Axtarış
The search found 105716 results in 0.032 seconds.
Search results
Ermənistan vətəndaşı Azərbaycana keçdi – VİDEO
Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.
Muxalifet2 - 15-07-2020
Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu – 7 NƏFƏR VƏFAT ETDİ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Muxalifet2 - 15-07-2020
Milli Məclisə dəyən ziyanın məbləği açıqlandı
“Ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurublar”.
Muxalifet.az xəbər verir ki, bu barədə Milli Məclisin yaydığı məlumatda bildirilib.
Muxalifet2 - 15-07-2020
Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı — VİDEO
Şəhid polkovnik İlqar Mirzəyevin oğlu bugünkü dəfn mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələri ilə əlaqə saxlamasını yüksək dəyərləndirib.
Muxalifet2 - 15-07-2020
Lənkəranda yürüş keçiriləcəyi barədə yalan məlumat yayanlar saxlanıldı
Lənkəranda bir qrup şəxs düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə saxta profillər və ani mesajlaşma sistemlərində qruplar yaradaraq həqiqətə uyğun olmayan çağırışlar edib. Bununla da həmin şəxslər tərəfindən Lənkəran şəhəri ərazisində yürüşün keçiriləcəyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb.
Muxalifet2 - 15-07-2020
“Düşmənin arxasında dayanan havadarı geri durarsa…” – Səfər Əbiyev
Azərbaycanın Tovuz rayon istiqamətində erməni silahlı bölmələrinin dövlət sərhədimizi qəflətən ağır silahlarla atəşə tutması regionda hərbi-siyasi vəziyyəti kövrək duruma gətirib çatdırdı. Üç gün davam edən şiddətli döyüşlərin geniş müharibəyə çevrilmə ehtimalı yüksək idi. Sərhədə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrimizə artilleriya qurğularından açılan atəşlər müəyyən narahatlıqlar yaratsa da, peşəkar döyüş ruhuna malik olan Azərbaycan ordusunun layiqli və kəskin cavabından sonra düşmən tərəf təcavüzünü dayandıraraq geri çəkilməyə məcbur oldu.
Muxalifet2 - 15-07-2020
Ombudsman Tovuzda monitorinq aparan zaman ermənilər atəş açıblar
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tovuz rayonunun Ağdam kəndində monitorinq apardığı zaman Ermənistan Silahlı Qüvvələri iriçaplı artilleriyadan atəş açıblar.
Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.
Muxalifet2 - 15-07-2020
Koronavirusun simptomsuz daşıyıcıları ilə bağlı - "ONLAR BAŞQALARINI..."
Koronavirusun asimptomatik daşıyıcılarının COVID-19-a qarşı immuniteti var və onlar başqalarını yoluxdura bilməzlər.
Lenta.ru-nun məlumatına görə, bunu İsveçrənin Bern Universitetinin İmmunologiya İnstitutunun keçmiş direktoru Beda Ştadler deyib.
O, ümumiyyətlə, koronavirusla mübarizədə səhvlərə yol verildiyini deyib və Sars-CoV-2 koronavirusunun tamamilə yeni virus olmadığını, digər koronaviruslara bənzədiyini vurğulayıb:
“Bu, soyuqdəyməyə səbəb olan, yayda mutasiya edən və yox olan mövsümi virus kimidir”.
Muxalifet2 - 16-07-2020
Könüllü vuruşmaq istəyən cəmi 150 nəfər müraciət edib, onun da 60 nəfəri Tovuzdandır - PREZİDENT AÇIQLADI
“Mən bu gün səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi təqribən 150 nəfər. Dünən Şəhidlər xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindən.”.
Muxalifet2 - 16-07-2020
MOSKVADAN GƏLƏN ZƏNGLƏ OYANAN ƏLİ MÜƏLLİM... – Kütlənin qarşısına çıxarmağa ziyalı axtarışındadır!
Ermənistanla sərhəddə baş verənlər və bir qəhrəman generalımız başda olmaqla ard-arda gələn şəhid xəbərləri Bakıda və ölkənin bir çox digər bölgələrində Ordumuza dəstək məqsədilə kütləvi aksiyaların keçirilməsinə səbəb oldu. Və təbii ki, paytaxtda keçirilən aksiya kütləviliyi və gərginliyi ilə daha çox seçildi.
Muxalifet2 - 16-07-2020
"GENERAL HƏŞİMOVUN QİSASI ALINIB!"- "Anası Səmayə xanımı əmin etdim ki..."
“Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmadı. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr onlara yaxşı dərs oldu”.
Muxalifet2 - 16-07-2020
"Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz" - İLHAM ƏLİYEV
"Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz".
Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Muxalifet2 - 16-07-2020
Bu səhər ermənilər yenidən Tovuza hücum edib - HAZIRDA ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR / Rəsmi
İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.
Muxalifet2 - 16-07-2020
“Ölkədə “5-ci kolon”a qarşı yürüş edildikdən sonra “Gəncə qiyamı”nın aktyorları yenidən aktivləşdi” - ADP SƏDRİ
Müsahibimiz Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə hücumu, iyulun 14-də Bakının ayrı-ayrı yerlərində Azərbaycan Ordusuna dəstək aksiyasının keçirilməsi və sonda təxribatın baş verməsi, siyasi partiyaların əksəriyyətinin milli həmrəylik bəyanatı imzalamaları, o cümlədən digər önəmli məsələlərlə bağlı söhbətləşdik.
Muxalifet4 - 16-07-2020
“Bu gün dövləti içəridən qarışdıra biləcək tək fiqur Ramiz Mehdiyevdir” – CAHANDAR BAYOĞLU
“Ramiz Mehdiyevin mübarizəsi Birinci xanıma, Prezidentə deyil, Azərbaycan dövlətinə qarşı yönəlib”
“Hesab edirəm ki, Ramiz Mehdiyev və onun çətəsi altında olan adamlar qısa zamanda Azərbaycanın siyasi həyatından çəkiləcəklər”
Muxalifet4 - 16-07-2020
XARİCİ SİYASƏTİN ŞEZLONQU - Jalə Mütəllimova yazır
Erməni lobbisinin ciddi çalışmaları sayəsində ABŞ Konqresinin ermənipərəst üzvləri Birləşmiş Ştatların Azərbaycana hərbi yardımının dayandırılması haqqında qanun layihəsini müzakirəyə göndəriblər. Müzakirələr iyulun 20-nə təyin olunub. Əgər qanun layihəsi qəbul edilsə, ABŞ-ın Azərbaycana hərbi, siyasi, maddi yardımı önəmli dərəcədə azalacaq. Söhbət 907-ci düzəlişdən daha ciddi bir sənəddən gedir.
Muxalifet4 - 16-07-2020
MƏMMƏDYAROV İSTEFA ƏRİZƏSİ YAZIB? - XİN rəhbərinin işə çıxmamasının səbəbi bəlli oldu
Xarici işlər naziri Elmar Məmmədyarov bir neçə gün öncə istefa ərizəsi yazıb.
Bu barədə Gununsesi.org-a məlumatlı mənbələrdən informasiya daxil olub.
Xəbərdə bildirilir ki, Məmmədyarov DTX-nın Xarici İşlər Nazirliyindəki anti-korrupsiya əməliyyatından sonra bu addımı atıb.Qeyd edək ki, ölkə başçısı hökumətin müşavirəsində Elmar Məmmədyarovu sərt tənqid edib.
Prezident bildirib ki, 12 iyul günü naziri axtarsa da tapa bilməyib.
Sonradan XİN rəhbəri baş nazirə bildirib ki, evindən işləyir.Muxalifet4 - 16-07-2020
“Prezidentin çağırışına səs verən minlərlə gənc səfərbərlik üçün qeydiyyata alınır” – Dövlət Xidməti
“İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram”,- deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar”.
Muxalifet4 - 16-07-2020
Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum oldu – İDDİA
Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev xarici işlər naziri təyin olunacaq.
Bununla bağlı yaxın saatlarda Prezident İlham Əliyevin müvafiq Sərəncam imzalaması gözlənilir.
Xatırladaq ki, Hikmət Hacıyev 2014–2018-ci illərdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
9 iyul 2018-ci ildə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
Muxalifet4 - 16-07-2020
ŞƏHİD GENERALIN SƏNGƏRDƏ ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI - Polad Həşimov əsgərlərlə çiyin-çiyinə... / VİDEO
Tovuz döyüşlərində şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun səngərdə şok görüntüləri yayılıb.
Muxalifet.az xəbər verir ki, həmin görüntülərin 2016-cı ilin aprel döyüşləri zamanı çəkildiyi güman olunur. Hansı ki, bu videoda general-mayorun əsgərlərlə çiyin-çiyinə döyüşdüyü görüntülənir:
Muxalifet4 - 16-07-2020