Axtarış

The search found 105715 results in 0.089 seconds.

Search results

  1. Gələn ildən Ermənistanda uşağın doğulmasına görə müavinət 600 dollardan çox olacaq...

    6 dəfə artıralacaq bu müavinət Azərbaycan pulu ilə 1053 AZN edir...
    2020-ci ildə işğalçı ölkədə uşağın doğulmasına görə verilən birdəfəlik müavinət məbləği  6 dəfə artırılacaq. 
    Erməni saytlarının yaydığı məlumata görə, bu barədə   jurnalistlərə  açıqlamasında Ermənistan  Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

    Muxalifet - 25-09-2019

  2. Nyu-York-dakı Qarabağ danışıqları nəticəsiz bitdi

    Nazirlərin görüşündən əvvəl əsgərimizi şəhid edən Ermənistan bir gün sonra da Qarabağda hərbi təlimlərə start verdi; İrəvan status-kvonu saxlamaq üçün təxribatlarını davam etdirir 

    Qarabağ danışıqlarının növbəti raundu ABŞ-ın Nyu-York şəhərində gerçəkləşib. Lakin gözlənildiyi kimi, bu görüş heç nə ilə yadda qalmayıb və sadəcə, deklorativ xarakter daşıyıb. Azərbaycan Xarici İşlər Nazirliyi görüşlə bağlı açıqlama yayıb.

    Muxalifet - 25-09-2019

  3. Azərbaycanda vəzifəli şəxs 37 yaşında vəfat etdi

    Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya mərkəzinin baş məsləhətçisi Hikmət Əhmədov dünyasını dəyişib.
    Muxalifet.az
    "Report”a istinadən xəbər verir ki, H.Əhmədov uzun sürən xəstəlikdən vəfat edib.
    Xatırladaq ki, o, 1982-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub.

    Muxalifet - 25-09-2019

  4. Afaq Aslana evlilik təklif edən gənc yenidən efirdə: O, bu dəfə katibə rolunu... - VİDEO

    İctimai TV-də yayımlanan "3D” verilişində maraqlı anlar yaşanıb. Muxalifet.az azxeber.com-a istinadən xəbər verir ki, ötən gün efirdə Afaq Aslana evlilik təklif edən gənc bu dəfə İTV efirində görünüb. O verilişdə katibə rolunu canlandıran Lyubaya evlilik təklif edib. Lyuba isə ona "yox” deyib. Gənc isə "siz də mənə yox desəz, REAL-a gedəcəm” deyib. Lyuba isə istəyirsən "Barselona”ya get cavabını verib. Həmin anları təqdim edirik:

    Muxalifet - 25-09-2019

  5. Prezidentin seçki məntəqəsinə BOMBALI HÜCUM: ölən və yaralananlar var

    Əfqanıstan prezidenti Əşrəf Qaninin Qəndəhar vilayətindəki seçki məntəqəsinə bombalı hücum təşkil edilib. Partlayış nəticəsində 3 dinc sakin həlak olub, 7 nəfər yaralanıb. Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib. Qeyd edək ki, Əfqanıstanda prezident seçkiləri sentyabrın 28-də keçiriləcək.

    Muxalifet - 25-09-2019

  6. Lotu Qulinin gecə klubundan GÖRÜNTÜLƏRİ YAYILDI

    Avtoritet artıq bir müddətdir ki, Dubaya köçüb
    Azərbaycanlı kriminal avtoritet Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun yeni görüntüləri yayılıb.
    AzNews.az xəbər verir ki, bu dəfəki, kadrlar gecə klublarından birində çəkilib.
    İstanbulda yerləşən məkandan olan görüntülər sosial mediada yayılıb.
    Qeyd edək ki, Lotu Quli artıq bir müddətdir ki, Dubaya köçüb.

    Lotu Qulinin gecə klubundan GÖRÜNTÜLƏRİ YAYILDI

    Muxalifet - 25-09-2019

  7. Vilayət Eyvazov rəisi, müavini və sahə müvəkkilini İŞDƏN ÇIXARDI

    Bakıda polis bölməsinin rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edilib.
    Muxalifet.az
    “Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Muxalifet - 25-09-2019

  8. Azərbaycanda 16 yaşlı qızın qaçırılma səbəbi ÜZƏ ÇIXDI: Hər kəsi ŞOKA SALACAQ FAKT - FOTOLAR

    Sentyabr 17-də Goranboyda 16 yaşlı qızın qaçırılmasında istifadə olunan avtomobil və şəxslər saxlanılıb.
    16 yaşlı qızın qaçırılmasında iştirak edən, rayon sakini Bayramov İlqar Ələmşah oğlu idarə etdiyi "Mercedes” markalı, 22 BH 414 dövlət nömrə nişanlı avtomobili ilə birlikdə saxlanılıb.
    Daha sonra "Pişən” ləqəbi ilə tanınan İlqar Mehdiyevin yeri Gəncə şəhərində müəyyən edilib.
    Dərhal əməliyyat qrupu həmin yerə cəlb olunub.
    İlqar Mehdiyev tutularaq rayon polis şöbəsinə gətrilib. 16 yaşlı qızın isə vəziyyətinin normal olduğu bildirilir.

