Axtarış
The search found 105716 results in 0.102 seconds.
Search results
“Tovuz döyüşlərində Azərbaycanın hər hansı ərazi itkisi olmayıb” – Müdafiə Nazirliyi
“İyulun 12-dən günorta saatlarından başlayaraq Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutublar. Sonra daha iri silahlarla mövqelərimizi ağır artilleriyadan atəşə tutublar. Amma bu təxribatın qarşısı alınmışdır. Müvafiq planlar var və həmin planlar dərhal işlər düşür. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması üçün əmr verilmişdi”.
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
Muxalifet2 - 21-07-2020
“Qarabağda antiterror əməliyyatlarını yeganə yol hesab edirəm” – QAFAR ÇAXMAQLI
“Paşinyanın bu günlərdə Ermənistan Təhlükəsiz Şurasında bizim Qərbi Azərbaycan İrəvan Respublikası ilə bağlı söylədiyi fikir və narahatçılıq ifadə etməsi göstərir ki, biz yolumuzu düzgün seçmişik”
“Azərbaycan qərarlı addımlar atmalıdır, savaş başlayıbsa, onu Qarabağa çəkmək lazımdır. Qarabağda – öz ərazisində antiterror əməliyyatı keçirilib, bütün qanunsuz birləşmələri öz ərazisindən çıxarmalıdır”
Muxalifet4 - 21-07-2020
SƏFİR QALMAQALI BÖYÜYÜR – Ukrayna mediası Elmira Axundovanın təyinatından yazdı
Ukrayna mətbuatı Azərbaycanın bu ölkədəki səfiri, keçmiş deputat Elmira Axundovanın bu vəzifəyə təinatının qaranlıq tərəflərini işıqlandırmağa başlayıb. Söhbət Elmira Axundovanın 1 milyon dollarında səfir təyin olunması barədə iddiadan gedir.
Muxalifet2 - 21-07-2020
Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılır
Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə apa-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Qeyd olunub ki, yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə veriləcək. Vətəndaşlar hər gün saat 10:00-13:00-da sərhəd keçid məntəqələrindən ölkələrinə keçə biləcəklər.
Muxalifet2 - 21-07-2020
"Türkiyə münaqişəyə qoşularsa, çox təhlükəli vəziyyət yaranar" - “Concillation Resources”
“Concillation Resources” təşkilatının Qafqaz üzrə direktoru Laurence Broers BBC News Azərbaycancaya Ermənistan-Azərbaycan sərhədində, Tovuzda baş verən döyüşlər və onun səbəbləri haqqında müsahibə verib.
Muxalifet.az həmin müsahibəni olduğu kimi oxucularına təqdim edir:
Muxalifet2 - 21-07-2020
DEPUTATIN OĞLU LONDONDA 1,3 MİLYONA 5-Cİ EVİNİ ALDI – Alqı-satqı ötən ayın 25-də baş tutub / ŞOK SƏNƏDLƏR
Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə İngiltərənin paytaxtında 5-ci evini alıb. Muxalifet.az xəbər verir ki, bu haqda araşdırmaçı journalist Cavanşir Həsənli özünün Facebook statusunda açıqlama verib. Jurnalistin statusunu olduğu kimi dərc edirik:
“Ölkədə pandemiya ilə əlaqədar karantin rejiminin davam etdiyi vaxtda Londonda 600 min funt sterlinqə (1.300.000 manat) ev alan şəxsin kimliyini maraq edirsiniz. Həmin şəxs Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadədir.Muxalifet2 - 21-07-2020
“NƏCMƏDDİN SADIQOVUN ORDUDAN UZAQLAŞDIRILMASI LAZIMDIR…” – “Ali Baş komandanın bu vacib əmri verəcəyinə inanınırıq”
Turan Partiyası Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəsi Nəcməddin Sadıqovla bağlı açıqlama yayıb. Muxalifet.az xəbər verir ki, partiyanın mıətbuat xidmətindən verilən açıqlamada N.Sadıqovun müvəqqəti olaraq vəzifədəön alınması təklif olunur:
Muxalifet2 - 21-07-2020
“QARA CAMAATI” TƏNBEH ETMƏK ÜÇÜN NÖVBƏYƏ DÜZÜLƏNLƏR – Şahmar Mövsümov haqlıdırmı?
Deyəsən, bəzi məmurlar pandemiyadan istifadə edərək, qarşılarına xalqı, vətəndaşlarımızı tənbeh etməyi, qınamağı, bəzən hətta aşağılamağı məqsəd olaraq qoyublar. Sanki bilərəkdən, bəlkə də bilməyərəkdən onsuz da pandemiya qadağaları, erməni işğalı, ağır sosial vəziyyət səbəbindən əsəbləri tarıma çəkilmiş, gərginləşmiş insanlarda əlavə qıcıq, narazılıq yaradırlar.
