Axtarış
The search found 105716 results in 0.03 seconds.
Search results
Sərt karantin rejimi daha iki həftə uzadıldı - OPERATİV QƏRARGAHDAN AÇIQLAMA
Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi yenidən iki həftə uzadılması nəzərdə tutulub.
Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycan Televiziyasının efirində çıxışı zamanı bildirib.
Muxalifet2 - 17-07-2020
Türkiyə və Azərbaycanın XİN rəhbərləri danışdı
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Bu barədə “Report”un yerli bürosuna Türkiyənin Xarici İşlər nazirinin mətbuat katibi Hami Aksoy bildirib.
O qeyd edib ki, Ceyhun Bayramova zəng edən Mövlud Çavuşoğlu onu Azərbaycanın Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və uğurlar diləyib.
Muxalifet2 - 17-07-2020
Ermənilərin avtomobili sərrast atəşlə məhv edildi - RƏSMİ AÇIQLAMA / VİDEO
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı ehtiyat qüvvələrini düşmənin döyüş mövqelərinə çatdıran avtomobil texnikası bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi xəbər verir.
Muxalifet2 - 17-07-2020
Ermənistan yüzə yaxın hərbi qulluqçusunu itirib - RƏSMİ AÇIQLAMA
"Kütləvi İnformasiya Vasitələrimizdə Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərinin isə yaralı olması barədə məlumat yayılıb. Bildiririk ki, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir".
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi bildirib.Muxalifet2 - 17-07-2020
ÜST koronavirusla bağlı son vəziyyəti açıqladı
Dünyada koronavirusa yoluxanların sayı son sutkada 226 min nəfərdən çox artıb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.
Qeyd edilir ki, bununla da COVID-19-a yoluxanların sayı 13,3 milyonu ötüb.
Məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 13 378 853 nəfərə çatıb. Son sutkada daha 5 579 nəfər pandemiyanın qurbanı olub. Bununla da dünyada koronavirusdan ölənlərin ümumi sayı 580 045 nəfərə yüksəlib.
Muxalifet2 - 17-07-2020
Türkiyə Böyük Millət Məclisi Azərbaycana dəstək açıqlaması yaydı
Türkiyə Böyük Millət Məclisi son günlər Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhədində hücum cəhdləri ilə bağlı açıqlama yayıb.
Açıqlama Türkiyə parlamentində təmsil olunan dörd siyasi təşkilat - hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (ÇHP) və İYİ Partiya tərəfindən qəbul olunub.
"Türkiyə Böyük Millət Məclisi olaraq Ermənistan Silahlı Qüvvələrinin 12 iyuldan başlayaraq Azərbaycanın Tovuz rayonuna hücumunu qəti şəkildə pisləyirik”, - deyə qeyd edilir.
Muxalifet2 - 17-07-2020
Alimlər ağır COVID-19 xəstələrindəki çatışmazlığı müəyyənləşdirdilər
Fransız alimləri COVID-19-a yoluxmuş pasiyentlərdə rast gəlinən ümumi simptomu tapıblar.
Bu barədə “Science” jurnalı yazıb.
Alimlər süni tənəffüs cihazında olan 50 koronavirus xəstəsinin vəziyyətini tədqiq ediblər. Onlar pasiyentlərdə interferon çatışmazlığını (viruslarla mübarizə üçün orqanizmdən ayrılan zülal) və gücü iltihabı aşkar ediblər.
Qeyd edilir ki, ən ağır pasiyentlərdə orqanizmdə infeksiyanın yayılmasını yavaşıdan I tip interfer çatışmazlığı müşahidə olunub./report
Muxalifet2 - 17-07-2020
BU GECƏ TOVUZDA NİSBİ SAKİTLİK OLUB - Rəsmi açıqlama
“Bu gecə Azərbaycan və Ermənistanın Tovuz istiqamətindəki cəbhə xəttində "nisbi sakitlik olub"”.
Bunu Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
Vaqif Dərgahlı deyib ki, ara-sıra mövqelərə atəş açılır.
"Atəş var. İrimiqyaslı toqquşmalar yoxdur. Mövqelərə ara-sıra atəş açılır" - Dərgahlı deyib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi də öz Facebook səhifəsində "bütün gecə təmas xəttində nisbətən sakitliyin olduğunu" yazıb.Muxalifet2 - 17-07-2020
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. "Report" xəbər verir ki, avronun məzənnəsi 0,18% azalaraq 1,9355 manat, Rusiya rublunun məzənnəsi isə 0,83% geriləyərək 0,0238 manat təşkil edib.
Muxalifet2 - 17-07-2020
Azərbaycanda icra başçısı karantində oğluna toy etdi – FOTO
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turala toy edib.
Muxalifet.az axar.az-a istinadla xəbər verir ki, karantin müddətində toy etməkdən vazkeçməyən icra başçısı məclisi Yevlax şəhərində yerləşən villasında gerçəkləşdirib. Məclisdə çoxsaylı qonaqların olduğu bildirilir.
Qeyd edək ki, Vidadi İsayevin oğlu Tural İsayev Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləyir.
Muxalifet2 - 17-07-2020
İcra başçısından oğluna toy etməsi ilə bağlı xəbərə reaksiya – “Heç bir mərasim, hətta…”
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev karantin günlərində oğlu Tural İsayevə toy etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
İcra başçısı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oğlu bir il bundan əvvəl nişanlanıb: “Pandemiya ilə əlaqədar real vəziyyəti nəzərə alaraq hər iki ailənin və gənclərin öz razılığı ilə yalnız hər iki gənc VVAQ şöbəsinə gedərək nikahlarını rəsmiləşdirib və ailə qurublar.
