Axtarış
The search found 105724 results in 0.095 seconds.
Search results
SURİYADA KİMYƏVİ SİLAH TƏXRİBATI... - Rusiya hərbçiləri məlumat yaydı
“Hayat Tahrir Aş-Şam” terror qrupunun silahlıları İdlibdə bir neçə kəndin ərazisində təxribatlar planlaşdırır”.
"RİA Novosti" xəbər verir ki, bunu Suriyadakı döyüşən tərəfləri barışdırmaq missiyasını həyata keçirən Rusiya Mərkəzinin rəhbəri kontr-admiral Aleksandr Şerbitski brifinqdə bildirib.
O, terrorçuların Dəməşqdə kimyəvi silah istifadə etmək niyyətində olduqlarını deyib./apa
Muxalifet2 - 9-07-2020
Tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb - Almaniyada
Almaniyanın Vuppertal şəhərində zibilyandırma elektrik stansiyasından alınan hidrogen yanacağı ilə işləyən avtobuslar hərəkətə başlayıb.
Trend-in məlumatına görə, ekoloji təmiz avtobuslar havaya yalnız su buxarı buraxır.
Hazırda şəhər ərazisində müxtəlif marşrutlar üzrə 10 belə avtobus hərəkət edir. Gələcəkdə bu avtobusların sayının iki dəfə artırılması gözlənilir.
Hidrogen yanacağı ilə işləyən avtobuslar 75 sərnişin daşımaq gücündədir.
Qeyd edək ki, Almaniyada 2018-ci ildən hidrogen yanacağı işləyən qatarlar fəaliyyət göstərir.
Muxalifet2 - 9-07-2020
Azərbaycana koronavirusa görə xarici mütəxəssislər gətirildi - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq, yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib.
Muxalifet2 - 9-07-2020
“Gün ərzində yoluxma halları 1000 nəfərdən də çox olur” – Həkimdən ŞOK AÇIQLAMA
Gün ərzində yoluxma halları 1000 nəfərdən də çox olur”.
Muxalifet2 - 9-07-2020
Mahmud Abbas İsraillə danışıqlara başlamağa hazır olduğunu bildirib
Fələstin rəhbəri Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə söhbətində Fələstin rəhbərliyinin beynəlxalq vasitəçilərin – “dördlüyün” himayəsi altında İsrail ilə yenidən danışıqlara başlamağa hazır olduğunu bildirib.
"RİA Novosti" xəbər verir ki, bu barədə “VAFA” Fələstin xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, Kremlin mətbuat xidməti daha əvvəl Rusiya liderinin İsrail-Fələstin münaqişəsinin ədalətli həllini dəstəklədiyini bildirib./apa
Muxalifet2 - 9-07-2020
XAÇMAZDA DƏHŞƏT – Qadın özünü yandırdı...
Xaçmaz şəhər sakini, 1957-ci il təvəllüdlü Kazımova Firuzə Nadir qızı yaşadığı evdə özünü yandırıb.
O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
F.Kazımovaya baş, gövdə və yuxarı ətrafın 1-ci və 2-ci dərəcəli termiki yanığı diaqnozu qoyulub. Lakin vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır./ReportMuxalifet2 - 9-07-2020
Əri ilə sevgilisini mikroavtobusda çılpaq vəziyyətdə yaxaladı – VİDEO
İyulun 8-də İstanbulun mərkəzində qadın ona xəyanət edən hyat yoldaşını “cinayət başında” yaxalayıb.
Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, Uğur Mumcu məhəlləsində yaşayan K.K ərinin ona xəyanətindən şübhələnib və onu izləyib. Daha sonra ərinə məxsus mikroavtobusun yaxınlıqdakı məhəllələrdən birində olduğunu öyrənən qadın əraziyə gəlib.
Bu zaman o, tüd rəngli plyonka ilə örtülmüş nəqliyyat vasitəsinin salonunda ərinin sevgilisi ilə yarıçılpaq halda olduğunu görüb.
Muxalifet2 - 9-07-2020
Türkiyə Kubokunun final matçının keçiriləcəyi vaxt məlum oldu
Türkiyə Futbol Federasiyası futbol üzrə "Ziraat Türkiyə Kuboku"nun final oyunun keçiriləcəyi tarixi və stadionu açıqlayıb.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, "Ziraat Türkiyə Kuboku" iyulun 29-u İstanbulda keçiriləcək.