Muxalifet2 - 21-07-2020
Nəcməddin Sadıkov işdən çıxarılıb? – MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA
Müdafiə Nazirliyi son zamanlar sosial şəbəkələrdə Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun guya vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb.
Muxalifet.az xəbər verir ki, nazirliyin yaydığı açıqlamada deyilir:
Muxalifet2 - 21-07-2020
Karantin rejimi müddətində “Nar” abunəçilərinin sorğularını operativ cavablandırmaqdadır
Koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin tətbiq edildiyi 3 ay müddətində 777 Çağrı Mərkəzinə 1,4 milyona yaxın sorğu daxil olub.
Bundan başqa, abunəçilərə evdən çıxmadan həm hesablarını daha asan idarə etməyə imkan verən, həm də müştəri xidməti funksiyasını yerinə yetirən “Nar+” tətbiqinin onlayn çat xidmətinə son 3 ayda 76 mindən artıq sorğu daxil olub. Bu isə karantin rejimindən əvvəlki 3 ayla müqayisədə 3 dəfədən çoxdur.
Muxalifet2 - 21-07-2020
Azərbaycan və Ermənistan sərhədində yeni döyüşlər: 2 erməni hərbçisi yaralandı - RƏSM AÇIQLAMAİ
"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır".
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur: "Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb".
Muxalifet2 - 21-07-2020
“Hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər” – PREZİDENTDƏN SENSASİON AÇIQLAMA
“Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi”.
Bunu Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdə çıxışı zamanı bildirib.
Muxalifet2 - 21-07-2020
“Ermənistanın törətdiyi təxribatlar təsadüfi deyil” – Dövlət Baxçalı
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar təsadüfi deyil.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin qarşıdurmanı guya Azərbaycanın başlatması barədə verdiyi açıqlamalar əsassızdır.
“İyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədini pozmağa cəhd olundu. Əlbəttə ki, baş verənlərin erməni versiyası yalandır”.
Muxalifet2 - 21-07-2020
AZƏRBAYCANDA DAHA 13 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 352 yeni yoluxma var
Bu gün Azərbaycanda daha 449 nəfər koronavirusdan sağalıb, 13 nəfər isə vəfat edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Operativ Qərargahdan məlumat verilib.
Son sutka ərzində ölkədə daha 352 yeni yoluxma qeydə alınıb.
Hazırkı dövrədək ölkəmizdə 28 242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 19 939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib. Aktiv xəstə sayı 7927 nəfərdir.
Ötən müddət ərzində 641 min 732 test aparılıb. Bugünkü test sayı isə 7034-dür.
Muxalifet2 - 21-07-2020
Prezidentin köməkçisi bir sıra ziyalı və ictimai xadimlərlə görüşdü - FOTOLAR
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüşüb.
Muxalifet.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətinə baş vermiş hadisələr və digər məsələlər ətrafında müzakirələr olub.
Muxalifet2 - 21-07-2020
Serbiya silah qalmaqalına aydınlıq gətirdi - "Dövlət şirkətləri bu məsələdə iştirak etməyib..."
Serbiya Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç (Serbiya qanunlarına əsasən, silah ixracına icazə verən bu nazirlikdir) silahların Ermənistana verilməsini qismən etiraf edib.
Bu barədə "Serbiya rus dilində" saytı məlumat yayıb.
Muxalifet2 - 21-07-2020
ABŞ-da ermənilərin soydaşlarımıza hücumunu istintaq araşdıracaq - RƏSMİ
Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğu ermənilərin bu şəhərdə soydaşlarımıza hücumu ilə bağlı rəsmi məlumat yayıb.
Baş Konsulluqdan verilən məlumatda bildirilir ki, ermənilər 21 iyul 2020-ci il tarixində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Ancaq onların gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə ermənin qarşısına çıxaraq, onların bu təxribatına mane olublar:
Muxalifet2 - 22-07-2020
Bakıda kişilərdən hədə-qorxu ilə pul tələb edən qadının məhkəməsi başlayır
Bakıda şantaj və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Maya İsmailovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Novruz Kərimovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü İsmailova Maya İsmail qızı 4 kişiyə hədə-qorxu gələrək onlardan müxtəlif məbləğlərdə pul almaqda təqsirləndirilir.
Muxalifet2 - 22-07-2020
CƏBHƏDƏ ERMƏNİ TƏXRİBATI DAYANMIR - Düşmən yenə mövqelərimizi atəşə tutub...
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Muxalifet2 - 22-07-2020
Azərbaycan milli mətbuatı 145 yaşında
Bu gün Azərbaycan jurnalistləri peşə bayramlarını qeyd edirlər.
Düz 145 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
Muxalifet2 - 22-07-2020