    Muxalifet - 25-09-2019

  9. Azərbaycan əhalisi ən çox nə yeyir? – Bu sahədə dünyada birinciyik

    Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla əmək qabiliyyətli əhali 150 kiloqram, pensiyaçılar 109 kiloqram, 0-14 yaşlı uşaqlar 98 kiloqram çörək və çörək məhsulları istehlak edirlər.

    “Yeni Sabah” xəbər verir ki, bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Bu statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 330 qram çörək yeyir.

    Muxalifet - 25-09-2019

  10. Erməniyə "ana" deyən ağdamlı Niyazi - ŞOK FAKTLAR

    Torpağı işğal olunan, 3 mindən çox şəhid verən Ağdam rayonunun sakini Niyazi Vəliyev Brüsseldə erməni Violettoy Baqdasaryanın kilsəsinə sığınıb, ona "ana" deyir O, torpaqların işğalını danıb Azərbaycanın əleyhinə kilsələrdə və beynəlxalq dini mediada çıxış edir Çox şeylər duymaq və eşitmək olar. İnsanların dinlərini dəyişmələri də normaldı. Lakin anormal odur ki, sənin torpağını işğal edən, qonşularını, qohumlarını öldürən, qaçqın salan bir düşmənə sığınasan, ona ana deyəsən, əlini öpəsən, birlikdə şəkil çəkdirib sosial şəbəkədə yaymaq cəsarəti tapasan.

    Muxalifet4 - 25-09-2019

  11. İradə İbrahimov Fədayə Laçından görün NƏLƏR DEDİ: Hər kəs özünün...

    Türkiyədə yaşayan müğənni İradə İbrahimova son günlərin gündəm mövzusu olan Fədayə Laçının azad edilməsi məsələsinə münasibət bildirib.

    Tanınmış sənətçi Mirşahin Ağayevin Fədayə ilə bağlı çıxışını İnstaqramda paylaşıb. O bildirib ki, darda olan insanlara arxa çevirmək olmaz:

    Muxalifet - 25-09-2019

  12. Əbülfəz Məlikovun Çexiyadakı şirkətlərinin SİYAHISI - FOTOLAR

    Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə “TransBroker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun əmlak siyahısını yayıb. Muxalifet.az xəbər verir ki, Cavanşir Həsənli Əbülfəz Məlikovun Çexiyada şirkətlərinin olduğunu iddia edib. Jurnalist qeyd edir: "Gömrük Komitəsinin "qara kassası" kimi uzun illər sahibkarların boğazına çökmüş monopoliya əfsanəsi "broker Əbülfəz"in təqdimatına ehtiyac yoxdur, o bütün zamanların gömrük bosslarının ən çox etimad göstərdiyi biri kimi gömrük bazarının 'kom"u olub. Biznesi geniş coğrafiyanı və geniş sahələri əhatə edir.

    Muxalifet - 25-09-2019

  13. POLŞA YENİDƏN BÖYÜK HADİSƏLƏRİN “BAŞ ROLUNDA” – ABŞ ordusu Polşa ərazisində niyə möhkəmlənir?

    20-ci əsrdəki iki mühüm hadisədə – İkinci Dünya Müharibəsinin başlamasında və sovet kommunizminin çökməsində mərkəzi rolu oynamış, heç də böyük olmayan Avropa dövləti bu gün Rusiyanın hərbi ambisiyalarının önünü kəsməkdə əsas elementə çevrilib. Söhbət Polşadan gedir.

    Rusiya ilə sərhədi olan Polşa tədricən öz müdafiə xərclərini artırır. ABŞ prezidenti Donald Tramp Polşaya əlavə 2 min nəfər hərbçi göndərəcəyinə söz verib. Hazırda Polşada 4 min Amerikan əsgəri var və bunu qeyri-rəsmi olaraq “Fort Tramp” adlandırırlar.

    Muxalifet - 25-09-2019

  14. SON DƏQİQƏ: Bakıda KÜTLƏVİ DAVA - Bıçaqlananlar var

    Bakıda kütləvi dava olub.
    Hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.
    Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Bağırov Zakir Vaqif oğlu qəsəbə sakini, 1980-ci il təvəllüdlü Muxtarov Ədalət Məhəbbət oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və Ə.Muxtarov üzərində gəzdirdiyi bıçaqla Z.Bağırovun döş qəfəsinə zərbə endirib.
    Bu zaman hadisə yerində olan Z.Bağırovun qaynı, 1994-cü il təvəllüdlü Abbasov Ramin Məhəbbət oğlu Ə.Muxtarovu bıçaqlayıb.
    Hər iki şəhər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    Muxalifet - 25-09-2019

