Axtarış
The search found 105716 results in 0.05 seconds.
Search results
ERMƏNİSTANIN DAHA BİR TƏXRİBATI… – Yüzlərlə profildən Azərbaycan dilində paylaşımlar edirlər
Ermənistanın Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin xüsusi qrupları dünəndən etibarən Feysbukda xüsusi fəallıq göstərirlər. Yüzlərlə profildə Tovuz bölgəsindəki əməliyyatdan yazılır, aşkar dezinformasiya, feyk məlumatlar yayılır. Təxminən 350 profil isə Azərbaycan dilində paylaşımlar edir.
Muxalifet2 - 13-07-2020
Şəhidimiz Tovuzda dəfn edildi – FOTOLAR / YENİLƏNİB
Azərbaycan Ordusunun şəhid olan digər hərbçisi dəfn edilib.
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş əsgər Məmmədov Elşad Dönməz oğlu doğulduğu Tovuz rayonun Ağdam kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
***
Muxalifet2 - 13-07-2020
Rusiya XİN-dən Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı BƏYANAT
Rusiya Xarici İşlər Nazirliyi 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatlığını keçirir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
“Daxil olan məlumatlara görə, hərbi əməliyyatlar davam edir, artilleriyadan istifadə olunur, ölən və yaralananlar var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk.
Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq.
Muxalifet2 - 13-07-2020
Azərbaycanın Qazaxıstandakı səfirliyində dövlət bayrağı endirildi – VİDEO
Koronavirus pandemiyasının qurbanı olmuş vətəndaşların xatirəsinə 13 iyul tarixinin Qazaxıstan Respublikasında ümumxalq hüzn günü elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bu ölkədəki səfirliyində dövlət bayrağı endirilib.
Bu barədə səfirlikdən bildirilib.
“Səfirlik qardaş Qazaxıstan xalqına başsağlığı verir. Qardaş Qazaxıstan xalqı ilə həmrəyliyin əlaməti olaraq səfirlikdə dövlət bayrağı yarıyadək endirilib”, – diplomatik missiyadan vurğulanıb.
Muxalifet2 - 13-07-2020
Düşmənin məxfi məlumatları ələ keçirildi – FOTOFAKT
“Anti-armenia Team” haker qrupu işğalçı Ermənistana məxsus məxfi məlumatları ələ keçirib.
Hakerlər düşmənin ön cəbhədə yerləşən hərbi hissəsində olan silah-sursatın siyahısını əldə ediblər.
Muxalifet.az azvision.az-a istinadla həmin siyahını təqdim edir:
1
Muxalifet2 - 13-07-2020
Azərbaycan diasporu beynəlxalq təşkilatlara etiraz bəyanatı göndərib
Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri, professor Aygün Attar beynəlxalq təşkilatlara etiraz bəyanatı ünvanlayıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Muxalifet2 - 13-07-2020
Şəhid baş leytenant Biləsuvarda dəfn olundu – FOTOLAR / YENİLƏNİB
Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub.
İyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlu doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib./apa/
***
Muxalifet2 - 13-07-2020
Azərbaycanda daha 7 nəfər koronavirusdan vəfat etdi – 529 YENİ YOLUXMA VAR
Azərbaycanda COVID-19-a daha 529 yeni yoluxma qeydə alınıb, 547 nəfər sağalıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Muxalifet2 - 13-07-2020
Var olsun rəşadətli Azərbaycan ordusu!
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Tovuz istiqamətində düşmənə sarsıdıcı zərbələr vurulur. Çox təəssüf hissi ilə qeyd edirik ki, ordumuzun qətiyyəti içimizdə olan bəzi anti-milli ünsürləri ciddi narahat edir.
Muxalifet2 - 13-07-2020
"İrəvan Türk Dövlətinin Özgürlük Ordusu..." - Cahandar Bayoğludan Qafar Çaxmaqlıya müraciət!
İrəvan Türk Dövləti Millət Şurasının Başqanı sayın Qafar Çaxmaqlı bəy əfəndinin diqqətinə!
Muxalifet2 - 13-07-2020
Ermənistanla sərhəddə növbəti təxribat törətdi: MÜLKİ ŞƏXS VƏFAT ETDİ
Ermənistanın Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində mülki şəxs həlak olub.
Oxu.Az-ın təmas xəttində olan əməkdaşı xəbər verir ki, Ermənistanın artilleriya atəşləri nəticəsində Tovuzun Ağdam kəndinin sakini Əziz Əzizov vəfat edib.
Mərmi onun yaşadığı evin həyətinə düşüb.
Onun 70-dən yuxarı yaşı var idi.