Muxalifet2 - 17-07-2020
XİN-İN KEÇMİŞ ƏMƏKDAŞLARI HƏBSDƏ QALDI - Ən azı iki nazir müavini də...
Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşlarının barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilən apelyasiya şikayətləri təmin edilməyib. Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Mollazadə, Faiq Bağırov və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Muxalifet2 - 17-07-2020
XİN-də vəzifəli şəxslərlə bağlı araşdırma başladı – Məmmədyarovun tikinti maqnatı qorxu içində…
Elmar Məmmədyarovun istefası, bu vəzifəyə Ceyhun Bayramovun təyinat alması Xarici İşlər Nazirliyində kök salmış koorupsioner şəbəkənin ifşası yönündəki ümidləri də artırıb.
Məlumata görə, artıq bəzi XİN rəsmilərinin fəaliyyəti nəzarətə götürülüb və onlar haqda araşdırmaya qərar verilib.
Şübhəli fəaliyyəti nəzarət altına alınan XİN rəsmilərindən biri isə Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri, eləcə də Xarici İşlər Nazirliyi Həmkarlar İttifaqı komitəsinin rəhbəri Elxan Azayevdir.
Muxalifet2 - 17-07-2020
Yürüş gecəsi təxribat törədən daha bir neçə şəxs saxlanıldı – FOTOLAR
Milli Məclisin binasına ziyan vuranların daha bir neçəsinin kimliyi polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, həmin şəxslər də artıq saxlanılıblar. Onlar İlkin Mikayılov, Tural Quliyev, Pərviz Çobanov, Nicat Muradzadə, Əli Abşlı, Əfqan Rəsulovdur.
Muxalifet2 - 17-07-2020
İCRA BAŞÇISI OĞLUNA TOY ETMƏDİYİNİ DEYİR, ANCAQ… – Foto / Yenilənib
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turala toy etməsi barədə məlumatı təkzib edib. Bu barədə Bərdə rayon İcra Hakimiyyəti başçısı sayta açıqlama göndərib.
Açıqlamada bildirilir:
“Bəzi sosial şəbəkələrdə qəsdən guya oğlum Turala toy mərasimi keçirməyimlə bağlı gedən yazılarla əlaqədar bildirirəm ki, həqiqətən övladım bir il bundan əvvəl nişanlanmışdı.
Muxalifet2 - 17-07-2020
“Tovuz döyüşlərində ilk gün ermənilər 30-dan çox itki verib” – İTALİYA MEDİASI
“Ermənistan tərəfində bu say daha artıq ola bilər. Hər halda, ölkə hakimiyyətinə yaxın bəzi mənbələr döyüşlərdə ən azı 30 hərbçinin həlak olduğunu, çox sayda əsgərin yaralandığını bildirir”.
Ovqat.com xəbər verir ki, bu iddianı İtaliyanın “InsideOver” nəşri irəli sürüb.
Muxalifet2 - 17-07-2020
“PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir” – Türkiyə Müdafiə Sənayesi İdarəsinin direktoru
Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Türkiyədə səfərdə olan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüşüb.
Bu barədə İ. Dəmir “Twitter”də paylaşım edib.
Muxalifet2 - 17-07-2020
ABŞ və İsrail Ermənistandan üz döndərib? – “THE JERUSALEM POST”-un ilginc iddiası
“Avtoritar və quldur rejimlərlə əməkdaşlıqla ad çıxarmış Ermənistan ötən il ABŞ-ın etirazına rəğmən, Rusiya ilə hərbi əməkdaşlıqla bağlı saziş imzalayıb. Sazişə əsasən, Ermənistan hərbçiləri Suriyadakı hərbi missiyada iştirak edirlər”.
İsrailin “THE JERUSALEM POST” nəşri bu iddia ilə çıxış edib.
Nəşrin iddiasına görə, rəsmi İrəvanın bu ikibaşlı siyasəti ABŞ və İsrail kimi müttəfiqlərinə edilmiş yeganə xəyanət də deyil. İrəvanın İsrail-İran arasında var-gəl edən rəqsvari diplomatiyası da beynəlxalq münasibətlərdə onun etibar tərəfdaş imicini gücləndirir.
Muxalifet2 - 17-07-2020
“EVİMDƏ OTURMUŞAM, SÖZ VERİRƏM Kİ…” – Elmar Məmmədyarov danışdı
Prezident İlham Əliyevin sərəncamı ilə Xarici işlər naziri vəzifəsindən azad olunan Elmar Məmmədyarov gununsesi.org-a müsahibə verib.
Muxalifet.az müsahibəni təqdim edir:
–Elmar müəllim, vəzifənizi itirdiniz. Özünüzü necə hiss edirsiniz?
-Vəzifə insan üçün əbədi deyil. Ona görə də özümü normal hiss edirəm. Uzun illər çalışmışam, xidmət göstərmişəm.
–Gələcək planınız nədir?
Muxalifet2 - 17-07-2020
Ermənistan təcili olaraq “Metsamor” AES-in ətrafına havadan müdafiə sistemləri yığır
Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlığının ardınca Ermənistan təcili qaydada “Metsamor” AES-in ətrafına hava hücumundan müdafiə sistemləri yerləşdirir.
Bu haqda avia.pro portalı bildirir.
Muxalifet2 - 17-07-2020