Axtarış
The search found 105716 results in 0.078 seconds.
Search results
Bakıda qadın övladını öldürmək istəyən ərini bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
“Albalılıq” adlanan ərazidəki yaşayıs evlərindən birində 1975-ci il təvəllüdlü Hüseynov İlqar Yaşar oğlu sərxoş vəziyyətdə bıçaqla övladını öldürmək istəyib. Bu zaman onun həyat yoldaşı övladını xilas etmək üçün İ.Hüseynovu kürəyindən bıçaqlayıb.
Yaralı təcili yardımın köməkliyi ilə 3-saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./report
Muxalifet2 - 26-07-2020
Bakıda ana qızını sinəsindən bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Ailə münaqişəsi zəminində ana (şəxsiyyəti dəqiqləşdirilir-red) öz qızı, 1985-ci il təvəllüdlü Cəfərova Nərminə Saday qızını bıçaqlayıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onda döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 26-07-2020
Azərbaycanlılar erməni təxribatına etiraz etdi - VANKUVERDƏ
İyulun 26-da Kanadanın Vankuver şəhərində azərbaycanlı icmasının təşkilatçılığı və iştirakı ilə Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən erməni təxribatına etiraz əlaməti olaraq izdihamlı nümayiş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "Vancouver Art Gallery" meydanına toplaşan azərbaycanlılar və burada yaşayan türklər Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq dövlətimizə və ordumuza dəstək olduqlarını nümayiş etdiriblər.
Muxalifet2 - 26-07-2020
“ORDUMUZ NAXÇIVANDAN HÜCUM EDİR VƏ MEHRİNİ ALIR...” – “Ermənistana hücum edə bilərik”
“Ermənistanın düşmən dövlət olması - bizə hücum etməsi, ərazimizi işğal etməsi - beynəlxalq hüquqa görə özümüzü müdafiə etmək haqqımızı aktuallaşdırır. Özünümüdafiə haqqının gerçəkləşdirilməsi hücuma məruz qalmış dövlətin ərazisi ilə məhdudlaşdırılmır. Yəni özünü müdafiə edən dövlət müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyil. Hücuma məruz qalmış dövlət, özünümüdafiə məqsədləri üçün, ona hücum etmiş dövlətin ərazisində də hərbi əməliyyatlar apara bilər”.
Muxalifet2 - 26-07-2020
Xabarovskda böyük izdiham – On minlərlə etirazçı həbsdəki merə azadlıq tələb edir
Rusiyanın Xabarovsk şəhərində böyük bir izdiham şənbə günün küçələrə axışaraq regionun populyar qubernatorunun həbsinə etiraz ediblər. O bu həftə regionda yaşamayan Kremlin təyin etdiyi rəsmi tərəfindən əvəzlənib.
Muxalifet2 - 26-07-2020
“Əldə olunan yeganə nəticə Qod Nisanovun Lavrovun yanına dəvət alması oldu...” – Fərhad Əhmədov
Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov cəbhənin Tovuz istiqamətində baş verən silahlı qarşıdurmadan sonra Rusiyada ermənilər və azərbaycanlılar arasında baş verən toqquşmalara münasibət bildirib.
F.Əhmədovun fikirlərini oxuculara təqdim edirik:
Son günlər dünyada kütləvi nümayişlər baş verdi, Azərbaycan və Ermənistan diasporalarının nümayəndələri arasında qarşıdurma dalğası keçdi. Bu hadisələrə münasibətim barədə iki kəlmə deyəcəyəm.
Muxalifet2 - 26-07-2020
Azərbaycanda daha bir həkim koronavirusdan öldü
Koronavirusa yoluxan Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Xasay Bayramov bu gün vəfat edib.
Mərhum həkim süni tənəffüs aparatına qoşulubmuş.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Muxalifet2 - 26-07-2020
Azərbaycanda daha 417 nəfər koronavirusa yoluxdu, 602 nəfər sağaldı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb, 602 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 30050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22684 nəfər müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 6949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Muxalifet2 - 26-07-2020
Azərbaycanda infeksiyaya yoluxanların sayı 30 mini keçdi
Azərbaycanda indiyədək ümumilikdə 30 050 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 22 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6 949 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.
Bundan başqa, ölkədə ümumilikdə 683 548, son sutka ərzində isə 7 296 test aparılıb.Muxalifet2 - 26-07-2020
Dədəni ermənilər öldürüb, Sevinc! - JALƏ MÜTƏLLİMOVA YAZIR
– Bu aksiyaları Azərbaycan iqtidarı törədib…
– Sevinc, dədəni ermənilər şəhid edib!
– Sizi inandırım ki, ermənilərin elə fikri olmayıb.
– Sevinc, dədəni ermənilər şəhid edib!
– Azərbaycan iqtidarı, öz hakimiyyətinin ömrünü uzatmaqdan ötəri eləyib bunu…
– Ay Sevinc, dədəni ermənilər öldürüb!
– Hər şey sivil qaydada olmalıdır…
– Qız, dədəni ermənilər öldürdü?
