Axtarış
The search found 105715 results in 0.027 seconds.
Search results
Suyu krandan doldurub belə satırlar - VİDEO
Sosial şəbəkədə qablaşdırılmış sularla bağlı yayılan görüntü böyük marağa səbəb olub.
Muxalifet.azBaku.ws-ə istinadən xəbər verir ki, görüntülərdə suların saxta şəkildə qablaşdırılması öz əksini tapıb.
Kran suyu ilə doldurulan bidonlar bu üsulla orijinal kimi bazara çıxarılır. Bidonların ağzını qapatmaq üçün istifadə olunan lent qızdırılaraq orijinal görünüşə salınır.
Muxalifet - 24-09-2019
20 günün gəlini qaynanasının evindən yoxa çıxdı - FOTO
Azərbaycanda 24 yaşlı 20 günün gəlini qaynanasının evindən yoxa çıxıb.
BiG.AZ xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxan və qızı Müjgan Məmmədlini axtaran ana bildirib.Muxalifet - 24-09-2019
Trampın qızının BMT-nin tədbirinə geyindiyi geyim TƏƏCCÜB doğurdu - FOTO
Donald Trampın qızı İvanka Tramp BMT Baş Assambleyasındakı çıxışı ilə böyük təəccüb doğurub. Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında bir çox dünya liderləri iştirak edib. Rəsmi tədbir üçün tünd göy və ağ yubka seçən İvanka bütün diqqətləri öz üzərinə toplayıb. Məsələ ondadır ki, prezident qızı büstqalter geyinmədən gəlib. Qeyd edək ki, tədbirdə ABŞ prezidenti Donald Tramp və İngiltərə baş naziri Boris Cohnson, Almaniya kansleri Angela Merkel və başqaları çıxış edib.
Muxalifet - 24-09-2019
Fərda ilə Müşviqin serialı dayandırıldı
“Xəzər” TV-də yayımlanan “Niyə?” serialının yayımı dayandırılıb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə aktyor Fərda Xudaverdiyev məlumat verib.
“Noyabrda “Niyə 3” tammetrajlı filmi kinoteatrlarda yayıma girəcək. Ona görə də serialın yayımı dayandırılıb. Ola bilsin ki, yanvardan yenidən bərpa etdik”.
Qeyd edək ki, serialın baş rolları Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev və Mehin Hümbətova oynayırdı.//axşam.azMuxalifet - 24-09-2019
Bakıda dəhşətli qətlin təfərrüatı: Zorlamaya görə məhkum olunmuş qayınata gəlininə şər atmaq istədi
Sentyabrın 23-də Xəzər rayonunun Binə kəndində vəhşicəsinə törədilən qətlin dəhşətli təfərrüatı məlum olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Oxu.az-a öldürülən 30 yaşlı Cəmilə Məhərrəmovanın yaxınları məlumat veriblər.
Xatırladaq ki, Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov gəlini C.Məhərrəmovanı balta ilə qətlə yetirib. Kişi balta ilə bir neçə dəfə onun başından zərbə vurub.
Muxalifet - 24-09-2019
FİFA türk klubunun 21 xalını sildi - Tarixi cəza
Üç sezon əvvəl “Super Liqa”da çıxış edən, bu günlərdə qeyri-peşəkar liqada çıxış edərək varlığını qoruyan “Gaziantepspor”a daha bir zərbə FİFA-dan gəlib.
"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, FİFA klubun 21 xalını silib.
Buna səbəb kimi keçmiş oyunçulara olan borcun ödənilməməsi göstərilib.
Muxalifet - 24-09-2019
“Azərbaycan Qarabağda müharibəyə 2020-ci il seçkilərindən sonra başlaya bilər…”
Nədən politoloqlarun neçə illərdir Qarabağla bağlı verdiyi proqnozların heç biri düz çıxmır?..