Bildirilir ki, "Trabzonspor" və "Alanyasport" arasında baş tutacaq final oyunu "Atatürk" Olimpiya Stadionunda oynanılacaq. Oyun yerli vaxtla saat 21:30-da başlayacaq.
Xatırladaq ki, mayın 5-i keçirilməli olan "Ziraat Türkiyə Kuboku"nun final oyunu yeni növ koronavirus səbəbilə təxirə salınmışdı.
Muxalifet2 - 9-07-2020
Kassirin səhvi pensiyaçını milyonçu etdi - FOTO
Kanadalı pensiyaçı Maykl Batt kassir qadının səhvi sayəsində milyonçu olub.
Demokrat.az CTV News telekanalına istinadla xəbər verir ki, 82 yaşlı Kombermer sakini "Lotto 6/49” lotereya bileti almaq istəyib, lakin kassir səhvən ona "Lotto Max” bileti verib. Nəticədə pensiyaçı 1 milyon Kanada dolları həcmində uduşun sahibi olub. O, uduşu sənədləşdirərkən kassirə bəxşiş verdiyini deyib.
"Əgər kassir səhvə yol verməsəydi, milyonu qazana bilməyəcəkdim”, - deyə pensiyaçı etiraf edib.
Muxalifet2 - 9-07-2020
Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı
Koronavirusla bağlı ikiqat analiz bu xəstəlikdən ölüm faizini azaldacaq.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, belə bir nəticə Çinin Hubey vilayətinin Elm və Sənət Universitetinin alimlərinin tədqiqatında açıqlanıb.
Qeyd edilir ki, pasiyentdə koronavirus infeksiyasının ağır keçməsi mümkünlüyünü PSR (xəstəliyin yaranması geninin mövcudluğunu göstərən polimeraz zəncir reaksiyası) və xəstəliyin başlanğıcında İFA (immunoferment analiz) testlərinin birgə istifadəsinin köməyi ilə proqnozlaşdırmaq olar.
Muxalifet2 - 9-07-2020
Müdafiə naziri koronavirusa yoluxan şəxslə təmasda oldu, ÖZÜNÜ TƏCRİD ETDİ
İsrailin Müdafiə naziri Benni Qantz çərşənbə günü, COVID-19 testi müsbət çıxmış bir şəxslə təmasda olduqdan sonra özünü təcrid etmək qərarına gəlib.
“Sputnik” xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.
O bildirib ki, koronavirusa yoluxmuş xəstə ilə təmasda olduğuma şübhə var: “Tibb mütəxəssisləri ilə məsləhətləşdikdən sonra təcrid olunmağa qərar verdim”.
Qantz müayinəsi başa çatanadək karantində olacağını qeyd edib: “Əla vəziyyətdəyəm və həmişə olduğu kimi, çalışmağa davam edəcəyəm, lakin məsafədən”.
Muxalifet2 - 9-07-2020
BBC-NİN "BİRLİKDƏ YAŞAMAQ" LAYİHƏSİ... - Erməni qadın Azərbaycanla bağlı xatirələrini danışır / VİDEO
BBC News Azərbaycanca “Birlikdə yaşamaq” adlı yeni silsilə video müsahibələrə başlayır.
Vüsal Həmzəyevin yeni layihəsi olan bu verilişdə 1988-ci ildə Azərbaycanla Ermənistan arasında münaqişə başlayandan sonra öz evlərini tərk etməyə məcbur olmuş insanlar danışırlar.
Etnik kimliyi səbəbindən Azərbaycan və Ermənistandan köçmüş şəxslər münaqişədən əvvəliki həyatla bağlı xatirələrini bölüşür, köç zamanı şahid olduqları və qarşılaşdıqları hadisələrdən danışır və yeni vətənlərində onlara olan münasibətdən söz açırlar.
Muxalifet2 - 9-07-2020
“POLİS DEDİ Kİ, OĞURLUQ İŞİNƏ MƏHKƏMƏ BAXIR…” – Evi talan olunan qadın Vilayət Eyvazovdan kömək istəyir / MÜRACİƏT
Bakı şəhəri, Şabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan Cəfərova Nüşabə Abbas qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Nazir!