– Nə işi var idi adamların səfirliyin qarşısında, ermənilər…
Muxalifet2 - 26-07-2020
Rusiyalı milyarder ermənilərin azərbaycanlılara vurduğu zərəri ödəmək istəyir
RESO sığorta şirkətləri qrupunun şəriki Sergey Sarkisov Moskvadakı qarışıqlıqların gedişatında ermənilər tərəfindən azərbaycanlı biznesmenlərə vurulmuş zərəri ödəməyə hazır olduğunu bildirib.
Muxalifet2 - 26-07-2020
Azərbaycanlılarla ermənilər arasında növbəti qarşıdurma - GÜRCÜSTANDA
Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində yerli azərbaycanlı və ermənilər arasında qarşıdurma olub.
Hadisəyə kəndin polis idarəsində işləyən erməni əsilli əməkdaşın oğlunun etdiyi hərəkət səbəb olub.
Muxalifet2 - 26-07-2020
Azərbaycanda jurnalist koronavirusa yoluxdu, vəziyyəti ağırdır
Tanınmış jurnalist Səlim Babayev koronavirus infeksiyasına yoluxub.
Bu barədə onun oğlu bildirib.
"Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin", - deyə onun övladı bildirib.
Qeyd edək ki, Səlim Balayev uzun illərdir mətbuatda çalışır. O, ölkənin bir sıra nüfuzlu qəzetlərində, habelə elektron kütləvi informasiya vasitələrində maraqlı araşdırmalarla, məqalələrlə çıxış edib./report
Muxalifet2 - 26-07-2020
Erməniyə görə soydaşımızı vuran rusu "başa saldılar" - VİDEO
Bu video iki hissəlidir, bir yarısı 2-3 gün əvvəl çəkilib, o bir yarısı - bu gün.
Videoda görünənlər isə eyni adamlardır - 27-28 yaşlı azərbaycanlı meyvə-tərəvəz satıcısı və 35-38 yaşlı idmançı cüssəli, slavyan görünüşlü şəxs.
Muxalifet2 - 26-07-2020
İcra başçısının qardaşı oğlu bıçaqlandı
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet2 - 26-07-2020
Историки недовольны сокращением часов преподавания истории Азербайджана
В азербайджанских школах и вузах постепенно сокращается программа по истории Азербайджана. Профессор Элмира Мурадалиева сообщает о том, что на историческом факультете БГУ "сократили часы по истории Азербайджана и истории тюркских народов , тогда как История славянских народов ( практически история России) , никакого отношения не имеющая к нашему этногенезу, культурным связям, осталась не тронута".
Muxalifet2 - 27-07-2020
Tarixçilər Azərbaycan tarixinin tədrisi saatlarının azaldılmasından narazıdırlar
Azərbaycanın orta və ali məktəblərində Azərbaycan tarixi üzrə proqram tədricən azalır. Professor Elmira Muradəliyeva bildirir ki, BDU-nun tarix fakültəsində “Azərbaycan tarixi və türk xalqlarının tarixi” üzrə saatları azaldıblar. Halbuki, bizim etnogenezə, mədəni əlaqələrimizə heç bir aidiyyəti olmayan slavyan xalqlarının tarixi (praktiki olaraq Rusiya tarixi) dəyişməyib”.
Muxalifet2 - 27-07-2020
ABŞ DRON İXRACINA MƏHDUDİYYƏTİ ARADAN QALDIRIR –Azərbaycan bu fürsətdən faydalana biləcəkmi?
Cümə günü ABŞ hakimiyyəti Raket Texnologiyalarına Nəzarət Rejiminin (RTNR) bəzi müddəalarını yenidən şərh etmək niyyətini açıqlayıb. Bu andan etibarən, o, sürəti 800 km / saatı keçməyən ağır zərbə və kəşfiyyat pilotsuz uçan aparatlarını (PUA) sərbəst satmaq hüququna sahib olacaq.
Muxalifet2 - 27-07-2020
Qaxın icra başçısından CƏNCƏLLİ AÇIQLAMALAR… – Səs yazısı…
Son aylarda Azərbaycanda iki nazirin korrupsiyaya rəvac verdiklərinə görə vəzifələrindən kənarlaşdırılması icra başçılarını bir növ rahatladıb. Fikirləşirlər ki, daha bizdən ötdü, növbə nazirlərindir. Ancaq yanılırlar. Azərbaycanda uşaqdan böyüyə hamıya bəllidir ki, indiyədək rüşvətxorluğuna, qol qoyduqları maxinasiyalara görə məsuliyyətə cəlb olunaraq həbs edilən icra başçılarının iş prinsipləri onların bütün həmkarlarına aiddir.Muxalifet2 - 27-07-2020
Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Ukrayna millətçilərinin Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın tərəfində döyüşmək üçün səfərbərliyə başlayıb.
Ovqat.com xəbər verir ki, bu iddianı iyulun 24-də keçirdiyi brifinqdə tanınmamış “Luqansk Xalq Respublikası”nın (LXR) Xalq milisinin rəsmi nümayəndəsi Yakov Osadçiy irəli sürüb.
Muxalifet2 - 27-07-2020