Axtarış
The search found 105715 results in 0.036 seconds.
Search results
Sürücünün söydüyü yol polisindən AÇIQLAMA: "İşləmək istəyirəm" - VİDEO
Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunması barədə danışıb. Mehdi Səlimov Demokrat.az-a açıqlamasında hazırda iş başında olduğunu bildirib. "Mən hələ işimin başındayam, çıxmamışam. Ancaq təqaüdə çıxmağım barədə raport yazmışam, yəqin ki, yaxın vaxtlarda pensiyaya göndəriləcəm". Mehdi Səlimov hələ iş qabiliyyətinin olduğunu da söyləyib: "Hələ iş qabiliyyətimi itirməmişəm, yol polisində qalıb işləmək istərdim.
Muxalifet - 24-09-2019
Şəhid əsgərimizin dəfn mərasimi başladı - FOTOLAR
Ermənilərin şəhid etdiyi Azərbaycan ordusunun əsgəri Ramin Abdulrəhmanovun dəfn mərasimi başlayıb.
Muxalifet.az xəbər verir ki, onun nəşi doğulduğu Quba rayonuna gətirilib. Hazırda ailəsinin yaşadığı rayonun qırmızı qəsəbəsində dəfn mərasiminə hazırlıq gedir. Mərasimə rayon ictimaiəti, rayon əhalisi qatılıb.
Muxalifet - 24-09-2019
Əmisi arvadını qaçıranı öldürməkdə ittiham edilənlərin məhkəməsi başladı
Qubada əmisi arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham ediləm Şahmar Əsədov, Sadiq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hazırlıq iclası baş tutmayıb. Vəkillərdən biri məhkəmə iclasında iştirak etmədiyi üçün proses təxirə salınıb. Məhkəmə iclası oktyabrın 1-nə təyin edilib.
Muxalifet - 24-09-2019
ABŞ VƏ ÇİNİN “DƏYİRMAN DAŞLARI” ARASINDA QALAN CƏNUBİ QAFQAZ VƏ TÜRKİYƏ: bölgə ölkələri “böyük savaş”a hazırdırmı? – Təhlil
Stanislav Tarasov regnum.ru, 23.09.2019 Çinin “Bir qurşaq, bir yol” layihəsi gözlənilən sabitləşmə və inteqrasiya proseslərinin dərinləşməyini deyil, kürəsəl risklər və hər şeydən qabaq, bu marşrutda yerləşən bütün ölkələri bürüyən bölgəsəl çağırışların çoxalmasını nəzərdə tutur. Belə bir şey artıq baş verir.
Muxalifet - 24-09-2019
Qarabağda yeni müharibə bu tarixdə başlayır, Azərbaycan... – Rusiyadan ŞOK XƏBƏRDARLIQ
“Dağlıq Qarabağda keçiriləcək “seçkilərdən” sonra hərbi hərəkətlərin aktivləşməsi mümkündür”. Bu barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mediasına müsahibəsində deyib. Tarasov iddia edir ki, Azərbaycan Ermənistanda yaranmış siyasi qarışıqlıqdan istifadə edə bilər. “Qarabağda keçmiş hakimiyyətin tərəfdarları qalıb, Ermənistanda isə hakimiyyət dəyişib. Qarabağdakı “seçkilərdə” “hakimiyyət” dəyişsə, vəziyyət qarışacaq və Azərbaycan bundan istifadə edə bilər”, - deyə o iddia edib.
Muxalifet - 24-09-2019
«Səudiyyə Ərəbistanı öz sonuna doğru gedir» – «Hizbullah» lideri
Livan «Hizbullah»ının («Allahın partiyası») Baş katibi Həsən Nəsrulla Səudiyyə Ərəbistanı rejiminin «sonundan xəbər verib». Livan şiələri aparıcı təşkilatının lideri Nəsrullanın sözlərinə görə, Əl-Səud rejimi «çox qocalıb və demək olar, öz sonuna çatıb».
İranın ərəbdilli «Əl-Ələm» telekanalına müsahibəsində şeyx Nəsrulla deyib ki, Səudiyyə Ərəbistanının hakim rejimi köhnəlib və öz ömrünün sonuncu mərhələsini yaşayır. Müsahibə sentyabrın 22-də axşam yayımlanıb.
