Axtarış
The search found 105716 results in 0.091 seconds.
Search results
“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır!
Ölkədə koronavirus pandemiyası ilə mübarizəni daha da gücləndirmək və əhali arasında məlumatlılığı artırmaq məqsədilə artıq bir müddətdir ki, “e-Təbib” mobil tətbiqi istifadəyə verilib. Bildirək ki, “Nar” abunəçiləri üçün tətbiqdən istifadə ödənişsizdir və qeydiyyatdan keçən hər bir “Nar” istifadəçisinə 100 MB internet bonusu hədiyyə edilir.
Muxalifet2 - 11-07-2020
“Rusiyada koronavirus testlərinin qiyməti 10, Türkiyədə 15-25, Azərbaycanda isə 100-130 manatdır” - ŞOK AÇIQLAMA
“Bunun adı acgözlük yox, xalqa, dövlətə xəyanətdir, bu dönəmdə də qazanc güdmək, acgözlük göstərmək həyasızlıqdır!”
“Dəfələrlə ölkədə keçirilən koronavirus testlərinin qiymətləri ilə bağlı fikir bildirmişəm. Bugünlərdə bir araşdırma apardım. Rusiyada bu testlər bizim pulla təxminən, 10 manat, Türkiyədə isə 15-25 manat arasıdır (Hava limanında 16 $, xəstəxanalarda isə 11 $-dır). Azərbaycanda isə bu testlərin keçirilməsi 100-130 manatdır”.
Bu fikirlər tanınmış hüquqşünas Aslan İsmayılova məxsusdur.Muxalifet2 - 11-07-2020
LƏNKƏRAN POLİSİNDƏ RƏZALƏT – Polis əməkdaşı 14 yaşlı qızla intim əlaqədə oldu, rayonun bütün vəzifəli şəxsləri bu işi ört-basdır etməyə çalışdı
Polisin “profilaktika” adıyla azyaşlı qızla başlayan münasibəti sonradan necə intim əlaqəyə çevrildi…
Lənkəran rayon sakini, 1989-cu il təvəllüdlü Vüsalə Əliyeva başına gələn həyat tarixçəsini “Hürriyyət”ə danışdı. Sankt-Peterburqda valideynləriylə yaşayan 31 yaşlı qadın arabir anadan olduğu Lənkərana da gəlirmiş. Elə başına gələn hadisələr də bundan sonra başlayır.
Muxalifet2 - 11-07-2020
Avropa İttifaqından Ayasofya məbədi ilə bağlı QALMAQALLI AÇIQLAMA
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Ayasofyanın 86 ildən sonra yenidən müsəlmanlar üçün ibadətə açılmasından təəssüfləndiyini bildirib.
Bəlli olduğu kimi, Türkiyə Dövlət Şurasının və prezident R.T.Ərdoğanın qərarı ilə Ayasofya məbədi 86 il muzey kimi fəaliyyət göstərdikdən sonra yenidən məscid statusunu alıb./Hurriyyet.org
Muxalifet2 - 11-07-2020
Bakıda dayanma-durmaya görə cərimə tətbiq edəcək DİN-in vəzifəli şəxsləri müəyyənləşdi
Prezident İlham Əliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.
Muxalifet2 - 11-07-2020
Elmar Məmmədyarov və Elxan Azayevin “XİNstroyu” – Diplomatların binasında narazılıq böyüyür
Dövlət Təhlükəsizlik Xidmətinin XİN-də həyata keçirdiyi anti-korrupsiya əməliyyatı ictimaiyyətə indiyə qədər bəlli olmayan bir çox həqiqətlərin üzərinə işıq saldı. İstintaqın gedişində daha ciddi nöqsan və pozuntuların üstünün açılacağı isə sirr deyil.
Sfera.az-ın redaksiyasına Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri, eləcə də Xarici İşlər Nazirliyi Həmkarlar İttifaqı komitəsinin rəhbəri Elxan Azayevin müəllifliyi ilə həyata keçirilmiş tikinti “əməliyyatları” haqda ilginc faktlar daxil olub.
Həmin məlumatları təqdim edirik:
Muxalifet2 - 11-07-2020
NİZAMİNİN İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Sərəncam
Prezident İlham Əliyev Arif Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, sərəncamla Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, A.Qasımov 2015-ci ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı idi. O, daha əvvəl 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Muxalifet2 - 11-07-2020
“Kimsə İranın əsas kompüteri ilə oynayır…” – QONŞU ÖLKƏDƏ SİRLİ PARTLAYIŞLAR
İsrailin “Kanal 12” televiziyasının Yaxın Şərq və ərəb məsələləri üzrə müxbiri Tsvi Yexezkeli İranda son həftələrdə bir-birinin ardınca baş verən sirli partlayışlar haqda danışıb.
Virtualaz.org İsrail mənbələrinə istinadən xəbər verir ki, iranlıların baş verənlərdən özlərini itirdiyini, ümumiyyətlə bu partlayışların nədən qaynaqlandığını dərk edə bilmədiklərini deyib.
