Axtarış

The search found 105724 results in 0.049 seconds.

Search results

  1. Xalq artistinin oğlu insanları təhqir etdi: “Ay işverənlər… sizi “Fairmont”a dəvət etməyiblər…” – FOTO

    Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev “Facebook”da müzakirələrə səbəb olan status yazıb. 

    O, öz paylaşımında “Fairmont Baku” hotelində karantin rejiminin pozulmasını qınayanları hədəfə alıb:

    “Ay “işverənlər”, sizə ona görə pis təsir edir ki, sizi “Fairmont”a dəvət etməyiblər”.

    Cahad Hacıyevin bu sözləri birmənalı qarşılanmayıb.

    O, tənqidlərə məruz qaldıqdan sonra bildirib ki, etdiyi zarafat təhrif olunub. C. Hacıyev xalqı təhqir etmədiyini, bəzi insanların izləyiciləri ona qarşı qaldırdığını qeyd edib.

    Muxalifet2 - 6-07-2020

  2. SON DƏQİQƏ! Bakıda etiraz aksiyası, əraziyə polis gəldi — VİDEO

    Bakıda bir qrup vətəndaş etiraz aksiyası keçirib.

    Muxalifet2 - 6-07-2020

  3. Mirşahin Ağayev koronavirusa yoluxdu - TƏMASDA OLDUĞU ŞƏXSLƏR ARAŞDIRILIR

    “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayev koronavirus  (COVID-19) infeksiyasına yoluxub.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hazırda Mirşahin Ağayev xüsusi rejimli xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

    Prosedura uyğun olaraq Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.

    Muxalifet2 - 6-07-2020

  4. DTX-nın XİN-də keçirdiyi əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - Vəzifəli şəxslər belə saxlanıldı... / VİDEO

    Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi Xarici İşlər Nazirliyində keçirilmiş əməliyyatla bağlı geniş məlumat yayıb.

    Muxalifet2 - 6-07-2020

  5. “10 FAİZİNİ ÖZÜMƏ GÖTÜRÜRDÜM…” – XİN-də rüşvət bölgüsü necə aparılıb? / VİDEO

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat bir daha ölkədəki əksər nazirlik və idarələrin hansı “prinsiplər” əsasında işlədiyinə dair təəssürat yaratdı.

    DTX-nın XİN-də keçirdiyi əməliyyata dair yaydığı görüntülərdə nazirliyin İşlər İdarəsinin müdiri, həmçinin bu qurumun Tender Komissiyasının sədri Fərhad Molla-zadənin ilkin ifadələri yer alıb.

    Muxalifet2 - 6-07-2020

  6. “Rusiya İmperiyasının çöküşünün qarşısında heç nə dura bilməz” - Cahandar BAYOĞLU

    Rusiya Federasiyası xalq oylamasıyla Anayasa dəyişgənliyinə gedərək, Putinə 36 ilədək prezident olma şansı tanıdı. Yəni çar statusu verdi və mərkəzləşmiş idarəçiliyi güçləndirərək, federasiya subyektlərinin yetkilərini daha da azaltdı.
    Moskva təbliğat maşını dərhal təlimatlar hazırlayıb, tezisləri Rusiyada və postsovet məkanında olan çetelərinə göndərdi ki, “SSRİ yenidən bərpa olur”. Çete kuklaları da bunu geniş şərhlərlə basında yayınlatmağa başladı.

    Muxalifet2 - 6-07-2020

  7. DİN-dən “Fairmont Baku”nun rəhbəri ilə bağlı AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, “Fairmont Baku” otelində karantin rejimi pozulub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, otelin rəhbəri olan fransız vətəndaşı Mathieu Greppo cərimələnib.

    Muxalifet2 - 6-07-2020

  8. “COVID-19 analizinin cavabı mənfi olan bəzi xəstələrdə “buzlu şüşə” aşkarlanır” – Həkim

    “Bəzən ilk müayinədə koronavirus xəstələrinin nəticəsi neqativ çıxsa da, sonradan bu pozitivə çevrilə bilir. Ona görə də bir çox ölkələrdə analiz  cavabından asılı olmadan kompüter tamoqrafiyası (KT) çəkilir”.

    Bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.

    Muxalifet2 - 6-07-2020

  9. Bakıda kriminal avtoritetin dəfnində karantin qaydaları belə pozuldu – VİDEO

    Xəbər verdiyimiz kimi,  iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayev bıçaqlanaraq öldürülüb.

    Muxalifet.az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, kriminal avtoritet Suraxanı rayonu Hövsan qəbiristanlığında dəfn edilib. Mail Mustafayevin dəfnində iştirak edən şəxslər xüsusi karantin rejiminin qaydalarını pozublar.

    Muxalifet2 - 6-07-2020

  10. Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu – 8 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet2 - 6-07-2020

  11. Bakıda polislərin qadını məcburən maşına mindirməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

    “Sosial şəbəkələrdə polis əməkdaşlarına bir qadının tabesizlik göstərməsi əks olunan görüntülər tərəfimizdən araşdırılıb”.

    Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, fakt 1 ay əvvəl – iyunun 7-də şənbə-bazar günlərində sərtləşdirilmiş karantin günündə Xətai rayonunda qanunsuz fəaliyyət göstərən mağazanın icarədarı bölməyə dəvət olunarkən baş verib.

