Axtarış
The search found 105724 results in 0.031 seconds.
Search results
Kremlin xoşuna gəlməyən qubernatoru sifarişli qətllərə görə qandalladılar - FURQAL İKİ ŞƏRİKİNİ ARADAN GÖTÜRÜB...
Rusiyanın Uzaq Şərqindəki Xabarovsk vilayətinin qubernatoru biznesmenin qətlinin sifarişində ittiham olunaraq həbs edilib. İki il qabaq həmin qubernator Kremlin favoriti üzərində qələbə çalmışdı.
Muxalifet4 - 9-07-2020
Yeni xəstəlik COVID-19-dan daha dəhşətli olacaq - Həkimdən ŞOK AÇIQLAMA
Çindən gəlmə ehtimalı olan yeni xəstəlik COVID-19-dan daha təhlükəlidir.
Axar.az xəbər verir ki, bunu məşhur rusiyalı həkim Aleksandr Myasnikov deyib.
O bildirib ki, Çin mənşəli yeni donuz qripinin qorxunc nəticələri olacaq:
“Bu qrip təkcə yaşlıları deyil, eyni zamanda gənc və uşaqları da öldürəcək. Nəticədə milyonlarla ölüm sayı qeydə alınacaq. Bu qrip virusları COVID-19-a bənzəməyir. COVID-19 daxildə yanan bir alovdursa, bu qrip partlayış olacaq”.Muxalifet4 - 9-07-2020
“Baku Bus” koronaviruslu xəstəni “sağlam çıxaran” klinikaya 480 min manat ayırdı – QALMAQAL
“Baku Bus” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Referans Klinik Labaratoriya Mərkəzi” MMC olub.
“Referans Klinik Labaratoriya Mərkəzi” MMC “Baku Bus”un sürücülərinin səyyar yoxlama yerlərində və MMC-nin inzibati binasında tibbi baxış və alkoqol testlərinin keçirilməsi xidmətlərini həyata keçirəcək.
Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün “Baku Bus” “Referans Klinik Labaratoriya Mərkəzi” MMC -yə 480 min 24 min manat ödəyəcək.Muxalifet4 - 9-07-2020
"Heç bir təcrübələri yox, birdən-birə 2,1 milyon manatlıq məsləhət satmağa nail oldular" - İQTİSADÇI TENDER FIRILDAĞI HAQDA
“XİN-də keçirilən əməliyyatda məlum oldu ki, Nazirliyin bütün tenderlərdə “otkat” və “şapka” olub. Bu, yeni xəbər deyil ki, istənilən nazirlik və dövlət orqanında tenderlər məhz belə keçirilir. Ən çox pozulan tender qaydalarından biri odur ki, müsabiqədə iştirak edən hüquqi və fiziki şəxslərin tender elan olunan sahədə təcrübəsi olmalıdır, amma görürsən ki, 1-2 ay qabaq qeydiyyatdan keçən şirkətlər tenderlərin qalibləri olurlar. Bir daha deyirəm, bu hal bütün nazirliklərə və dövlət orqanlarına xasdır”.
Muxalifet4 - 9-07-2020
Azərbaycanda poliklinikanın şöbə müdiri koronavirusdan öldü
Bakı şəhəri Binəqədi rayonunda faəliyyət göstərən 25 saylı şəhər poliklinikasının birinci terapiya şöbəsinin müdiri Aida İsmayılqızı koronavirusdan vəfat edib.
Poliklinikadan bildirilib ki, o, iki gün əvvəl işə gələrkən səhhətində problemlər olduğunu deyib.
Məlumata görə, A.İsmayılqızı ötən gün kompüter tamoqrafiyası müayinəsindən keçib: “KT müayinəsinin nəticəsində onda “buzlu şüşə” aşkar olunub. Evə qayıdandan sonra da vəziyyəti pisləşib və dünyasını dəyişib”.
62 yaşlı həkimin şəkər xəstəliyi də olub.
Muxalifet4 - 9-07-2020
“Belə vəziyyətlərdə “beyin axını”nın həm də bir milli təhlükəsizlik məsələsi olduğu ortaya çıxır” – RÖVŞƏN AĞAYEV
“Virusla mübarizə üçün xaricdən mütəxəssislər gətirildi. Vəziyyət ağırdırsa, durumu yerli həkimlərin gücü ilə xilas etmək mümkün deyilsə, doğru qərardır”.
Muxalifet.az xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.
Muxalifet4 - 9-07-2020
AZƏRBAYCANDA İSLAHATLARA QARŞI BİRLƏŞƏN MƏMURLAR – Nazir Əbülfəs Qarayev istefaya göndərilsə də, onun kadrları hələ də iş başındadır
Mədəniyyət Nazirliyində kök salmış “NUMİNİSM” konsepsiyasına dayanıqlı şəkildə əski Misir fironlarının sərgilədiyi ierotpoik sakral sistemi gücləndirmək üçün bütün iriçəkili məmurlar hərəkətə keçiblər.
Muxalifet4 - 9-07-2020
Saatlıda icra hakimiyyətinin vəzifəli şəxsinin ŞOK ƏMƏLLƏRİ
Saatlı rayon İcra Hakimiyyəti başçısının Novruzlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi işləmiş Oktay Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet4 - 9-07-2020
Rizvan Talıbov QAİR-dən uzaqlaşdırıldı
8 iyul 2020-ci il tarixində Qərbi Azərbaycan İrəvan Respublikasının Sədarətinin Qafar Çaxmaqlının sədrliyi ilə növbəti genişləndirilmiş videokonfransı keçirilmişdir. Konfransda Respublikanın yaradılması ilə bağlı bir sıra aktual məsələlərdən danışılmış, konseptual əhəmiyyət kəsb edəcək siyasi və hüquqi məqamlara açıqlıq gətirilimişdir.
