Axtarış

The search found 105716 results in 0.026 seconds.

Search results

  1. Türkiyənin dəqiq raketlərlə silahlanmış PUA-ları Azərbaycana hansı üstünlük qazandıracaq… – MÜDAFİƏ SƏNAYESİ EKSPERTİ AÇIQLADI

    Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində baş vermiş münaqişəyə müvəqqəti ara verilsə də, iki ölkə arasında gərginlik davam edir, proses pilotsuz uçuş aparatları ilə aparılır.

    Muxalifet2 - 24-07-2020

  2. Линия фронта начинается не в Карабахе, а в столицах западных стран

    О том, что произошло в Брюсселе, Лос-Анджелесе и в других странах мира, рассказывать не имеет смысла. Все мы видели и снимки, и видео происходящего, все мы этой ситуацией крайне возмущены, недовольны и находимся в эмоциональном состоянии. Такое прощать нельзя, на такое закрывать глаза нельзя, оставлять это без наказания нельзя.

    Muxalifet2 - 24-07-2020

  3. Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu – 9 PASİYENT VƏFAT ETDİ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 29 min 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

    Muxalifet2 - 24-07-2020

  4. Hərbi pilot Rəşad Atakişiyev məzarı başında anıldı

    Müdafiə nazirinin tapşırığına əsasən, təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının ildönümündə Nazirliyin nümayəndələri tərəfindən onun məzarı ziyarət olunub, əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet2 - 24-07-2020

  5. SON DƏQİQƏ! Azərbaycanlılar Moskvanın ən böyük prospektinə axışdı – VİDEO

    Xəbər verdiyimiz kimi, bir neçə  gündür ki, azərbaycanlılar  ermənilərin vandal hücumlarına məruz qalır.

    Hücumlar zamanı müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar xəsarət alıb.

    Muxalifet.az Oxu24.com-a istinadla xəbər verir  ki, dünən gecədən  etibarən Rusiyanın paytaxtı Moskva şəhərində xeyli sayda gənc paytaxtın böyük prospektinə çıxıb.

    Onlar “Qarabağ, Azərbaycandır”,”Qarabağ”, “Erməni vandalizminə son” deyərək yürüş ediblər. Aksiya iştirakçıları bir neçə minə çatdığından prospektdə hərəkət dayanıb.

    Muxalifet2 - 24-07-2020

  6. Bəyaz Hərəkatının Başqanı xaricdə yaşayan soydaşlarımıza səsləndi

    "Qarabağ savaşımızı küçə döyüşləri səviyyəsinə salmaq istəyənlərə əsas vermək olmaz"

    Bəyaz Hərəkatı Başqanı Hürrü Əliyev Xaricdə yaşayan azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi məqsədyönlü hücumlarla bağlı soydaşlarımıza müraciət edib.

    Muxalifet2 - 24-07-2020

  7. Azərbaycanlının restoranına hücum edən ermənilər saxlanıldı

    Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər üzrə Baş İdarəsinin Cənub-Şərqi İnzibati Dairəsi üzrə Daxili İşlər İdarəsində ölkə paytaxtının hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

    “Report”un Rusiya bürosunun məlumatına görə, tədbirdə Cənub-şərq inzibati dairəsi üzrə Daxili İşlər idarəsini rəisi, general-mayor Sergey Karpov çıxış edib.

    Muxalifet2 - 24-07-2020

  8. "Çimərliklərin açılması üçün tədbirlər sistemi hazırlanır" - Baş infeksionist

    Son bir həftədir ki, ölkədə "COVİD-19"a yoluxanların sayında azalma müşahidə olunur. Əgər bundan əvvəl yoluxma sayı 500-550-dən aşağı düşmürdüsə, artıq bir həftədir ki, bu rəqəm 400-dən aşağıdır. Bu günün statistikasına görə isə ölkədə 332 yoluxma faktı aşkarlanıb.

    Bəs bu cür azalma dinamikası bundan sonra da davam edə bilərmi?

    Mövzu ilə bağlı ölkənin baş infeksionisti Cəlal İsayev Musavat.com-a danışıb:

    Muxalifet2 - 24-07-2020

  9. “Oğlumuza "atan yoxdur" deyə bilmirəm” - Rəşad Atakişiyevin xanımı / VİDEO

    “Balaca oğlumuza atan həyatda yoxdur deyə bilmirəm. Həmişə atasını soruşanda deyirəm ki, xaricdədir, işləyir”.

    Bu sözləri Real TV-yə müsahibəsində 1 il əvvəl dünyasını dəyişən Hərbi Hava Qüvvələrinin "MİQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Atakişiyeva deyib. O, həyat yoldaşının övladlarına olan məhəbbətindən danışaraq, oğullarının cərrah olmasını istədiyini qeyd edib./Qafqazinfo

    Muxalifet2 - 24-07-2020

  10. "Azərbaycanla quru sərhədlərin açılması tövsiyə edilmir" - Gürcüstanın baş epidemioloqu

    Gürcüstanla qonşu olan bütün dörd ölkədə yoluxma səviyyəsi yüksəkdir, buna görə də hələlik onlarla quru sərhədlərin açılması tövsiyə edilmir.
    “Sputnik Gürcüstan” bildirir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri və baş epirdemioloqu Amiran Qamkrelidze “TV Pirveli”nin efirində deyib.

    Muxalifet2 - 24-07-2020

  11. Türkiyəli səfir azərbaycanlıların aksiyasına qoşuldu - FOTOLAR

    Xəbər verdiyimiz kimi, Çexiyanın paytaxtı Praqada “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının dəstəyi ilə soydaşlarımızın Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyaları başlayıb.

