Axtarış
The search found 105715 results in 0.026 seconds.
Search results
Əri işə gedən kimi sevgilisini yatağına saldı, sonra atası... - Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQ
Samux rayonunda namus üstündə qızını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1955-ci il təvəllüdlü Sadif Vəliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sadif Vəliyevin doğma qızı Sevda Əliyeva 2017-ci ilin iyulun 2-dən 25-nə keçən gecə əri Sadiq Əliyev növbədə olarkən tanışı Xəyyam Hüseynovu yaşadığı Samux rayonu Ziyadlı kəndində yerləşən evinə dəvət edib.
Əri işə getdi, sevgilisini yatağa saldı
Muxalifet - 25-09-2019
“YAP-çıları yoldan çıxarmaq cəhdləri var” - SİYAVUŞ NOVRUZOV PARTİYA FƏALLARINA ÇAĞIRIŞ ETDİ
"Sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edirlər. Orada ara qarışdırmağa cəhd edilir. Bu işlərin arxasında bəzi dövlətlər dayanır. Bu insanların maliyyəçiləri sırasında erməni lobbisi xüsusi yer alır". Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Muxalifet4 - 25-09-2019
"Azərbaycan ordusu istəsə Qarabağı bir günə alar..." - Əli Həsənov: "Amma prezident qan tökülməsini istəmir"
"Azərbaycan ordusu istəsə Dağlıq Qarabağı işğaldan bir günə azad edər. Bir günə… Amma prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir". Bu sözləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib. Baş nazirin müavini bildirib ki, torpaqlar işğaldan azad ediləcək: "Ermənistanda hakimiyyətə Nikol Paşinyan gəldi. Məsələnin müsbətə doğru həll ediləcəyinə ümidimiz artdı. Amma Paşinyan da ağzına gələni danışır. Hamı bilsin ki, dövlətimiz Dağlıq Qarabağı hər an işğaldan azad edə bilər. Biz o torpaqları işğaldan azad edəcəyik".
Muxalifet4 - 25-09-2019
"Azərbaycana getməyin, əgər oradasınızsa, dərhal tərk edin" - İSRAİL ÖZ VƏTƏNDAŞLARINA ÇAĞIRIŞ ETDİ
İsrail Milli Təhlükəsizlik Baş Qərargahı yəhudi tətilləri (yəni Rosh Hashanah, Yom Kippur və Sukkotun qeyd olunduğu yəhudi Tişrei ayının tarixləri) ilə əlaqədar olaraq "turist xəbərdarlığı" yayımlayib, burada israillilərin getmələri tövsiyə olunmayan ölkələr və bölgələr qeyd edilib.
Virtualaz.org 9tv.co.il telekanalının veb saytına istinadən bildirir ki, israillilərə ziyarətin tövsiyə olunmadığı ölkələr arasında Azərbaycan da var.
Muxalifet4 - 25-09-2019
"Freedom House" vəkil Nemət Kərimliyə təzyiqləri pisləyib
"Jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimliyə qarşı zorakılıq Azərbaycan hökumətinin siyasi məhbusları müdafiə edən vəkillərə olan hörmətsizliyini nümayiş etdirir".
Bunu "Freedom House" hüquq-müdafiə təşkilatının Avropa və Avrasiya proqramları üzrə direktor Mark Berendt bildirib.
"Azərbaycanda həbsdə olan jurnalistləri, fəalları, hüquq müdafiəçilərini və siyasi dissidentləri müdafiə edən vəkillər islah müəssisələrinə daxil olarkən və oradan çıxarkən mütəmadi olaraq təhqiramiz və alçaldıcı rəftara məruz qalırlar.
Muxalifet4 - 25-09-2019
Nazir Həsənov özü “azıb”
Sentyabrın 22-də azərbaycanlı hərbçi Ramin Abdulrəhmanovun Qarabağda, həm də Azərbaycan və Ermənistan mövqeləri arasındakı neytral zolaqda ölməsi cəmiyyət tərəfindən anlaşılmazlıqla və ağır qəbul edilir. Müdafiə naziri Zakir Həsənovun yolu azmış hərbçi barədə birmənalı olmayan açıqlaması çaşqınlığa səbəb olub. Azıb - nizam-intizamı pozub, yoxsa əmri yerinə yetirərkən həlak olub? Yəni, şəhid olub, ya yox?