Muxalifet3 - 9-07-2020
XİN-in həbsdə olan vəzifəliləri barədə qərar verildi
Bakı Apellyasiya Məhkəməsində Xarici İşlər Nazirliyində (XİN) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxsləri barələrində seçilmiş həbs qətimkan tədbirindən verilmiş şikayətə baxılıb.
Hakim İlqar Murğuzovun sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən, şikayətlər təmin edilməyib.
Muxalifet4 - 9-07-2020
"BANDOTDEL"dən KTN SAHƏSİNDƏ GENİŞ ƏMƏLİYYAT: saxlanılanlar var
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.
Məlumata görə, BMCMİ əməkdaşları Kənd Təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Bildirilir ki, əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Çoxlu sayda saxlanılanlar var.Muxalifet4 - 9-07-2020
KORONAVİRUS XƏSTƏLƏRİNİ NECƏ TANIMAQ OLAR? – İlkin simptomlar hərarət, öskürək və təngnəfəslikdir, ancaq…
Bütün dünyada sürətlə yayılan koronavirus xəstəliyi əksər insanlarda yüngül formada keçsə də, orqanizmi zəif və xroniki xəstəlikləri olan insanlarda ağır nəticələr doğurur, ölümə səbəb olur.
Hazırda ölkəmizdə sərt karantin rejimi tətbiq olunsa da, virusa yoluxma riski hələ də yüksəkdir. İctimai nəqliyyat, dükanlar, əsasən qapalı məkanlar virusa yoluxma riskinin yüksək olduğu yerlərdir. Lakin eyni zamanda mütəxəssislər müvafiq qorunma tədbiri olmadğı halda açıq havada da yoluxma riskinin yüksək olduğunu bildirir.
Muxalifet4 - 9-07-2020
Karantin rejimini pozan sahibkar HƏBS EDİLDİ
Ölkəmizdə dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə maneə törədən hüquqazidd əməllərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Muxalifet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Muxalifet4 - 9-07-2020
Azərbaycanda daha bir hakim vəfat etdi - ÖLÜM SƏBƏBİ...
Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov vəfat edib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, uzun müddətdir onkolji xəstəlikdən əziyyət çəkən M.Sadıqov 57 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Sadıqov 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildən isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışırdı.
Muxalifet4 - 9-07-2020
“DİN-in əməliyyatı özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir” – Kənd Təsərrüfatı Nazirliyindən AÇIQLAMA
“Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb”.
Muxalifet.az xəbər verir ki, bu fikri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov sosial şəbəkədə yazıb. O fikrinin davamında aşağıdakıları qeyd edib:
Muxalifet4 - 9-07-2020
“Tramp hakimiyyəti insanların həyatını qurban verir” – Beynəlxalq Amnistiya Təşkilatı
Beynəlxalq Amnistiya Təşkilatının ABŞ prezidenti Donald Trampın başçılıq elədiyi hökumətin Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqəsini kəsmək qərarı ilə bağlı verdiyi açıqlamada bildirilir:
“Tramp hakimiyyəti insanların həyatını şahmat piyadası kimi qurban verir”.
Hurriyyet.org
Muxalifet4 - 9-07-2020
SMS-siz küçəyə çıxan 3 nəfər həbs olundu - RƏSMİ AÇIQLAMA
Xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Emin Qədimov, Sahib Həmidli və Vüsal Məhərrəmlinin ölkə ərazisi üzrə nəzərdə tutulan SMS icazəsi olmadan küçədə hərəkət etdikləri müəyyən edildiyinə görə barələrində Xətai rayon prokurorluğu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq, qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilib.
Muxalifet4 - 9-07-2020
Ermənilər Kəlbəcər suyunu “Murov” brendi ilə xaricə satacaq – FOTO
Ermənistan Azərbaycanın milli sərvətlərini talamaqda davam edir.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bu dəfə Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutunyanın iştirakı ilə Xankəndində “Mrav” (Murov) adı altında mineral su istehsal edəcək zavodun açılışı olub. 30 işçisi olan zavod Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərəcək.
Ermənilər İstisudan toplanan mineral suyu “Mrav” (Murovun ermənicə adı) brendi altında satacaq.Muxalifet4 - 9-07-2020
Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 10 NƏFƏR VƏFAT ETDİ
Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 22 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8 589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Muxalifet2 - 9-07-2020
KƏNAR QÜVVƏLƏRİN POLİQONU - Mehdiyev-İnsanov tandemi “islahat komandası”na qarşı
Müxalif mediasında adı “boz kardinal” kimi hallanan Prezidentin icra aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin son günlər mediada haqqında səslənən iddialara cavab verməsi bir qədər gözlənilməz oldu. Onu indiki postu ilə ona görə xatırlamadıq ki, ölkənin ictimai həyatından az-çox xəbəri olan hər kəs AMEA prezidentliyinin Mehdiyev üçün sadəcə fiziki yerdəyişmə olduğunu bilir.
Muxalifet2 - 9-07-2020