Muxalifet - 24-09-2019
Vurğun Əyyub vəfat etdi
Ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub vəfat edib. Bu barədə Unikal.org-a V. Əyyubun ailəsindən bildirilib. Mərhum bu gün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında dəfn olunacaq.
Muxalifet - 24-09-2019
Misir QARIŞIR: Ordu xalqı küçələrə çağırdı
Misirdə prezident Əbdülfəttah əs-Sisiyə qarşı davam edən etiraz aksiyalarında ordu hərəkətə keçib.
Sabiq Baş qərargah rəisi Sami Anana sadiq qaldıqlarını elan edən Misir Zabitlər Cəbhəsi xalqı küçələrə çıxmağa çağırıb və etirazçıları qoruyacağını vəd edib.
“Middle East Monitor”da yayımlanan xəbərə görə, Misir ordusu Sisinin devrilməsini istəyir. Qrupun rəsmi mətbuat katibi seçilən doktor Mahmud Rüfət ordunun çağırışlarını təsdiq edib.
Muxalifet - 24-09-2019
Zori Balayanın nəvəsi Paşinyanın oğlunu döydü - ERMƏNİ ORDUSUNDA MÜNAQİŞƏ
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu xidmət yoldaşları ilə münaqişə səbəbindən Yerevana aparılıb.
Virtualaz.org bildirir ki, Ermənistanın "Qraparak" qəzeti baş nazirin oğlunun onlar tərəfindən döyüldüyünü yazıb.
Nəşr qeyd edir ki, kiçik Paşinyan Ermənistanda “nizam” quran atasının yolu ilə getməyə qərar verib. Hərbçi Aşot Paşinyan zabitlərə və xidmət yoldaşlarına irad tutub, onlar barəsində komandanlığa “donos” ötürüb.
Muxalifet - 24-09-2019
Azərbaycanda deputatın gizli videosu yayıldı - Video
Millət vəkili Rafael Cəbrayılovun borc qalmaqalı ilə bağlı Yenisabah.az-a video və audio materiallar daxil olub.
Məlumat üçün deyək ki, Rafael Cəbrayılov Təranə Fətəliyeva və Xatirə Nəcəfova adlı vətəndaşlardan toplam olaraq 600 min ABŞ dollar məbləğində borc pul alıb. Millət vəkili borcu deyilən vaxtda qaytaracağına əminlik yaratmaq üçün III və IV çağırış deputat vəsiqlərini girov qoyub.
Muxalifet - 24-09-2019
Sevişdiyi qadınların boynunu vurduran hökmdar - Tarixin ən qədddar imperatoru olub - FOTO
Eramızın 37-ci ilindən 41-ci ilinə qədər hakimiyyətdə olan hökmdar Kaliqula tarixin ən qəddar hökmdarlarından biri hesab olunur.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cəmi 4 il hakimiyyətdə olan Kaliqula hökmranlıq etdiyi qısa vaxt ərzində qəddarlıqları ilə tarixə düşüb.
Əsl adı Gaius Julius Caesar Augustus Germanicus olan imperatorun yaraşıqlı və cüssəli olmadığına görə əvvəllər xalq tərəfindən ciddi qəbul olunmaması onu daha da amansız edib.
Muxalifet - 24-09-2019
Rusiya vətəndaşı ilə evlənənlərə ŞAD XƏBƏR: Putin qanunu imzaladı
Rusiya vətəndaşı ilə evlənən şəxslər artıq 1 ildən sonra vətəndaşlıq əldə edə biləcək.
Rusiya prezidenti Vladimir Putin bu barədə qanun imzalayıb.
Daha əvvəl Rusiya vətəndaşı ilə evlənən şəxs bu ölkənin vətəndaşlığını ala bilmək üçün 3 il gözləməli idi.
Qanun 2 oktyabr tarixində qüvvəyə minəcək.Muxalifet - 24-09-2019
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür
“Nar”-ın baş sponsorluğ ilə ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 14-cü mövsümü start götürür. Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”, artıq 7 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. Bu mövsüm mübarizəyə ölkə üzrə 34 komanda qoşulacaq. Yarış hər həftənin bazar günü saat 20:00-də İctima Televiziyada yayımlanacaq. İlk oyun sentyabrın 22-si start görütəcək və yanvarın əvvəlinə qədər davam edəcək.