“Qarabağda hərbi əməliyyatlar 2020-ci ildəki seçkilərdən sonra başlaya bilər”
Moderator.az xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə, bu fikri Rusiyanın ermənipərəst politoloqu Stanislav Tarasov Ermənistanın "168 Jam" qəzetinə verdiyi müsahibədə söyləyib.Muxalifet - 24-09-2019
Ukraynada oğlunu öldürüb qaçdı, Laçında yaxalandı
Ukraynada dəhşətli cinayət törədən şəxs Ermənistan üzərindən Azərbaycanın işğal altındakı ərazilərinə qaçaraq orada izini itirməyə çalışıb. Lakin Ermənistan hüquq-mühafizə orqanları onu yaxalayıb. Bu haqda Ermənistan polisinin mətbuat xidməti bildirir. Məlumatda deyilir ki, hüquq-mühafizə orqanları oğlunun qətlinə görə axtarışda olan Ukrayna vətəndaşını Dağlıq Qarabağda saxlayıb. 65 yaşlı həmin şəxs sentyabrın 16-da Mironovka kəndində 42 yaşlı oğlunu qətlə yetirməkdə ittiham olunur. Ermənistan polisinin bildirdiyinə görə, həmin şəxs təyyarə ilə Ermənistana gəlib və sonra izini itirib.
Muxalifet - 24-09-2019
SON DƏQİQƏ! Azərbaycanlı aktyor xərçəng xəstəliyindən dünyasını dəyişdi - FOTO
Azərbaycanlı aktyor Ramil Əzimov vəfat edib. BiG.AZ xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı aktyor uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişib. Bu haqda mərhumun dostları məlumat verib. Qeyd edək ki, 41 yaşlı Ramil Əzimov Gənc Tamaşaçılar Teatrının aktyoru olub.
Muxalifet - 24-09-2019
Gürcüstan prezidentinin parlamentdəki nümayəndəsi istintaqa çağırılıb
Gürcüstanın Baş Prokurorluğu prezident Salome Zurabişvilinin parlament üzrə katibi Dimitri Qabunianı dindirilməyə çağırıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, D.Qabunia sabah Baş Prokurorluqda sorğu-sual olunacaq.
Dövlət başçısının parlamentdəki nümayəndəsi S.Zurabişvilinin əfv qərarı ilə başlayan istintaq çərçivəsində dindiriləcək.
Qeyd edək ki, avqustun 28-də “Mariamoba” bayramı ilə əlaqədar Gürcüstan prezidenti 34 məhkumu əfv edib. Onların arasında qətlə görə məhkum olunmuş üç nəfər və axtarışda olan bir nəfər də yer alıb.
Muxalifet - 24-09-2019
Qaradağ rayonu ərazisində iki avtomobil toqquşub, xəsarət alan var
Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə “Binə” ticarət mərkəzinin qarşısında qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1969-cu il təvəllüdlü Əbdülrəhmanova Pikəxanım xəsarət alıb. Yaralı təcili-tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.
Muxalifet - 24-09-2019
Kəşfiyyatçı prezidentin telefon danışığını dinlədi, impiçment başladı - TRAMP ANDA XƏYANƏT EDİB?
ABŞ Nümayəndələr Palatasında çoxluqda olan demokratların lideri Nensi Pelosi prezident Donald Trampa qarşı rəsmi impiçment araşdırmasına göstəriş verib. Pelosi prezident Donald Trampı Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı Konstitusiyanı pozmaqda ittiham edib.
Muxalifet - 25-09-2019
Almaniyada paxmellə bağlı rəsmi qərar
Almaniyanın Frankfurt şəhərinin məhkəməsi öz qərarı ilə "paxmel" olmağı xəstəlik kimi tanıdı.
Bir Almaniya vətəndaşı suda həll olunan “antipaxmel” tozlarını istehsal edən şirkəti məhkəməyə verib. İddiaçı hesab edib ki, məhsulların üstündə onların müalicəvi effektə malik olması yazısı həqiqətə uyğun deyil.
Məhkəmə isə qərara alıb ki, insan orqanizminin fəaliyyətinə təsir göstərən yorğunluq, ürək bulanması, baş ağrısı və digər müvəqqəti pozuntuları xəstəlik kimi qəbul etmək olar - bununla da şirkətin vəd etdiyi müalicəni onun məhsulları yerinə yetirir.
Muxalifet - 25-09-2019
Hüquqşünas deputatın sələmə pul götürməsindən danışdı - Rəfael Cəbrayılovu nə gözləyir?
Əkrəm Həsənov: “Deputatın öz vəsiqəsini girov qoyması biabırçılıqdır...”
