri üzərinə çəkib. Belə ki, aktiv sosial şəbəkə istifadəçisi olan Melisa Buse Betkayanın kanalında 25 min izləyicisi var.
    O geyimi və alt paltarsız olmasına görə, tənqid olunub.

    Muxalifet - 26-09-2019

  18. SON DƏQİQƏ: Türkiyə ordusu Ermənistanla sərhədə yeridildi, hərbi əməliyyatlar BAŞLADI

    Türkiyə Silahlı Qüvvələri Ermənistanla sərhəddə yerləşən Ağrı, Qars və İğdır vilayətlərində PKK terror təşkilatına qarşı əməliyyatlara başlayıb.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi informasiya yayıb.
    Bildirilir ki, "KIRAN-4" adı altında aparılan əməliyyatda çox sayda tabor iştirak edir.
    Qeyd olunur ki, əməliyyat həmin ərazilərdə sonuncu terrorçu məhv edilənə qədər davam edəcək.

    Muxalifet - 26-09-2019

  19. “Quli”yə qarşı “Avropa koalisiyasi” planı – Onu sıradan çıxarmaq üçün yeni cəhdlər...

    Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Quli”) titulunu əlindən almaq üçün rəqiblərinin cəhdləri  davam edir. 

    Yenisabah.az xəbər verir ki, gürcü “qanuni oğru” Badri Koquaşvili (“Badri Kutaisi”) Avropadakı “qanuni oğru”ların “Quli”yə qarşı birləşməsi üçün səylər göstərir. Onun artıq Çexiya və Yunanıstanda görüşlər keçirdiyi bildirilir. Lakin Avropadakı “qanuni oğru”ların Badri Koquaşvilinin təklifinə hansı cavabı verdikləri bəlli deyil.

    Muxalifet - 26-09-2019

  20. İstanbulda güclü zəlzələ olub – FOTOLAR

    Türkiyənin İstanbul şəhərində 5,9 bal gücündə zəlzələ olub.

    “Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

    Yeraltı təkanlardan vahimələnən sakinlər küçələrə çıxıb.

    Dağıntılar barədə məlumat verilməyib.

    Muxalifet - 26-09-2019

Pages