Nəzərinizə çatdırıram ki, ali təhsilli müəllim olmaqla iki uşaq anasıyam, həyat yoldaşım dünyasını dəyişib.Muxalifet2 - 9-07-2020
Luqanskda azərbaycanlı iş adamı qaçırılıb - SEPARATÇILAR TƏRƏFİNDƏN
Luqansk vilayətində 1982-ci il təvəllüdlü, əslən Azərbaycanın Ağdam rayonundan olan, Ukrayna vətəndaşı, iş adamı Əbilov Tofiq Ağamirzə oğlu naməlum şəxslər tərəfindən qaçırılıb.
Məlumata görə, Alçevsk şəhəri ətrafında yaşadığı yerə yaxın ərazidən qaçırılan azərbaycanlı iş adamı buna qədər də bir neçə dəfə təhdid olunduğu bildirilir.
Bildirilir ki, o, iyulun 3-ü axşam saatlarında maşının qarşısını kəsən naməlum şəxslər tərəfindən naməlum istiqamətə aparılıb. Artıq 1 həftəyə yaxındır azərbaycanlı iş adamından heç bir xəbər yoxdur.
Muxalifet2 - 9-07-2020
Füzuli sakini həmkəndlisini qətlə yetirdi - PROKURORLUQDAN AÇIQLAMA
İyulun 08-də saat 20 radələrində Füzuli rayonunun Mahmudlu-2 kəndi ərazisində 1993-cü il təvəllüdlü Məzahir Gəncallının üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Bu barədə Füzuli Rayon Prokurorluğundan məlumat verilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.Muxalifet2 - 9-07-2020
Ramiz Mehdiyevə yeni ağır ittihamlar - “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQVER İR...”
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramin Mehdiyev barəsində səslənən ittihamlara reaksiya verib.
Muxalifet2 - 9-07-2020
Zakir Həsənovun müavini vəzifəsindən azad edildi – YENİ TƏYİNAT
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Muxalifet/az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.
Muxalifet4 - 9-07-2020
Abutalıbov Bakını tərk edib – HARADA DİNCƏLİR?
Bakının sabiq meri Hacıbala Abutalıbov Qax rayonundakı villasında dincəlir.
Hit.az-ın xəbərinə görə, Abutalıbovun İlisu yaxınlığında malikanəsinə köçüb və karantin dövrünü orada keçirir.
76 yaşlı keçmiş mer paytaxtın istisindən və sərt karantin rejimindən başını götürüb səfalı güşəyə çəkilib.
Qeyd edək ki, Abutalıbov uzun müddət Bakı meri olub, sonra Baş nazirin müavini təyin olunub. Hazırda heç bir vəzifəni daşımır.
Muxalifet4 - 9-07-2020
“Bəhram hələ danışa bilmir” – Həyat yoldaşı
“Bəhram Bağırzadənin vəziyyəti əvvəlki günlərə baxanda daha yaxşıdır, lakin hələ də aparata qoşuludur”.
Muxalifet.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.
Ş. Bağırzadə bildirib ki, aktyorun huşu üstündədir, dünən həkimlərin köməyi ilə bir qədər oturub: “Lakin hələ də aparata qoşulu olduğu üçün danışa bilmir”.
Muxalifet4 - 9-07-2020
AZƏRBAYCANDA VƏTƏNDAŞ QARŞIDURMASI YARATMAQ CƏHDLƏRİ – Bəzi məmurlar öz çirkin niyyətlərini həyata keçirmək üçün ölkəni xaosa sürükləyirlər… - II YAZI
Azərbaycan olduqca gərgin bir dönəm yaşayır. Bunun gözlə görünən tərəfi bütün dünyanı iflic edən koronavirus pandemisyasının bizim ölkəyə də təsirsiz ötüşməməsidir. Amma cəmiyyətimiz daha təhlükəli bir “siyasi virus”la da üz-üzədir ki, bunun fəsadları daha böyük ola bilər…
(Əvvəli bu linkdə: https://muxalifet.az/azrbaycanda-vtndas-qarsidurmasi-yaratmaq-chdlri-bzi-mmurlar-oz-cirkin-niyytlrini-hyata-kecirmk-ucun)
Muxalifet4 - 9-07-2020