Muxalifet4 - 14-07-2020
“Bu gün Azərbaycanda FETÖ-dən də böyük çətə mövcuddur” – CAHANDAR BAYOĞLU
“Bu qüvvə hər an Azərbaycanı ayaqlar altına salmağa hazırdır”
“FETÖ də Azərbaycanda Ramiz Mehdiyevin nəzarəti altında olub, Moskvanın agenturası da”
Muxalifet4 - 14-07-2020
“Müharibənin başlaması istisna deyil” – POLAD BÜLBÜLOĞLUDAN SENSASİON XƏBƏRDARLIQ
Azərbayacanın Moskvadakı səfirliyi Ermənistanla sərhəddə, Tovuz istiqamətində iki gündür gedən şiddətli döyüşlərin irimiqyaslı hərbi əməliyyatlara keçəcəyini istisna etmir.
Belə bəyanatla səfir Polad Bülbüloğlu “Danışır Moskva” (“Qovorit Moskva”) radiostansiyasının efirində çıxış edib. Səfirin müsahibəsinin xülasəsini “Nezavisimaya qazeta” dərc edib.Muxalifet4 - 14-07-2020
“Azərbaycan dərhal Qarabağa girməli, öz torpaqlarını geri almalıdır…” – TÜRKİYƏLİ MİLLƏT VƏKİLİ
Türkiyə parlamentinin hakim AKP-dən olan və Ordu vilayətini təmsil edən millət vəkili Metin Gündoğdu Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər barədə “Yeni Akit” qəzetinə danışıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Gündoğdu Azərbaycanın öz ərazisi olan Dağlıq Qarabağı geri almaq üçün dərhal hücuma başlamalı olduğunu deyib.
Muxalifet4 - 14-07-2020
“Anamın erməni olduğu haqda deyilənlər boş söhbətlərdir" – ARTUR RASİZADƏ: "Bəzilərinin anasının heç kimliyi bilinmir…”
Uzun müddət Azərbaycanın dövlət orqanlarında yüksək vəzifələr tutmuş, 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləmiş Artur Rasizadə Modern.az saytının suallarını cavablandırıb.
Muxalifet.az həmin müsahibəni təqdim edir:
– Artur müəllim, karantin günlərində əhvalınız necədir? Ümumiyyətlə, koronavirusla bağlı nə düşünürsüz?
Muxalifet4 - 14-07-2020
Rəhim Qazıyevin etdiyi üç "OLMAZ"...
İndiki məqamda üç şeyi edənlər dövlət, xalq üçün birmənalı şübhəli və təhlükəli adamlardır:
- Varlı-kasıb söhbətini gündəm edənlər;
-Siyasi hakimiyyətə qarşı çağırışlar səsləndirənlər;
-Daxildə qarşıdurma yaradan mövzuları tirajlayanlar.
Muxalifet4 - 14-07-2020
Xalqdan kütlə düzəltmək istəyənlərə... – JALƏ MÜTƏLLİMOVA YAZIR
Bunu nə populizm, nə də məhşurlaşmaq üçün deyirəm. Birincini 45 illik həyatım boyu etmədim. Ikincini, etməyə ehtiyacım yox, həyat bu yolu zatən cızdi mənim üçün. Və gələk deyəcəklərimə...
Dəyərlilərim, indiki məqamda bizi təkcə özünüz görmürük. Bura, yəni sosial şəbəkə də bizim ata ocağımız deyil. Bura, adından da bəlli olduğu kimi, sosaial şəbəkədir. Yəni sizi, məni həm də düşmən görür, düşmən hesablayır. Bizim mənəvi-psixoloji durumumuza görə qərar verilir. Bu proqnozlarla bizə qarşı yeni-yeni hücum planları cizilir.Muxalifet4 - 14-07-2020
Ordu generalının itkisi Xankəndinin azadlığı ilə əvəzlənməlidir!
Azərbaycan xalqı və ordumuz Ermənistan-Azərbaycan sərhəddində gedən ağır döyüşlər zamanı bir general olmaqla bir neçə yüksək rütbəli zabitlərini itirdi. Bu gün səhər saatlarında Tovuz istiqamətində gedən döyüşlərdə ordu generalımız Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu və mayor Novruzov Anar Gülverdi oğlunun şəhid olmaları azərbaycan xalqı və ordumuz üçün ən ağır itki oldu.
Muxalifet3 - 14-07-2020
Ermənistan ordusunun mayor və kapitanı MƏHV EDİLDİ
Ermənistan silahlı qüvvələrinin mayoru Qaruş Vemiri Ambartsumyan və kapitan Sos Paylaki Elbakyan Azərbaycan Ordusu tərəfindən məhv edilib.
Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşana Stepanyan bildirib. /report
Muxalifet4 - 14-07-2020
Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir – MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.
Muxalifet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.
Muxalifet4 - 14-07-2020