Azərbaycan əsgərinin və zabitinin qeyri-döyüş şəraitində istənilən ölümü komandirlərin günahından baş verir - birbaşa və ya dolayısı ilə.
Muxalifet4 - 25-09-2019
Sosial Evlərin tikintisində 50 minlik material oğurlanıb
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sifariş olunan Sosial Evlərin tikintisi zamanı cinayət faktı aşkarlanıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2018-ci il 27 aprel tarixində elan etdiyi tender üzrə qalib gələn şirkətlərdən biri, “Hünər – İnşaat” Firması Suraxanı RPİ-yə müraciət edib. Şirkət rəsmiləri bildiriblər ki, tikinti meydançasından 50 min manatlıq tikinti materialları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 25-09-2019
Müsəlman ölkəsində ZƏLZƏLƏ ŞOKU: 25 ölü, 450 yaralı
Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinin Mirpur şəhərində meydana gələn 5,8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Milli Fövqəladə Halların İdarə Edilməsi Qurumunun açıqlamasına görə, 25 nəfər ölüb, 450 yaralı var.
Ölü sayının artacağı ehtimalı yüksəkdir.
Pakistanın Baş naziri İmran Xan dağıntıların bğyük qisminin köhnə evlərin olduğu kəndlərdə meydana gəldiyini deyib.
Muxalifet - 25-09-2019
"Qızı yerdən götürüb direktorun otağına apardıq” - ELİNANIN MƏKTƏB YOLDAŞLARI İFADƏ VERDİ
Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın növbəti məhkəməsi keçirilib.
Hakim Azər Tağıyevin icraatında olan prosesdə mərhum E.Hacıyevanın nümayəndəsi Emin İsayev vəsatət verərək Sevinc Abbasovanın həbs edilməsini istəyib: “O, şahidlərə təzyiq edir, prosesdən əvvəl onlarla danışıq aparır. Həmçinin jurnalistlərə açıqlama verərək Elina Hacıyevanın ölümünün səbəblərində valideynlərinin günahı olduğunu bildirir. Onun azadlıqda qalması cəmiyyətdə qıcıq yaradır”.
Muxalifet4 - 25-09-2019
“Məktəbin zavuçu 10 yaşlı oğlumu intihar həddinə çatdırıb” – UCAR SAKİNİNDƏN TƏHSİL NAZİRİNƏ MÜRACİƏT / ŞOK İTTİHAMLAR
Ucar rayonu, Alpout kənd sakini Əliyev Səfər Ələmdar oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır: “Ucar rayon Alpot kənd 1 №-li tam orta məktəbin zavuçu Zaman Xəlilova öz tərbiyəsiz hərəkəti ilə mənim oğlum, həmin məktəbin şagirdi 10 yaşlı Əliyev Yusifcanı ölüm həddinə çatdırıb. Artıq evdə uşağı nəzarət altında saxlayırıq. Belə ki, 17 sentyabr 2019-cu il tarixdə məktəbə gedib tənəffüs zamanı oğlum Yusifcanla söhbət edən zaman məktəbin zavuçu Zaman Xəlilova bizə yaxınlaşdı və mənə dedi ki, nə söhbət edirsən, bu uşağın atası sən deylsən.
Muxalifet4 - 25-09-2019
Zelenski Kadırovdan üzr istədi
Ukrayna prezidenti Vladimir Zelenski Çeçenistan rəhbəri Ramzan Kadırovdan üzr istəyib.
Zelenski ilə Kadırov arasında münasibətlər 2014-cü ildə “Kvartal-95” studiyasının rəhbəri olarkən yaranıb. Belə ki, Zelenski müsəlmanlarla bağlı çəkdiyi rolikdə müsəlmanları aşağılayıcı hərəkətlərə yol verib.Muxalifet - 25-09-2019
Ermənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı saatlar - Azərbaycanlılara satılır
1,3 milyon dollarlıq saatı oğurlanan azərbaycanlı ilə bağlı yayılan məlumatlardan sonra ölkəmizdə brend marka saatlarına maraq göstərənlərin heç də az olmadığı ortaya çıxıb.
Muxalifet.az xəbər verir ki, qiyməti təqminən 1-2 milyon dollar arasında dəyərləndirilən "Richard Mille” markası İsveçrə saatlarının daha çox müraciət edilən reytinq cədvəlində ilk onluğa düşür.
