Axtarış
The search found 105715 results in 0.049 seconds.
Search results
Misir Mərdanov Vurğun Əyyubun ölümündən danışdı - "Onunla çox əziyyət çəkdik"
“Vurğun çox yaxşı və təmiz insan idi”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Azedu.az-a açıqlamasında Azərbaycanın sabiq Təhsil naziri (1998-2013) Misir Mərdanov söyləyib.
O, mərhum təhsil xadimi Vurğun Əyyubla bağlı xatirələrini bölüşüb və test üsulunun Azərbaycana gətirilməsində onun böyük rolu olduğunu qeyd edib:Muxalifet - 26-09-2019
Gəncədə 3 yaşlı uşaq FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Gəncədə azyaşlı faciəli şəkildə ölüb.
Muxalifet.az apa-ya istinadən bu gün günorta saatlarında şəhərin Cavadxan qəsəbəsində 2016 ci il təvəllüdlü Ümid İsmayılov Rövşən oğlu həyətdəki su hovuzuna düşüb.
Az yaşlı dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 26-09-2019
Ermənilər Qarabağa 3-cü yolu çəkir - FOTOLAR
Ermənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yeni yol çəkilişini davam etdirirlər.
Ermənistan KİV xəbərlərinə görə, Gorus-Xankəndi və Vardenis-Ağdərə yolundan sonra bu dəfə Ermənistanın Qeqarkunik vilayətinin Norabak kəndindən Zod aşırımından keçməklə Kəlbəcər rayonunun mərkəzinə yol çəkilir.
Yeni yolun ümumi uzunluğu 25,5 kilometr olacaq. Tikinti işlərinin 2020-ci ilin ortalarında başa çatması gözlənilir. Xatırladaq ki, işğalçı ölkə rəhbərliyi Ermənistanın Qafan rayonundan Xocavəndə 4-cü yolun çəkiləcəyini də elan edib.//modern.az
Muxalifet - 26-09-2019
Azərbaycanda bu avtomobillər gömrükdən azad ediləcək? - Ekspert tarix verdi
Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı qəbul edilib. Bu proqrama əsasən, yol hərəkəti tam təhlükəsiz olmalı və insan sağlamlığına zərər vurmayan nəqliyyat vasitələrinə üstünlük verilməlidir. İnsan sağlamlığına zərər yetirməyən avtomobillərin siyahısına hibrid və elektrikli maşınlar daxildir.
Bəs ölkəmizdə bu maşınlardan istifadə edənlərin sayını artırmaq üçün hansı addımlar atıla bilər?
Muxalifet - 26-09-2019
“Qarabağ yalnız Azərbaycanın deyil, beynəlxalq birliyin və İslam dünyasının problemidir”
Tofiq Abbasov: “Beynəlxalq təşkilatlar bu məsələdə tətbiqi qərarlar alarsa, bunun səmərəsini görmək olar”
BMT Baş Assambleyasının Nyu-Yorkdakı toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ probleminə diqqət çəkib, erməni təcavüzünün ağır nəticələrinə toxunub.
Maraqlıdır, Türkiyə, Pakistan kimi dost dövlətlərin beynəlxalq təşkilatlarda Qarabağ problemini dilə gətirməsi həmin qurumları hərəkətə keçirə, problemin həlli üçün daha təsirli qərarların alınmasına kömək edə bilərmi?Muxalifet - 26-09-2019
Xırdalanda bəzi ərazilərə elektrik enerjisinin verilişi dayandırıldı
Abşeron rayonunun Xırdalan şəhərində bəzi ərazilər işıqsız qalıb. Xırdalanda tikilən yarımstansiya ilə əlaqədar Abşeron rayonu və şəhərin bir hissəsində, xüsusən də Quşçuluq massivi kimi tanınan yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev faktı təsdiqləyib. Onun sözlərinə görə, yeni tikilən 110 kVt-luq “Xırdalan” yarımstansiyasına ərazidə olan elektrik verilişi xətlərinin köçürülməsi həyata keçirilir: "Təhlükəsizlik səbəbindən ərazidə enerji təchizatı dayandırılıb.