Muxalifet4 - 24-09-2019
Bakıda qadın sevgilisi tərəfindən qətlə yetirildi, evi talan edildi
Dünən axşam saatlarında Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, sentyabrın 23-ü saat 21:30 radələrində Yeni Yasamalda 1 nömrəli evin mənzilində 1970-ci il təvəllüdlü Maya Arif qızının meyiti tapılıb.
Qadın qətlin qurbanı olub. Naməlum şəxs qadına biri kürəyinə, digəri sinəsinə olmaqla iki bıçaq zərbəsi vurub. Faktla bağlı cinayət işi açılıb.
Muxalifet4 - 24-09-2019
Sərhədçimizi bıçaqlayanların tutulma görüntüləri - VİDEO
Sentyabrın 20-si saat 21:05 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verən insidentin görüntüləri yayılıb.
Həmin hadisə zamanı “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində iki nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Muxalifet - 24-09-2019
“Belə yalanı bir İlhamə Quliyevadan, bir də Faiq Ağayevdən eşitmişdim”
Binəqədi Rayon Məhkəməsində Flora Kərimovanın təhqir və böhtanla bağlı Muradova Ülviyyə Niyaz qızına (Ülviyyə Alovlu) qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətinə əsasən keçirilən məhkəmə prosesinin başa çatdığı barədə məlumat yayılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə jurnalist Ü.Alovlu sosial şəbəkələrdə yazıb. O, məhkəmədə qalib gəldiyini bildirib:
"Flora nənə mənə məhkəməni uduzdu".
Muxalifet - 24-09-2019
"Palatanın indiyədək qəbul etdiyi bütün qaydalar köçürmədir" - ƏKRƏM HƏSƏNOV
“Maliyyə Bazarlarına Nəzarət Palatası avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortasi üzrə zərərin birbaşa ödənilməsini hələ də təmin etməyib.
Bu barədə hüquqşünas Əkrəm Həsənov açıqlama verib.Muxalifet4 - 24-09-2019
"Xalq küçələrə çıxıb bu hakimiyyəti dəyişəcəksə, Azərbaycan böyük bəlaya düçar olacaq" - RUSPƏRƏST DEPUTAT
Muxalifet.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev “Redaktor.az” saytına müsahibəsini oxucularına təqdim edir: - Con Boltonun vəzifəsindən istefa verməsinin Azərbaycana hansı təsirləri ola bilər. Bununla ABŞ-ın ölkəmizə diqqətinin azalacağını iddia edirlər. - Azərbaycana diqqət azalmayacaq. Çünki Azərbaycan Rusiya və İranla sərhəd dövlətdir. ABŞ-ın hər iki ölkə ilə problemi var. - 2020-ci ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək.
Muxalifet4 - 24-09-2019
Vəzifədən çıxarıldığını eşidən mer ÖZÜNÜ GÜLLƏLƏDİ
Samara vilayətinin Novokuybışevsk şəhərinin meri Vladimir Fominin intiharı ilə bağlı təfərrüatlar məlum olub.
Bu barədə “Baza Telegram” kanalı məlumat yayıb. İntihara səbəb merin bir gün əvvəl işdən çıxarılacağı barədə aldığı məlumat olub. O özünü güllələyərkən ölməsə də, ağır yaralanıb. Həkimlər dərhal xəstəxanaya yerləşdirilən merin həyatını xilas edə bilməyiblər və o, əməliyyat masasında ölüb.
Muxalifet4 - 24-09-2019
Azərbaycanda 52 min nəfərə ŞAD XƏBƏR - Əmanətləriniz geri qaytarılacaq / VİDEO, YENİLƏNDİ
"Gələn aydan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər. Yəni, müfis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə o zaman həmin vəsait qaytarılacaq".
Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. O qeyd edib ki, Əmanətlərin Sığortalaması Fondu Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib:
Muxalifet4 - 24-09-2019