Muxalifet - 25-09-2019
Tonoyan hərbi təlimlərlə bağlı erməniləri narahat olmamağa çağırıb - “Aprel +” həyata keçirilir
Ermənistan Müdafiə naziri Davit Tonoyan hərbi təlimlərlə bağlı Ermənistan vətəndaşlarını narahat olmamağa çağırır.
Bu barədə erməni jurnalistlərlə söhbəti zamanı Tonoyan bildirib.
Ermənistan hökuməti sentyabrın 24-dən başlayaraq Ermənistan ərazisində şərti hərbi vəziyyət elan etməyi qərara alıb. Hərbi təlimlər çərçivəsində səfərbərlik elan edildikdən cəmi 6 saat sonra bir neçə min hərbi çağırışçı toplanış yerlərinə gəlib.Muxalifet - 25-09-2019
Rasim Balayevin səhhəti pisləşdi, AYAQLARI TUTULDU
Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.
Bu barədə sənətçinin özü Publika.az-a məlumat verib.
"Rasim bəy, özünüzü necə hiss edirsiniz" sualını aktyor belə cavablandırıb:
“Belə də, qocafəndi, yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb”.
Rasim Balayev bildirib ki, Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlayıb.
Məlumat üçün bildirək ki, Xalq artisti keçən il bel yırtığı diaqnozu ilə müalicə üçün Türkiyəyə getmişdi.Muxalifet - 25-09-2019
“Qarabağ savaşında Fələstin və Livan…” – Müsahibə
“İrandakı dini-siyasi hakimiyyət ənənəvi hücum taktikasını davam etdirir. Onlar üçün qarşılarında ABŞ, İsrail və ya Səudiyyə Ərəbistanının olmasının fərqi yoxdur. Bu kimi rejimlərin başqa cür davranmaq imkanı da yoxdur”. Politoloq Zaur Məmmədov belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik. – ABŞ Prezidenti Donald Tramp türk həmkarı Rəcəb Tayyib Ərdoğan və ölkəsinin ünvanına xoş sözlər səsləndirməyə başlayıb. Üstəgəl, Türkiyənin yenidən F-35 proqramına qaytarılması və ticarət həcminin 100 milyard dollara qaldırılmasına dair anlaşmanın əldə ediləcəyi deyilir.
Muxalifet - 25-09-2019
"Kişinin bir arvadı olar" - Bahar Zaurla EFİRDƏ MÜBAHİSƏ ETDİ
Elə qadın müğənnilər var ki, kiminsə ailəsini öz xoşbəxtliyi üçün dağıdır.
Bu fikirlər Zaur Kamal aparıcısı olduğu proqramda deyib.
Verilişin qonağı Bahar Lətifqızı aparıcının sözləri ilə razılaşmayıb:Muxalifet - 25-09-2019
Ordumuzun PUA-sı vurulub? - AÇIQLAMA
Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil: "Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur".
Muxalifet - 25-09-2019
Putin gecəni Yerevanda keçirməkdən imtina etdi
Oktyabrın 1-də Yerevanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı sammitinə cəmi bir neçə gün qaldı, lakin həm görüş, həm də yüksək səviyyəli qonaqların gəlişi ilə bağlı bir çox qarışıq hadisələr baş verir: xüsusilə Putinin qarşıdakı səfəri erməni isteblişmentini qəfil yaxalayıb.
Virtualaz.org bildirir ki, bunu “Qraparak” qəzeti yazıb.
Muxalifet - 25-09-2019
ŞAD XƏBƏR - Pensiya və maaşlar yenidən artırılacaq
“Azərbaycanda gələn il əməkhaqqı və pensiyaların yenidən artırılması gözlənilir”. Muxalifet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. H.Rəcəbli deyib ki, payız sessiyası sentyabrın 30-da başlayacaq: “Dünyada bütün parlamentlərdə payız sessiyası əsasən növbəti ilin büdcə layihəsinin müzakirəsinə həsr edilir və büdcə təsdiqlənir. Büdcə layihəsi öncə parlament komitələrində, sonra isə parlamentdə müzakirə olunur.
Muxalifet - 25-09-2019
Azərbaycanda oktyabrın 1-dən gecə reysləri bərpa olunur
Ölkədaxilində şəhərlərarası gecə reyslərinin fəaliyyəti bərpa olunur.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova məlumat verib.
O qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması, reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair tapşırıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinə verilib və artıq müvafiq müqavilələr bağlanıb.Muxalifet - 25-09-2019