Axtarış

The search found 105716 results in 0.087 seconds.

Search results

  1. Müdafiə Nazirliyi Ermənistanın sərhəddə təxribat törətməsinin SƏBƏBLƏRİNİ AÇIQLADI

    “İyulun 12-si günorta saatlarından başlayaraq düşmən tərəfi həmişəkindən fərqli olaraq əvvəl Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsi istiqamətində yerləşən bölmələrimizi atəşə tutmağa başladı. Mövqelərlə yanaşı, sərhəddə yerləşən kəndlərin də atəşə tutulması prosesi baş verdi”.

    Bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

    Muxalifet2 - 18-07-2020

  2. Orduda könüllü xidmət: 23500-dən çox vətəndaş müraciət etdi – RƏSMİ

    Könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətləri davam edir.

    Muxalifet2 - 18-07-2020

  3. ​QƏRBİ AZƏRBAYCAN RESPUBLİKASI ERMƏNLƏRİ CİDDİ NARAHAT EDİB – Paşinyan “tədbir görülməlidir” dedi / VİDEO

    Ermənistanın baş naziri Nikol Paşinyan professor Qafar Çaxmaqlının rəhbərlik etdiyi Qərbi Azərbaycan (İrəvan) Respublikası ilə bağlı fikir bildirib.
    Muxalifet.az 
    bu haqda erməni mediasında gedən reportajın tərcüməsini olduğu kimi oxucularına təqdim edir:

    Muxalifet2 - 18-07-2020

  4. Azərbaycanda daha 497 nəfər koronavirusa yoluxdu – 8 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 497 yeni yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 27 min 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

    Onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib. Aktiv xəstə sayı 8334 nəfərdir.

    Muxalifet2 - 18-07-2020

  5. Çində COVID-19-un yeni ocağı aşkarlandı

    Çinin Sintszyan-Uyğur Muxtar rayonu koronavirus infeksiyasının yeni ocağına çevrilib.

    Bu barədə “Associated Press” Çinin Milli Səhiyyə Komitəsinə istinadən xəbər verib.

    Qeyd olunub ki, 17 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

    Bundan əvvəl, iyunun 11-də Pekində yenidən COVID-19 virusuna daxili ötürülmə yolu ilə yoluxma qeydə alınmışdı./report

    Muxalifet2 - 18-07-2020

  6. GENERAL POLAD HƏŞİMOV CÖVHƏR DUDAYEV KİMİ ÖLDÜRÜLÜB? – Sensasiyalı açıqlamalar / VİDEO

    Keçmiş korpus komandiri, general-leytenant Yaşar Aydəmirov cəbhənin Tovuz istiqamətində gedən döyüşlər zamanı general-mayor Polad Həşimovun həlak olması barədə danışıb. O, LAF.TV-yə açıqlamasında bildirib ki, bu çox ciddi hadisədir və Ali Baş Komandan bu məsələni elə-belə qoymayacaq.

    Muxalifet2 - 18-07-2020

  7. RUS KƏŞFİYYAT MƏKTƏBİNİN MƏZUNU XİN-də İDARƏ RƏİSİDİR? – Ölkəyə qayıtmaqdan imtina edən diplomatlar var...

    Prezident İlham Əliyev yeni təyin etdiyi Xarici işlər naziri Ceyhun Bayramova tapışırıq və tövsiyələrini verərkən Xarici İşlər Nazirliyi (XİN) sistemində çox ciddi problemlərin olduğunu bildirib.

    Muxalifet2 - 18-07-2020

  8. Azərbaycan əleyhinə aksiya keçirən ermənilər ərazidən qovuldu - NİDERLANDDA

    Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin qarşısında 100-ə yaxın erməni nümayiş keçirib.
     
    Səfirlikdən "Report"a bildirilib ki, əks-tədbir olaraq Azərbaycan icmasının nümayəndələri, onların ailə üzvləri, həmsərhəd Almaniya və Belçikada yaşayan soydaşlarımız əvvəlcədən səfirlik ərazisinə toplaşaraq, müvafiq plakatlar, holland və ingilis dilində şüarlar, son təxribat nəticəsində cəbhədə həlak olmuş hərbçilərin və mülki şəxsin şəkillərini nümayiş etdiriblər.
     

    Muxalifet2 - 18-07-2020

  9. “Nar” koronavirusla mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

    Koronavirus (COVID-19) infeksiyası ölkəmizdə yayılmağa başladığı andan dövlətin virusla mübarizəsində aktiv iştirak edən “Nar”, həkimlərə növbəti dəfə dəstək olub. Belə ki, mobil operator virusa yoluxmuş insanların müalicəsi üçün çalışan və koronavirusun yayılmasının qarşısının alınmasın üçün əlindən gələni edən tibb personalını yenidən pulsuz rabitə ilə təmin edib. “Nar” Səhiyyə Nazirliyi ilə bərabər koronavirusla mübarizəyə qoşulmuş bir sıra xəstəxanaların və poliklinikaların həkimlərinin “Nar” nömrələrinin balansını artırıb.

    Muxalifet2 - 18-07-2020

  10. Bakıda Orduya dəstək yürüşündə təxribat törədənlər həbs olundu - FOTO, VİDEO

    Məlum olduğu kimi, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.
     
    Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.

    Muxalifet2 - 19-07-2020

  11. Qazaxıstan Ermənistanın KTMT-dən Azərbaycana qarşı istifadə etməsinə imkan verməyəcək - MƏŞHUR POLİTOLOQDAN İLGİNC ŞƏRH

    Qarabağ münaqişəsinin ilk günlərindən Qazaxıstan qeyd-şərtsiz Azərbaycanı dəstəklədi və separatizmin hər cür təzahürlərinə qarşı çıxdı.

    Bunu Qazaxıstan politoloqu Dosım Satpayev virtualaz.org-a Azərbaycanla sərhəddə Ermənistanın təxribatları ilə bağlı Astananın mövqeyini şərh edərkən deyib.

    Dosım Satpayev

    Muxalifet2 - 19-07-2020

  12. Dünyada yeni okean əmələ gəlir - ALİMLƏRDƏN ŞOK XƏBƏRDARLIQ

    Alimlər gələcəkdə dünyada yeni okeanın meydana çıxmasının mümkünlüyü barədə xəbərdarlıq ediblər.

    Muxalifet2 - 19-07-2020

  13. "ASAN xidmət": Portalda aktiv icazələrin müddəti avtomatik uzadılacaq

    Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında  mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
     
    "Report" xəbər verir ki, müvafiq müddətdə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” də işlək olacaq. 
     

    Muxalifet2 - 19-07-2020

  14. Azərbaycanlı siyasətçi Angela Merkelə ermənilərlə bağlı müraciət etdi

    Almaniyada yaşayan azərbaycanlı həkim və siyasətçi Rəhim Şmidt Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı Almaniya prezidenti Frank-Valter Ştaynmayerə, kansler Angela Merkelə, Xarici işlər naziri Hayko Maasa, Bundestaqın (parlament) sədri Volfqanq Şoybleyə və deputatlara məktubla müraciət edib.
     
    O, məktubunda yazıb ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və hələ də işğal altında saxlayır.
     

    Muxalifet2 - 19-07-2020

  15. Orduda könüllü xidmət etmək istəyənlərin sayı 38 minə çatdı

    Bu günədək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 38 000-ə yaxın vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıb.

    Muxalifet2 - 19-07-2020

  16. Twitter Trampın paylaşdığı videonu silib

    "Twitter" sosial şəbəkəsi ABŞ prezidenti Donald Trump tərəfindən paylaşılan videonu silib.
     
    "Reuters" xəbər verir ki, buna səbəb müəllif hüquqlarının pozulması ilə bağlı sosial şəbəkəyə göndərilən şikayət olub.
     
    Agentliyin məlumatına görə, ilkin seçkilərlə bağlı paylaşılan videoda Linkin Park rok qrupunun mahnısı səslənir. Bu isə əvvəlcə Ağ Evin Sosial Media direktoru Dan Skavino tərəfindən yayımlanıb.
     
    Müəllif hüquqları pozuntusu şikayəti isə Linkin Park-a məxsus olan Machine Shop Entertainment musiqi şirkətindən gəlib.
     

    Muxalifet2 - 19-07-2020

  17. Saxlanılan yürüş iştirakçıları pul müqabilində buraxılıb? - DİN-dən AÇIQLAMA

    Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüş zamanı ictimai qaydanı pozan şəxslərdən bəzilərinin polis əməkdaşları tərəfindən saxlandıqdan sonra pul müqabilində buraxılmalarına dair iddialara cavab verib.
    DİN-dən verilən məlumatda deyilir:

    Muxalifet2 - 19-07-2020

  18. Ermənilər bu azərbaycanlı gənci tapana MÜKAFAT VƏD ETDİ - FOTO

    Ermənilər Ermənistanın dövlət idarələrinin, eləcə də digər iaşə obyektlərinin təhlükəsizlik kameralarına daxil olaraq onları izləyən azərbaycanlı gənc Rəşad İbrahimovu tapana mükafat vəd ediblər.

    Bu barədə Rəşad İbrahimov bildirib ki, 15 ilə yaxındır ki, İnformasiya Texnologiyaları (İT) mütəxəsisi olaraq çalışır və onların Tovuz hücumundan sonra öz biliklərini ermənilərin üzərindən sınaqdan keçirib:

    Muxalifet2 - 19-07-2020

  19. Azərbaycanda daha 388 nəfər koronavirusa yoluxdu – 5 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda daha 517 nəfər koronavirusdan sağalıb, 5 nəfər dünyasını dəyişib.
     
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
     
    Qeyd edilir ki, son gün ərzində ölkədə daha 388 yeni yoluxma qeydə alınıb.

    Muxalifet2 - 19-07-2020

  20. Roma Papası Azərbaycan və Ermənistana çağırış etdi

    Roma Papası Fransısk Ermənistan və Azərbaycan arasında mövcud olan uzun müddətli problemin həllinə sülh yolu ilə nail olmağa çağırıb.
     
    Muxalifet.az
    xəbər verir ki, o, son günlər baş verənlərdən narahatlığını ifadə edib.
     
    "Mən son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyirəm", - pontifik bildirib.
     

    Muxalifet2 - 19-07-2020

Pages