Muxalifet - 26-09-2019
“Barselona” ona yüksək vəzifə təklif etdi - İmtina cavabı aldı
“Barselona”nın əfsanəsi Karles Puyol kapitanı olduğu klubda işləməkdən imtina edib. Qol.az xəbər verir ki, bu haqda futbolçu özünün Tvitter səhifəsində məlumat yayıb. Bildirib ki, ona klubun idman direktoru vəzifəsi təklif olunsa da, bunu qəbul etməyib. Puyol qeyd edib ki, hazırda cəlb olunduğu müxtəlif layihələr ona bu təklifi müsbət cavablandırmağa imkan vermir.
Muxalifet - 26-09-2019
Baş erməni katolikosu Paşinyanla “razborka” aparacaq – “Diz üstə qoyacağıq” ifadəsinə görə
Baş erməni katolikosu 2-ci Qaregin ABŞ-da olan baş nazir N.Paşinyanın İrəvana qayıdışını gözləyir. Ermənistan mətbuatının suallarına cavab verən katolikos baş nazirdən kilsə xadimlərinə ünvanladığı “onları dizi üstə qoyacağıq” ifadəsinə görə izahat tələb edəcəyini söyləyib. Həmçinin, baş keşiş Paşinyanla ölkədə mövcud olan ciddi problemləri də müzakirə etmək istədiyini deyib. Xatırladaq ki, ABŞ-a son səfəri zamanı Los-Anceles şəhərində keçirdiyi mətbuat konfransında çıxış edən Paşinyan Ermənistan kilsəsinin onun hökumətinin əleyhinə olduğuna işarə vurmuşdu.
Muxalifet - 26-09-2019
“Putin gələnədək ermənilərin bir-iki qırıcısını vuraq” – Professordan ŞOK TƏKLİF
“Azərbaycan sərhədlərini pozan erməni qırıcıları vurulmalıdır, bunun başqa yolu yoxdur. Ermənilər bu təxribatlarını Rusiya Prezidenti Vladimir Putinin bölgəyə səfəri öncəsi təşkil ediblər ki, Azərbaycan ordusu Ermənistana məxsus təyyarələri vurmağa risk etməsin. Əksinə, Azərbaycan sərhədini pozan təyyarələr vurulmalıdır ki, Putin Azərbaycanın mövqeyinin ciddiliyini anlasın”. Bunu professor Dilavər Əzimli deyib.
Muxalifet - 26-09-2019
Lukaşenkodan ilginc açıqlama: “Mənə prezidentlərin səsini yazmağı təklif etdilər”
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, xarici ölkələrin liderləri ilə telefon danışığının qeydə alınmasına ehtiyac görmür.
"BelTA" xəbər verir ki, Lukaşenko bu barədə ABŞ və Ukrayna prezidentlərinin telefon danışığının mətninin yayımlasına münasibət bildirərkən deyib.
Muxalifet - 26-09-2019
BAKIDA DƏHŞƏTLİ İNTİHAR: Hündürmərtəbəli binadan özünü atdı - FOTOLAR
Bakıda daha bir intihar hadisəsi baş verib. BiG.AZ-ın əldə etdiyi məlumata əsasən, hadisə Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur" MTK-ya məxsus binada, günorta saatlarında baş verib. İntiharın səbəbləri və digər təfərrüatlar hələlik məlum deyil. Qeyd edək ki, özünü binadan atan şəxs hadisə yerində keçinib.
Muxalifet - 26-09-2019
Meriya müxalifəti Lökbatana göndərdi, ƏLİ KƏRİMLİ İMTİNA ETDİ / Yenilənib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. Belə ki, BŞİH-də müraciətə baxılıb və mitinqin sentyabrın 28-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubunun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib. Öz növbəsində AXCP sədri Əli Kərimli bildirib ki, müxalifət şəhər xaricində aksiya keçirməkdən imtina edir. “Lökbatanda mitinq keçirmək təklifini əslində mitinqə “yox” demək kimi qiymətləndiririk”,-deyə Ə.Kərimli öz Facebook səhifəsində yazıb.
Muxalifet - 26-09-2019
Bakıda YANĞIN: Əraziyə yanğınsöndürən maşınlar cəlb olundu - VİDEO
Bakı şəhəri, Qaradağ rayonunda təkər tullantıları yanıb.
Muxalifet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva "Report"a bildirib ki, yanğın ƏIət-Astara magistral yolunun Qaradağ rayonundan keçən hissəsinin yaxınlığındakı qamışlıq deyilən ərazidə qeydə alınıb:
"Ciddi bir şey yoxdur, orada olan təkər tullantıları yanıb. Əraziyə yanğınsöndürən maşınlar cəlb olunub. Hazırda yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan yoxdur".
