Axtarış

The search found 105715 results in 0.025 seconds.

Search results

  1. Türkiyə və Yunanıstan silkələnir... - MƏŞHUR ALİMİN PROQNOZU BU DƏFƏ DƏ DOĞRU ÇIXDI

    Yunanıstanda şiddətli zəlzələ meydana gəlib.

    Publika.az xəbər verir ki, Cirit adası sahillərində 5,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

    Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ Makry Gialos adasından 106 km məsafədə, yerin 80 km dərinliyində baş verib.

    Qeyd edək ki, az öncə Türkiyənin İstanbul şəhərində də 4,6 bal gücündə zəlzələ olmuşdu.

    Xatırladaq ki, dünyaca məşhur zəlzələ proqnozçusu Frenk Huqerbits Türkiyədə baş verə biləcək zəlzələlərin şiddətli olacağını demişdi.

    Muxalifet4 - 24-09-2019

  2. "Məni MTN-ə çağırıb dedilər ki, şəklimə görə ölkədə xaos yaranıb" - Eldar Mahmudovun əmisi oğlunun məhkəməsi

    Sabiq MTN nazirinin əmisi oğlu hakim qarşısına çıxarılıb.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmə iclası hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutub.

    Prosesdə zərərçəkmiş şəxs qismində Tural İsgəndərli ifadə verib. Zərərçəkmiş bildirib ki, Vüqar Mahmudovu tanımır.

    Muxalifet4 - 24-09-2019

  3. İlham Əliyev Putinlə görüşəcək - SOÇİDƏ

    Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Soçidə görüşəcəklər". TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. "Valday Klubunun sessiyası oktyabrın 3-də Soçidə keçiriləcək. Sessiyada Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya Kralı Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Filippin Prezidenti Duterte iştirak edəcəklər. Dövlət başçıları Valday görüşündə paneldə iştirak edəcəklər", - D.Peskov bildirib. O əlavə edib ki, Rusiya prezidenti ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

    Muxalifet4 - 24-09-2019

  4. “Ola bilər ki, müəyyən dövr üçün biznesmen deputatlar lazım idi” - VAHİD ƏHMƏDOV

    “Milli Məclis seçkili orqandır. Seçicilər kimə səs verirsə, o da parlamentdə oturmalıdır”.

    Muxalifet.az xəbər verir ki, bu sözləri yenisabah.az-a millət vəkili Vahid Əhmədov Milli Məclisin tərkibinin dəyişməsilə bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib.

    Muxalifet4 - 24-09-2019

  5. Britaniya məhkəməsi baş nazir Consonun ƏLEYHİNƏ QƏRAR VERDİ

    Böyük Britaniyanın Konstitusiya Məhkəməsi baş nazir Boris Consonun parlamentdə tətil eləmək qərarının hüquqa zidd olduğunu bildirib.

    İngiltərənin baş naziri Boris Conson Breksiti əngəlləmək üçün İngiltərə parlamentinin tətil edəcəyini demişdi. Ölkə miqyasında etirazlara səbəb olan təklifi Kostitusiya Məhkəməsi də rədd cavabı ilə qarşılayıb. İngiltərənin Konstitusiya Məhkəməsi qərarın hüquqa zidd olduğu hökmünü verib. 14 oktyabr tarixinə qədər bağlı qalması planlaşdırılan parlamentin bu qərarın verilməsindən dərhal sonra açılması gözlənilir./Hurriyyet.org

    Muxalifet4 - 24-09-2019

  6. “Hakimiyyətin yaratdığı KİV-lərlə çox uzağa getmək olmaz” – ARİF ƏLİYEV

    İctimai Televiziya "Diqqət Mərkəzi" tok-şousunda ölkənin mühüm problemlərini müzakirə edir. Sonuncu verliş sosial şəbəkələrdə söyüşlərə, daxili siyasi mövzularla bağlı müzakirələrə, Azərbaycan siyasi mühacirətinin fəalları tərəfindən hakimiyyətin ünvanına təhqirlərə həsr edilib.
    Sonuncu tok-şounun iştirakçılarından biri Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev olub. O, Turan agentliyinin suallarını cavablandırıb.