    Muxalifet2 - 6-07-2020

  12. “Mübariz Mənsimovun şərlənməsi işini nəzarətinizə götürün” - Qarabağ qazilərindən Birinci vitse-prezidentə MÜRACİƏT

    Türkiyədə yaşayan azərbaycanlı messenat Mübariz Mənsimovun şərlənərək həbs olunduğu gündən 17 mart 2020-ci il tarixindən yaradılan “Qarabağ Qazilərinin Mübariz Mənsimovun Hüquqlarını Müdafiə Komitəsi “ Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti, xanım Mehriban Əliyevaya yenidən müraciət edib. Müraciətdə deyilir:
    “Hörmətli Mehriban xanım!

    Muxalifet2 - 6-07-2020

  13. Bakıda hərbçiyə qarşı hörmətsizlik edən şəxs saxlanıldı / VİDEO

    Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb.

    Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

    Muxalifet2 - 6-07-2020

  14. Mirşahinin koronavirusa yoluxma xəbəri yalandır? - AÇIQLAMA

    Bu gün koronavirusa yoluxduğu xəbəri yayılan Real TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayevin məzuniyyətə çıxdığı bəlli olub.

    Yenisabah.az xəbər verir ki, Real TV-də yayımlanan “Mirşahinin saatı” verilişinə aparıcı qismində çıxan jurnalist Vüsal Məmmədov həmkarının əvəzinə ekranda görünməsini bu cür izah edib:

    “Real” Təhli və İnformasiya Mərkəzində “Mirşahinin saatı”dır. Sadəcə özü məzuniyyətlə əlaqədar iki həftə olmayacağı üçün onu şərti olaraq, nominal olaraq mən əvəz edəcəyəm. Real olaraq isə təbii ki, Mirşahini əvəz etmək mümkün deyil…”.

    Muxalifet2 - 6-07-2020

  15. "Camaatımıza səbr, milyarderlərə eyş-işrətlə məşğul olmağı arzulayıram” - TANINMIŞ YAZIÇI

    “Baxmayaraq ki, Azərbaycan türkləri dünyanın ən qədim xalqlarındandır, amma biz bir xalq olaraq hələ də həddi-buluğa çatmamışıq. Kasıblara üzümü tutub demək istəyirəm ki, qayda-qanunlara riayət edin, siz də buna əməl etməyəndən sonra kim əməl etməlidir?”

    Muxalifet.az xəbər verir ki, bunu yazıçı Seyran Səxavət deyib. Yazıçı qanunların həmişə kasıblar tərəfindən icra, varlılar tərəfindən pozulduğunu bildirib:

    Muxalifet2 - 6-07-2020

  16. “İnsanlara həqiqəti demək lazımdır“ - Baş infeksionist

    Ölkənin baş infeksionisti Cəlal İsayev koronavirusla bağlı son vəziyyət barədə Teleqraf.com-un suallarını cavablandırıb.

    Muxalifet.az müsahibəni təqdim edir:

    - Doktor, evdə qalan insanlar bütün günü sosial şəbəkələrdən və digər mənbələrdən xeyli dezinformasiyalar alır. Necə deyərlər, hər ağızdan bir avaz gəlir. Kimə inanaq, kimə güvənək, nəyi izləyək?

    Muxalifet2 - 6-07-2020

  17. “Şuşa şəhərciyi“ndəki yanğın xəbəri ilə bağlı “Qaçqınkom“dan AÇIQLAMA

    Bu gün Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində Bakı şəhərinin Sabunçu rayonunda, Ramana qəsəbəsində bir neçə evdə yanğın baş verməsi haqqında məlumat yerləşdirilib. Bəzi kütləvi informasiya vasitələri həmin məlumatı yayarkən hadisənin Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi” adlanan ərazidə baş verdiyini bildiriblər.

    Muxalifet2 - 6-07-2020

  18. UCAR SAKİNLƏRİ MƏŞĞULLUQ MƏRKƏZİNİN MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR – “Samir Nuriyevin qanunsuz hərəkətləri barədə şikayət edən şəxslər onun tərəfindən şantaja, hədə-qorxuya məruz qalıblar”

    Ucar rayon sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciıt edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:
    “Bir müddət əvvəl Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin qanunsuz, tərbiyəsiz hərəkətləri barədə şikayət edən şəxslər hazırda onun tərəfindən şantaja, hədə-qorxuya məruz qalıblar.

    Muxalifet2 - 6-07-2020

  19. İCAZƏ PROBLEMİ İŞ ADAMLARINDA NARAZILIQ YARADIB – “Minlərlə insan bu tələyə düşüb cərimələnirlər!"

    Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilmiş işçilərin sayının 50 faizə endirməsi və əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizə endirilməsi barədə iyunun 25-də qəbul etdiyi qərar sosial platformalarda sərt tənqid edilir.

    Muxalifet2 - 6-07-2020

  20. "Məşhur bir hoteldə baş verən o biabırçı hadisə dözülməzdir" - İlham Əliyev

    “Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar”.

    Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

    Muxalifet2 - 6-07-2020

Pages