Muxalifet - 26-09-2019
Hərbi hissəyə SİLAHLI HÜCUM: Çoxlu sayda ölən və yaralanan var
Əfqanıstanda Taliban terrorçuları hərbi hissəyə hücum edib.
Publika.az xəbər verir ki, Fəryab əyalətinin Dehendərə rayonunda fəaliyyət göstərən hərbi hissənin təhlükəsizlik xidmətinin 15 əməkdaşı ölüb, 15-i yaralanıb.
Tərəflər arasında silahlı insident qeydə alınıb.Muxalifet - 26-09-2019
İndoneziyada güclü zəlzələ: 20 ölü, 50 yaralı
İndoneziyanın Maluku əyalətində baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Unikal.org xəbər verir ki, məlumatı “Haber7” yayıb.
Bildirilib ki, 12 mindən çox sakin yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
Məlumata görə, zəlzələ nəticəsində iki universitet, iki xəstəxana binası, bir körpü və 100-dən artıq ev zədələnib. Məsul şəxslər təbii fəlakət nəticəsində ölənlərin sayının artacağından narahatdırlar.
Muxalifet - 26-09-2019
“Zəlzələ kahini”ndən qorxulu İstanbul proqnozu: “Sabah daha güclü zəlzələ olacaq”
Proqnozları düz çıxdığı üçün "Zəlzələ kahini" adlandıran hollandiyalı seysmoloq Frenk Huqerbits İstanbulla bağlı fikirlərini paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, seysmoloq sosial şəbəkə hesabında İstanbulda və Mərmərə dənizində daha dəhşətli - 7 bal böyüklüyündə zəlzələ olacağını proqnozlaşdırıb.
Onun sözlərinə görə, dəhşətli zəlzələ bu gün və ya sabah baş verə bilər.
Muxalifet - 26-09-2019
Tanınmış azərbaycanlının klubunda erməni konserti... - AÇIQLAMA
Azərbaycan diasporunun Belarusda tanınmış nümayəndələrindən biri kimi tanınan Baxşı Qəmbərovun Minskdə sahibi olduğu "Mulyen Ruj” klubunda erməni olduğu söylənilən müğənni Quram Amaryanın konsertini təşkil etməsi ilə bağlı informasiya araşdırılır.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat İnformasiya və Analitik Təhlil Şöbəsinin müdiri Aqil Əsədov deyib. O, məsələnin araşdırılması üçün Belarusdakı diaspor üzvlərinə müraciət etdiklərini bildirib:Muxalifet - 26-09-2019
Deputatın daha bir borcu üzə çıxdı: 240 MİN DOLLAR - "Deyir ki, pulum yoxdur, nə istəyirsən məndən?!”
Millət vəkili Rafael Cəbrayılovun daha bir şəxsə külli miqdarda borcu olduğu üzə çıxıb.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bu, Yusif Orucov adlı həkimdir. Yusif həkim Rafael Cəbrayılovun “borc qalmaqalı” barədə mediada yazılanları oxuduqdan sonra özü ilə bağlı problemi də ictimailəşdirmək qərarına gəlib və KİV-ə üz tutub.
Muxalifet3 - 26-09-2019
Gürcüstan parlamentində qadın deputat kişi həmkarını vurdu - FOTO, VİDEO
Gürcüstan parlamentinin Hüquq Komitəsinin iclasında konflikt yaşanıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, konflikt ucbatından komitənin iclası yarımçıq dayandırılıb.
İnsident Gürcüstan Ali Məhkəməsinin hakimliyinə namizədlərlə bağlı müzakirə zamanı yaşanıb. Nəticədə müstəqil qadın deputat Eka Beseliya Gürcü Arzusu Partiyasından olan deputat Vano Zardiaşviliyə zərbə endirib. Bundan sonra Beseliya deputat yoldaşının ünvanına təhqiramiz ifadələr də işlədib.
Muxalifet3 - 26-09-2019
Danışılmış oyunlara görə Bakıya gəldilər - UEFA VƏ FİFA RƏSMİLƏRİ TOPLANDI
AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib.
İki gün davam edən görüşdə FİFA nümayəndəsi Stefanie Eichenberger, UEFA nümayəndəsi Massimilano Michenzi iştirak ediblər.Muxalifet3 - 26-09-2019