    Aksiyada Türkiyənin Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Egemen Bağış da aksiyaya qatılıb.

    Muxalifet2 - 24-07-2020

  12. Evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi açıldı

    Koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması və digər neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdirilir. 

    Muxalifet2 - 25-07-2020

  13. Yəhudi təşkilatları ermənilərin azərbaycanlılara hücumlarını pislədi

    ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Simon Vizental Mərkəzi (SVM) və Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles nümayəndəliyi 21 iyul tarixində Baş Konsulluq qarşısında erməni daşnakları tərəfindən azərbaycanlı icma üzvlərimizə qarşı həyata keçirilən vəhşilikləri pisləyib. 

    Muxalifet2 - 25-07-2020

  14. "Camaatı sakitləşdirmək olmur, ermənilər vandaldırlar" - AZƏRBAYCANLI İDMANÇI

    Muxalifet.az Böyük Britaniyanın paytaxtı Londonda yaşayan azərbaycanlı kikboksçu Hafiz Baxşəliyevin report-a müsahibəsini təqdim edir:

    - Yaşadığınız ölkədə ermənilərin azərbaycanlılara qarşı aqressivliyi əvvəllər də var idi, yoxsa onlar son zamanlar azğınlaşıblar?

    Muxalifet2 - 25-07-2020

  15. Azərbaycanda daha bir həkim koronavirusdan ölüb

    Azərbaycanda daha bir həkim COVID-19-un qurbanı olub.  

    Bu barədə onun tanışları məlumat verib.

    Onların sözlərinə görə, 7 saylı Doğum evində və "German" hospitalda cərrah mama-ginekoloq kimi çalışmış Valiyə Peykər COVID-19-dan dünyasını dəyişib.

    Qeyd edək ki, o, bir neçə gün əvvəl koronavirusa yoluxmuşdu. Bütün səylərə baxmayaraq Valiyə Peykərin həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet2 - 25-07-2020

  16. Moskvada azərbaycanlılarla ermənilər arasında növbəti toqquşmalar olub

    Rusiyanın paytaxtı Moskvada ermənilərlə azərbaycanlılar arasında yenidən toqquşmalar olub.
     
    Bu barədə Rusiya mətbuatı xəbər verir.
     
    Bildirilir ki, Bratislavsk küçəsində ermənilər azərbaycanlılara hücum edib.
     
    Məlumata görə, daha bir hadisə Yeni Moskva şəhərində, “Salarevo” metrostansiyasının yaxınlığında qeydə alınıb. Toqquşma zamanı hər iki tərəfdən onlarla insan iştirak edib.
     
    Rusiya mətbuatı şəhərin digər rayonlarında da diaspor təşkilatları nümayəndələri arasında toqquşmaların olduğunu xəbər verib.
     

    Muxalifet2 - 25-07-2020

  17. SABİRABADDA İÇMƏLİ SU BÖHRANI - “Borc tapıb su alırıq”

    Cümə günü Sabirabadın Nizami və Hacıbəbir kəndlərinin sakinləri kənd icra nümayəndəliyinin qarşısına toplaşaraq içməli su tələb ediblər.

    "Bizim kanallar qazılmır, bərbad haldadır, su idarəsi baxmır, bələdiyyə baxmır. Nə içməyə su var, nə heyvana su var, əkin-biçin yanıb, gedib," - Sabirabadın Nizami kəndinin sakini Əflan Cəfərov BBC News Azərbaycancaya deyir.

    O deyir ki, hazırda Nizamikənd və Hacıbəbir kəndlərinin sakinləri içməli su istəyirlər.

    Muxalifet2 - 25-07-2020

  18. İordaniyanın da Ermənistana silah satdığı üzə çıxdı - DAHA BİR ŞOK İDDİA

    Azərbaycana münasibətdə qardaşlıq hisslərini bəyan edən, amma Ermənistan adında Azərbaycana düşmən ölkə ilə hərbi-siyasi ittifaqa girən ölkə, təəsüf ki, İordaniya Haşimilər Krallığıdır.

    Muxalifet2 - 25-07-2020

  19. Qafar Çaxmaqlıya AĞIR İTKİ - Dünən Bakıya birgə gəldilər, amma...

    Qərbi Azərbaycan Respublikası Millət Şurasının sədri, Ərciyəz Universitetinin professoru, tanınmış jurnalist Qafar Çaxmaqlının həyat yoldaşı vəfat edib.

    Muxalife.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Mərhumun dəfn mərasiminin Bakıda olacağı bildirilib.

    Qeyd edək ki, uzun müddətdir Türkiyədə yaşayan Qafar Çaxmaqlı və xanımı Bakıya dünən gəliblərmiş.
     
    Allah rəhmət eləsin!

    Muxalifet2 - 25-07-2020

  20. BAKI-ANKARA ORTAQ "YOL XƏRİTƏSİ”: “Bir millət-bir ordu”ya doğru...

    Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki səfirlər arasında ilk olaraq Türkiyə dövlətinin rəsmi təmsilçisi Ərkan Özoralla görüşüb. XİN rəhbəri ilk görüşün məhz Türkiyə səfiri ilə reallaşmasının təsadüfi xarakter daşımadığını, bunun iki ölkə arasında dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin təzahürü olduğunu diqqətə çatdırıb. Söhbət zamanı səfir xarici işlər naziri Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarını Türkiyəyə dəvət etdiyini Ceyhun Bayramovun diqqətinə çatdırıb.

    Muxalifet2 - 25-07-2020

Pages