    Muxalifet4 - 24-09-2019

  7. "Kişi arvadını, qızını döyüb, özü bilər, döyüb döyüb də, arvadıdır, qızıdır" — RƏŞİD MAHMUDOV

    Son zamanlar sosial şəbəkələrdə “feminizm, yoxsa patriarxalizm?” başlıqlı yazılara olduqca geniş yer verilir. Təbii olaraq, rəylərdə kişilər qadınları, qadınlar da öz növbəsində kişiləri haqsız çıxarmağa çalışırlar. Hətta kişilər qadınların feminizm adı altında onlara nifrət bəslədiklərini iddia edirlər. Maraqlıdır, feminizmin, ya patriarxalizm yaxşıdır? Bəlkə normal münasibət üçün bunlardan heç biri əhəmiyyətli deyil? Feminizmin mənfi və müsbət cəhətləri hansılardır?

    Muxalifet4 - 24-09-2019

  8. ABŞ rusiyalı deputatlara viza vermədi

    Rusiya Federasiya Şurasının bir neçə üzvünə BMT Baş Assambleyasında iştirak etmələri üçün ABŞ vizası verilməyib.

    Trend-in məlumatına görə, Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçov və digər 9 nəfər ABŞ-a səfər edə bilməyib.

    Vizaların verilməməsinin səbəbləri barədə məlumat verilmir.

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələni ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə müzakirə edəcəyini deyib.

    Muxalifet4 - 24-09-2019

  9. Bakıda “Mitsubishi” markalı avtomobildən 1000 manat oğurlandı

    Binəqədi rayonu ərazisində avtomobildən pul oğurlamış şəxs tutulub.

    Belə ki, Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən sentyabrın 7-də rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 1000 manat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakinləri C.Şirəliyev saxlanılıb. Onunla birlikdə olmuş daha 1 nəfərin şəxsiyyəti müəyyən edilrb.

    Araşdırmalar davam etdirilir.

    Muxalifet4 - 24-09-2019

  10. Vurğun Əyyubla vida mərasimi keçirilir

    Ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyubla vida mərasimi yaşadığı mənzildə keçirilir.

    Muxalifet4 - 24-09-2019

  11. PKK-nın gizli sənədləri ələ keçdi: məmurlara sui-qəsd planı və...

    Türkiyənin Mardin bölgəsində keçirilən “Qıran-2” əməliyyatı çərçivəsində terrorçulara məxsus gizli sənədlər aşkar edilib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
    Əməliyyat çərçivəsində ələ keçirilən kompüterdə PKK-nın bölgədə son 20 ildə təşkil etdiyi hücum və fəaliyyətlərin arxivi ələ keçirilib.
    Əldə edilmiş materiallar əsasında terrorçulara yüksəkçinli dövlət məmurlarına qarşı sui-qəsdlərlə bağlı göstəriş verildiyi məlum olub.

    Muxalifet4 - 24-09-2019

  12. “Nar”-dan abunəçilərə operativ və keyfiyyətli müştəri xidmətləri

    Hər bir abunəçisinin tələbinə xüsusi diqqət yetirən “Nar” müştərilərə fərdi yanaşmanı yüksək səviyyədə təmin edir. Təqdim etdiyi məhsullar, yüksək sürətli şəbəkə ilə yanaşı, mobil operator istifadəçilərinə müxtəlif platformalar vasitəsilə keyfiyyətli müştəri xidməti göstərməkdədir. 6 ay ərzində 777 Cağrı Mərkəzinə 4.2 milyon zəng daxil olub ki, onlara ortalama 23 saniyə ərzində cavab verilib. “Nar”-ın yüksək keyfiyyətli xidməti nəticəsində Cağrı Mərkəzinə zəng etmiş abunəçilərin 89%-i onlara göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib.

    Muxalifet4 - 24-09-2019

  13. NATO əsgərlərinə SİLAHLI HÜCUM: yaralılar var

    Əfqanıstanda xidmətdə olan NATO əsgərləri hücuma məruz qalıb.

    Ölkənin cənubunda yerləşən Qəndəhar hava limanında əfqan polisi NATO əsgərlərinə atəş açıb.

    Silahlı hücumda 3 alyans əsgəri yaralanıb.

    Taliban qruplaşması isə 12 ABŞ əsgərinin öldürüldüyünü iddia edib. Hücumun məsuliyyətini də Taliban öz üzərinə götürüb. Təşkilatdan verilən açıqlamada hadisəni törədən şəxsin əvvəlcədən əsgərlərin arasına yerləşdirildiyi bildirilib.

    Muxalifet - 24-09-2019

  14. Küçədə yatan fəhlənin üzərindən avtomobil keçdi - VİDEO

    Çində küçədə yatan fəhlənin üzərindən avtomobil keçib. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, inşaatda işləyən Liang adlı fəhlə günorta yemək yedikdən sonra yuxuya gedib. Bu zaman dayanacaqdan çıxan bir avtomobil onun ayaqlarının üzərindən keçib. Sürücü onun yerdə uzandığını görməyib. Xoşbəxtlikdən qəza nəticəsində həmin şəxs ölməyib. Xəstəxanaya aparılan fəhlənin vəziyyətinin normal olduğu bildirilib.