  15. “Terrorçular Atatürkün köşkündən istifadə edirlər” – PKK üzvündən açıqlama - VIDEO

    Terror təşkilatı olan PKK-nın dağlarda fəaliyyət göstərən qrupunda həkim olaraq yer alan P.S. adlı qadın təşkilatın iç üzünü gördükdən sonra qaçıb polisə təslim olub. O, orada gördüklərini və yaşadıqlarını isə mediaya vasitəsilə ictimaiyyətə çatdırıb. Musavat.com bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir. P.S. universitetdə oxuduğu illərdə terror təşkilatı üzvləri ilə tanış olub. Yeni tanıdığı insanlar vasitəsilə HDP üzvləri və terror təşkilatının digər yüksək rütbəli şəxslərini tanıyıb.

    Muxalifet4 - 25-09-2019

  16. 1 manatlıq lotereya ilə varlanmaq arzusu - reallıq, yoxsa...

    Azərbaycanda şans oyunlarına aludə olanların sayı kifayət qədərdir; ekspertlər fırıldağı da istisna etmirlər

    Birdən-birə varlanmaq -  küp tapmaq, lotereyada udmaq həvəsi insanlarda hər zaman olub. Günümüzdə lotereya ilə milyonçu olmaq istəyənlər kifayət qədərdir.

    Dünya ölkələrinin tarixində lotereya oyunları zamanı fantastik uduşlar qeydə alınıb. Bizdə isə yüksək məbləğlərə tez-tez rast gəlməsək də, oyun həvəskarları azalmır.

    Muxalifet - 25-09-2019

  17. Gələcəyimiz necə məhv edilir? “Direktorlar müəllimlərdən pul alıb...”

    Son günlər sosial şəbəkələrdə valideynlər övladlarının gündəlik dərs yükünün ağırlığından şikayət edirlər. Valideynlərin sözlərinə görədəsr bölgüsü düzgün aparılmır. Məsələn, 11-12 yaşlı uşaqlara eyni gündə 3 dildən (Azərbaycan dili, rus dili və ingilis dili) dərs keçirilir və ya 6 saatlıq dərsdən sonra fizika fənni tədris olunur. Bəs fənlərin belə tədris olunması nə dərəcə effektiv ola bilər?

    Muxalifet - 25-09-2019

  18. "Mən millət vəkili vəsiqəsini heç zaman girov qoya bilmərəm" - Deputatdan MARAQLI AÇIQLAMA

    "Mən öz millət vəkili vəsiqəmi əsla girov qoymaram. Çünki o vəsiqə Qənirə Paşayevanın deyil. O vəsiqə millətin vəsiqəsidir".
    Bu fikirləri Milli Məclisin deputatı Qənirə Paşayeva İctimai televiziyada (İTV) yayımlanan Dadaş Dadaşlinskinin verilişdə səsləndirib. 
    Daha sonra xanım millət vəkili deyib:
    "O vəsiqəni Qənirə Paşayevaya minlərlə seçici verib. O, minlərlə seçicinin vəsiqəsidir. Mən onların vəsiqəsini heç bir zaman girov qoya bilmərəm".
    Q.Paşayeva bildirib ki, onun üçün dünyada millət vəkilindən şərəfli iş yoxdur:

    Muxalifet - 25-09-2019

  19. Azərbaycanın, Dağlıq Qarabağın və Ermənistanın maraqlarına cavab verən həll nədir... - PAŞİNYANIN “CƏSATƏTLİ” BƏYANATI, BAKIDAN GÖZLƏNTİSİ

    Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa dair bəzən bir-birini təkzib edən, yaxud avantürist mahiyyət daşıyıb danışıqların tamamilə dalana dirənməsinə gətirən bəyanatları məlumdur. Bu bəyanatların nəticəsi odur ki, Paşinyanı indi heç Ermənistanın özündə də Qarabağa dair danışıqlar aparacaq səriştəyə malik adam saymırlar və əksinə, onun ölkəni təhlükəli müharibəyə sürüklədiyi haqda həyacan təbili çalırlar. Doğrudan da Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” deyirsə və Xankəndində “miatsum” şüarını dirildirsə müharibənin alternativi qalmır.

    Muxalifet - 25-09-2019

  20. Keçmiş polis rəisi vəfat etdi

    Azərbaycanda keçmiş polis rəisi vəfat edib.

    Muxalifet.az-ın “Report”a istinadən xəbərinə görə, Sabunçu və Suraxanı Rayon Polis İdarəsinin (RİP) rəisi vəzifələrində çalışmış Etibar Qazıbəyov dünyasını dəyişib.

    1951-ci ildə Naxçıvan şəhərində anadan olan E.Qazıbəyov 1974-cü ildən Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

    O, Sabunçu və Suraxanı RİP-nin rəisi, son illərdə isə "Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb. 2017-ci ildə isə MMC-dən ayrılıb.

    Muxalifet - 25-09-2019

Pages