Düşmənə qarşı görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin səhra idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
The search found 105716 results in 0.046 seconds.
Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında "Qarabağa azadlıq", "Orduya dəstək" şüarları ilə minlərlə vətəndaşımız Şəhidlər Xiyabanına yürüş ediblər.
Muxalifet.az xəbər verir ki, aksiyaçılar dağıldıqdan az sonra bir qrup şəxs Milli Məclisin binasına hücum edib, şüşələri sındırararaq qanunverici orqana daxil olub.
Daha ətraflı İTV-nin aşağıdakı reportajında:
Muxalifet2 - 15-07-2020
Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutan düşmən bölmələrinin digər uzunmüddətli atəş nöqtəsi də bölmələrimiz tərəfindən yerləyeksan edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Muxalifet2 - 15-07-2020
Kardioloq Ruhiyyə Kərimova koronavirusdan ölüb.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Kardiologiya Cəmiyyəti məlumat paylaşıb.
Məlumata əsasən, R.Kərimova bu gün səhərə yaxın vəfat edib.
Muxalifet2 - 15-07-2020
Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov İkinci Fəxri xiyabanda dəfn olunub.
Muxalifet.az report-a istinadən xəbər verir ki, insan izdihamı müşahidə edilən Xiyabanda hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.
*** 09:29
Muxalifet2 - 15-07-2020
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan Ağstafa rayon Köçsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlu ötən gün doğulduğu kənddə torpağa tapşırılıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, şəhidin yaşadığı evdə keçirilən vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ombudsman Səbinə Əliyeva, deputatlar, Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər.
Muxalifet2 - 15-07-2020
Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu hissəsində baş verən düşmən təxribatı nəticəsində şəhid olanlarla yanaşı yaralananlar da var.
Muxalifet.az xəbər verir ki, “Real” TV yaralı hərbçilərimizin vəziyyəti ilə maraqlanmaq üçün onların müalicə olunduğu hospitala baş çəkib. Tibb Baş İdarənin rəisi Elxan İbrahimov, Tibb Xidməti Polkovniki, Hospitalın aparıcı cərrahı Roman Çobanov hərbçilərimizin vəziyyəti barədə məlumat veriblər.
Muxalifet2 - 15-07-2020
General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ziyarəti bu gün yox, sabah olacaq.
Bu barədə məlumatı polis general və polkovnikin ziyarətinə gələn insanlara bildirib.
Bu gün dəfndə yanlız yaxın qohumlar və iş yoldaşlarının iştirak etdiyi qeyd olunub.
Qeyd edək ki, General-mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub./yeniavaz.com/
Muxalifet2 - 15-07-2020
Xəbər verdiyimiz kimi, şəhid general-mayor Polad Həşimov dəfn edilib.
Dəfn mərasiminə qatılan mərhum şəhidin oğlu atası ilə bağlı fikirlərini səsləndirib: “Mənim atam həqiqətən igid, qəhrəman insan olub. Fəxr edirəm ki, şəhidlik zirvəsinə ucaldı”.
Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı onun övladına təhvil verilib./”qafqazinfo”
Muxalifet2 - 15-07-2020
Ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub.
Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və Parlamentin mülkiyyətinə və inventarına ziyan vurub.
Muxalifet2 - 15-07-2020
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilən vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlara göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Muxalifet2 - 15-07-2020
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyalar milli həmrəylik bəyanatı yayıb.
Muxalifet.az-ın xəbərinə görə, bəyanatda deyilir:
Muxalifet2 - 15-07-2020
“Dünən yürüş iştirakçılarının bir hissəsi qanunsuz olaraq Milli Məclisin binasına daxil olub və dağıntılar törədiblər”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əli bildirib.
C. Əli deyib ki, polis dağıntı törədən həmin şəxsləri binadan çıxarıb: “Hazırda Baş Prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Milli Məclisin binasına və inventarına nə qədər zərər vurulduğu araşdırılacaq”.
Muxalifet2 - 15-07-2020
Dünənki yürüşü canlı-canlı müşahidə edənlərdənəm. Səslənən şüarlar, insanların iç yanğısı idi. Mən dünən gecə, o insanları gördüm. Şükr edib, kövrəldim, ağladım da hönkür-hönkür. Biz hələ ölməmişik, biz xalqıq.
Gecənin üçü, dördünəcən, o müdhiş hadisəyə, Parlament binaeına basqınacan, belə düşündüm. Baxmayaraq insan artdıqca ciddi təxribat elementləri də hiss olunurdu. Iki-üç qadın, idman geyimində müəmmalı gənclər və ordan MM-də girin deyib xısınlaşanlar...
Muxalifet2 - 15-07-2020
İndi emosiyasız yazmaq, savaş meydanından güllə kimi yağan xəbərlərin altında soyuq başla düşünüb onları analiz etmək çox çətindir. Ümid edirəm, bu yazı bitənə qədər döyüşün bütün ağırlığını üzərində daşıyan Müdafiə Nazirliyi Azərbaycan Milli Ordusunun düşmənə çox böyük itki verməsilə bağlı azı 10 xəbər də yayacaq.
Muxalifet2 - 15-07-2020
Muxalifet2 - 15-07-2020
Türkiyə Silahlı Qüvvələri “Pələng pəncəsi” (Pençe-Kaplan) əməliyyatı çərçivəsində İraqın şimalındakı Haftanin bölgəsində 3 terrorçunu havadan açılan atəşlə zərərsizləşdirib.
Bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin “Tvitter”dəki səhifəsində verilib./Hurriyyet.org
Muxalifet2 - 15-07-2020
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə daxil olan məlumata əsasən ölkəmizin sosial şəbəkə istifadəçilərinin hesablarına kütləvi kiberhücumlar baş verir.
Bu barədə nazirlikdən bildirilib.
Muxalifet2 - 15-07-2020
Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatları (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları keçirib.
Hurriyyet.org “report”a istinadla xəbər verir ki, bu barədə məlumat “Twitter”də yayılıb.
Nəzarət uçuşlarına adi PUA-larla yanaşı silahlı PUA-lar da qatılıb.
Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri iki gündür Ermənistan – Türkiyə sərhədi boyu keşikçi uçuşları həyata keçirir.
Muxalifet2 - 15-07-2020
Düşmənə qarşı görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin səhra idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Muxalifet2 - 15-07-2020
Milli Məclisin qarşısında bir vətəndaş özünü şəhid etmək üçün intihara cəhd edib.
Muxalifet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sərxoş vəziyyətdə olan bir şəxs Milli Məclisin qarşısına gələrək Tovuz rayonunda Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərlə bağlı öz dəstəyini bildirmək istəyib:
Muxalifet2 - 15-07-2020