    Muxalifet - 24-09-2019

  15. Bacısı əri öldü, övladları yaralandı - Xalq artistlərimizə qəza şoku

    Yevlax rayonunda baş verən yol qəzasında ölən və yaralananlar tanınmış xanəndələrin qohumlarıdır.

    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır.

    Məlumata görə, hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar Mövsüm Məmmədkərimovun övladlarıdır.

    Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov “Avromed” şirkətinin Mingəçevir filialının müdiri vəzifəsində işləyib.

    Muxalifet - 24-09-2019

  16. ​Paşinyanın ABŞ səfərinin arxa tərəfi... - Niyə onun görüşünə az adam gəldi?

    Ermənistan bəlli bir istiqaməti olmayan, küləyin hara gəldi apardığı gəmi kimi, yenə də ləngər vura-vura gedəcək. Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva Redaktor.az-a açıqlamasında, Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ səfərinin rəsmi İrəvanın xarici siyasətinə necə təsir edəcəyinə aydınlıq gətirib. Ekspert hesab edir ki, Ermənistanın xarici siyasətində bu səfərdən sonra da heç nə dəyişməyəcək: “Paşinyan boşboğaz və pafoslu baş nazirdir.

    Muxalifet - 24-09-2019

  17. Seks asılısı olduğunuzu göstərən 8 əlamət - FOTO

    İsveçdə aparılan araşdırmalar nəticəsində seks asılılığının "xəstəlik" növü olduğu təsdiqlənib. Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, seks asılılığını bildirən bir neçə əlamətlər də sadalanıb. Bu asılılıq həmin insanda ifraz olunan oksitosin (xoşbəxtlik hormonunun bir növü) hormonunun normadan artıq olması ilə əlaqədardır. Belə ki, bu hormonun ifrazı zamanı əks cinsə qarşı bağlılıq hissi yaranır və insan onunla qucaqlaşmağa can atır. Hətta bu hormona bəzən "qucaqlaşma hormonu" da deyilir. Seks asılılığını göstərən 8 əlamət: 1. Təkrarlanan seks fantaziyaları 2.

    Muxalifet - 24-09-2019

  18. Jirinovski yenə erməniləri yıxıb-sürüdü - Video

    Rusiya siyasətçisi, LDPR lideri Vladimir Jirinovski yenə ermənilərin bostanına daş atıb. Rusiyada yaşayan ermənilərin kriminal əməllərindən və həyatından söz açıb. Misallar gətirib. “Yeni Müsavat”ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə o, Rusiya Dövlət Dumasında çıxışı zamanı deyib.

    Muxalifet - 24-09-2019

  19. Paşinyanla təhlükəsizlik şefinin davası qızışır – “O, bu cür getməli deyildi…”

    Ermənistan baş nazirinin müavini Tiqran Avenyan ölkənin sentyabrın 16-da vəzifəsindən istefa verən sabiq təhlükəsizlik xidmətinin rəisi Artur Vanetsyanın son açıqlamalarına münasibət bnildirib. “AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatına danışan T.Avenyan sabiq təhlükəsizlik şefinin hərəkətlərinin nəinki zabitə, heç sıravi əsgərə də yaraşmadığını bildirib.

    Muxalifet - 24-09-2019

  20. Məşhur ateistdən sərt cavab: “Sevda Ələkbərzadə dini baxımdan küfr əhli sayılır”

    Alimlər görürsə, inanır, görmürsə, inanmır. İnsan ateistdirsə, dayazdır. Darvin deyirdi ki, insan meymundan əmələ gəlib. Təbii ki, dayazdır”. Bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə “Popumuz var” verilişində deyib. “Yeni Sabah” məsələ ilə bağlı Yaşıl Elm platformasının redaktoru Taryel Abdullayevin fikirlərini öyrənib. O, əməkdar artistin fikirlərinə sərt reaksiya verib: “Mən ateistlərin dayaz olmadığı fikrindəyəm. Ümumiyyətlə, mənə görə ateistlər ətrafını, bioloji aləmi, kainatı sorğulayan insanlardır. Mən başqalarını da dayaz hesab etmirəm, istər inanclı olsun, istərsə də olmasın.

    Muxalifet - 24-09-2019

Pages