Bir müxalifətçinin ailəsində 7 il əvvəl baş verən şiddətin üzə çıxması deputat Rəfael Cəbrayılovun deputat vəsiqəsini girov qoyub sələmə pul götürməsini gündəmin əsas mövzusu olmaqdan sıxışdıra bildi. Normalda isə deputatın sələm məsələsi bu gün olduğu kimi gündəmin 5-ci, 6-cı dərəcəli mövzusu yox, 1 nömrəli dartışma predmeti ola bilərdi. Ötən həftədən sosial şəbəkələrdə Rafael Cəbrayılovla bağlı müzakirələr səngimir.
Muxalifet - 25-09-2019
Bakıda qayınata 30 yaşlı gəlinini buna görə baltaladı - ŞOK TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda Firdovsi Məhərrəmov 30 yaşlı gəlini Cəmilə Məhərrəmovanı balta ilə qətlə yetirib.
"Qafqazinfo"ya hadisənin təfərrüatları məlum olub.Muxalifet - 25-09-2019
Dünyanın ən böyük hava limanı istifadəyə verildi - Video
Çinin Pekin şəhərində dünyanın ən böyük beynəlxalq hava limanı – “Dasin” istifadəyə verilib. “Qafqazinfo”nun “Sina” informasiya agentliyinə istinadən məlumatına görə, “Dasin” ilk reyslərini sentyabrın 25-də (bu gün) qəbul edəcək. Qeyd edilir ki, “Dasin” Çinin vətəndaş aviasiyası tarixində ən bahalı layihədir. Hava limanının tikintisinə 80 milyard yuan xərclənib. Hava limanı şəhər mərkəzindən 46 kilometr aralıqda yerləşir. Onun ümumi sahəsi 1 milyon kv.m təşkil edir.
Muxalifet - 25-09-2019
Üç ölkə “saat əqrəbləri”ni tutuşdurur - Bakıda
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimində əsas hədəf və mesaj; tale ortaqları regiondakı işğal ortaqlarına qarşı, yaxud Ermənistan inkişaf yoluna çıxmaq istəyirsə... Dünən Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi başlayıb. Musavat.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Qafqaz Qartalı-2019" təlimi start götürüb.
Muxalifet - 25-09-2019
Mübariz Mənsimov Türkiyənin məşhur klubunun prezidenti ola bilər - HƏTTA 50 MİLYON AVRO DA AYIRACAQ - Foto
“Palmali” şirkətlər qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov “Beşiktaş”ın prezidenti ola bilər. "Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün Fikrət Ormanın istefasından sonra “qara qartal”da boş qalan prezident postuna Mənsimovun keçə biləcəyi qeyd olunur. İstanbul klubunda yeni seçkilər olacaq və “Xəzər Lənkəran”ın sahibinin də həmin posta iddia etdiyi bildirilir. Hətta Mənsimovun kluba 50 milyon avro ayıracağı da yayılan xəbərlər arasındadı.
Muxalifet - 25-09-2019
Türkiyədə TERROR: Polisləri daşıyan AVTOBUS PARTLADILDI - FOTOLAR
Türkiyənin Adana şəhərində Çevik Polis Alayının əməkdaşlarını daşıyan avtobus partladılıb. Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Adana vilayətinin Yürəgir rayonun mərkəzində Çevik Qüvvət Polislerini daşıyan xidməti avtobusa bombalı hücum təşkil edilib. Hadisə səhər saat 07.20 radələrində Selahatin Eyyubi məhəlləsində baş verib. Terrorda zirehli xidmət avtomobili və ətrafdakı nəqliyyat vasitələri zərər görüb. Ölən və yaralılar barədə məlumat verilmir. Hadisə zamanı yaralanan 5 polis əməkdaşı təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılıb.
Muxalifet - 25-09-2019
Dörd rayonda qaz olmayacaq
Bu gün bir neçə rayonda qaz təchizatı məhdudlaşdırılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Muxalifet.az-a verilən məlumata görə, səhər saat 09:00-dan etibarən işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin balansında olan kəmərlərdə bir sıra təmir işləri ilə bağlı Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələri, Bağlar, Albalılıq bağ massivləri, Kanal qırağı ərazi, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivlərinin qaz təchizatına məhdudiyyətlər qoyulub.Muxalifet - 25-09-2019