Muxalifet2 - 11-07-2020
“Не приведи Аллах, если Азербайджан столкнется с опасностью, первым на помощь придет Иран”
Интервью сайту Pressklub.az чрезвычайного и полномочного посла Исламской Республики Иран в Азербайджане Джавада Джахангирзаде
Muxalifet2 - 11-07-2020
BİRİNCİ VİTSE-PREZİDENT DƏRHAL MƏNZİLLƏ TƏMİN OLUNMASINA GÖSTƏRİŞ VERDİ, AMMA… - Qarabağ əlili DSMF rəhbərliyinin Mehriban Əliyevanın göstərişinə əməl etmədiyini bildirir / ŞİKAYƏT
İkinci dərəcəli Qarabağ müharibəsi əlili, ehtiyatda olan gizir Əzizzadə Rəhman Həsən oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi Sahil Babayevə, eləcə də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Çox hörmətli Mehriban xanım!Muxalifet2 - 11-07-2020
Cəfər Cəfərov kimə xidmət edir? - ŞOK İDDİA
Pedaqoji kadrların hazırlanması sahəsində ən böyük ali təhsil ocağı olan ADPU-da baş verənlər ətrafında müzakirələr səngimək bilmir. Əslində bu söz-söhbətlər universitetdə islahatlar aparacağı gözlənilən, elə bu məqsədlə də 23 iyun 2016-cı ildə ADPU-ya rektor təyin edilən Cəfər Cəfərovun gəlişindən dərhal sonra qızışmağa başlandı. Yeni rektorun təyinatından sonra apardığı “islahatlar” universitetin müəllim və tələbə heyəti arasında ciddi narazılıq doğurdu. Xüsusilə yeni təyinatından öncə rektoru olduğu Turizm və Menecment Universitetindəki komandasından ayrıla bilməyən C.
Muxalifet2 - 11-07-2020
İŞDƏN ÇIXARILAN İCRA BAŞÇISI DANIŞDI - "Səhvim oldu, cənab prezident..."
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.
Unikal.org-a açıqlama verən Arif Qasımov prezidentin onunla bağlı verdiyi qərarın düzgün olduğunu deyib: "Cənab prezidentin verdiyi qərar bizim tacımız, qəbulumuzdur. Səhvim oldu, cənab prezident də məni vəzifəmdən azad etdi".
Muxalifet2 - 11-07-2020
İCRA BAŞÇISININ İŞDƏN ÇIXARILMASINA SƏBƏB OLAN OBYEKT SÖKÜLDÜ - VİDEO
Nizami rayonu, Məhəmməd Xəlil Şərifli və Şirin Mirzəyev küçərlərinin kəsişməsində yerləşən parkda tikilən qanunsuz obyekt sökülüb.
Qanunsuz obyekt barəsində Azərbaycan Dövlət Televeziyasında (AzTv) reportaj yayımlanıb.
Parkın bir hissəsinin zəbt olunaraq tikilən obyekt ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Ərazidə yaşayan sakinlər bu tikililə bağlı öz narazılıqlarını bildirib.
Muxalifet2 - 11-07-2020
Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu – 6 NƏFƏR VƏFAT ETDİ
Azərbaycanda 531 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Muxalifet2 - 11-07-2020
MİLYONLARLA MANAT SUBSİDİYANI MƏNİMSƏYƏN DƏSTƏ BELƏ YAXALANDI - Əməliyyatın GÖRÜNTÜLƏRİ / VİDEO
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılması prosesinə başlanılıb. Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və bir qrup mütəşəkkil cinayətkar dəstə halında birləşən şəxslər tərəfindən mənimsənilməsində əsaslı şübhələr olduğundan bu istiqamətdə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri keçiriblər.
Muxalifet2 - 11-07-2020
VƏLİYEVİN ŞİRKƏTİ 270 MİN DOLLARLIQ İDDİA QALDIRIB - Hər ay 42 833 dollar alacaq
Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşına məxsus ASC-nin 270 min dollarlıq alacağı var. ASC borcu məhkəmə səviyyəsində həll etmək istəsə də sonradan barışıq əldə edilib.
Muxalifet2 - 11-07-2020
Tarixi dönəmdir, Məleykə xanım… - JALƏ MÜTƏLLİMOVA YAZIR
Ali məktəblərə qəbulu tezləşdirmək tələb olunur…
Covid-19 təkcə bir sahə üzrə yox, bütün sahələr üzrə ciddi problemlər yaradıb. Təkcə Azərbaycanda yox, bütün dünyada. Təbii ki, istənilən halda proses dövlətin nəzarətindədir. Amma bəzi halalrda aidiyyatı dövlət qurumları ləng tərpənir. Və bu sonradan onların özü daxil hər kəsə baha başa gəlir.
Məsələn, bu ilki ali məktəblərə qəbul imtahanları ilə bağlı vəziyyət.
Bəzi təkliflərdə ümumiyyətlə, ali məktəblərə qəbulun dayandırılmasına dair təkliflər səslənir.Muxalifet2 - 11-07-2020
“Azərbaycanda yaranmış siyasi gərginliyin arxasında Rusiya və İran dayanır” – TURAN PARTİYASI MÖVCUD DURUMLA BAĞLI BƏYANAT YAYDI
Turan Partiyasının Qurucular Məclisi Azərbaycandakı mövcud siyasi durumla bağlı bəyanat yayıb. Muxalifet.az xəbər verir ki, partiyanın bəyanatında vurğulanır:
“Son bir ildə dövlət başçısı İlham Əliyevin başlatdığı kadr islahatları getdikcə ciddi qarşıdurmalarla müşahidə olunmaqdadır. Xüsusilə Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevlə bağlı dövrü mətbuatda yayılan açıqlamalar ciddi narahatçılıq doğurmaqdadır.Muxalifet2 - 11-07-2020
Azərbaycanda baş həkim koronavirusdan VƏFAT ETDİ
Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi Əhməd Şirinov koronavirusdan dünyasını dəyişib.
Bu barədə jurnalist Natiq Cavadlı məlumat yayıb./Axeber
Muxalifet2 - 11-07-2020
İcra başçısının xanım müavini koronavirusa yoluxdu – FOTO
Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları koronavirusa yoluxub.
Rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Səidə Abbasova və ümumi şöbənin müdiri Neman Hüseynovun koronavirus testlərinin nəticəsi pozitiv çıxıb./konkret.az
Muxalifet2 - 11-07-2020